DAHİ ŞƏXSİYYƏT, BÖYÜK SİYASİ XADİM HEYDƏR ƏLİYEV HAQQINDA MARAQLI KİTAB

 

Heydər Əliyev təkcə Azərbaycan kimi bir ölkə üçün deyil, beynəlxalq aləm, dövlətlərarası nizam baxımından dahi şəxsiyyət, böyük siyasi xadimdir. Belə liderlər bir neçə yüzilliklər ərzində dünyaya gəlir. Ulu öndərimiz haqqında sonsuza qədər heyrətlə danışmaq olar. Böyük idarəçilik istedadı, dövlətçilik məsələlərində topladığı zəngin təcrübə, bənzərsiz şəxsi keyfiyyətlər, Vətəninə, xalqına bağlılıq - bütün bunlar Heydər Əliyev adlı nəhəng fenomenin xarakterik xüsusiyyətlərinin təkcə bir hissəsidir.

 

Azərbaycan xalqının ümummilli lideri dünya miqyaslı hər hansı hadisənin necə davam edəcəyini, harada, nə zaman pik həddə çatacağını, yaxud bitəcəyini öncədən hər kəsdən daha yaxşı hiss edir, görürdü. Dəfələrlə beynəlxalq mətbuatdan, qabaqcıl dövlət liderlərindən Heydər Əliyev haqqında heyrət dolu sözlər oxuyub, eşitmişik. Ulu öndərin səfər etdiyi bir çox ölkə başçıları Heydər Əliyev fenomeni qarşısında təlaşa düşür, bu dahi şəxsiyyətin məntiqli kəlmələri, diplomatiya məharəti, heyranedici gülüşü, səmimi münasibəti, insanları cəzb edən sehrli gücü qarşısında aciz qalırdı. Təsadüfi deyil ki, Böyük Britaniya kraliçası Elizabet, ABŞ prezidenti Bill Klinton Heydər Əliyev haqqında “Fövqəladə siyasət və dünya adamı” deyir, ulu öndərimizi məhz belə görmüşdü.

 

 

 

Professor Əflatun Nemətzadənin müəllifi olduğuÜstün zəka” kitabı Türkiyədə nəşr edilmişdir, türk oxucuları üçün Heydər Əliyev kimi dünya siyasət fenomeni haqqında olduqca maraqlı məlumatlarla zəngindir. Azərbaycan xalqının ümummilli lideri, Türk dünyasının görkəmli siyasət adamının həyat və fəaliyyəti böyük bir məktəbdir. Bu məktəb hələ çox nəsillər tərəfindən öyrəniləcək, araşdırılacaqdır. “Üstün zəka” kitabı Heydər Əliyev irsinin qorunub saxlanılması, öyrənilməsi və təkcə Azərbaycanda deyil, bütün dünyada, xüsusilə də Türk aləmində gələcək nəsillərə ötürülməsi nöqteyi-nəzərdən böyük töhfələrdən biridir.

 

Kitabda yer alan maraqlı tarixi paralellər diqqət çəkməyə bilməz: “1993-cü ildən 73 il öncəyə dönək. Tarixin ən böyük imperatorluğu olan Osmanlı Dövləti Batı dövlətlərinin işbirliyi nəticəsində çökür, dağılırdı. Nəhəng, dünyaya səs salan, özəlliklə də Avropanın baş bəlasına çevrilmiş qocaman Osmanlı Dövləti paramparça olaraq çökürdü. Ulu öndər Mustafa Kamal Atatürk Sivas və Ərzurum savaşına hazırlaşır, Anadolu türkləri tarixin ən böyük istiqlal döyüşünə daxil olurdu... O zaman Mustafa Kamal AtatürkBu Vətən üçün yaşayacaqbu Vətən üçün öləcəyik” deyirdi... Heydər Əliyev də eynən 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətə yiyələnmiş səriştəsiz iqtidarın yaratmış olduğu anarxiya ortamını, paramparça fəaliyyətini, daxili savaşları durduraraq xalqını uçurumun kənarından, batılı güclərin ovucundan alıb xilas etməyi hədəfləmişdi.”

