“Əsrin müqaviləsi” Azərbaycanı dünyaya neft ölkəsi kimi tanıtdı

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnoligiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabətəqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan ulu öndər müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, neft sənayesinin inkişafına həmişə diqqət və qayğı göstərib.

 

 

1993-cü il iyunun 15-də xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev ağır iqtisadisiyasi vəziyyətə düşmüş respublikanı fəlakətdən xilas etmək üçün neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmağa başladı.

Xarici neft şirkətlərini ölkəmizə dəvət etmək qərarına gəlindi. Heydər Əliyev tərəfindən işlənib hazırlanmış Azərbaycanın neft strategiyasına start verildi. Xarici şirkətlərlə danışıqlar bərpa olundu.

Danışıqlar 1994-cü ilin martında Bakıda başlandı, sonra Türkiyənin İstanbul şəhərində davam etdirildi. Danışıqların həlledici mərhələsi Amerikanın Hyuston şəhərində keçirildi. Buradakı danışıqlarda “Azəri” və “Çıraq” yataqları ilə yanaşı, layihəyə “Günəşli” yatağının dərinsulu hissəsini də qoşmaq qərara alındı. 1994-cü il iyulun 21-dən sentyabrın 4-dək 45 gün ərzində aparılan danışıqlarda kəskin dramatik məqamlar az olmadı.

1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsinə və hasilatın pay bölgüsünə dair sonralar “Əsrin müqaviləsi” kimi tanınan saziş imzalandı. Saziş Azərbaycan Respublikası Milli Məclisinin 15 noyabr 1994-cü il tarixli qərarı ilə təsdiq olundu.

Vurğulamaq lazımdır ki, “Əsrin müqaviləsi”nin Azərbaycan üçün çox böyük əhəmiyyəti oldu. Müqavilənin iqtisadi əhəmiyyəti isə odur ki, neft hasilatı Azərbaycanın tarixində 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı. Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yataqları hesabına əldə edilir.

Artıq 21-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” yataqları layihəsinin iştirakçıları “mənfəət neft”indən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından Azərbaycanın “mənfəət neftixarici bazarlara çıxarılır. 2019-cu il sentyabrın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 287 milyon tona qədər “mənfəət nefti” satılmışdır.

“Əsrin müqaviləsi”nin ən böyük nailiyyətlərindən biriodur ki, bu müqavilə yalnız “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi ilə məhdudlaşmadı. Bu böyük layihənin törəmələri meydana gəldi ki, onların da birincisi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri oldu.

Qeyd etmək lazımdır ki, Azərbaycan nefti Avropayadünya bazarına 1997-ci ildən “Şimali istiqaməti” (Bakı-Novorossiysk), 1999-cu ildən “Qərb marşrutu” (Bakı-Supsa) və 2006-cı ilin mayından Heydər Əliyev adına unikal Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə çıxarılır, “Əsrin müqaviləsi”nin övladı olan bu kəmər 2005-ci il may ayının 28-də istismara verildi, 2006-cı il iyulun 13-də isə onun rəsmi açılışı oldu.

Əgər “Əsrin müqaviləsi” ulu öndərimiz Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri onun ikinci şah əsəri oldu.

“Əsrin müqaviləsi” öz missiyasını uğurla yerinə yetirmişdiryetirir. “Əsrin müqaviləsi” 2024-cü ildə başa çatacaq. 2017-ci il sentyabrın 14-də Bakının Heydər Əliyev Mərkəzində “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş müqavilələrin imzalanması ilə nəticələndi. Bu kontrakt “Əsrin müqaviləsi”nin ömrünü 2050-ci ilə qədər uzatdı. Prezident cənab İlham Əliyev sənədin imzalanması mərasimindəki nitqində “Əsrin müqaviləsi” çərçivəsində görülmüş işləri yüksək qiymətləndirdi, yeni müqavilənin şərtləri barədə danışdı.

2007-ci ilin iyul ayında istismara verilmiş Cənubi-Qafqaz Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlanır, Azərbaycan və Gürcüstan ərazilərindən keçərək Türkiyənin Ərzurum şəhərinə çatır və burada Türkiyənin BOTAŞ şirkətinin kəmərlər sisteminə qoşulur. Kəmərin ümumi uzunluğu 971 kilometr, ötürücü gücü isə ildə 20 milyard kubmetrə qədərdir.

2019-cu ildə Bakıda XXVI beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransı olmuş, tədbirdə Prezident İlham Əliyev iştirak etmişdir. Ölkə başçısı vurğulamışdır ki, 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə imzalanmış kontrakt, demək olar ki, bizim inkişafımıza çox böyük təkan verdi. Təsadüfi deyil ki, bu kontraktın miqyasına və əhəmiyyətinə görə ona “Əsrin kontraktı” adı verilmişdir. “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlanmışdır və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı.

2020-ci ilin avqust ayında “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi keçirilmişdir. Tədbirdə ölkə başçısı İlham Əliyev iştirak etmişqürur hissi ilə vurğulamışdır ki, qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulub. Dayaq blokuQarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Dayaq blokunun quraşdırılması “Qarabağ” yatağının dərin qatlarında neftqaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.

Ötən illər ərzində ölkəmiz neft-qaz sənayesinin başlıca istiqamətlərinin və strateji prinsiplərinin beynəlxalq aləmə çatıdırılmasında aparıcı platformaya çevrilmişdir. İndi Azərbaycan iri həcmdə neftqaz ixrac edən ölkələr arasında layiqli yer tutur. Sürətli sosial-iqtisadi yüksəliş dövrünü yaşayan respublikamızın dinamik inkişafı nəticəsində əldə etdiyimiz nailiyyətlər milli iqtisadiyyatı şaxələndirməklə bütün sahələrdə, o cümlədən qeyri-neft sektorunda əsaslı irəliləyişə gətirib çıxarmışdır.

 

Ceyhun MƏMMƏDOV,

Azpetrol LTD” MMC-nin baş direktoru, Yeni Azərbaycan Partiyasının üzvü.

 

Respublika.- 2020.- 20 sentyabr.- S.6.