Ordumuzun qarşısında duruş gətirə bilməyən azğın düşmən qaçır

 

Doxsanıncı illərdə Rus imperiyası dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonra nankor qonşularımız rus ordusunun köməkliyi ilə torpaqlarımızı işğal etməyə başladı. Bu işğal mərhəmətli və ehtiyatsız olan xalqımıza çox baha başa gəldi. Nəticədə çoxlu sayda əliyalın, köməksiz, dinc sakinlərimiz qətlə yetirildi və 20 faiz torpaqlarımız azğın düşmənlər tərəfindən işğal edildi. Bütün bunlar yerində olmayan hakimiyyətin qurbanı oldu. 1994-cü ildə ulu öndər hakimiyyətə gəldikdən sonra torpaqların bir qismini işğaldan azad etdi. Davamlı olaraq qan tökülməməsi üçün uzaqgörən siyasətinə arxalanaraq sülh yolu ilə bu məsələnin həll edilməsinə üstünlük verdi. Çünki biz qan tökməyi sevən millət deyilik. Erməni havadarlarının diktəsi ilə bu məsələnin həlli uzandı. Ulu öndərin davamçısı İlham Əliyevin ordu quruculuğu siyasəti uğurla həyata keçirilməyə başladı. Ordumuz müasir texnika və avadanlıqlar ilə tam təchiz edildi. Azərbaycanın qüdrəti daha da artdı. İşğalçı Ermənistanın ordusunu artıq Azərbaycanın Silahlı Qüvvələri ilə müqayisə etmək ən azından sadəlövhlük olardı. Azərbaycan Ordusu bu gün dünyanın ən inkişaf etmiş dövlətlərinin silahlı qüvvələri ilə bir sıradadır.

 

Azərbaycanın Silahlı Qüvvələrinin uğurlar əldə etməsində yüksək texnologiyaların, müasir qurğuların və kosmik peyklərin əvəzsiz rolu var. Ölkə rəhbərinin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü islahatlar nəticəsində intellektual texnologiyalarla təchiz olunan müasir və qüdrətli ordu formalaşıb. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Cənab Ali Baş Komandanımız İlham Əliyev mənfur azğın ermənilərə xəbərdarlıq etməsinə baxmayaraq, yenə də iyrənc, namərd əməllərindən qalmadılar. Əli silahlı olan insanları yox, əli oyuncaq tutan körpələri hədəfə aldılar. Bu da ermənilərin nə qədər azğınlaşması və insanlıqdan uzaqlaşmasını bir daha da sübut edir. Mülki insanları - qadın, uşaq, körpə, yaşlı insanlar demədən hədəfə alırlar. Bu hadisələrə cavab olaraq cənab Ali Baş Komandanımız onlar kimi döyüşməyəcəyimizi bizim əli silah tutmayan insanlarla işimiz yoxdur deməsi, bir daha öz müdriklini göstərir.

 

27 sentyabr 2020-ci il tarixində baş vermiş hadisələr Ermənistanın faşist mahiyyətli bir dövlət olduğunu göstərdi. Ən əsası odur bütün dünya bir daha şahidi oldu ki, Ermənistan işğalçılıq siyasətindən, qarayaxma kampaniyalarından əl çəkmir və bunlar işğalçıdır. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirir. Bizim apardığımız Vətən müharibəsi isə haqq işimizdir. Ermənistan tərəfindən Azərbaycana qarşı yönəlmiş təxribatlar və cənab İlham Əliyevin: “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdurfikri erməninin işğalçı siyasətini ifşa edir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, bu haqq mübarizə yolunda bizə bir çox ölkələr mənəvi dəstək göstərir.

 

Bu ölkələr arasında bizə qardaş olan Türkiyə Cümhuriyyəti, Pakistanİsrail dövlətləri var. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

 

Ali Baş Komandanımızın əmri ilə Rəşadətli Ordumuz 27 il nankor düşmən tapdağı altında qalmış torpaqlarımızı çox böyük cəsarət və hünər göstərməklə azad etməkdə davam edir.

 

Hər gün xalqımız şad xəbərlər eşidir. İnşallah bu yaxın vaxtlarda xalqımız birlikdə Qələbə Bayramını işğaldan azad olmuş torpaqlarımızda keçirəcək!!! Bakı Dövlət Universitetinin rəhbərliyi bütün əməkdaşları ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın ətrafında sıx birləşərək hər zaman Rəşadətli Ordumuzun yanındadır.

 

Mirmusa CƏFƏROV,

 

Bakı Dövlət Universitetinin professoru.

 

Respublika.- 2020.- 24 oktyabr.- S.9.