AZƏRBAYCAN XƏZƏR NEFTİ XX ƏSRİN II YARISINDA: AÇILMAMIŞ SƏHİFƏLƏR

(1950-1994-cü il 20 sentyabr)

 

(əvvəli 2 və 3 sentyabr tarixli saylarımızda)

 

 

 

Digər bir mühüm səbəb odur ki, 1946-cı ildən başlayaraq respublika rəhbərinin təşəbbüsü ilə Azərbaycan SSR iqtisadiyyatının yeni sahələrinin - kimya, neft-kimya, əlvan və qara metallurgiya, elektroenergetika sahələrinin yaradılması - Sumqayıt, Daşkəsən, Şirvan, Mingəçevir şəhərlərinin salınması və ən önəmlisi olan Azərbaycan neft sənayesinin yeni sahəsinin - dəniz neftçıxarma sənayesinin yaradılması imperiyapərəst, millətçi-şovinist və erməni-daşnak tör-töküntüsünün daima dəstəyini görən Kreml sahiblərini çox narahat edirdi. Məsələnin digər maraqlı tərəfi odur ki, bütün bu işlər 1941-1945-ci illər müharibəsi zamanı bütün iqtisadi infrastrukturu dağıdılmış ərazilərin bərpası və erməni-daşnak qaragüruhunun Azərbaycan SSR-ə qarşı qaldırılan ərazi iddiaları fonunda baş vermişdi. 1953-cü ilin iyulunda M.C.Bağırovun Azərbaycan SSR rəhbərliyindən uzaqlaşdırılmasından sonra həmin dairələr yenidən fəallaşır. Bu baxımdan 1954-cü il iyul ayının 29-da Bakıda SSRİ Neft Sənayesi naziri N.K.Baybakovun iştirakı ilə keçirilən neft sənayesi rəhbər işçilərinin müşavirəsində edilən çıxışlar, xüsusilə nazirin etdiyi çıxış diqqəti cəlb edir. Keçirilən müşavirənin əsas səbəbi isə SSRİ Nazirlər Sovetinin 9 iyul 1954-cü il tarixliNeft sənayesinin daha da inkişaf etdirilməsi tədbirləri haqqında” qərar idi. Qeyd etmək lazımdır ki, müşavirədə çıxış edən nazir N.K.Baybakov keçmiş respublika rəhbəri M.C.Bağırovun ünvanına ittihamlar yağdıraraq onu 1948-1953-cü illərdə Azərbaycan neft sənayesinə əsaslı tikinti üçün ayrılmış 10,2 milyard rublun əsassız olaraq ayrıldığını sübut etməyə çalışır və göstərir ki, bu qədər maliyyə vəsaitinin ayrılması uzun müddət respublikaya rəhbərlik etmiş M.C.Bağırovun İ.V.Stalinlə “dostluğunun” nəticəsidir. N.K.Baybakovun iddiasına görə bu vəsaiti “öz karyerist” məqsədlərinə nail olmaq üçün dəfələrlə respublikada neftçıxarmanı sürətləndirmək adı altında İ.V.Stalin tərəfindən ayrılmasına nail olmuşo bu hərəkəti ilə “dövlət əleyhinə fəaliyyət göstərmiş və ona külli miqdarda ziyan vurmuşdur”. 31 il Azərbaycan SSR-ə rəhbərlik etmiş M.C.Bağırovu karyerizmdə, dövlət vəsaitini öz “məqsədləri üçün” xərclənməsində ittiham etmək heç bir məntiqə sığmır və bunun faktiki əsası yoxdur. Bu fikri arxiv sənədlərinin təhlili də təsdiq edir. M.C.Bağırovun N.K.Baybakov tərəfindən əsassız olaraq ittiham edilməsinin əsas səbəblərindən birionun mərkəzi hökumətdə erməni-daşnak qaragüruhunun himayədarı olan A.İ.Mikoyanla olan barışmaz münasibətləri idi. İ.V.Stalinin ölümündən sonraxalq düşməni kimi həbs edilən L.P.Beriya ilə “dostluq” münasibətlərinə görə ittiham edilərək respublika rəhbərliyindən uzaqlaşdırılan M.C.Bağırovu hər cür cinayətlərdə ittiham etmək SSRİ-nin yeni rəhbəri N.S.Xruşşovun yanında sədaqətli görünmək üçün yer almış A.İ.Mikoyan, N.K.Baybakov və onların ətrafına toplanan erməni-daşnak tör-töküntüsü üçün bir fürsət idi. Çünki, elə həmin müşavirədə və ondan sonrakı dövrdə - yəni Sovet imperiyası süqut edənə qədər də Azərbaycan xalqına qarşı təxribat xarakterli qərarların qəbuluna cəhd edilir. Keçirilən bu müşavirə zamanı ortaya atılan bəhanələrdən biriguya Azərbaycanda istər quruda, istərsə də dənizdə çıxarılan neftin maya dəyərinin baha başa gəlməsi idi. Lakin, bu iddianın elmi əsası yox idi. Belə ki, Azərbaycan neft sənayesində hasil edilən neft dünyada hasil edilən ən keyfiyyətli neft hesab olunuronun üç növü məlumdur ki, onların da dünyada analoqu yoxdur. Öz məhsuldarlığına və istehsal olunan məhsulların keyfiyyətinə görə Azərbaycan nefti RF-nın müxtəlif bölgələrində, Qazaxıstan, İran, Meksika, Venesuela, ərəb