Xalqımız milli maraqlarımızı qətiyyətlə qoruyan Ali Baş Komandanla həmrəydir

 

Azərbaycan Silahlı Qüvvələrinin cəbhədəki zəfərləri, əsgərlərimizin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizə sevinc hissi yaşadır. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün güclü maddi-texniki bazamüasir silah-sursatla təmin olunan ordumuz məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşıb. İndi biz ordumuzda vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin şahidi oluruq. Azərbaycan əsgərinin ən güclü silahı onun vətənpərvərliyidir.

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusunun xalqımızın tarixində şərəf dolu səhifələr çox olub. Eyni zamanda, Azərbaycan cari il sentyabrın 27-dən etibarən öz keşməkeşli tarixinin növbəti belə şanlı, qürurverici dövrünü yaşayır. Xəbər verildiyi kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlaması barədə ordu komandanlığı tərəfindən qərar qəbul edilib.

 

Təcavüzkar Ermənistanın növbəti təxribatından sonra işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Respublikasının Vətən müharibəsi davam edir. Müharibə başlandığı ilk saatlardan bu günə kimi müzəffər ordumuzun qələbə xəbərləri xalqımızı sevindirməkdədir. Azərbaycan otuz il ərzində xalqımızın sülh tərəfdarı olduğunu, münaqişənin sivil yolla, beynəlxalq hüquq çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu səbirlə nümayiş etdirdi. Beynəlxalq ictimaiyyət və özünü dünyada sülh, ədalətin qoruyucusu kimi təqdim edən səlahiyyətli qurumlargüclü dövlətlər ikili siyasət yürütməklərindən utanmadılar. Haqq səsimizi eşitmək istəmədilər. Nəhayət respublikamızın Prezidenti, Ali Baş Komandanımız bütün dünyaya sübut etdi ki, bu məsələni biz müharibə yolu ilə də həll edə bilərik, daha bir 30 ili də gözləmək fikrimiz yoxdur. Ötən günlər ərzində xalqımız nəyə qadir olduğunu da sübut etdi.

 

Bir neçə ay öncə Ermənistanın dövlət sərhədimizin Tovuz rayonu istiqamətində xaincəsinə hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbə endirildi, çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Əsgər və yüksək rütbəli bir neçə zabitimiz qəhrəmancasına şəhid olsa da, qanları yerdə qalmadı, qisasları alındı. Bu hadisələr ölkəmizdə xalqPrezident, xalqordu birliyini yenidən təsdiq etdi. Azərbaycan ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun qarşısında aciz və cılızdır. Tovuz döyüşləri göstərdi ki, Azərbaycan Ordusu gözlənilməz hücumun qarşısını almaqda çətinlik çəkmir. Əlbəttə, düşmənin təxribatı nəticəsində baş verən döyüşlərdə itkilər də vermişik, düşmənə göz dağı olan igid oğullarımız Vətən torpağının azadlığı yolunda canlarını fəda edir, ancaq murdar düşmənin ayağının torpağımıza dəyməsinin qarşısını mərdliklə alırlar. Qürur hissi keçiririk ki, onlar düşmənə tutarlı cavab verir, dəfələrlə artıq itkilərə məruz qoyurlar. Düşmənimiz görür ki, hətta bizim generallarımız da səngərdədir öz əsgərləri ilə bərabər vuruşur, onları ruhlandırır, şəxsi nümunə göstərirlər. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov və başqaları Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqlar. Onlar döyüş meydanında mərdliklə həlak oldular, amma döyüşçülərimiz üçün, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi qoyub getdilər. Biz şəhid oğullarımızın xatirəsini hər zaman əziz tutacağıq.

 

Bu gün Azərbaycan xalqı ordu-xalq birliyinin ən mükəmməl nümunəsini göstərir. Xalq, Vətən, millət, dövlət birliyini layiqincə nümayiş etdirir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir”. Ona görə də inanırıq ki, birliyin təntənəsindən doğan qələbə çox yaxındadır. Əminik ki, tarixi ədalət bərqərar olacaq, ədalətli mövqedən çıxış edən hər bir ölkə bizim haqq işimizi dəstəkləyəcək. Ölkədə xalq-ordu birliyi ən yüksək səviyyədədir. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşı davam etdirsinlər. Bu eyni zamanda Azərbaycan əsgərinin əhval-ruhiyyəsinin ən yüksək səviyyədə olmasının göstəricisidir. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə və ləyaqətlə yerinə yetirir.

