Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib

 

Yanvarın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevakademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimovaya yubiley medallarını təqdim edib.

AZƏRTAC xəbər verir ki, tədbiri akademik Ramiz Mehdiyev açaraq iclasda AMEA-nın BiologiyaTibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərini əks etdirən hesabatlarının dinləniləcəyini bildirib.

Sonra AMEA-nın vitse-prezidenti, BiologiyaTibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova bölmənin hesabat məruzəsini təqdim edib. Akademik diqqətə çatdırıb ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətlərində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, AMEA-nın ümumi yığıncağının və Rəyasət Heyətinin qərarları əsas götürülüb.

Akademik İradə Hüseynova hesabat ilində bölmənin institutlarında biomüxtəlifliyin, torpaqsu ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi və məlumat bazalarının yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genomproteom tədqiqatları, yeni biotexnologiyaların fundamental əsaslarının işlənməsi, patologiyaların fiziolojimolekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının hazırlanmasında, reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi və digər istiqamətlər üzrə aparılmış tədqiqatlar haqqında məlumat verib. Bildirib ki, ötən il 18 problem, 90 mövzu, 267 üzrə tədqiqatlar aparılıb, 483 mərhələ 29 mövzu və 111 tamamlanıb. Akademik tədqiqatların nəticələri üzrə 8 işin tətbiq olunduğunu da əlavə edib. O, AMEA-nın Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən və fundamental elmi problemlərin həllinə yönəldilmiş beş multidissiplinar elmi-tədqiqat proqramının icrasının müvəffəqiyyətlə aparıldığını nəzərə çatdırıb.

İradə Hüseynova 2019-cu ildə bölmənin institutlarında aparılmış tədqiqatlardan alınmış 15 ən mühüm nəticədən bəzilərini Rəyasət Heyəti üzvlərinin və qonaqların diqqətinə çatdırıb, eyni zamanda, bölmədənkənar tibbaqrar elm və təhsil müəssisələrində əldə edilmiş elmi nəticələr haqqında məlumat verib.

Elmi müəssisələrin əməkdaşlarının 2019-cu ildə müxtəlif respublikaxarici beynəlxalq qrant layihələrində iştirak etdiyini qeyd edən məruzəçi vurğulayıb ki, alimlər müxtəlif fondlar tərəfindən maliyyələşdirilən və 25-i xarici alimlərlə birgə olmaqla 50 layihə əsasında tədqiqatlar aparıblar. Hesabat ilində bölmənin institutları tərəfindən 2-si xaricdə olmaqla 11 patent alınıb.

Bölmənin nəşriyyat fəaliyyətindən danışan akademik bildirib ki, 2019-cu ildə 991 elmi əsər, o cümlədən 4-ü xaricdə olmaqla 16 kitab, 4-ü xaricdə olmaqla 17 monoqrafiya nəşr edilib. Elmi müəssisələrin əməkdaşları hesabat ilində 338-i xaricdə olmaqla 594 məqalə dərc etdiriblər ki, bunların da 148-i impakt faktorlu jurnallarda işıq üzü görüb. 224-ü xaricdə olmaqla 364 tezis, həmçinin 7 dərslik və elmi-kütləvi nəşr dərc olunub, istinadların sayı isə 3072-dir.

Akademik İradə Hüseynova bildirib ki, 2019-cu ildə bölmə institutlarında doktoranturada fəlsəfə doktorluğu üzrə 52 nəfər, elmlər doktorluğu üzrə 22 nəfər təhsil alıb, 24 nəfər isə doktoranturanı bitirib, 9 elmlər, 16 fəlsəfə doktorluğu dissertasiyası müdafiəyə hazırlanıb. Eyni zamanda, dissertanturada fəlsəfə doktorluğu üzrə 94, elmlər doktorluğu üzrə 38 nəfər tədqiqat aparıb.

Hesabat ilində bölmənin institutları üzrə 25 nəfərin magistraturaya qəbul olunduğunu deyən akademik 20 nəfərin magistraturanı bitirdiyini və hazırda 40 nəfərin təhsilini davam etdirdiyini vurğulayıb.

Elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlər haqqında məlumat verən akademik bidirib ki, hesabat ilində ölkənin bir sıra universitetinin müvafiq kafedraları ilə əlaqələr genişləndirilib və institutların əksəriyyətində universitetlərin baza kafedraları və filialları fəaliyyət göstərir.