ölkələrində hasil edilən neftlərin öz kimyəvi tərkiblərinə görə əsaslı surətdə fərqlənir. Belə ki, Azərbaycan neftinin yüksək keyfiyyətinin əsas göstəricisi odur ki, onun tərkibində yüngül neft məhsulları və yağları olması ilə bərabər, həm də bu neft növlərinin tərkibində kükürdün miqdarı 0,1-0,3% olduğu halda, yuxarıda adları çəkilən ölkələrdə hasil edilən neftlərin tərkibində 2-5% təşkil edir. Bakı və Xəzər neftinin başqa neftlərdən digər bir fərqi də odur ki, emal zamanı o, çox ucuz başa gəlir və ekoloji cəhətdən ətraf mühitə və əhaliyə ziyan vurmur. Lakin bütün bu təkzibedilməz arqumentlərə baxmayaraq Azərbaycan neft sənayesinin inkişafının qarşısını almaq üçün SSRİ Nazirlər Soveti 1954-cü il iyulun 9-da adı öz məzmununa uyğun olmayan - “Neft sənayesinin daha da inkişaf etdirilməsi haqqında” adlı qərarı qəbul edir. Adı neft sənayesinin inkişaf etdirilməsi olsa da, bu qərarda Azərbaycan neft sənayesi üçün 1955-ci ildə, 1954-cü ildə ayrılan 1 milyard 545 milyon 800 min rublun yarısı - 700 milyon rublun ayrılması faktı öz əksini tapıb. Bunun nəticəsi olaraq Azərbaycan neft sənayesində kəşfiyyat və qazma işlərinin həcmi 4,5 dəfə, neft hasilatı isə 22 dəfə aşağı düşdü, lakin respublika üzrə dövlət neft hasilatı planı 1954-cü ildə olduğu kimi, 1955-ci ildə də 15 milyon ton həcmində saxlanıldı. Belə bir qərarın qəbul edilməsi bütövlükdə Azərbaycan xalqına olan müstəmləkəçi münasibətin açıq təzahürü idi. Bu münasibətin davamı olaraq Azərbaycan xalqına, onun iqtisadiyyatının onurğa sümüyü sayılan neft sənayesinə qarşı ən yüksək səviyyədə təxribatların ardı-arası kəsilmir. 1955-ci ildə N.K.Baybakov SSRİ Dövlət Plan Komitəsinin sədri təyin ediliro özü ilə buraya yanında işləyən bir neçə ermənini - V.Kalamkarov, Mıkırtıçyan və başqalarını dəvət edir. A.İ.Mikoyanın daima himayəsini duyan erməni daşnak tör-töküntüləri 1957-ci ilin əvvəlində N.K.Baybakovun sədri olduğu SSRİ Dövlət Plan Komitəsində SSRİ dövlətinin həmin il üçün iqtisadi inkişaf planı hazırlanarkən onun müavini, “Neftqaz sənayesi” şöbəsinin rəhbəri Vartan Kalamkarov və həmin şöbənin əməkdaşı Mıkırtıçyanın adından Sov. İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri N.M.Şvernikin adına Azərbaycan neft sənayesinə, xüsusilə də dəniz neft yataqlarına qoyulan maliyyə vəsaitinin iqtisadi cəhətdən qeyri-rentabelli olması barədə təkliflər paketi daxil olur. Bu təkliflərin əsasını, guya Xəzər dənizindən hasil edilən neftin keyfiyyət göstəricilərinin SSRİ-nin başqa rayonlarında hasil edilən neftlərin göstəricilərindən çox aşağı olması fikri təşkil edirdi. Verilən təkliflə tanış olan N.M.Şvernik bunun təkcə Azərbaycan SSR iqtisadiyyatı üçün deyil, həm də bütün SSRİ iqtisadiyyatı üçün ağır zərbə olacağını anlayır və təcili olaraq Azərbaycan KP MK-nın birinci katibi İ.D.Mustafayevə zəng edərək Sov.İKP Partiya Nəzarəti Komitəsinə SSRİ Dövlət Plan Komitəsindən Azərbaycan neft sənayesinə qarşı hazırlanmış iqtisadi təxribatla bağlı yazılı təkliflər paketinə daxil olduğunu söyləyərək onu qarşılamaq üçün lazımi tədbirlərin görülməyəcəyi təqdirdə onun respublika iqtisadiyyatı və ilk növbədə neft sənayesi üçün ağır nəticələr verəcəyini söyləyir. Məsələnin çox ciddi olduğunu anlayan İ.D.Mustafayev üç gün ərzində Azərbaycan neft sənayesinin və o cümlədən onun yeni sahəsinin - Xəzər dəniz neftçıxarma sənayesinin iqtisadi cəhətdən perspektivliyini sübut edən 13 səhifədən ibarət elmi cəhətdən əsaslandırılmış arayış hazırlatdırır və onu götürərək Moskvaya SSRİ dövlətinin rəhbəri N.S.Xruşşovun qəbuluna gedir. İ.D.Mustafayev N.M.Sverniklə görüşdən sonra N.S.Xruşşovun qəbuluna gedərkən V.Kalamkarov və Mkrtıçyanın imzası ilə PNK-yə daxil olmuş “təkliflər paketi” adlı təxribat sənədini də götürür.