 

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: “Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün özTwitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik. Çox çətin məsələdir. Gün gələcək, bu haqda geniş məlumat veriləcəkdir. Əminəm, Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsə onu deyirik. Çünki döyüşlər gedirbiz istəyirik ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat və məlumatın həcmi tam kifayətdir”.

 

Ali Baş Komandan İlham Əliyev hər gün xalqımıza qələbə müjdəsi verir: İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində, Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədimizdəki qədim Xudafərin körpüsünün üzərində, Cəbrayılın və Zəngilanın mərkəzində Azərbaycan bayrağı qaldırıldı... Xalqımız şübhə etmir ki, tezliklə Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdərədə, Xocavənddə, Ağdamda, Əsgəranda, Xocalıda, Şuşada, Xankəndidə də Azərbaycan bayrağının dalğalanması xəbərini alacaq.

 

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu ilin 27 sentyabrında başladığı Vətən müharibəsinin ilk günlərindən torpaqlarımızı işğaldan azad edir. Azğın düşmən Gəncəni, Mingəçeviri, Tərtəri raket atəşinə tutmaqla, dinc insan — uşaqları, qadınları, qocaları qətlə yetirməklə, soyqırımı törətməklə adamların iradəsini, Qələbə əzmini sındırmaq istəsə də, heç nə alınmadı. Vətən mücadiləsinin ilk günündən Qələbə üçün zəruri şərtlərdən olan mənəvi bütövlüküstünlük də qazanıldı. İndi Ali Baş Komandan hər gün Qələbəmizin müjdələrini verir. Torpaqların işğaldan azadlığı isə bizi son Qələbəmizə günbəgün yaxınlaşdırır.

 

Azərbaycan xalqı Türk dünyasının bir parçası olduğunu, ağıllı siyasi lider, məğrur sərkərdə ətrafında birləşərək xilaskarlıq amalları uğrunda ölümə belə hazır olduğunu, iqtisadi və hərbi qüdrətini bir daha sübut etdi. Bu gün iki qardaş ölkənin əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi tarixi təməllərə söykənir. Təbii ki, xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın, ölkələrimizin bu bağlılığı hər iki dövlət başçılarının çıxışlarında da hər zaman təsdiqlənir. Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu zaman Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verib. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.

 

Ulu öndərin bu sitatı isə bütövlükdə iki ölkə əlaqələrinin hərtərəfli izahını vermiş olur: “Bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.

 

Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermişbunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir. Prezident İlham Əliyevin türk dünyası haqqında bu sitatını xüsusi vurğulamaq istərdim: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı demişdir: “Ölkəmiz üçün bu çətin bir dövrdə Sizin gəlişiniz xüsusi məna daşıyır. Bu, bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahürüdür, həmrəyliyin təzahürüdür. Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu günhiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir.

 

Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq. Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adi vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür.”

 

Bu gün müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü davam edir edəcək! Biz inanırıq ki, qüdrətli Ordumuz öz sözünü deyəcək qətiyyətli siyasi liderimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə bu vəzifəni inamla yerinə yetirəcəkdir. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Biz Vətən müharibəsindəyik torpaqlarımızı azad edirik. Tarixi bir zamanda yaşayırıq. Bu gün Azərbaycan tarixinə qızılı hərflərlə yazılacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı bütün torpaqlarımız tezliklə azad olunacaq, həmin torpaqlarda üçrəngli bayrağımız qürurla əzəmətlə dalğalanacaq. Qələbə müjdəsini Şuşadan, Laçından, Xankəndidən gözləyirik Azərbaycanın igid, rəşadətli əsgəri!

 

 

 

Etibar ƏLİYEV,

 

İqtisad elmləri üzrə fəlsəfə doktoru

 

Respublika.- 2020.- 24 oktyabr.- S.8.