Biz birlikdə güclüyük
Hamı
bir nəfər kimi,
Bu
gün qalxsın ayağa!
Gözlərindən
intiqam,
Od-alov
yağa-yağa!
Hamı
bir nəfər kimi,
Köməyini göstərsin!
Şirə, pələngə dönsün!
Sinəsində Babəkin
İntiqamı döyünsün!
Hamı
bir nəfər kimi,
Şahin olsun səmada!
Son qoyulsun savaşa,
Nə qan olsun, nə
qada!
Hamı
bir nəfər kimi
Öz
Ana torpağının
Keşiyində dayansın!
Hamı
bir nəfər kimi,
Vətəninin başına
Pərvanətək dolansın.
Hamı
ildırım kimi,
Güc toplasın özündə,
Bu xalqın kimliyini
Tanıtsın yer üzündə!
Ordumuz qalib kimi,
Qələbə sorağını
Tez gətirsin bu elə!
Əjdər QİYASLI, şair.
Respublika.- 2020.- 9 oktyabr.- S.5.