Torpaq müqəddəsdir
Yeni eradan
qabaq 209-cu il idi. Günlərin birində yenicə taxta
çıxan ulu babalarımızın ulu babası
Avropanın Mete xan adlandırdığı qədim
dünyanın yarımtanrısı, qüdrət və əzəmətin
özü olan ulu xaqanlar xaqanı Oğuz xan
çadırında dərin və ağır
düşüncələrə qərq olmuşdu.
Çünki qəvi düşmən qapının ağzını kəsdirmişdi. Daş kimi, qaya kimi, türkün əzəli və əbədi düşməni, türkün qanına susamış, mayası zorakılıqdan, məkrdən və xəyanətdən yoğrulmuş, qəbir kimi, zülmət kimi mərhəmətsiz düşmən.
Zindan kimi, zülmət kimi amansız düşmən qərara almışdı ki, son döyüşlərdə tar-mar olmuş, parçalanmış, qanlarına qəltan olmuş və dağlar qədər dərdlərin ağırlığı altında zəbun olmuş türklər özlərinə gəlməmiş nəfəslərini kəsmək lazımdır. Çünki dünyada görünməmiş qəddarlığı ilə ad çıxaran düşmən bilirdi ki, türklər bir daha özlərinə gəlsələr, türklər bir daha azadlığın qızıl atlarını cövlana gətirsələr, dünyada heç bir güc və qüdrət onları azadlığın qızıl atlarından düşürə bilməz. Zalım düşmən onu da bilirdi ki, onların işini bitirməsələr o möhtəşəm və əzəmətli türklər gec-tez dünyalarını onlara zindan kəsdirəcək. Onlardan yüz illərlə məzlum xalqların azadlıqlarının xərabələri üzərində sürdükləri azğın hökmranlıqlarının hesabını soracaqlar. Yüz illərcə çəkdikləri mənfur hökmranlığın nəşələrini burunlarından tökəcəklər. Başqalarına çəkdirdikləri zülmün və həqarətlərin hesabını gec-tez...
Düşmən hökmdarı bu gələcək qorxunc qasırğanın qarşısını almaq üçün türk sərhədində ordugah qurmuşdu. Elçisini də türk xalqının hüzuruna göndərmişdi.
Elçi çadırlar arasında ağayana bir əda ilə yeriyirdi. Amma xaqanın mavi möhtəşəm qızıl qülləli çadırı önündə bilaixtiyar diz çökdü.
Elçiyə diz çökdürən Oğuz xanın dərinliklərində fırtınalar çağlayan gözlərinin qüdrətli cazib baxışları idi. Türk xaqanı elçinin ağayana ədasını xoş görməsə də “Elçinin günahları” bağışlanır deyə düşündü.
Elçi xaqanın başının xəfif işarəsilə qüdrətli gözlərinin zəhimli baxışlarından zorla yayındıraraq, türk sərhədindəki zəhimli ordudan güc alırmış kimi sözə başladı:
-Böyük Xaqan, hökmdarım buyurur ki, sizdə dəmir zəncirləri muma döndərəcək ildırımdan qılınc varmış. O qılınc məndə, yəni daha güclü və şərəfli əllərdə olmalıdır.
Çadıra məzar kimi buz kimi qorxunc bir səssizlik hakim kəsildi. Uca türk bəylərindən biri Elçini külə döndərəcək bir qəzəblə süzüb ağzını açar-açmaz çadıra Oğuz xanın zəhmli səsi yayıldı:
-Daha nə arzulayır hökmdarınız?
-Türk xaqanının ruzigardan iti uçan, tufandan güclü, köpüklü dalğalar kimi bəmbəyaz atı varmış. Hökmdarım buyurur ki, biz bu atın üstündə türk torpaqlarında cövlan etmək istərdik.
-Yer üzündə türk torpaqlarında cövlan edəcək bir qüdrət varsa, o da türklərin özləridir - deyə çadırdan qorxunc bir səs qopdu.
Bu ucaboylu, qədd-qamətli, üzündən mərdlik yağan minbaşının səsi idi.
Amma Oğuz xanın bircə sərt baxışı çadırda qopa biləcək qorxunc tufanın qarşını aldı və:
-Sonra nə buyurur hökmdarınız? - dedi.
Elçi:
-Hökmdarımın hərəmxanəsında yüzlərcə gözəllər var. Amma türk gözəllərinin ehtişamı başqadır. Türk gözəlinin cazibəsi dünya gözəlləri ilə qiyaslanmaz. Hökmdarım buyurur ki, biz sarayımızda türk xaqanının hərəmxanəsındakı ən cazibəli türk gözəlini, baş cariyəni görmək istərdik.