 

Unutmayaq ki, Azərbaycan xalqı artıq 1918-ci ildə Şərqdə ilk demokratik, müstəqil dövlətini - Azərbaycan Xalq Cümhuriyyətini qurmağa müvəffəq olmuşdur. Lakin qurucu babalarımızın bütün səylərinə baxmayaraq həmin dövlət cəmi iki ilə yaxın ömür yaşamış, nəticədə xalqımız öz dövlət müstəqilliyini itirmişdi. 1991-ci ildə ikinci dəfə özünün dövlət müstəqilliyini bəyan etmiş Azərbaycan 1918-ci illə müqayisədə daha mürəkkəb vəziyyətlə üzləşmişdi. Məsələ burasındadır ki, XX əsrin əvvəlində cümhuriyyətimizin dövlət adamlarının hamısı Vətənini sevən, savadlı, intellektual insanlar idi və Azərbaycanın istiqlalının başlıca təhdidləri bir o qədər ölkənin içərisindən deyil, daha çox xaricindən qaynaqlanırdı. 1992-ci ildə isə hakimiyyəti ələ almış və demokratiya pərdəsi altında gizlənənlərin nəinki Vətən sevgisi, savadı, əksəriyyətinin heç normal danışıq qabiliyyəti, özünü həm dövlət adamı olaraq aparmaq qabiliyyəti, həm də ümumiyyətlə elementar etik davranış elementləri belə yox idi. Biz - orta və yaşlı nəsil bu hadisələrin canlı şahidiyik. Belə bir mürəkkəb və Azərbaycan üçün həyati əhəmiyyətli bir dönəmdə xalq bütün ümidlərini böyük oğlu Heydər Əliyevə bağladı. Məhz xalqın təkidli xahişləri nəticəsində Heydər Əliyev Bakıya döndü, qardaş qırğınının qarşısını aldı, xarici düşmənlərimizi zərərsizləşdirdi, respublikamıza sülhinkişaf gətirdi. 1993-cü ildə xalqımızın öz ümidlərini Heydər Əliyevlə bağlamasının həm mənəvi, həm də tarixi, siyasi əsasları vardır. Hələ Sovetlər Birliyi dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə, daha sonra isə bu nəhəng dünya dövlətinin baş nazirinin müavini vəzifəsində çalışdıqda Heydər Əliyev öz doğma Vətəninin müstəqil gələcəyini görürdü, bu müstəqilliyin təməlini qurmaq üçün əlindən gələni edirdi. Azərbaycan xalqı 1969-1987-ci illərdə o vaxtlar Azərbaycan Sovet Sosialist Respublikasının iqtisadiyyatının, təhsilinin, mədəniyyətinin, səhiyyəsinin və bir çox digər sahələrinin necə inkişaf etdiyini yaxşı xatırlayır.

 

Ümummilli liderimizin 14 iyul 1969-cu il tarixdə respublikamızda hakimiyyətə gəldiyi gün Azərbaycan xalqının tarixi əhəmiyyətliliyi baxımından son dərəcə mühüm hadisə olaraq yaddaşlarda əbədi yazılıb. Dövlətçilik tariximizin şanlı səhifələrində dinamik, dayanıqlı, çoxşaxəli tərəqqi və intibah dövrünün başlanğıcının əsasını qoyub. Ulu öndər hələ sovet dönəmində, bu kifayət qədər sərt şəraitdə bəşəriyyəti narahat edən ən aktual çağırışlara cavab vermək iqtidarında olan mütərəqqi rəhbər nümunəsi idi. Respublikamızın idarəçiliyinə gəlişinin ilk anından daim xalq arasında olan, əhalinin yaşayışı, qayğıları, problemləri və arzuları ilə maraqlanan Heydər Əliyev o dövrdə respublikamızda baş alıb genişlənən rüşvətxorluq və korrupsiya hallarına qarşı şəxsən özü qəti və amansız mübarizəyə başladı. Təsadüfi deyil ki, ən qısa müddət ərzində bu mühüm işlərin müsbət nəticələrini hər bir respublika vətəndaşı öz gündəlik həyatında hiss etməyə başladı. Azərbaycanda güclü nizam-intizam, qayda-qanun yaradıldı. Ümummilli liderimiz rəhbərlik etdiyi Azərbaycanı geri qalmış aqrar bir respublikadan Sovetlər Birliyinin sənayecə inkişaf etmiş bir məkanına çevirdi. Tükənmək bilməyən enerjisi, qeyri-adi təşkilatçılıq məharəti ulu öndərimizə hər yerdə böyük hörmət gətirmişdi, dünyanın ən nüfuzlu siyasətçiləri onunla hesablaşır, Heydər Əliyev kimi nəhəng şəxsiyyətə layiq olduğu yüksək ehtiram nümayiş etdirirdilər.

