Akademiya prezidenti Yüksək Texnologiyalar Parkında olub

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) yaradılmış şəraiti ilə tanış olub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə AMEA İşlər idarəsinin müdiri, YT Parkın direktoru, professor Elton Məmmədov AMEA rəhbərliyinə Yüksək Texnologiyalar Parkının xəritəsi əsasında ərazinin plan-sxemi üzrə ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış AMEA-nın Yüksək Texnologiyalar Parkında innovasiyayönümlü tədqiqat işlərinin istehsalatda yüksək texnologiyalarla tətbiqinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb. E.Məmmədov ölkə üçün strateji əhəmiyyət kəsb edən müdafiə mülki xarakterli layihələr, tədqiqat nəticələrinin yüksək elmtutumlu texnologiyalar üzərində tətbiqi müxtəlif təyinatlı yüksək texnologiyaların işlənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevi yüksək texnologiyaların istehsalı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi perspektivdə duran layihələrin həyata keçirilməsinə dair mövcud vəziyyətlə tanış edən YT Parkın direktoru görülən işlər barədə ətraflı məlumat verib.

Son iki ay ərzində ərazidə aparılan tikinti-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən YT Parkın əvvəl sonra dronla çəkilmiş vizual görüntüsü AMEA rəhbərliyinin diqqətinə təqdim edilib.

Sonra AMEA rəhbərliyi Xəzərətrafı regionda yeganə qaz laboratoriyası kimi neft qaz məhsullarının analizi aparılan Elmi-analitik sınaq laboratoriyası ilə tanış olub. Buradakı elmi tədqiqat işləri, beynəlxalq yerli müəssisələrlə, neft qaz sektoruna aid elmi-tədqiqat institutları ilə bağlanmış müqavilələr barədə akademiya prezidentinə geniş məlumat verilib.

Həmçinin Ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası, Təcrübə otağı, Təcrübə-sənaye zavodu rezidentlərin şəraitinə baxış keçirilib, mülki, eləcə müdafiə xarakterli istehsal sahələri istehsal prosesləri ilə tanışlıq olub.

Laboratoriya müdirləri istehsal müəssisələrinin rəhbərləri AMEA Rəyasət Heyətinin üzvlərinə gördükləri işlər barədə ətraflı məlumat veriblər. Tədbir ərazidə son iki ayda aparılmış tikinti-quruculuq, yaşıllıq-abadlaşdırma işlərinə baxışla başa çatdırılıb.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri - birinci vitse-prezidentlər akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, vitse-prezidentlər - akademik Tofiq Nağıyev, akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, habelə bir sıra elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi işçilər, YT Parkın əməkdaşları iştirak ediblər.

 

 

 

AZƏRTAC

 

Respublika.- 2020.- 23 yanvar.- S.5.