Sözə könül verəndə...

 

İnsanı tanımaq bu dünyada insanlıq qarşısında duran bəlkə də ən çətin məsələlərdən biridir. Buna bəzən illər lazım gəlir, bəzən də, adi bir hərəkət, söylənilən bir fikir səni bu çətinlikdən qurtarır. Bax, onda illər boyu min cildə bürünən, min cür don geyinən birisinin əsl simasını görəndə yanıldığının, bu illərdə odla oyun oynadığının fərqinə varanda həyata yenidən gəlmək, hər şeyi sıfırdan başlamaq istəyirsən. Yaxud da yaxşı mənada kəşf etdiyin birisi ilə yaxın ünsiyyətdə ola bilmədiyin üçün yalnız təəssüflənirsən.

Redaksiyanın əvvəllər müntəzəm şəkildə hər həftənin sonunda keçirilən həftəlik qəzetlərin müzakirələrində sərt, tənqidi çıxışları ilə tanıdığım Kamal İbadovu 2010-cu ilin oktyabrında başqa bir ampluada gördüm. Yenicə çap olunan “Sən adlı ünvan” adlı şeirlər toplusu onu çoxlarına, elə mənim özümə də şair kimi təqdim edirdi. O zaman bəziləri kimi: “...deyəsən, bu kişinin şairliyi də varmış” - deyə düşünmüşdüm. Təxminən 10 il sonra: “Yerlə-Göy arasında olanları duya bilən şair Kamal Alışoğlundan” avtoqraf ilə mənə hədiyyə etdiyi “Əllərimdə tale yazım” kitabında müəllif Allahverdi Eminovun təqdimatında Kamal müəllimin söz, sənət adamı obrazı canlandırılırdı: “...Bir istedadın məhsulu olan hekayələrin, povestin, dramın, şeirin, poemanın müəllifi mənim israrımda sənətkardır!” Bax, bu kitabla tanışlıqdan sonra mən də nəsə yazmaq, arxada qoyduğu 71 illik bir ömür kitabını vərəqləmək istədim, özünə söyləmədən...

Nədən başlayım?... Bəlkə “ilk dəfə nə vaxt şeir yazmağa başladınız?” sualından... Mənə elə gəlir ki, böyüklərin nağıllarını dinləyəndə doğma ana dilinin şirinliyini duymuş, sevmiş, bayatıların, laylaların axıcılığı, səslərin uyuşumu, ahəngi onu özünə çəkmiş və bir gün özü də yazmağın dadına varmış, sözə könül vermişdi...

Onun daxili vulkanı hələ 5 yaşında ikən oyanmışdı, hər təkanında uyumlu-duyumlu, hələ o qədər də rəndələnməmiş misralar düzülmüşdü yan-yana. Özünə şair demək insandan cəsarət, məsuliyyət istər, hə, bir də təvazökarlıq. Kamal müəllimin dediklərindən: “Mənim üçün poeziya həyat həqiqətlərini, həyata olan baxışı, içində yaşadığımız dünyanın, xalqla olan münasibətimi, keçmişə və bu günə baxışımı müxtəlif forma və məzmunda əks etdirdiyim reallıqdır. Şair ilk şeirini anasının bətnində yazır, yəni doğulanda şair doğulur. Mən ilk şeirimi anam xəstə olanda yazmışdım 4-5 yaşımda:

Xəstəsən, sağalarsan,

Mənə şirni alarsan.

Mənə evcik qurarsan

Tez sağal, tez sağal nənə...

Biz anaya nənə deyirdik. Amma təəssüf ki, nənəm sağalmadı. Sonralar həmin 4 misra mənə “Ana həsrətiadlı şeiri yazdırdı...”

