Məcburi köçkünlər öz evlərinə qayıdacaqlar
Dünya deyəsən, həmin dünyadır. Haqlıya səs vermir, kar, kor, lal olur, təcavüzkarı, işğalçını isə müdafiə etmək üçün min dona girir, tərəfində durduğu işğalçını görməzlikdən gəlir. Avropa isə pis məxluq kimi üzə dirənir, Azərbaycana dərs keçmək istəyir. Fəqət, adama deyərlər ki, öz gözündə tiri görmürsən, başqasının gözündə tük axtarırsan. Ermənistanı müdafiə etmək faşizmi müdafiə etmək deməkdir.
Baxın, Avropanın və Rusiyanın müdafiə etmək istədikləri Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Düşmənin atəşi nəticəsində yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altında olan ərazilərimizdəki tarixi-dini abidələri məhv edən ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.
Prezident İlham Əliyevin Rusiyanın Ria Novosti Agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində haqlı olaraq deyilir:
- Hər bir müharibə qəddarlıq, qurbanlar, insanların iztirabları, yaxın adamların itirilməsi deməkdir. Fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün erməni tərəfin belə adlandırdığı birləşmədəki hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə - Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir. Sual olunur: onlar orada nə edirlər? Bu gün Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. Buna heç nə ilə haqq qazandırmaq olmaz - istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından. Başa düşürsünüzmü, 30 il ərzində azərbaycanlıların öz əzəli torpaqlarına buraxılmaması siyasətini yürütmək mümkün deyil. Axı, erməni əhalisi bu ərazilərdə heç vaxt yaşamayıb. Başqa bir məsələ də var ki, orada hər şey dağıdılıb, oraya qayıtmaq üçün çox böyük qüvvə və vaxt sərf etmək lazımdır. Ermənilərin bu siyasətinə heç cür haqq qazandırmaq olmaz. Ona görə ki, bizim hərbi qulluqçular Azərbaycan torpağında döyüşür və həlak olur. Erməni hərbi qulluqçular isə onların hökumətinin işğal altında saxlamaq istədiyi torpaqda həlak olurlar.
Buna baxmayaraq, cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri ilə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz qalır. Ağdam rayonunda kənd qəbiristanlıqlarına düşən mərmilərin partlaması nəticəsində bir çox qəbir daşları dağılıb və ya zədələnib.
Bu, müharibədir. Çox alçaq bir düşmənlə üz-üzəyik. Kədərlə sevinc bir yerdədir. Bir gözümüz gülür, bir gözümüz isə ağlayır. Eybi yoxdur. Təki qələbə sorağını tez-tez eşidək. Belə qələbələrdən birini Ali Baş Komandan növbəti dəfə elan edib:
Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Bu xəbəri eşidən xocavəndlilər qəsəbə ərazisində bayram edir, qələbə sevincini yaşayırlar.
Bu sevinc hisslərini bizimlə bölüşən Tahirə Rüstəmova ilk dəfədir ki, belə qürur dolu anlar yaşadığını deyir:
- Ordumuz, Ali Baş Komandanımız var olsun. İnşallah, onların sayəsində
bütün torpaqlarımız
azad olacaq və bu sevincli
günləri hələ
çox yaşayacağıq.
Gültəkin Ağayeva da Xocavənd sakinidir. O deyir:
- Bu sevincimizi sözlə ifadə etmək çox çətindir. Hər gün torpaqlarımızın
bir hissəsi düşmən tapdağından
xilas edilir. Bu 30 ilin həsrəti
artıq sevincə çevrilir, torpaqlarımız
işğalçılardan azad olunur. Xocavəndlilər düşmənə qarşı mərdliklə
döyüşürlər. Qarabağın xilası üçün
qətiyyətli addım
atan, xalqımızın
dəyərli oğlu
İlham Əliyevə
bütün məcburi
köçkünlər adından
minnətdarlığımızı bildirirəm.
Qələbə sevincini yaşayanlardan
biri də Aslan Quliyev hisslərini
bölüşərək deyir:
- Bu günlərdə hər bir azərbaycanlı sevinir. Biz xocavəndlilər
də böyük sevinc hissi yaşayırıq.
Bu qələbə xəbərləri üçün
başda Ali Baş Komandan İlham Əliyev olmaqla, ordumuza təşəkkür
edirik. Biz əminik ki, uğurlu əməliyyatların
davamı çox olacaq və bayrağımız işğal
edilən bütün
torpaqlarda dalğalanacaq.
Rəşadətli Azərbaycan ordusunun
igidliyi sayəsində
rayonumuzun bir neçə kəndi işğaldan azad edilib, inamımız çox artıb ki, bütün işğal altında qalan torpaqlarımız azad ediləcəkdir.
Qeyd edək
ki, düşmənin
yurd-yuvasından didərgin
saldığı xocavəndlilər
respublikanın 36 şəhər
və rayonunda məskunlaşıblar. Xocavəndli
məcburi köçkünlər
əsasən Beyləqan
rayonu ərazisində
salınan Xocavənd,
Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı, 320 ailəlik
qəsəbələrdə, Ağcabədi rayonu ərazisindəki massivdə
yaşayırlar. Rayonun bütün
icra xidməti Beyləqan rayonu ərazisindəki 500 ailəlik
Xocavənd qəsəbəsində
fəaliyyət göstərir.
Hamıdan çox sevinənlər məcburi köçkünlərdir. Onlar deyirlər
ki, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə güvənirlər, artıq
çoxumuzun üstündən
köçkün sözü
götürülüb. Torpaqlarımızın işğalçılardan
tamamilə azad edilməsinə lap az qalıb. Qarabağ Azərbaycandır!
Salman ALIOĞLU
Respublika.- 2020.- 20 oktyabr.- S.14.