Qeyd etmək lazımdır ki, İ.D.Mustafayevin Sov. İKP MK yanında PNK-nin sədri N.M.Şvernikin adına hazırladığı arayış hazırda Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılır. Azərbaycan KP MK birinci katibi İ.D.Mustafayevlə Sov.İKP-nin XX qurultayından sonra münasibətləri gərgin olan N.S.Xruşşov birinci katibin dəvətsiz gəlişindən təşvişə düşür. Belə təcili gəlişinin səbəbini N.S.Xuruşşova izah edən İ.D.Mustafayev SSRİ DPK-dən daxil olmuş təxribatçı “təkliflər paketinibununla bağlı hazırladığı cavab arayışını ona təqdim edərək, bunun təkcə Azərbaycan Neft sənayesinə qarşı deyil, bütövlükdə SSRİ iqtisadiyyatına qarşı hazırlanmış təxribat olduğunu söyləyir. Məsələnin mahiyyətini anlayan N.S.Xruşşov bərk qəzəblənir və əlini xüsusi hökumət telefonuna ataraq N.K.Baybakova zəng edir. Telefon danışığı zamanı N.K.Baybakovu ən ağır söyüşlərlə təhqir edən N.S.Xuruşşov ona: “...necə olur, biz faşizmə qarşı apardığımız müharibəni Bakı nefti hesabına udduq, müharibədən sonra dağıdılmış ərazilərimizin iqtisadiyyatını onun hesabına bərpa etdik, onda o keyfiyyətli və iqtisadi cəhətdən rentabelli idi, indi isə sənin yanında gizlənmiş təxribatçıların sözü ilə keyfiyyətsiz və qeyri-rentabelli olmuşdur” - deyə onu sərt şəkildə tənqid edərək, həmin “təkliflər paketini geri götürməyi tələb edir. Respublika rəhbəri İ.D.Mustafayevin vaxtında atdığı bu addım hazırlanmış təxribatın qarşısını almağa imkan verir. Lakin erməni daşnak tör-töküntüləri imperiyapərəst millətçi-şovinist dairələrin köməyi ilə düşmən niyyətlərindən birinə - 1957-ci ilədək Azərbaycan neft sənayesinə hasil edilən hər bir ton neft üçün SSRİ-nin dövlət büdcəsindən respublika büdcəsinə əlavə olaraq ayrılan 10 rubl miqdarında maliyyə vəsaitinin dayandırılmasına nail ola bildilər. Tədqiq edilən problemin tarixinin daha bir maraqlı səhifəsi odur ki, Azərbaycanın Xəzər dəniz neft yataqlarının kəşfi, işlənib hazırlanması və istifadəyə verilməsində göstərdikləri fədakar əməyə görə Azərbaycanın neftçi alim, geoloq, mühəndis, texnik və fəhlələri 1947-1951-ci illərdə Stalin, 1961-ci ildə isə Lenin mükafatlarına layiq görülmüşdülər. Belə olan halda məhz 1948, 1954 və 1957-ci illərdə SSRİ dövlətinin rəhbərliyinin razılığı ilə Azərbaycan neft sənayesinin yeni sahəsinin - Xəzər dəniz neftçıxarma sənayesinin yaradılmasına hər vəchlə imkan verməməklə bərabər, bütün neft sənayesinə qarşı iqtisadi təxribatlara əl atanların əsl niyyətləri nə idi? Problemin hərtərəfli tədqiqi, aşkar olunan yeni arxiv sənədləri nəşr olunan çox ciddi yeni elmi ədəbiyyat, o cümlədən vaxtı ilə məxfi sayılan məlumatların elmi ədəbiyyatda yer alması, belə