Təki bir damımız olsun, kifayətdir...

 

Rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızı murdar düşmən tapdağından azad edir, ən keçilməz sədləri aşaraq işğalçının ordusuna sarsıdıcı zərbələr endirir. Xəyalları puç olan ermənilər köhnə bayatılarla dünyadan kömək ummaq üçün min sifətə düşürlər, okeanın hər iki tayında olan ağalarından imdad diləyirlər, sosial şəbəkələrdə utanıb qızarmadan ruslara deyirlər ki, gəlin Qarabağda bizim yerimizə döyüşün, siz ölsəniz olar, doğub törəyəcəksiniz, biz ermənilər isə ari irqik sair i.a.

 

Bu sözləri yalnızmiatsumxəstəliyinə tutulan, əsrlər boyu özgə boşqabını yalayan, qorxaq, hiyləgər, namərd, yaltaq ermənilər deyə bilər. Erməniliyin başqa adı yoxdur, iyirmi birinci əsrin faşizmi Ermənistandır, terrorçu dövlətdir, körpə qatilidir, həyasız idbar bir mahiyyətdir. Sonu çatan, döyüş səngərindən tülkü kimi qaçan, yüzlərlə ölüsündən belə imtina edən, hər gün yalan ifraz edən, kirli qorxaq ermənilik ağalarının qarşısında göz yaşı tökür, ağlayır, məzlum görkəm alır. Fəqət onların qaniçən siması yırtılır, yaxın vaxtlarda cinayətkarlara məhkəmə qurulacaq, haqq-hesab sorulacaq.

 

Şanlı Azərbaycan ordusu torpaqlarımızı işğalçı Ermənistanın təcavüzündən xilas etdikcə döyüş meydanında uduzan ermənilər cəbhə bölgəsində yerləşən Tərtər, Ağdam, Ağcadədi Füzuli rayonlarının dinc yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutaraq evləri dağıdır, dinc insanlar həlak olur, yaralanırlar.

 

Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı müharibə cinayətləri davam edir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşım edib.

 

Qeyd olunub ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket 3 dron hücumu olub:

 

- Tərtərə 423, Ağdama 49, Ağcabədiyə 24, Goranboya 2 mərmi, Naftalan Goranboya Smerch raketləri atılıb.

 

Düşmən əhali arasında panika yaratmaq istəsə buna nail ola bilmir. Çünki, xalq öz Prezidentinə inanır, öz Ordusuna güvənir, onların yekdil fikri belədir ki, ev-eşiyimiz , varımızda ordumuzun əsgər zabitlərinə qurban olsun, biz hər çətinliyə dözərik, təki torpaqlarımız düşmən işğalından azad olunsun. İnsanların sevincinin həddi-hüdudu yoxdur. İllər uzunu tikib qurduğu evinin dağıntıları yanında dayanan adamlar deyirlər ki, düşmənə qan udduran ordumuza hər şey qurban olsun. Təki bir damımız olsun bu bizə yetər, alaçıqda yaşayarıq, əl-ələ verərək hər çətinliyin öhdəsindən gələrik, qoy Qarabağımız işğaldan azad olunsun.

 

İşğaldan azad edilən yurd yerlərinə hazırlaşan insanlar hamısı ayaq üstədir. Onlardan biri Nəbi Qasımovdur.

 

Xocavənd rayonunun Axullu kənd sakini Nəbi Qasımov Qarabağ müharibəsi veteranıdır. Övladlarından ikisi işğal altında olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Nəbi Qasımov 28 ildir ki, doğma kəndlərini yaddaşında, xatirələrində yaşatdığını bildirir:

 

- Ərgünəş dağının ətəyində yerləşən kəndimizin çox gözəl təbiəti, bulaqları var. Kəndin yuxarı hissəsi meşəlikdir. Kəndimizin hər cığırı, hər guşəsi yaddaşıma elə həkk olunub ki, gözümü bağlasalar belə evimizə gedə bilərəm.

 

Prezidentə ailəmiz adından təşəkkür məktubu yazmışıq. İndi hamımız kəndimizə qayıdacağımız günü gözləyirik. Nəvələrimə deyirəm ki, kəndimizə, Vətənimizə gedəcəyik. Orada gözəl meşələrimiz, soyuq bulaqlarımız var. Uşaqlar da baba yurdlarına gedəcəkləri üçün sevinirlər.

 

Kəlbəcər rayonundan olan məcburi köçkün Kərəm Cəmilov deyir:

 

- Ordumuz cəbhədə erməni işğalçılarını məhv edir uzun illərdir həsrət qaldığımız torpaqları düşmən tapdağından azad edir. Odur ki, sevincimizin həddi-hüdudu yoxdur. Biz əminik ki, şanlı ordumuz işğal altında olan bütün torpaqlarımızı azad edəcək biz məcburi köçkünlər ən böyük arzumuza çatacaq, doğma yurdumuza qayıdacağıq.

 

Füzuli rayonunun Qərvənd kəndindən məcburi köçkün Dayandur Əliyev deyir:

 

- Məcburi köçkün statusundan qurtulduq, gələcək nəslə deməyə sözümüz var: Biz qələbə çaldıq! Uşaqlıqdan hər cığırına bələd olduğum o ərazilərə - Füzuliyə, Qərvəndə getmək üçün həyəcanla gözləyirəm. Hər kəsə doğulub boya-başa çatdığı yurdu əzizdir.

 

Doğma yurda qayıtmaq sevincini yaşayan minlərlə insan var. Hamısının da arzusu birdir: - qayıdan kimi torpağımızı öpəcəyəm. Təbii ki, bu insanların qüruru hünəri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə tükənməz güc verir, sarsılmaz xalq birliyi ilə yalnız Böyük Qələbəyə Böyük Qayıdışa hazırlaşır. Prezident işğaldan azad edilən torpaqlar haqqında qətiyyət inamla deyir:

 

- Biz orada nəinki damlar, biz orada şəhərlər quracağıq, biz oraya həyatı qaytaracağıq. Biz bütün dağılmış yerləri bərpa edəcəyik. Ora indi bizim ordumuzun nəzarətindədir. Artıq işğaldan azad edilmiş torpaqların bəzilərinə bizim mətbuat nümayəndələri gedirlər. Bəzilərində isə hərbçilər özləri videoya çəkirlər, görürlər ki, orada bir dənə salamat bina yoxdur. Yəni, bu, faşistlərin əməlləridir. Dünya bunu görməlidir görəcək. Görün, indi Ağdam, Füzuli gündədir?! Bizim bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar, qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını təqribən 8 aya qurduq. O kənd ki, biz 2016-cı ildə işğaldan azad etdik, 6-7-8 aya artıq oranı biz inşa etdik indi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki , məscidi , xəstəxanası da, məktəbi , evlər var, hər şey var. Bir ki, kənd təsərrüfatı üçün onlara avadanlıq vermişik indi o kənd dirçəlib. Bütün o torpaqları biz cənnətə çevirməliyik. Onsuz da oranın mənzərəsi cənnətdir uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar.

 

 

 

Salman ALIOĞLU

 

Respublika.- 2020.- 24 oktyabr.- S.7.