Azərbaycan Silahlı Qüvvələri
sıralarından ehtiyata buraxılan gənclərlə
görüş
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ucar rayon
şöbəsinin təşkilatçılığı,
rayon icra hakimiyyətinin, ehtiyata buraxılmış gənclərin
valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin
iştirakı ilə Silahlı Qüvvələr
sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin
qarşılanma mərasimi keçirilib.
Tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.
Tədbirdə çıxış edən SHXÇDX-nin Ucar rayon şöbəsinin rəisi, polkovnik Asif Nemətov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu prosesinin bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən söz açıb.
Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini Şəhla Abdullayeva ordu sıralarından ehtiyata buraxılan gəncləri Vətən qarşısında müqəddəs vəzifələrini uğurla başa çatdırmaları münasibətilə təbrik edib, onların bundan sonra müxtəlif sahələrdə ölkəmizin inkişafı naminə fəaliyyət göstərəcəklərinə inandığını bildirib.
Ehtiyata buraxılmış gənclər adından çıxış edən Yusif Bağıyev Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmətləri ilə qürur hissi keçirdiklərini deyib.
Digər çıxış edənlər həqiqi hərbi xidmətin vətəndaşlıq borcu və şərəf olduğunu vurğulayıblar. Azərbaycan xalqının ordumuzun gücünə inandığını bildirib və işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə ediblər.
Sonda ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif hədiyyələr təqdim olunub.
M.MİRZƏ,
“Respublika”.
Respublika.- 2020.- 25 yanvar.- S.5.