QARABAĞ AZƏRBAYCANDIR!

 

Ümumxalq birliyi qələbəmizi təmin edir

 

Azərbaycan torpaqlarının 20 faizi 30 ildən çoxdur ki, Ermənistan tərəfindən zəbt olunub. Prezident İlham Əliyev Ermənistanın törətdiyi bu beynəlxalq normalara zidd siyasi, humanitar insanlıq faciələrinə, etnik təmizləmə və soyqırımına səbəb olmuş işğala ikili standartlarla yanaşmanın yolverilməzliyini dəfələrlə bütün beynəlxalq kürsülərdən çox ətraflı və aydın bəyan etmişdir. Öz havadarlarının maşasına çevrilmiş Ermənistan bu ilin iyul ayının 12-də Azərbaycanın dövlət sərhəddini Tovuz istiqamətində pozaraq hücum etdi. 4 günlük döyüşdə məğlub olan düşmən dərs almayaraq sentyabr ayının 27-də bütün cəbhə boyu geniş təxribata keçdi. Bu təxribat həm dövlət rəhbərimizin, həm də xalqımızın səbrini tükəndirdi. Silahlı Qüvvələrimiz əks-hücuma keçdi. Hazırda Azərbaycan Silahlı Qüvvələri 22 kənd, qəsəbə və Cəbrayıl şəhərini düşməndən azad ediblər. İşğalçı, terrorçu, soyqırımı, neonasist Ermənistan isə Azərbaycanın Tərtər, Bərdə, Ağcabədi, Gəncə, Abşeron, Xızı və digər ərazilərindəki mülki əhaliyə və obyektlərə ağır və qadağan olunmuş silahlardan atəş açırlar və bu bir daha onların heç bir beynəlxalq hüquq və normaları, humanitar qaydaları saymadıqlarını dünyaya əyani nümayiş etdirir.

 

 

Dövlət başçısı BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında Ermənistan rəhbərliyinin hərbi cinayətkar olduğunu, bu işğalçı dövlətin beynəlxalq qanunlara riayət etmədiyini, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üstündə qaldığını, aşkar işğala ikili standartla yanaşmanın münaqişənin ədalətli həllinə mane olduğunu bu yüksək tribunadan demişdir: “Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir... 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”. Diqqətə çatdırmaq vacibdir ki, Azərbaycan öz xarici siyasətində dövlətlərin daxili işinə qarışmamaq, ədalətli mövqe, qarşılıqlı maraqları ödəyən əməkdaşlıq, beynəlxalq normalara riayət prinsipini rəhbər tutur.

30 ildən çoxdur ki, Azərbaycanın 20 faizi erməni işğalçılarının tapdağı altındadır. 28 ildir ki, ATƏT-in Minsk Qrupu münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar aparır. Hər dəfə də həll variantı müsbətə yaxınlaşanda Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir. Əslində vasitəçilərin əlində BMT TŞ-nin 4 qətnaməsi vardır. Bu qətnamədə TŞ-nin daimi üzvləri kimi onların imzası mövcuddur. Lakin onlar heç vaxt bu qətnamələrin reallaşmasının nəinki vacibliyini, heç mövcudluğunu da yada salmayaraq status-kvonu qəbuledilməzliyini sözdə deyib əməldə isə illərlə uzatmağa nail olmuşlar. Artıq göründüyü kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aparıcı dövlətlərin və beynəlxalq qurumların zamanında ədalətlə yanaşılmaması, ikili standartlardan çıxış etmələri, işğalçını öz adı ilə çağırmamaları beynəlxalq hüququn bir daha pozulmasına, separatizm meyillərinin güclənməsinə zəmin yaratmışdır. Bu gün Avropanın aparıcı dövlətlərində, məsələn, Böyük Britaniyada, Şotlandiyada, Fransada, Almaniya Federativ Respublikasında və s. ölkələrdə separatizm baş qaldırmaqdadır. Separatizmin qarşısının alınmasında ölkələrin ərazi bütövlüyünün müdafiə edilməsi ən önəmli məsələdir. Muxtariyyat statusu Konstitusiya və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İkili standartlar isə separatizmə güc verən, dünyada genişləndirilən qanlı toqquşmalara yol açan yanaşmadır və bu artıq öz təsdiqini Ermənistan-Azərbaycan münaqişəsinə, Yaxın Şərqdəki proseslərə yanaşmada öz təsdiqini tapıb. Separatçı hərəkatların güclənməsi ikili standartlar müəlliflərinin də ölkələrinin, Avropanın və dünyanın gələcəyi üçün çox ciddi təhdiddir. Kataloniya hadisəsinin müzakirəsi zamanı Ermənistan heyətinin bəzi üzvləri Kataloniyada bu hadisələrə istinad edərək Ermənistanın Qarabağdakı işğalçılıq siyasətinə haqq qazandırmağa çalışmışlar. Bu hal bir daha belə prosesin digər dövlətlərdə də çox təhlükəli vəziyyət yarada biləcəyini sübut edir və dünyanı çox dəhşətli xaosa və səngiməyən qanlı qarşıdurmalara apara biləcəyini göstərir. Azərbaycan bu cür cəhdlərə, belə təhlükəli addımlara qarşı beynəlxalq normalarla mübarizə aparır və ədalət təklif edib. Lakin dünya birliyi və ATƏT-in Minsk Qrupu həmsədrləri həm Dağlıq Qarabağın, həm ətraf yeddi rayonun işğalına, ermənilərin davamlı terror və təxribatlarına və hətta ermənilərin törətdikləri Xocalı soyqırımına, bu barbarlara qarşı həmişə loyal yanaşmışlar. Bu gözyummalar, ikili standartlarla yanaşma ermənilərə güc və dirəniş vermişdir. Nəhayət, onlar o qədər azğınlaşdılar ki, Ermənistandan Cəbrayıla və digər yerlərə yol çəkdilər, erməni baş nazir N.Paşinyan Şuşada yallı getdi, inauqurasiya keçirdi, ən nəhayət yeni müharibə və yeni ərazilər işğal etmək istədi. Ermənilər o qədər azğınlaşdılar ki, hətta neftineftsiz yeri almaqda müzakirəyə çıxdılar. Vasitəçi Minsk Qrupu həmsədrlərindən isə təsirli təpkilər və qınanmalar yox idi. Nəhayət, birmənalı şəkildə demək lazımdır ki, bu erməni tərəfkeşliyi və danışıqlarını şüurlu şəkildə uzatmaq həm dövlət başçısının və həm də xalqın səbrini daşırdı. Dünya birliyinin və məsul beynəlxalq qurumların gözyummalarının sonu olmayacağı dərk edildisentyabr ayının 27-də Ermənistanın növbəti - bu dəfə geniş cəbhəboyu təxribatına Azərbaycan Silahlı Qüvvələri layiqli cavab verməyə başladı. Bu, xalqın dediyi kimi, Vətən və qurtuluş müharibəsidir.