Bəlkə dünyada heç bir şeylə ovunmayan, yerini heç bir şeyin doldura bilmədiyi ana itgisindən sonra böyümüş, ciddiləşmiş ilk baxışda sərt təsir bağışlayan bir adama dönmüşdü. Elə o vaxtdan içinə atdığı acıları bölüşmək üçün məqam gözləmiş, sonra könlünü şeirə açmış, könül mülkünün söz xəzinəsi qaynayan süd kimi çağlayan gənc yazar zəmanəsinin hər üzünü bacardığı qədərincə qələmə almış, kədərini damla-damla əritməyə cəhd göstərmişdi. Kənd həyatından bir qədər uzaq düşsə , uşaqlıqda içinə yağdığı torpaq, vətən sevgisi azalmamışdı... Gəlinləri buyurduğunu yerinə yetirmədiyi üçün 12 vərəqli bir dəftərdə yazdıqlarını odun sobasında yandıranda analığın ümidinə qalan Kamalın uşaqlıq şeirləri yox olub getmişdi. Sonralar isə cavabsız sevgisi bu acıya bir az da acı qatmış, bu dərd həm ona yazmağa qol-qanad vermişdi. Körpəliyindən ağrılarla yaşamış, lakin heç zaman şikayətlənməmiş, hər şeyin yaxşı tərəfini görməyə çalışmış:

Saat əqrəbi tək fırlanan zaman,

Sənin düzlüyünə göz dikir insan,

əqidəsilə düşünmüş, yaşamışdı.

Çoxları kimi ilk təhsilini kənd məktəbində almış, sonralar ana dili ədəbiyyatı üzrə təhsil alması, özünü bu sahədə təkmilləşdirməsi onu ədəbiyyat dünyasına bir qədər bağlamışdı. Təyinatla 1980-1983-cü illərdə Cəbrayıl rayonunun Qazanzəmi kəndində müəllim işləyən Kamal müəllimin burada yaşadıqları onu nəsr sahəsində özünü sınamağa zəmin olmuşdu. İlk yazdığıQayğıəsl həyat hekayəti idi. SonralarSürəkçi”, “Qocalığın son günü”, “Son sığınacaq”, “Dəli Mürsəl”, “Göz yaşlarıma dönən qar s... hekayələri ədəbi mühitdə rəğbətlə qarşılanmışdı. Ona qol-qanad verənlər , o qanadı qıranlar da tapıldı. Bax, belə təzad əksliklərin vəhdətində bir gün: “ nəhayət başa düşdüm ki, yazıçı olmaq istəyirsənə (fərqi yoxdur, şair) ilk növbədə özün olmalısan, daxilən özün olmalısan, hiss etməlisən ki, sən şair, yazıçı doğulmusan. İstər kənddə doğulasan, istərsə şəhərdə. Əsas odur ki, müşahidə etmək qabiliyyətin olsun” - qənaətinə gəldi.

Sözə yaxınlaşması, kəlmələrlə ünsiyyəti, ondan ustalıqla yararlanmaq bacarığı Kamal müəllimin bədii nümunələrini daha oxunaqlı edir: “Təbii ki, qanadları sındırılmış qartalın sonradan pərvazlanıb uçması mümkün deyil. Uçsa da, çox uzağa uça bilmir” - deyən Kamal Alışoğlunun ilham pərisi ölmədi, haqsızlıqlara qarşı daha barışmaz, mübariz oldu. Şeirlərində həyatın hər üzü var, ictimai-siyasi, sosial həyat, ağrı, əzab s. Bunu duymaq çətin deyil. Yaşadığı həyatın keçmişini, bu gününü gələcəyini isə onun məhəbbət şeirlərində daha aydın görürük:

Sonuncu vaqon da itir gözümdən,

Hələ eşidirəm onun səsini.

O gedir, getdikcə qaytarır mənə,

Sənsiz günlərimin faciəsini...

