Şanlı Ordumuzun davamlı qələbələri bizi sevindirir

 

Sentyabr ayının 27-dən müzəffər ordumuz tərəfindən əks hücum əməliyyatı uğurla davam etdirilir. Bu gün hər kəs Azərbaycan Ordusunun qələbələrindən qürur duyur. Bu günlərdə sevincinin həddi-hüdudu olmayanTovuz-AqroMMC-nin direktoru Şadkamal Hüseynov bizimlə həmsöhbət oldu.

 

Müsahibim böyük sevinc hissi ilə bildirdi ki, Ulu Öndərin siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, zəkası və apardığı düzgün siyasət nəticəsində yenilməz, mübariz, müasir silahlarla tam təchiz olunmuş Milli Ordu formalaşmışdır. Azərbaycan Ordusu nəinki regionda, eyni zamanda dünyada özünəməxsus çəkiyə və yerə malikdir. 2016-cı ilin aprel döyüşlərində, eləcə də bu il ermənilərin Tovuz rayonu ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq cəhdlərinin qarşısının alınması zamanı ordumuzun mübarizliyi hamıya məlum oldu. Düşmənin layiqli cavabı verildi. Lakin, hər cür hiylə və alçaqlığa əl atan ermənilər bu hadisələrdən özləri üçün dərs götürmədilər. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bisavad, səriştəsiz Paşinyan hökuməti yeni ərazi iddiaları səsləndirdilər və Azərbaycanın əbədi və əzəli torpağı olan işğal etdikləri Dağlıq Qarabağ və ətraf rayonlardan qoşunlarını çıxarmadılar. Bu azmış kimi hər gün dinc əhaliyə atəş açaraq günahsız insanları qətlə yetirdilər. Sözsüz ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bütün olanlarla barışa bilmədi və əks hücum haqqında əmr verdi. 30 ildir ki, mübariz Azərbaycan əsgəri mənfur düşməndən torpaqlarımızı azad etmək üçün bu əmri səbirsizliklə gözləyirdi. Elə müharibənin ilk günlərindən yenilməz ordumuz torpaqlar uğrunda qəhrəmanlıqla vuruşaraq işğal altında olan torpaqları mərhələ-mərhələ azad etməyə başladı. Qürurverici haldır ki, indi Azərbaycanın üçrəngli dövlət bayrağı işğaldan azad olunmuş yaşayış məntəqələrimizdə və strateji əhəmiyyətli yüksəkliklərdə dalğalanır. Qorxaq, mənviyyatsız və satqın ermənilər igid Azərbaycan əsgəri qarşısında heç cür tab gətirməyərək bütün silah-sursatlarını, hərbi texnikalarını döyüş meydanında qoyaraq qaçmağa üstünlük verirdilər. Hər gün, hər an xalqımız Ali Baş Komandanın yeni qələbə müjdəsini səbirsizliklə gözləyir. Ali Baş Komandanın xalqa cəsarətli müraciəti indi davamlı hal almışdır.

 

Ş.Hüseynov bir məsələni xüsusilə vurğuladı ki, insanların dövlət başçısına hədsiz inamı və sevgisinin nəticəsidir ki, minlərlə həmyerlimiz yaşından asılı olmayaraq ön cəbhəyə yollanmaq üçün müvafiq qurumlara müraciət edirlər. Bu bir daha qədirbilən Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında monolit birliyinin bariz nümunəsidir. Məlumdur ki, Azərbaycan ordusu hərbi texnika, silah-sursat, geyim və digər təmiatlarla tam təchiz olunmuşdur. Lakin insanlar könüllü olaraq əsgərlərimizə yardımlar edirlər. Sözsüz ki, “Tovuz AqroMMC-nin kollektivibu müqəddəs işdə kənarda qala bilməz. Müəssisə bir neçə dəfə ön cəbhəyə yardımlar etmişdir. Bu davamlı olacaq.

 

Ali Baş Komandanın dünya miqyasında olan nüfuzunun nəticəsidir ki, bir sıra dünya ölkələri Azərbaycanın bu haqq işini dəstəkləməkdə davam edir. Bu sırada qardaş Türkiyə və Pakistanın bizə mənəvi dəstəyəni yüksək qiymətləndiririk. Türkiyə Cumhuriyyəti dəfələrlə açıq şəkildə qardaş Azərbaycanın yanında olduğunu bəyan etmişdir. Bütün bunlar Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamının əbəs yerə deyilmədiyini bir daha təsdiqlədi.

 

Müsahibim bildirdi ki, çox yaxın günlərdə işğal altında olan torpaqlarımızı murdar ermənilərdən təmizlənməsinə tam əmindir. Hər kəsə məlumdur ki, müasir tarixdə müxtəlif zamanlarda baş verən müharibələr zamanı bir sıra ölkələrin torpaqları işğal olunmuşdur. Böyük sevincqürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın işğal altında olan torpaqları yenilməz ordumuzun hünəri nəticəsində işğaldan azad olunurbu müqəddəs əsgərlərimiz tərəfindən mərdliklə davam etdirilir. Üçrəngli Azərbaycan bayrağının çox yaxın günlərdə Şuşada dalğalanmasına heç bir şübhə qalmamışdır. Tezliklə 30 illik həsrətdən sonra o yerlərin sakinləri öz ata-baba yurdlarına dönəcəklər. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə azad olan füsünkar məkanlarda irimiqyaslı infrastruktur layihələri həyata keçirilərək dünyada analoqu olmayan bir diyara çevriləcəkdir. İnsani hisslərdən uzaq olan ermənilər döyüş meydanında tab gətirmədikcə günahsız mülki əhalini hədəf seçir. Cəbhə bölgəsindən uzaq məsafədə yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncədə günahsız insanların qətlə yetirilməsi, eləcə də Tərtər, Ağdam, Ağcabədi və başqa rayonlarda da iriçaplı silahlarla insanların öldürülməsi bir daha erməni vandallığını təsdiq etdi. Ancaq bütün bunların qisasını mübariz Azərbaycan əsgəri döyüş meydanında cəsarətlə alır. Bütün olanlar insanları heçqorxutmur, çünki Azərbaycanda güclü lider, yenilməz ordu, xalqın dövlətə inamı, yumruq kimi birliyi insanlarda böyük ruh yüksəkliyi yaradır. Görünən odur ki, Azərbaycana edilən hər hansı təxribat və təcavüz cavabsız qalmır və qalmayacaqdır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Vəli VƏLİYEV

 

Respublika.- 2020.- 25 oktyabr.- S.7.