Gənclər qüdrətli Azərbaycan ordusunda xidmət edəcəklər

 

...Ölkəmizdə yanvar ayının 1-dən gənclərin növbəti hərbi xidmətə çağırışına başlanmışdır. Paytaxtın hər yerində olduğu kimi, Yasamal rayonunda da gənclərin əsgəri xidmətə çağırışı mütəşəkkilliklə həyata keçirilir. Səhər tezdən axşamdan xeyli keçənədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon idarəsinin ikimərtəbəli binasınanın həyətində bayram təntənəsi hökm sürür, gənclər əllərində Azərbaycanın üçrəngli bayrağını qürurla dalğalandırır, sabahın əsgərləri coşqu ilə hərbi xidmətə yollanırlar.

Hiss olunur ki, Vətənə sipər oğullar xidmət dövründə mətin, mübariz olacaq, Bayrağına, Himninə, Gerbinə, Andına sədaqətli qalacaqlar.

Biz orada olarkən mərasim iştirakçıları foyedə səliqə ilə hazırlanmış plakatşüarlara diqqətlə baxır, valideynlər hiss edirdilər ki, böyüdüb ərsəyə çatdırdıqları övladları hər qarış Vətən torpağını göz bəbəyi kimi qoruyacaq, sevimli müəllimlərinin tövsiyələrini şərəflə yerinə yetirəcəklər.

Gənclərin ordu sıralarına yolasalınma mərasimində danışıq üçün ilk söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yasamal rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimova verildi. O, tədbir iştirakçılarını salamlayaraq dedi:

—Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdən biri də qüdrətli orduya sahib olmasıdır. 2018-ci ildə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ildən-ilə daha da artır. Azərbaycan ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda Azadlıq meydanında keçirilən təntənəli hərbi parad, eləcə də sentyabrın 15-də Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş parad Milli Ordumuzun qüdrətini bir daha göz önünə gətirdi, müstəqil Azərbaycanın dünyanın ən müasirgüclü orduya sahib olduğunu göstərdi. Prezident cənab İlham Əliyev ordumuzun döyüş qabiliyyətinin artırılmasını, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsini hər zaman diqqətdə saxlayır. Bu diqqətin nəticəsidir ki, indi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qüdrətli 50 ordusu sırasındadır və hər an istənilən vəzifəni icra edə bilər. Milli ordumuzun möhtəşəm qələbələri də bunu sübut edir. 2016-cı ilin aprelində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuzun əks-hücuma keçərək Ağdərə, Cəbrayıl, Füzuli rayonlarının iki min hektar ərazisini işğaldan azad etməsi, 2018-ci ilin mayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisini düşmən nəzarətindən çıxarması deyilənləri bir daha təsdiqləyir.

Polkovnik Polad İbrahimov çıxışının sonunda ordu quruculuğu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin belə bir fikrini xatırlatdı: “Orduya ayrılan xərclər hər il artır. Büdcədə nəzərdə tutulmuş xərclər artır. Bundan sonra da orduya ayrılacaq vəsaitlər artacaqdır. Azərbaycanın iqtisadi potensialı güclənir. Ölkə zəngin dövlətə çevriləcəkdir. Əlbəttə, bütün başqa sahələrlə yanaşı, ordu quruculuğunda da böyük addımlar atılacaqdır. Biz öz ordu, hərbi potensialımızı gücləndirməliyik. Artıq bu istiqamətdə çox önəmli addımlar atılır”.

Gənclərin ordu sıralarına yolasalınma mərasimində Namiq Əliyev valideynlər adından çıxış edərək vurğuladı ki, bir ata tək bu gün həyatımın ən gözəl anını yaşayıram. İndi ikinci oğlum Ələkbəri əsgəri xidmətə yola salıram. İnanıram ki, cəsur oğullarımızın şücaəti sayəsində erməni işğalı altında olan torpaqlarımız geri qaytarılacaq, çox tezliklə qədim Oğuz ellərində üçrəngli Azərbaycan bayrağı dalğalanacaqdır.

Soyuq bir qış günündə meydan yenidən musiqiyə verilir. Gənclərdən Toğrul Həsənov, Əkbər Quliyev, Müzəffər Məmmədov və başqaları valideynlərin xeyir-duası ilə avtobuslarda yerlərini tutub ordu sıralarına yollanırlar...

 

Qədir ASLAN,

Respublika”.

 

Respublika.- 2020.- 15 yanvar.- S.4.