Veteran müəllimlər Şəhidlər Xiyabanında

 

Şəhid adı müqəddəsdir, müqəddəsdir ona görə ki, doğma Vətən torpağı şəhidlərin qanı ilə suvarılmışdı. Suverenliyimizi borclu olduğumuz şəhidləri daim yad etmək, gələcək nəsillərə tanıtmaq isə hamımızın vətəndaşlıq borcudur.

Yanvar vayı xalqımızın tarixidə neçə-neçə mərd oğul və qızlarımızın şəhid olduğu zaman kimi qalacaqdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciə, iki gün sonra şəhidlərin dəfn günü, 24 yanvar isə sumqayıtlı professorların amansız qətliamı qəlbimizi riqqətə gətirir.

Başda keçmiş SSRİ-nin prezidenti Mixayl Qorbaçov və müdafiə naziri Dmitri Vazov olmaqla imperiyanın təpədən-dırnağadək silahlanan ordusu əliyalın insanlara divan tutdu.

Nəticədə qətliam baş verdi. 147 nəfər öldürüldü, 744 nəfər güllə yaran dedi. 841 nəfər zindana atıldı. Həmin gün xalqımızın milli birlik, qəhrəmanlıq günü kimi tarixə düşdü. Müstəqilliyə və azadlığa gedən yolun başlanğıcı oldu.

Sumqayıt şəhər təhsil şöbəsi veteranlar təşkilatının təşəbbüsü ilə ümumtəhsil məktəblərinin ən fəal veteranları hər il olduğu kimi, bi il də yanvarın 20-də Bakıdakı müqəddəs məkan, Şəhidlər Xiyabanına getmiş, qəhrəman vətən oğullarının məzarları üzərinə tər qərənfillər düzmüşlər.

Onların arasında 3 nömrəli tam orta məktəbdən Teyyub Babayev, Tofiq Mikayılov, 5 nömrəli tam orta məktəbdən Nizami Məmmədov, 25 nömrəli tam orta məktəbdən Fəzail Vəliyev, 27 nömrəli məktəbdən Vəli Vəliyev, 31 nömrəli orta məktəbdən Əlizadə Qəhrəmanov, 21 nömrəli tam orta məktəbdən Həbib Lətifov, 22 nömrəli tam orta mıəktəbdən Sərdar Quliyev, 7 nömrəli tam orta məktəbdən Rəfael Quliyev, 9 nömrəli tam orta məktəbdən Rövşən İmanov, İstedad iltseyindən Tofiq Mikayılov, 9 nömrəli məktəbdən Nəcəf Eldarov TTE1 Zöhrab Əliyev, 32 nömrəli tam orta məktəbdən Sərraf Fətiyev, 35 nömrəli tam orta məktəbdən İsmayıl Hacıyev, 14 nömrəli tam orta məktəbdən Rafiq Əsgərov, 23 nömrəli orta məktəbdən İsmayıl Bağırov, 38 nömrəli tam orta mıəktəbdən Şahin Qəhrəmanov, 6 nömrəli məktəbdən Akif Şərbətov, 21 nömrəli tam orta məktəbdən Qiyas Şamilov və başqaları olmuşdur. Xüsusi ilə qeyd etmək istəyirəm ki, düz 30 ildir ki, veteran müəllimlər Şəhidlər Xiyabanını ziyarət edirlər. Bu ziyarət artıq ənənə halına çevrilmişdi.

Bu işdə nəqliyyat sarıdan bu ili bizə kömək edən Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Arzu Alızadəyə və 25 nömrəli məktəbin direktoru Mehdi Aslanova veteranlar adından təşəkkürümü bildirirəm. (çox sag olsunlar).

Doğma Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan övladlarımızın xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır. Allah onlara rəhmət eləsin, qəbirləri nura boyansın amin.

 

Məşdi ZEYNALOV,

Sumqayıt Təhsil Şöbəsi

Veteranlar Təşkilatının sədri, şəhər veteranlar

təşkilatının məsul katibi,

qabaqcıl maarif xadimi.

 

Respublika.- 2020.- 26 yanvar.- S.4