AZƏRBAYCAN
QƏLƏBƏ TARİXİNİ YAZIR
Şanlı, qüdrətli ordumuz Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda törətdiyi təxribatlara layiqli cavablar verir, işğal altında olan rayon, qəsəbə və kəndlərimizi azad edir. Üçrəngli bayrağımız Cəbrayılda, Hadrutda, Suqovuşanda, digər ata-baba yurdlarımızda, çox vacib və əhəmiyyətli strateji yüksəkliklərdə dalğalanır, xalqımıza əsl bayram sevincləri yaşadır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyilə ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar ölkə əhalisi ilə yanaşı, dünyanın ayrı-ayrı qitələrində yaşayan soydaşlarımızı, xalqımızın dostlarını ürəkdən sevindirir.
Ermənilər tarix boyu havadarlarına arxalanaraq xalqımıza qarşı terror, etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirərək dinc, əliyalın, günahsız soydaşlarımızı qətlə yetirmiş, onları doğma yurdlarından didərgin salmışlar.
Ermənistan son 30 ildə terrorçu dövlət olduğunu bir daha sübuta
yetirdi. Bu günlərdə
Moskvada əldə olunmuş humanitar atəşkəsi gözləmədən
Mingəçevir və
Gəncə şəhərlərini
ballistik raketlərdən
atəşə tutdu.
Mingəçevir Su Elektrik Stansiyasını
hədəfə almış
raketlər havada zərərsizləşdirildi. Gəncəyə atılmış raketlər evləri dağıtdı, dinc, günahsız insanların
həyatına son qoydu.
Neçə-neçə körpə valideynlərini
itirdi, 10 mülki vətəndaş həlak
oldu, 34 nəfər müxtəlif dərəcəli
bədən xəsarətləri
aldı. Həmçinin, 10-dan artıq çoxmənzilli
binaya və 100-dən
artıq mülki obyektə ziyan dəydi.
Azərbaycan Respublikasındakı diplomatik korpusun nümayəndələri, səfirlər,
hərbi attaşelər
və beynəlxalq təşkilatların ölkəmizdəki
nümayəndəliklərinin rəhbərləri Gəncəyə
səfər edərək
günahsız əhaliyə
qarşı törədilən
terror aktı və hərbi cinayətlərlə
yerindəcə tanış olublar.
Bununla işğalçı Ermənistan
beynəlxalq hüququn
norma və
prinsiplərini, 1949-cu il
tarixli Cenevrə Konvensiyalarını, habelə
10 oktyabr 2020-ci il tarixli saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq
Azərbaycanın ikinci
böyük şəhəri
olan Gəncənin dinc əhalisini hədəfə alaraq qanlı cinayət törətmişdir.
Senyabrın 27-dən başlayaraq Ermənistan ölkəmizin
Tərtər, Mingəçevir,
Ağcabədi, Beyləqan,
Gəncə şəhərlərinə,
eləcə də bir sıra qəsəbə
və kəndlərimizə
terror hücumları təşkil
edərək 42 mülki
şəxsi qətlə
yetirmiş, 206 nəfəri
yaralamış, 241 mülki
obyekti, 1479 yaşayış
evini, 66 çoxmərtəbəli
yaşayış binasını
yararsız hala salmışdır.
Müzəffər ordumuz tərəfindən
azğın düşmənin
hücumlarının qarşısı
qətiyyətlə alınır,
bütün istiqamətlərdə
onlara sarsıdıcı
zərbələr endirilir. Qəhrəman əsgər və zabitlərimizin cavab tədbirləri nəticəsində
düşmən böyük
itkilərlə geri çəkilir, torpaqlarımız
işğaldan azad edilir.
Cənab Prezidentimizin dediyi kimi, “Biz öz torpağımızda döyüşürük,
vuruşuruq. Bizim ərazi bütövlüyümüz
bərpa edilməlidir
və biz haqq yolundayıq. Bizim əsgərimiz
xilaskar əsgərdir.
Çünki öz doğma
dədə-baba torpağını
işğalçılardan azad edir”.
Bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan özünün zəfər, qələbə tarixini yazır. Yaşından, cinsindən, milli, siyasi, dini mənsubiyyətindən asılı olmayaq hamı ölkə başçısının ətrafında sıx birləşib. Masallılılar da möhtərəm Prezidentimizin uğurlu siyasətini dəstəkləyərək şanlı, müzəffər ordumuza dəstək olur, onun qələbələri ilə qürur duyurlar. Hamı qələbə xəbərini gözləyir. O günə isə çox az qalır. Qarabağ Azərbaycandır!
Seyfəddin ƏLİYEV,
Yeni Azərbaycan Partiyası
Masallı rayon təşkilatının
sədri.
Respublika.- 2020.- 17 oktyabr.- S.9.