Bil ki, bizimdir Qarabağ, vəssalam!

 

Çəkməliyik köksünə dağ, vəssalam!

Bil ki, bizimdir Qarabağ, vəssalam!

 

 

 

Dövləti çarizm yaradıbdır sənə,

Mənsə miladdan da qabaq, vəssalam!

 

 

 

Biz dayaq olduq sənə illər boyu,

Sarsılıb indi o dayaq, vəssalam!

 

 

 

Yaxşı qulaqburması verməkdəyik,

Yaxşı burulmaqda qulaq, vəssalam!

 

 

 

Yerlərimizdən qoparan yerləri

Ver geri, ey üzlü qonaq, vəssalam!

 

 

 

Zillətə qərq Xan Qarabağ yurdumun

Olmalıdır ovqatı çağ, vəssalam!

 

 

 

Çox demişik dinc oturub, dinc yaşa,

Türk ilə gəl etmə nifaq, vəssalam!

 

 

 

Amma əbəs söyləmişik bunları,

Olmalısan bizdən iraq, vəssalam!

 

 

 

Üz qaradırsa, onu sabunla yu,

Olmayacaqdır qara , vəssalam!

 

 

 

Pis günə qoydun özünü sən özün,

Üz-gözünə çək şapalaq, vəssalam!

 

 

 

Olmalıdır doğma ərazim bütöv,

Haqlı bizik, sənsə nahaq, vəssalam!

 

 

 

Cənnətməkan olmalıdır tərtəmiz,

Gülşənimizdə sən - alaq, vəssalam!

 

 

 

Səndə ki, nifrət ocağı yanmada,

Sönməlidir öylə ocaq, vəssalam!

 

 

 

Rədd edirik sən təki bədməzhəbi,

Bir bizə olma yamaq, vəssalam!

 

 

 

Sən kimi mürvətsiz olan bir qonaq

Olmamalı mülkə calaq, vəssalam!

 

 

 

Qarə buludsan içi yağmur dolu,

Yağmuru öz səmtinə yağ, vəssalam!

 

 

 

Nəslinəməzlumdeyərək ağlama,

Səndə ləçək, bizdə papaq, vəssalam!

 

 

 

İstəməyirsənsə canın titrəsin,

Torpağıma basma ayaq, vəssalam!

 

 

 

Sən niyə tutdun raketə Gəncəni?

Olmusan aləmdə qınaq, vəssalam!

 

 

 

Rəhm eləmirsən qocaya, körpəyə,

Alçaq əməl yox bu sayaq, vəssalam!

 

 

 

Yurdumu azad edəcək ordumuz,

Ordumuza öndə sınaq, vəssalam!

 

 

 

Rəhbərimiz yaxşı deyibdir sənə:

Torpağımızdan ol uzaq, vəssalam!

 

 

 

Bərkə düşüb indi dabanlar yala,

Adətin olmuş yalamaq, vəssalam!”

 

 

 

Ey qara niyyətli olan, bir daha

Bil ki, bizimdir Qarabağ, vəssalam!

 

 

Şahin FAZİL

 

Respublika.- 2020.- 14 oktyabr.- S.7.