Bu gün Azərbaycanda multikulturalizm mənəvi dəyər kimi hər bir vətəndaşın həyat tərzidir. Amma Ermənistanda bir nəfər də olsun yerli aborigen insan qalmayıb, soyqırım siyasətilə qovulub, öldürülüb. Lakin ermənilər törətdikləri bütün vandalizmi soyqırımına məruz qoyduğu, zülm etdikləri müsəlman türklərin adına yazırlar. Rus diplomatı general Mayevski “Ermənilərin törətdiyi kütləvi qırğınlar” kitabındakı xatirələrində yazır: Ali məktəbdən tutmuş lap adicə ibtidai məktəblərə qədər bütün erməni məktəbləri Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın fəaliyyət meydanına çevrilmişdi. Vətənpərvərlik mədhiyyə və mahnıları, kəskin satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü, onlarda “müsəlmanların mənfur hakimiyyətinə” qarşı qəzəb, kin-küdurət hissini heç kimə məlum olmayan gələcəyin fantastik illüziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, ən qısa bir vaxt (3-4 il) ərzində onların yaratdığı illüziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yarandı” Erməni tarixinin atası Movses Xorenasi öz xalqının çox pis xisləti barədə yazmışdır: “Mən xalqımızın daşürəkliyini və yekəxanalığını göstərmək istəyirəm. Ermənilər həqiqəti inkar etməyi xoşlayırlar. Ermənilər böyük-böyük danışmağı xoşlayan, ikiüzlü millətdir”.

1914-cü ildə erməni tarixçisi Gevorq Aslan “Ermənistan və ermənilər” kitabında ermənilərin real tarixi olmadığını mifikböyük Ermənistan”ın isə ideologiya olduğunu etiraf etmişdi: “Ermənilərin dövlətçiliyi olmamışdır. Ona görə də ermənilərdə vətən hissi yoxdur. Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə əlaqələndirilir. Bir dövlət kimi heç bir zaman mövcud olmamış xəyali “böyük Ermənistan” yaratmaq ideyası dünyanın bütün hayklarını birləşdirmək yolunda ümummilli konsepsiyadır”.

Erməni şairi Yegişe Çarens isə simasızlığını və dövlətlərinin süni olduğunu bildirir: “Biz ermənilərdə ikiüzlülük ana bətnində ikən yaranır. Ermənilər rus çarlarının təşəbbüsü və dəstəyi sayəsində Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan adlı dövləti də “drevnyaya Armeniya” adlandırmaqdan utanıb qızarmırlar”. Amerika tarixçiləri CastinKarolin Makkartilər də Ermənistan dövlətinin Azərbaycan ərazisində yaradıldığını təsdiq edir: “Müasir Ermənistan ərazisi ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Məhz bu səbəbdən Ermənistan ərazisindəki coğrafi adların çoxu Azərbaycan adlarıdır”.