 

1982-ci ildə Siyasi Büroya üzv seçilərək Sovet İttifaqını idarə edən əsas vəzifəli şəxsdən biri olarkən Heydər Əliyevin potensialı daha geniş miqyasda özünü büruzə verməyə başladı. Görkəmli dövlət xadiminin Sovetlər Birliyinin rəhbərliyinə irəli çəkilməsi respublikamızı beynəlxalq aləmdə tanıtdırmaq nöqteyi-nəzərdən böyük imkanlar vəd edirdi. Heydər Əliyev vətəninə, xalqına qəlbən, dərindən bağlı olan insan kimi yaranmış bu fürsətdən maksimum yararlanmağı bacarırdı. Azərbaycanlı Heydər Əliyevin Siyasi Büroya üzvü seçilməsi və SSRİ-nin rəhbərliyində yüksək kürsüdə təmsil olunması həm çox əhəmiyyətli siyasi hadisə və xalqımız üçün böyük iftixarqürur mənbəyi idi, həm də xalqımızın milli özünüifadəsi və inkişafı faktının əyani sübutu kimi dəyərləndirilirdi. Heydər Əliyev SSRİ-nin rəhbərləri arasında öz intellekti, erudisiyası, səriştəsi, qabiliyyətləri ilə seçilirdi. Təkcə bir faktı qeyd edək ki, ulu öndərimizin saatlarla sərbəst danışmaq, ünsiyyət qurmaq bacarığı, vacib məsələləri kəskin şəkildə qoymaq iradəsi əksər Siyasi Büro üzvləri tərəfindən qısqanclıqla qarşılanırdı. Heydər Əliyevi siyasi cəhətdən qüdrətli, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət, şəksiz lider kimi səciyyələndirən Amerika Birləşmiş Ştatlarının tanınmış siyasətçisi Zbiqnev Bjezinski verdiyi müsahibələrin birində demişdir ki, o hələ XX əsrin 80-ci illərində Vaşinqtonda Evdə işlədiyi zaman Heydər Əliyevi SSRİ-nin aparıcı rəhbərlərindən biri kimi tanıyır və Sov.İKP MK-nın baş katibi vəzifəsinə ən layiqli namizəd kimi görürdü. Bu səmimi etirafı ən mötəbər dövlət adamları da dəfələrlə dilə gətirir, ifadə edirdilər. Ancaq Heydər Əliyevin milliyyətcə qeyri-slavyan olması bu böyük dövlət xadiminin hakimiyyətin ən yüksək zirvəsinə gedən yolunu xeyli əngəlləyirdi.

 

Bu haqda Ə.Nemətzadə müəllif olduğuÜstün zəka” kitabında yazır: Türk dünyasının böyük oğlu, dünya siyasətinin nəhəngi Heydər Əliyev uzun illər çalışdığı Politbüroda (Sov.İKP MK-nın Siyasi bürosu - E.Q.) Azərbaycanın müstəqilliyi naminə əsl mübarizə aparmış, hər fürsətdə Politbürodan Azərbaycanın xeyrinə qərarların qəbul edilməsinə nail olmağa çalışırdı. Son diktator Qorbaçovla qətiyyən barışmırdı. Qorbaçovun Politbüroda ən qorxduğu yeganə şəxsiyyət də Heydər Əliyev idi. Onu izahı mümkün olmayan ölçüdə qısqanırdı. Bu qısqanclığın əsas səbəbləri bunlar idi: Heydər Əliyevin fövqəladə intellekti və dərin, hərtərəfli bilgilərə malik olması; Heydər Əliyevin SSRİ kimi böyük dövlətdə həyata keçirilən nəhəng layihələrə uğurla rəhbərlik etməsi, əksəriyyətinin şəxsi təşəbüsü ilə reallaşdırılması; dünya siyasətində, xüsusilə də Uzaq Şərq ölkələrində Qorbaçov rejiminin yanlış atdığı addımlarla Heydər Əliyevin razılaşmaması; Politbüro tərəfindən Qafqazda aparılan siyasətdə millətçi meyillərin get-gedə üstünlük təşkil etməsinə qarşı Heydər Əliyevin qəti mövqe sərgiləməsi; Heydər Əliyevin insanlarla, dövlət adamları ilə səmimi münasibətlərin qurulması, onların arasında günü-gündən artan nüfuzu; buya digər hadisələrə Heydər Əliyevin obyektivdoğru yanaşması, türkdilli əhalinin yaşadığı respublikalarda yaranan problemlərin həllinə xüsusilə böyük önəm verməsi, imkan yarandıqca Azərbaycan iqtisadiyyatına mümkün qədər daha böyük həcmdə kapital qoyuluşlarına nail olması; təkcə SSRİ hüdudlarında deyil, həmçinin beynəlxalq aləmdə Heydər Əliyevin daim artan nüfuza malik olması və s.”