Kamal müəllimin maraqlı bir fikri var: “Mənə elə gəlir ki, ilk dəfə əlinə qələm alıbşeiryazan elə sevgi şeirləri ilə yazmağa başlayır, sonralar ya məhəbbət dəlisi olur, ya şeir dəlisi, ya da hər ikisindən əli üzülür...” deyir. Bu isə o deməkdir ki, o, özü yaradıcılığa sevgi şeiri ilə başlamış şair olmaq fikri qərarlaşanda: “öz üslubunu yaratmış, öz tematikasını axtarıb tapmış baş obrazı insandır, ona xas xarakter-cizgilərdir. Poeziyaya müqabil obrazlı təfəkkür, bədii uydurma, həyatın ümumiləşdirilmiş ponoramı...” Allahverdi EminovunƏllərimdə tale yazımadlı kitabından götürülmüş bu sətirlər müəllifin fikirləridir düşünürəm ki, Kamal müəllimin bədii yaradıcılıq dünyasına baş vuran hər kəs bu fikirlərlə razılaşmalı olur. Bəzən daşlı-kəsəkli, dar, çətin yolla gedəndə arzu edirsən ki, kaş bu çətin yoldan sonra qarşına gözəl, əsrarəngiz, ucu-bucağı görünməyən bir düzənlik çıxa, oxay deyib dərindən nəfəs alasan, gözlərin uzandıqca-uzanan çəmənliklərə baxa. Bax, o zaman həm hisslərin, həm ağlın diktəsi ilə, şeirə sığmayan duyğuların genişliyindən yazmaq istəyirsən. Bu, nəsr yoludur. Geniş rəvan. Burada bədii publisistika da geniş diapazona malikdir”. Kamal müəllimin bu fikirlərinin məntiqi sonluğunu düşünürəm. Deyəsən, demək istəyir ki, yazırsansa yaz, amma ürəkdən yaz, bax, onda hər misra, hər kəlməarı pətəyindən süzülən bal, şirin, şəkər, şərbət olur.” Bəlkə elə buna görədir ki, “qələmə aldığı mövzunun oduyla, alovuyla alışmaq, oxucunu heyrətləndirməkbacarığını poetik vəhydən üstün bilir: “... indiki dövrdə oxucunu şeirlə, sözlə heyrətləndirmək çox çətin məsələdir. Bu gün insanları heyrətləndirən başqa məsələlər var. İndiheyrət, ey büt!” dövrü arxada qalıb. Şairi heyrətləndirən söz, fikir, deyim başqaları üçün çox adi görünür...” - deyir.

Tanınmış tədqiqatçı Cəfər Xəndan yazırdı ki, yeni söz demək o qədər asan deyil. Yüz illərdən bəri formalaşan sənət dünyasına baxdıqda insana elə gəlir ki, hər şey yazılmış, her şey söylənilmişdir. Lakin sənət dünyasına baş vurduqca əl dəyməmiş, ələ keçməsi çox çətin olan qədər möcüzələr görürsən. Əsl məsələ bu xəzinənin yolunu bilmək, onun açarını ələ keçirməkdir.

Zənnimcə, yaradıcılığı, sözü ruhunun qidası bilən Kamal Alışoğlu sənət, söz xəzinəsinin yolunu çoxdan tapıb. Kim bilir, bəlkə tale yazılı əlləri bu xəzinənin açarını da ələ keçirib, onu da sıx-sıx tuta bilib.

Qeyd etdik ki, Kamal müəllim söz, sənət adamı, çörəyi sözdən çıxan yaradıcıdır. Məqsədim heç onun yaradıcılığına dəyər, qiymət vermək deyildi. Deyirlər, hər bir sənət adamı yaratdıqlarında özünü əks etdirir. Bu mənada onun xarakterik cizgilərini söz dünyasında tapmağa çalışdım. Tapa bildim, ya yox, onu deyə bilmərəm. Onu deyə bilərəm ki, əllərindəki tale yazısı qədər acı, kədərli olsa da orada xoşbəxtliyə azacıq da olsa yer var. “Yerlə-Göy arasında olanları duya bilməkhər kəsə, hər şairə nəsib olmur, axı... Məncə, ömrün müdriklik çağını yaşamaq da xoşbəxtlikdir, qədər qayğılı olsa belə.

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2020.- 20 sentyabr.- S.7.