Gürcü yazıçısı və mütəfəkkiri İlya Çavçavadze Rusiyanın ali məmurlarına müraciətində vaxtı çatanda köçürüldükləri torpaqlara iddia edəcəkləri barədə belə yazmışdı: “Zati-aliləri, erməni əhalisinin mərkəzi rus torpaqlarında məskunlaşdırılmasına icazə verməyin. Ermənilər elə zaddırlar ki, bir neçə on il rus ərazisində yaşadıqdan sonra dünyaya car çəkəcəklər ki, bu torpaqlar, guya ki, onların ata və babalarınındır”.

Ən nəhayət, ermənilərin İrandan Azərbaycan ərazisinə köçürülməsində xüsusi təşəbbüs göstərmiş məşhur rus yazıçısı, ermənilərin əslində kimliyindən, mənəvi şikəstliyindən, simasızlığından, hər an satılmağa, xəyanətə hazır olmalarından pərtləşən A.S.Qriboyedov 1819-cu ilin sentyabr ayında dövlət məmuru Mazareviçə ermənilərdən narazılığını belə ifadə etmişdi: “Bu ermənilər nə murdar adamlardır. Onlar həmişə qulağıma pıçıldayaraq deyirlər ki, ruslar onların havadarlarıdır. Sözdə belə deyir, ancaq əslində erməniləri təpik altına salmağa hazır olan farslara satılırlar”.

Dahi rus yazıçısı A.S.Puşkin ermənilərə nifrətini qısaca belə ifadə etmişdir: “Sən qulsan, sən qorxaqsan. Ona görə ki, sən ermənisən...”.

Amerika tarixçisi Castin Makkarti yuxarıda adını çəkdiyimiz kitabda deyir ki, erməni terrorizmi yalan tarixin mövcudluğu nəticəsində mümkün olub. Ona qarşı yeganə mübarizə yolu da həqiqətlər vasitəsilə bu yalanı ifşa etmək, həqiqi tarixi öyrənməkdir. C.Makkarti çox maraqlı məqama toxunur. O, deyir ki, Türkiyənin Anadolu vilayətində 600 min erməni, 2,5 milyon müsəlman ölüb. Əgər ermənilərin iddiaları doğrudursa, təbii bir sual yaranır: bu necə soyqırımıdır ki, “qatillər” “qurbanlardan” 4 dəfədən artıq həlak olub. Tarixçi kitabın adını ona görə belə adlandırıb ki, yalançı tarixin, mifikböyük Ermənistan”ın səbəb olduğu terroru, kütləvi qırğınları şüurlarainsan psixologiyasına güclü təsir edən zəhər, həmin yalançı tarixin tədqiq edilərək güzgü kimi reallığın özlərinə və bütün dünya rəsmilərinə, siyasətçilərinə və ictimaiyyətə göstərilməsi isə zəhər əleyhinə ən təsirli vasitə kimidir. Erməni terrorçuları və soyqırımı törədənləri öz hərəkətlərini şüurlu etdiklərini bəyan edirlər.

Lakin dünya birliyi yenə susur. Bax bu səbəbdən Azərbaycan BMT TŞ-nin 4 qətnaməsini öz silahlı qüvvələri ilə icra edir. Hazırda Murov dağı, Suqovuşan, Talış kəndi, Füzulinin kəndləri, azad olunmuş Cəbrayıl kəndləri düşməndən təmizlənir.

Hərb meydanında məğlub olan düşmən mülki əhalini, obyektləri ağır artilleriyadan atəşə tutub. Döyüş meydanından 100 kilometrdən çox məsafədə yerləşən Gəncə, daha uzaq Xızı Abşeron atəşə məruz qalıb. Ermənilər çalışırlar ki, Azərbaycan onlara eynilə cavab versin havadar dövlətləri cəlb edə bilsinlər. Qeyd edək ki, Azərbaycan Ali Baş Komandanı öz müdrik siyasi diplomatk gedişlərini çox gözəl anlayır necə cavab verəcəyimizi əla bilir.

Lakin onlar havadar dövlətləri niyyətlərində yanılırlar. Ermənistanın bu beynəlxalq hüquq normalarını pozmaları, qadağan olunmuş sursatlardan istifadə etmələri xalqımızı qorxuda bilməz, əksinə, qətiyyətini iradəsini daha da möhkəmləndirəcəkdir. Diqqətə çatdırmaq vacibdir ki, bu gün Azərbaycan-Türkiyə qardaşlığı Ermənistana dəstək verən, onu silahlandıran fövqəlgüclərə qarşı son dərəcə güclü möhtəşəm birlik nümayiş etdirir. Bu birlik zəfərin təmini, regionda sülhün təmininə töhfə dünyaya örnəkdir.

Azərbaycan Prezidenti bütün dünyaya bəyan edib: “Qarabağ Azərbaycandır nida!” QƏLƏBƏ bizimlədir!

 

Yusif ƏLƏKBƏROV,

Prantşirkətinin prezidenti,

Beynəlxalq mükafatlar laureatı,

Beynəlxalq Elmlər Akademiyasının

fəxri üzvü.

 

Respublika.- 2020.- 10 oktyabr.- S.9