 

Belə bir anormal mühitdə məsuliyyətli dövlət işləri ilə məşğul olmağı mümkünsüz hesab edən Heydər Əliyev istefa verir. Ancaq xalqının xoşbəxtliyi uğrunda onun mübarizəsi davam edirdi.

 

Bəli, ulu öndərimizin həyatı xalq uğrunda mübarizə anları ilə zəngindir. Çünki Heydər Əliyev kimi nadir şəxsiyyətlər geniş xalq kütlələri, fəaliyyət sferasından asılı olmayaraq sözün əsl mənasında böyük, istedadlı və layiqli adamlar tərəfindən səmimi-qəlbdən sevilirsə, cılız, təsadüfi, qorxaq, xain, paxıl adamlarda qorxu hissinin yaranmasına səbəb olur. Sonuncular heç layiqli mübarizə belə apara bilmir, çünki buna onların nə cəsarəti, nə də insanlığı çatır. Bu kimi cılız ünsürlər haqqında dövlət başçısı cənab İlham Əliyevin gözəl sözü var: “Onların yeri tarixin zibilliyidir”. Qorbaçov kimiləri artıq neçə onillikdir ki, orada çürüyür.

 

Zaman hər şeyi öz yerinə qoyur. Hər qaranlıq gecənin bir gündüzü olduğu kimi, 1990-cı illərin hərc-mərcliyindən sonra Heydər Əliyev həyatı qədər sevdiyi Vətənini və xalqını zülmdən qurtardı. 1993-cü ildə ikinci dəfə ölkəmizin ali dövlət kürsüsünə xalqın iradəsi ilə seçilən ulu öndərimiz yeni, müstəqil, qüdrətli və əbədi Azərbaycan qurmağa nail oldu.

 

1993-cü ilin 4 iyununda Gəncə şəhərində cərəyan edən məlum hadisələr pik nöqtəsinə çatdı. Respublikamız vətəndaş müharibəsi astanasında idi. Belə son dərəcə mürəkkəb, taleyüklü anda həyatı qədər sevdiyi xalqının çağırışı ilə Heydər Əliyev Bakıya gələrək şəhid verməklə bərpa etdiyimiz dövlət istiqlalımızı böyük bir qətiyyətlə qorumağa başladı. Bu elə bir ağır zaman idi ki, ölkəmizin taleyi həll olunurdu: Azərbaycan ya müstəqil və inkişaf edən dövlət kimi öz mövcudluğunu davam etdirməli, yaxud daxilixarici düşmənlərimizin arzuladığı kimi dünyanın siyasi xəritəsindən birdəfəlik silinməli idi. Respublikanı parçalamaq, xaosa yuvarlatmaq istəyən həmin qüvvələr çox böyük fəallıq göstərirdi. Lakin ümummilli liderimiz öz sarsılmaz iradəsi, qeyri-adi qətiyyəti ilə Vətənimizi böyük bəlalardan qorudu. Heydər Əliyevə olan xalq inamı ulu öndərimizə o dövrün çox böyük çətinliklərinə sinə gərməyə kömək etdi.

 

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır. Dövlət quruculuğunda ulu öndərimizin ən etibarlı və yaxın silahdaşı məhz Azərbaycan xalqı idi. Hakimiyyətə qayıdışının ilk anlarından ümummilli lider milli birlik və vətəndaş həmrəyliyinə nail olmağa böyük səylər göstərir və qayıdışının ilk günündən xalqı məhz buna çağırırdı: “İndi Azərbaycan üçün bir amal var, bir məqsəd var: Azərbaycanı bu ağır vəziyyətdən xilas etmək, onun ərazi bütövlüyünü təmin etmək. Kimin əlindən nə gəlirsə bu amal, bu məqsəd naminə etməlidir. Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı birləşməlidir”

 

Heydər Əliyevə, bu dahi şəxsiyyətə və dövlət xadiminə səmimi qəlbdən dərin məhəbbət bəsləyən xalqımız bu sözlərə biganə qala bilməzdi və sonrakı hadisələr onu göstərdi ki, xalqın iradəsi qarşısında buya digər silahlı qruplaşma yaxud siyasi qüvvə acizdir. Özünün azərbaycanlı olmağı ilə daim qürur duyan Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır, bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”. Ulu öndərimiz bu müdrik kəlamları milli məfkurəyə çevirdi və təkcə respublikanı yox, bütün dünya azərbaycanlılarını bu məfkurə ətrafında birləşdirdi.

