Artıq Vətənə dönməyin
vaxtıdır!
Sinəmə çəkilib dağ Qarabağda,
Aran Qarabağda, dağ Qarabağda,
Qalmasın zəbt olmuş dağ Qarabağda,
Artıq Vətənə dönməyin vaxtıdır!
Uzun müddət yurd işğalda qalıbdır,
Arsız düşmən elimdə kök salıbdır,
Bu haqsızlıq səbri əldən alıbdır,
Artıq Vətənə dönməyin vaxtıdır!
Yağı çaş-baş qalıb, yolu tam azır,
Quyusunu bir az da dərin qazır,
Ər oğullar cəbhədə
tarix yazır,
Artıq
Vətənə dönməyin
vaxtıdır!
Ali Baş Komandanın qətiyyəti,
Millətimin, ordumuzun hünəri,
Otuzdurdu
yerinə bədniyyəti,
Artıq
Vətənə dönməyin
vaxtıdır!
Açıldı buz bağlamış
işin donu,
Budur, artıq çatıb düşmənin sonu,
Axıradək qovacayıq biz onu,
Artıq
Vətənə dönməyin
vaxtıdır!
07.10.2020
Şəhidlərin xatirinə...
İgidlər yerindən
dursun,
Düşmənə zərbələr
vursun,
Qarabağda çadır qursun,
Şəhidlərin xatirinə...
***
Zamanı
verməyək yelə,
Hamımız verək
əl-ələ,
Sahib çıxaq doğma elə,
Şəhidlərin xatirinə...
***
Qoymayaq
qan yerdə qalsın,
Düşmənlər bundan zövq alsın,
Ordumuz qələbə çalsın,
Şəhidlərin xatirinə...
***
Sonraya qalmasın qisas,
Budur, ən vacib, ən əsas,
Düşmənlərə qurduraq yas,
Şəhidlərin xatirinə...
***
Səbir
olur müvəqqəti,
Artıq
mövqeyimiz qəti,
Bitirək bu məşəqqəti,
Şəhidlərin xatirinə...
27.09.2020
Qələbə soraqlı nida!
Nöqtəni təşvişə saldı,
Biçarə rəqib mat qaldı,
Ondan qisasını aldı,
Qələbə soraqlı nida!
Özünü vaxtlı yetirdi,
Mövzunu qəti bitirdi,
Qəlbə rahatlıq gətirdi,
Qələbə soraqlı nida!
Mükəmməl nitqə rəng
qatdı,
Yağıların səsi batdı,
Uğurla
məqsədə çatdı,
Qələbə soraqlı nida!
O, məlhəm ol du illətə,
Düşməni saldı zillətə,
Böyük ruh verdi
millətə,
Qələbə soraqlı nida!
Heyrətləndirdi hər kəsi,
Dünyanı bürüdü səsi,
Pozacaqdır atəşkəsi,
Qələbə soraqlı nida!
04.10.2019
Fuad İSLAMOĞLU
Respublika.- 2020.- 10 oktyabr.- S.10.