bir fikri söyləməyə əsas verir ki, Sovet imperiyasının müxtəlif yüksək dövlət strukturlarında kök salmış erməni-daşnak qaragüruhu Azərbaycan xalqına qarşı ərazi iddiaları ilə bərabər, onun iqtisadiyyatının müxtəlif sahələrinə, ilk növbədə onun əsasını təşkil edən neft sənayesinə fürsət düşən zaman zərbə vurmaq istəyindən heç vaxt əl çəkməyiblər. XX əsrin 60-70-80-ci illərinə aid arxiv sənədlərini analiz etdikdə, hər addımda məqsədyönlü şəkildə belə düşmənçilik faktları ilə üzləşməmək mümkün deyil. Göstərilən dövrlərdə Azərbaycan SSR həyatının bütün sahələrində, o cümlədən neft sənayesinin də müxtəlif sahələrinə aid olan müəssisələrində müxtəlif vəzifələrdə ermənilər çalışırdı. Onların bir neçəsinin fəaliyyəti ilə tanışlıq belə bir fikri söyləməyə əsas verir ki, erməni-daşnak nasist ideologiyası ilə zəhərlənmiş bu “insan”ların qarşısında bir məqsəd qoyulmuşdu: fürsət düşdükcə Azərbaycan xalqına sarsıdıcı zərbələr və sağalmaz yaralar vurmaq. Bu fikri təsdiq edən bir neçə faktla tanış olmaq üçün Azərbaycan Respublikası Təhlükəsizlik Orqanlarının “AlyansVeteranlar Birliyinin sədri Şamil Qasım oğlu Süleymanovunf.ü.f.d., dosent Şövkət xanım Əliəkrəm qızı Kərəmovanın müəllif olduqları və 2017-ci ildə nəşr olunmuş “Fədakarlar gərəkdir” əsərinə müraciət etmək kifayətdir. Kitabın 265-ci səhifəsində Azərbaycan SSR DTK-nın ikinci şöbəsində çalışan Şamil Süleymanovun indiki Bakı Neft və Mühəndislər Universitetində aldığı ixtisas üzrə “Neft Daşları”nda neft istehsalı prosesinə nəzarətlə məşğul olduğu qeyd olunur. O yazır: “...1962-ci ilin yay vaxtı Respublika DTK-nın II şöbəsində çalışırdım. İşimi neft istehsalı üzrə aparırdım. Bir gün bölmə rəisi məni çağırdı və yığılma məntəqəsində çənlərdən neft yox olmasından məlumat verdi. Mən “Neft Daşları”na getdim, məsələ ilə məşğul oldum, neftin yox olmasının səbəblərini öyrənmək üçün kəşfiyyatı istiqamətləndirdim. Bir həftədən artıq orada olmalı oldum və nəticədə aşağıdakıları aşkar etdim. Yığılma və neftin saxlanma məntəqəsində operatorların bir dəstəsi işləyirdi. Onların arasında üç erməni var idi, hansılar ki, bərk tufanlı havada çənlərin sürgüsünü açıb nefti dənizə tökürdülər. Bu yolla onlar Azərbaycanın xalq təsərrüfatına (iqtisadiyyatına - C.B.) ziyan verirdilər. Kimin sifarişini həyata keçirdiklərini tapmaq mümkün olmadı. Onların hamısını “Neft Daşları”ndan işdən çıxardılar. Bu faktın özübundan sonra 1963, 1965, 1967, 1972, 1977, 1984, 1985, 1987 və 1988-ci illərdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı aparılan gizli düşmənçilik müharibəsi 1988-ci ilin fevralından açıq müharibə şəklində aparılmağa başlanıldı.

XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın “qara qızılı”nın əsl qiymətini bilən xarici ölkə şirkətləri artıq 1990-cı ildən respublika hökuməti ilə Xəzər dənizindəki zəngin neft yataqlarının birgə işlənilməsi haqqında danışıqlara başlamışdılar. Burada bu gün üçün çox mühüm əhəmiyyət kəsb edən bir məsələyə toxunmağa ehtiyac vardır. Belə ki, Azərbaycanın Xəzər neftinə Qərb ölkələri şirkətlərinin ciddi maraq göstərdiklərini bilən SSRİ dövlətinin şovinist təcavüzkar dairəli danışıqların aparılmasına formal olaraq razılıq versələr də, artıq 1988-ci ilin fevralında Azərbaycan SSR-in DQMV-də erməni seperatizminə açıq şəkildə razılıq vermişdilər. Burada əsas məqsəd yaxınlaşmaqda olan dövlət müstəqilliyinin qarşısını almaqöz təbii sərvətlərindən, ilk növbədə neft və digər strateji məhsullardan Azərbaycan xalqının mənafeyinə istifadəyə imkan verməmək idi. Digər bir mühüm səbəb XX əsrin 70-80-ci illərində Heydər Əliyev tərəfindən Azərbaycan neft sənayesində müasir tələblərə cavab verən yeni texnalogiyalar əsasında qurulmuş infrastrukturun mövcud olması ilə bərabər, bunun xarici neft şirkətləri üçün çox cəlbedici xarakter daşıması idi. Azərbaycan xalqının gələcək xoşbəxt həyatı üçün hazırlanmış bu infrastukturun müəllifi olan Heydər Əliyevə qarşı 1987-ci ilin mayın 11-də öz otağında sui-qəsdə cəhd edilməsi və həmin ilin oktyabrında onun SSRİ dövləti rəhbərliyindən uzaqlaşdırılaraq nəzarətə götürülməsi təsadüfi deyildi. Bundan sonra 1988-ci ilin ikinci yarısında Azərbaycan SSR-ə SSRİ Baş Prokurorluğunun 1500 nəfərlik xüsusi istintaq qrupunun göndərilməsi də təsadüfi deyildi. 1988-1992-ci illərdə Azərbaycan xalqına qarşı erməni nasizminin əli ilə törədilən deportasiya etnik təmizləmə və soyqırımı cinayətləri və 1992-ci ilin yazından başlayaraq bu günədək davam edən proseslər yuxarıda söylənən fikri təsdiq edir. Sovet imperiyasının süqutu ərəfəsində xarici neft şirkətlərinin Azərbaycan neftinə olan bu marağın artmasında 1989-cu ildə Bakıya səfər edən Şotlandiyanın “Remko” şirkətinin prezidenti S.Rampın Böyük Britaniyaya qayıtdıqdan sonra “BP” şirkəti ilə apardığı danışıqların böyük rolu olmuşdu.

 

 

 

(davamı növbəti saylarımızda)

 

Cəbi BƏHRAMOV,

AMEA A.A.Bakıxanov adına

Tarix İnstitutunun elmi işlər üzrə

direktor müavini, t.ü.f.d., dosent.

 

Respublika.- 2020.- 4 sentyabr.- S.6.