 

Sirr deyil ki, Azərbaycan çox zəngin təbii sərvətlərə malikdir. Bununla yanaşı, ölkəmiz kifayət qədər strateji əhəmiyyət kəsb edən coğrafi-iqtisadi məkanda yerləşir. Ancaq uzun illər ərzində xalqımız bu əlverişli fürsətlərdən özünün milli maraqlarına uyğun və məqsədyönlü şəkildə istifadə etmək imkanından məhrum idi. Başqa sözlə desək, öz resurslarının həqiqi sahibi deyildi. Məhz ümummilli liderimizin müdrikliyi, həyata keçirdiyi düşünülmüş siyasəti nəticəsində bütün bu həlledici faktorlar Azərbaycanın və xalqımızın mənafelərinə yönəldildi. Heydər Əliyevin bəşəri xidmətləri arasında milli neft strategiyasının işlənib hazırlanması və reallaşdırılması xüsusilə mühüm yer tutur. Zaman-zaman artan neft gəlirləri, investisiya qoyuluşları axını respublikamızın iqtisadi mühitini xeyli dərəcədə dəyişmiş oldu və ölkəmizi yerləşdiyi regionun qüdrətli dövlətinə çevirdi. Böyük İpək Yolunun bərpası, onun mərkəzi qismində məhz Azərbaycana üstünlük verilməsi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin reallaşmağa başlaması Azərbaycanın mövqelərini gündən-günə möhkəmləndirirdi.

 

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Milli Konstitusiyası qəbul edildi. Birbaşa ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali qanunvericilik aktı insan hüquq və azadlıqlarının təminatı istiqamətində keyfiyyətcə tamamilə yeni üfüqlər açırdı. Unutmayaq ki, Şərqdə ilk dəfə olaraq ölüm hökmü ləğv olunması da məhz Azərbaycanda tətbiq edilmişdi.

 

Müstəqil Azərbaycan Respublikası bu gün hərtərəfli və dinamik inkişaf edir, reallaşdırılan layihə və proqramlar həyatımızın mənzərəsini əhəmiyyətli dərəcədə dəyişir. İctimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarda qazandığımız böyük nailiyyətlər, davamlı enerji siyasəti, daxili sabitlik və beynəlxalq arenada etibarlı tərəfdaş olmağımız, regional məsələlərdə, qlobal transmilli layihələrdə ortaya qoyduğumuz təşəbbüslər və əvəzsiz rolumuz Azərbaycanın dünyadakı nüfuzunu möhkəmləndirməkdə davam edir. Tam müstəqil siyasət həyata keçirən respublikamız hazırda nəinki Cənubi Qafqazda, həmçinin dünyada baş verən proseslərə təsir göstərmək iqtidarındadır. Xüsusilə qeyd etmək lazımdır ki, bir çox göstəricilərə görə Azərbaycan nəinki MDB dövlətlərini, habelə Şərqi Avropa ölkələrini də qabaqlayır. Hazırda Azərbaycanda ənənəvi neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunun inkişaf etdirilməsinə böyük önəm verir.

 

Əldə etdiyimiz böyük uğurların əsasında dahi şəxsiyyət Heydər Əliyev tərəfindən hazırlanmış və ardıcıllıqla reallaşdırılmış müdrik siyasi kurs, strateji proqramlar, konsepsiyalarislahatlar dayanır. Alternativi olmayan bu siyasi kurs respublikamızın çox qısa zaman ərzində böhrandan qurtularaq dinamik inkişaf yoluna çıxmasına şərait yaratdı. Bu gün həyatımızda elə bir sahə, elə bir istiqamət yoxdur ki, orada Azərbaycanın böyük oğlu Heydər Əliyevin siyasi qüdrətinin, iradəsinin və uzaqgörənliyinin təcəssümü olmasın. Çağdaş Azərbaycan məhz ulu öndərimizin titanik səyləri nəticəsində ucalıb və bugünkü yüksək inkişaf mərhələsinə çatıb.

 

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm bünövrə üzərində çiçəklənən Azərbaycan ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında günü-gündən inkişaf edir, siyasiiqtisadi cəhətdən qüdrətini artırır. Ulu öndərimizin müdrik siyasi strategiyası dünənin, bu günün və gələcək Azərbaycanın uğur modelidir. Heydər Əliyevin irsi böyük məktəbdir.

 

Biz ulu öndərimizin zəngin həyat və fəaliyyətini daim öyrənməli və gələcək nəsillərə çatdırmalıyıq. Bu irsin əsasını azərbaycançılıq məfkurəsi, azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah təşkil edir. Əflatun Nemətzadənin “Üstün zəka” kitabı bu istiqamətdə çox faydalı və maraqlı bələdçidir.

 

 

 

Emin QASIMOV

 

Respublika.- 2020.- 4 sentyabr.- S.4.