Ali Baş Komandan...
Bizə
tərəf çəkir vaxtın kəfkiri,
savaş Qələbəylə yetəcək
sona,
Ali Baş Komandan bizlərdən biri-
o, bizə inandı, bizlər də ona!
Göstərdi yolları öndər əlilə,
mehriban yaşatdı xalqıyla illər,
dar gün belədir ki, biri-birilə
hamını ya düşmən, ya dost eləyər,
Qəlbən xəbərdaram el sevgisindən-
millət “Heydər”-deyib “İlham”-eşidib.
ruhu şad olacaq Öndərin, desəm:
“Ata yerişilə irəli
gedib!”
Bir amal yolunda toplayıb
gücün,
İç-içə yaşadı xalqla ilbəil,
gərək kor olasan görməmək üçün;
naşükür qalanlar-bizlərdən
deyil!
Hələ gör kimlərlə baş-başa gəlib?!
bütün “supergüclər”
yalançı satqın,
vaxtında anlayıb,
vaxtında bilib,
içində nələr
var - “Üçlü
yastığın”.
Vətən iki qardaş Liderlə pərvaz-
bunu hər düşünən çoxdan
anlayıb:
“Can-can deyən çoxdu, canı yanan az-
Türkün-Türkdən özgə dostu olm
ayıb”!
Bizə
tərəf çəkir
zaman kəfkiri,
Qələbə qovuşur Azərbaycana,
Ali Baş Komandan bizlərdən biri,
O, bizə inandı, bizlər İlhama...
***
Zülmət getdi Qarabağdan,
ömrünü çıraq
elədin,
var ol, Ali Baş Komandan
çox günahkar
nəsillərin
üzlərini “ağ elədin”!
Sındı düşmən həmlələri,
həm qırıldı,
həm qovuldu,
nəvələr mərd
Soykökünə layiq oldu...
28.10.2020
Azərbaycandır Qarabağ...
Doğmadır torpağı, daşı,
Türk
övladı vətəndaşı,
ömrü-günü, can sirdaşı;
biri alov, biri ocaq-
Azərbaycandır Qarabağ!
Tanıyarlar boyumuzdan-
irsimizdən, soyumuzdan,
su içər öz quyumuzdan-
biri gövdə, biri budaq-
Azərbaycandır Qarabağ.
Dünya-dünya olan gündən,
varlığımız ona Vətən,
biri -ürək, biri-bədən;
hər ikisi Ulu torpaq -
Azərbaycandır Qarabağ.
Baba adı - “Odlar Yurdu”,
keşikçisi igid ordu,
biri alov, biri ocaq-
bizimdir, bizim olacaq-
Azərbaycandır Qarabağ...
Respublika.- 2020.- 29 oktyabr.- S.10