Akademik İradə Hüseynova bölmənin beynəlxalq əməkdaşlıq fəaliyyətindən də danışıb: “Bölmə institutlarında 9 beynəlxalq laboratoriya fəaliyyət göstərir. 40-dan çox ölkənin 80-ə yaxın elmi-tədqiqat və təhsil müəssisəsi, genbankları, nəbatat bağları, eləcə də beynəlxalq mərkəz və təşkilatlarla elmi əlaqələr inkişaf etdirilib, 14 yeni müqavilə bağlanıb. Bölmə institutlarının 70-dən çox əməkdaşı 38 beynəlxalq konfranssimpoziumda məruzələrlə çıxış ediblər. İl ərzində yüzlərlə xarici alim, beynəlxalq mərkəzlərin rəhbər və mütəxəssisləri bölmədə və institutlarda olub, onlarla mövcud layihələrin icrasına dair, eləcə də perspektiv əməkdaşlıqla bağlı müzakirələr aparılıb”.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Müzakirələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, bölməyə daxil olan institutların rəhbərləri və başqaları iştirak ediblər.

Müzakirələrdən sonra Rəyasət Heyəti bölmənin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiq edibmühüm nəticələrin AMEA Rəyasət Heyətinin hesabatına salınmasını qərara alıb. Biomüxtəlifliyin, torpaqsu ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya və təbabətdə tətbiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətlərində tədqiqatların aparılması məqsədəmüvafiq hesab edilib. Bölməyə müvafiq institutlarda Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində aqrar sektorun aktual problemlərinin həlli, bu məqsədlə molekulyar-bioloji, genetik yanaşmaların və biomühəndisliyin fundamental əsaslarının işlənib hazırlanması istiqamətində fəaliyyətlərin gücləndirilməsi, elmi müəssisələrdə ətraf mühitin mühafizəsi, respublikanın başlıca ekosistemlərinin, bioloji müxtəlifliyinin, nadir və nəsli kəsilməkdə olan növlərin kompleks multidissiplinar tədqiqi, bərpası və səmərəli istifadəsində müasir yanaşmaların, riyazimolekulyar-genetik metodların tətbiqinə diqqətin artırılması və s. istiqamətlərdə tapşırıqlar verilib.

Gündəlikdəki növbəti məsələ AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Hesabat məruzəsi ilə çıxış edən mərkəzin direktoru, aqrar elmləri doktoru Fərman Quliyev ötən il Lənkəran Regional Elmi Mərkəzində altı mərhələdə iki problemi əhatə edən beş mövzu üzrə beş işin yerinə yetirildiyi, iki mövzu üzrə iki işin altı mərhələdə başa çatdırıldığını bildirib.

Fərman Quliyev Lənkəran-Astara bölgəsində çay, sitrussubtropik bitkilərin mövcud sort və formalarının toplanması, mühafizəsi, bərpası, hərtərəfli öyrənilməsi, yeni sortların yaradılması, həmçinin Lənkəran-Astara bölgəsinin floristik tərkibi, müxtəlifliyi və xüsusiyyətlərinin öyrənilməsi üzrə həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, tədqiqat işləri nəticəsində 50-dən çox çay forma-klonunun morfoloji, bioloji xüsusiyyətləri, keyfiyyət göstəriciləri hərtərəfli qiymətləndirilib, bir sıra xüsusiyyətlərinə görə nəzarəti üstələyən dörd sort rayonlaşdırılaraq patentləşdirilib. Bundan əlavə, yeni yaradılmış limonnaringi sort-formaları Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib və hazırda müvəffəqiyyətlə sınaqdan keçirilir.

Azərbaycanın cənub-şərq regionunun arxeolojinumizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, fondmuzeyinin yaradılması, numizmatik materialların kataloqlaşdırılaraq elmi dövriyyəyə daxil edilməsi istiqamətində görülən işlərdən söz açan Fərman Quliyev Lənkəran və Lerik rayonu ərazilərində arxeoloji abidələrdə kəşfiyyat işlərinin aparıldığını və bir çox yeni abidələrin müəyyən edildiyini vurğulayıb.

Direktor bildirib ki, hesabat ilində mərkəz əməkdaşları tərəfindən 10 elmi əsər, o cümlədən bir kitab, biri xaricdə olmaqla səkkiz məqalə və bir tezis dərc olunub, alimlərin elmi əsərlərinə 20 dəfə istinad edilib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb. Müzakirələrdən sonra AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2019-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat təsdiq edilib, mərkəzə gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar verilib.

Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın GeologiyaGeofizika İnstitutunun strukturunda qismən dəyişiklik olunub, tarix elmləri doktoru Nəcəf Müseyibli AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

 

 

Respublika.- 2020.- 25 yanvar.- S.3.