-Türk xaqanının şərəfilə... Bu nə cəsarət? - deyə uca türk bəyləri ildırım sürətiylə qılınclarını siyirdilər və elçinin boynuna dirədilər. Elçi gözünü də qırpmadı. Bu da türk xaqanının gözündən yayınmadı. Sərhəddə qurduqları ordugaha arxayındır - deyə düşündü. Bütün baxışlar odlu bir nizə kimi türk xaqanına sancıldı. Xaqanın bircə qəzəbli baxışı ilə elçi param-parça olacaqdı. Amma Oğuz xanın zəhmli baxışları qılıncları havada dondurdu. Türk xaqanının üzü sanki daşa dönmüşdü. Qüdrət saçan zabitəli üzünün bircə cizgisi də yerindən oynamadı. Dodaqları bir-birinə elə kilidlənmişdi ki, ən iti xəncərlə belə ayrılmazdı. Amma gözlərinin dərinliyində elə qorxunc bir fırtına çağlayırdı ki, bu mismarlanmış dodaqları bir-birindən ayıran olsaydı onlardan elçini külə döndərəcək ildırımlar qopardı. Çadırda bir an hökm sürən qorxunc səssizlik bir əsr qədər uzun çəkdi. Bu vaxt ərzində xaqanın qəlbindən qopacaq fırtınalar cilovlanmış, ağıl almaz bir Tanrı iradəsinin gücü kilidlənmiş dodaqlardan qopacaq ildırımlar söndürülmüşdü. Nəhayət, ulu xaqan:
-Qonşu
hökmdarın istədiklərini verin! - dedi.
Uca
türk bəyləri ildırımla vurulmuş kimi yerlərində
dondular...
Baxışlarından
hansı qorxunc fırtınalar çağladığı bəlli
olan uca türk bəylərindən biri xaqanın hüzurunda
diz çökdü:
-Xaqanım!
Neyçin şərəfini də, bizi də elə acı həqarətlərə
məhkum etdin? Mənim şərəfim bu dağ boyda həqarəti
daşıyacaq qədər gücü yetməz - deyə
qılıncını bağrına sancan anda xaqan dəmir pəncəsilə
onun biləyini qamarladı:
-Duyurdum və
görürdüm, - dedi - düşmən
hökmdarının Elçinin dili ilə hər kəlməsi
sizi qılınc kimi doğrayırdı. Nizə kimi ürəklərini
deşirdi. Heç bir qüdrət qarşısında əyilməyən
qürurunuzu doğram-doğram, güclü mənliyinizi
param-parça edəcək bir qəddarlıqla əzirdi...
Xaqan bir
an nəfəsini dərdi. Minbaşılara, uca türk bəylərinə
göz gəzdirdi:
-Amma
xaqanınıza - mənə böyük ehtiram üzündən
düşmənin acı həqarətlərinə
dözdünüz. Mən də...
Oğuz
xan elə dərindən köks ötürdü ki, sanki
zindan kimi ağır dərdləri - həqarətləri
artıq çəkmək qüdrətində deyildi.
-Mən də
- dedi - dağların belə dözə bilməyəcəyi
dəhşətli həqarətlərə, təhqirlərə
dözdüm... Amma gördünüz ki...
Oğuz
xan sanki içindəki ilan kimi yumrulanmış iztirabı
parçalaya-parçalaya: Amma gördünüz ki,
hökmdarlıq yalnız başda tac gəzdirmək
deyilmiş... Azğın hökmdarları bir qul kimi səcdəyə
gətirməkdən nəşələnmək deyilmiş...
Hökmdarlıq bəzən, dünyada heç kəsin
çəkə bilməyəcəyi ən acı
ağrıları-acıları çəkə bilmək
qüdrətidir... bu gün dörd bir yanımız
düşmən və düşmən bu dəfə
yağma və talana gəlməyib. Qürurumuzu, mənliyimizi,
şərəfimizi əzmək, yəni mənəvi
gücümüzü - qüdrətimizi məhv etmək idi məramları.
At, qılınc, xatun bizə baş əydirib, əsarət zəncirini
boynumuza keçirmək üçün uydurduqları bəhanə
idi...
Əsarət
isə elə bir zəncirdir ki, hürr boyunlara bir kərə
keçdimi əsrlərlə qırılmaz. Əyilməz
başlar bir kərə səcdəyə
düşdümü qalxması zor olur...
Düşmənin
şərtlərini qəbul etmək vaxt qazanmaq
üçün son çarə idi...
Üç
ildən sonra düşmən hökmdarı yenə türk sərhədində
ordugah qurur və yenə elçisini türk xaqanının
hüzuruna göndərir:
-Sərhəd
boyu uzanan ərazini istərəm! ya hərblə, ya sülhlə...
Uca
türk bəyləri hamı bir ağızdan:
-Kiçik
qayalıqlardan ibarət ərazidən ötrü xalqı
qırğına verməyə dəyməz. Düşmənin
barış təklifini qəbul edəlim.
Xaqanlar
xaqanı Oğuz xan ildırım kimi gurladı:
-Əcdadlarımızın
əmanətini dünyada ən alçaq və ən rəzil
düşmənin ayağı altında tapdanmasına necə
dözərsiz? Düşmənin təklifini qəbul etmək
milləti şərəfsizliyə və zəlalətə məhkum
etməkdir...
Uca
türk bəylərindən biri:
-Uca xaqan,
bir il öncə özü düşmənin şərəfsiz
sülh şərtlərinə boyun əymədimi? - dedi.
Türk
xaqanı qəzəbdən atəş kimi
püskürdü:
-Boyun əymişdim,
doğrudur. Çünki bu şərtlər yalnız mənim
şərəfimlə bağlı idi. Mən o zaman
ağıl almaz bir Tanrı qüdrətinin iradəsilə
damarlarımda fəryad qoparan şərəfimi, qürurumu
susdurdum. Özüm özümə dağ çəkdirdim!
Bunlar vaxt qazanmaq üçün idi. Görürsüz, bəzən
hökmdarlıq dövlət uğruna alçalmaq qədər
ağır bir yükdür. Dövlət bir millətin təşkilatlanmış
gücüdür. O zaman düşmənlə savaş Yer
üzündə dövlətin siyasi varlığını zərbə
altında qoymaq, milləti təhlükədə qoymaq demək
idi. Bu gün isə gücləndik.
Torpaq
dövlətin təməlidir! Düşmənə verilməz
və uğruna qanlar axar. Qanla yoğrulan torpaq isə vətəndir!
Döyüş
bayrağı qaldırılır və düşmən yerlə-yeksan
edilir.
Ulu
babalarımız bir ovuc torpaq uğruna, kiçik bir qaya
parçası uğruna canlarını əsirgəmədilər.
Vətən
sevgisinin ən güclüsünü, torpaq uğrunda
mübarizə etməyin ən şərəfli bir iş
olduğunu bizə miras qoyub getdilər. Sərvətlərlə
dolu Azərbaycanın işğal olunmuş qızıl
torpaqlarını otuz ildir ki, dünyada ən alçaq və
rəzil düşmənin ayağı altında
tapdalanırdı.
30 il
sülh deyə Azərbaycana göz dağı çəkdirdilər.
Azərbaycanın haqqını çeynədilər...
Biz qəhrəman
keçmişimizin, ulu babalarımızın ölməz, təhqir
götürməz ruhunu qəlbimizə, beynimizə,
damarlarımıza, canımıza hopdurub, torpaqlarımız
uğrunda mübarizə aparmağımızı Minsk qrupunun
Sülh çağırışları üstələdi.
Alicənablıq
və mərhəmət ali insanlıq duyğularıdır.
Hər şeyi sülh yolu ilə həll etmək böyük
humanizmdir.
Qərbin
sülh və demokratiyası ilə erməni
quzğunlarını Azərbaycan torpaqlarından qovmaq
mümkün deyilsə yalnız Azərbaycanın əsgər
qəhrəmanları ilə onlara göz dağı çəkdirib
erməni işğalına son verəcəyik.
Bu gün
Rusiyanı və Qərbi nə 1 milyon 200 min
qaçqının bədbəxt taleyi
düşündürür, nə də Azərbaycanın ərazi
bütövlüyü. Böyük dövlətləri
düşündürən Azərbaycanın hesabına
öz dövlət maraqlarını təmin etməkdir.
İnsanların
və millətlərin taleyində elə böyük dərdlər
olur ki, o dərdləri yalnız o insan və millətin
özü həll etməlidir. Heç bir dövlət və
millət azadlıq tacını bir millətə bəxş
etməz. Erməni kimi rəzil bir düşmənlə, sədaqətin,
haqqın, alicənablığın qiymətini bilməyən
düşmənlə ədalətlə iş görmək
olmaz.
Bizi on illərlə
boş mənasız sülh danışıqlarına məhkum
edən elə Minsk qrupu deyildimi? Azərbaycan yalnız sülh
yolu ilə öz torpaqlarına sahib çıxmalıdır
- deyən və sülh zənciri ilə bizim əlimizi-qolumuzu
və ruhumuzu zəncirləyən həmin Qərb deyildimi? Bu
gün bizdən yenə sülh masasının arxasına
keçməyi xahiş edirlər. Xeyr! Əsla! Masa
dövrü bitdi, indi hər şey döyüş
meydanında həll olunacaq. Çünki bunu Ermənistan
özü istədi.
Sülh
siyasəti öz-özlüyündə nəcib və alicənab
bir siyasətdir və sülhün, haqqın önündə
əyilmək böyüklükdürsə, zülmün
qarşısında əyilmək rəzalətdir.
XXI əsr
türk əsridir. Ədalətin-haqqın qələbəsi
üçün Azərbaycan 30 il dözüm və
müdriklik nümayiş etdirdi.
Vətənini
özün azad etməlisən!
Şərəfli
bir millət kimi dünya xalqları arasında ləyaqətli
yer tutmaq üçün!
- Haqq
uğrunda mübarizəyə! - qalxdın.
Dünya
yaranandan bəri insanlıq bundan güclü bir şey icad etməmişdir.
Hürr yaşamaq
haqqını verməz sənə kimsə,
Hürriyyət üzərində haqqın varsa, mənimsə...
Bayraqları bayraq yapan üstündəki qandır
Torpaq, əgər uğrunda ölən varsa, vatandır.
Oqtay ALTUNBAY
Respublika.- 2020.- 13 oktyabr.- S.14.