Azərbaycan multikulturalizm siyasətinin uğurlu təbliğatı

 

2020-ci il 17-19 yanvar tarixlərində Azərbaycanın Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyi, Beynəlxalq Multikultural Şəbəkəsinin rəhbəri Dr. Xəyalə Məmmədova və heyəti Şimali Kiprə dəvət almışdılar. Proqramna əsasən heyət ilkin olaraq, On Beş Kasım Universitetinin təşkil etdiyi “Aralıq dənizi İpək yolu araşdırmaları” adlı Beynəlxalq Simpoziumda iştirak etdi. Tədbirdə əsas spikerlər kimi Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova “İpək Yolu: İnsanların əlaqələndirilməsi və Azərbaycanda multikulturalizm siyasətinin formalaşması”, Beynəlxalq Multikultural Şəbəkənin Marketinq Meneceri Muhammad UmarPakistan və İpək Yolu vasitəsilə əlaqələndirilmənin çətinlikləri”, Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyinin Çin Elmi-Araşdırmalar Mərkəzinin koordinatoru Ümid Məmmədzadə “Dünya Turizm Bazarında Böyük İpək yolunun tanıtımı” mövzusunda, Beynəlxalq Multikultural Şəbəkənin elmi-araşdırıcısı Günay Məmmədli “Xəzərdə regional əməkdaşlığı şərtləndirən amillər” mövzularında çıxış edərək simpoziumu açıq elan etdilər. Simpoziuma Türkiyə, Şimali Kipr, Gürcüstan, Qazaxstan, Ukrayna, Portuqaliya, İspaniya, İran və. s ölkələrdən dəyərli elm adamları qatılaraq, mövzu ilə bağlı maraqlı elmi-araşdırmalarını paylaşdılar.

İkinci hissədə Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova ənənəsinə sadiq qalaraq, “Azərbaycan multikulturalizm modeli” adlı çıxışını təqdim etdi. O, qeyd etdi ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısı multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək onu ölkənin daxilixarici siyasətinin mühüm istiqaməti kimi təqdim etmişdir. Multikulturalizm Azərbaycanda dövlət siyasəti və həyat tərzidir. Azərbaycan öz multikulturaltolerant yaşam tərzi ilə dünyaya nümunədir. Dövlətin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnikdini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Beynəlxalq Simpoziumun bugünkü mövzusu ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva qeyd edib ki, qədim İpək Yolunun mərkəzində yerləşən Azərbaycanın fikirlərin paylaşıldığı və insanların dostluq mühitində bir araya gəldiyi məkan kimi böyük və qədim tarixi var, bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətidir.

Onu da qeyd edək ki, Beynəlxalq Multikultural Şəbəkənin Şimali Kiprdəki təmsilçisi On Beş Kasım Universitetinin prorektoru Dr. Haktan Birsəldir. Simpoziumun sonunda iştirakçılar sertifikatlarla təltif olundular.

Tədbirdən sonra Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova və Marketinq Meneceri Muhammad Umar Kiprin tanınmış telekanallarından olan Kipr GənçTV-yə “Xəbərlər” verlişinə müsahibə vermək üçün dəvət olundurlar. Verilən suallar əsasında Xəyalə Məmmədova və Muhammad Umar qeyd etdilər ki, müasir dövrdə multikulturalizm Azərbaycanda əhəmiyyətli rol oynayır. Tarixən Azərbaycan çoxmədəniyyətli bir dövlət olmuşdur. Ölkədə multikultural cəmiyyətin yaranıb inkişaf etməsində coğrafi faktorun rolu da böyük olmuşdur. Belə ki, Azərbaycanın əlverişli bir coğrafi ərazidə və müxtəlif milli mədəniyyətlərin qovşağında yerləşməsi bu məkanda bir sıra xalqların və milli azlıqların məskunlaşmasına təsir göstərmişdir. Multikulturalizm Azərbaycanda dövlət siyasəti ilə yanaşı, həm də əhalinin həyat tərzidir. Azərbaycanda multikulturalizmin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır”. Çıxışçılar eyni zamanda Beynəlxalq Multikultural Şəbəkənin bu istiqamətdə olan geniş fəalliyyəti və bundan sonra da həyata keçirəcəyi layihələrlə bağlı geniş məlumat verdilər.

Daha sonra Beynəlxalq Multikultural Şəbəkənin heyəti On Beş Kasım Universitetinin rektoru tərəfindən dəvət olunaraq, gələcəkdə bir sıra sahələrdə reallaşdıracaqlar əməkdaşlıqları ilə bağlı memorandum imzaladılar.

Eyni zamanda Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri və heyəti Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, Millətlərarası təhsil proqramları departamentinin direktoru Orxan Həsənoğlunun dünyanın tanınmış universitetlərindən olan, Türkiyə və Şimali Kiprin ilk özəl universiteti sayılan Girnə Amerikan Universitetində qonaq oldular. İlk öncə bu ali təhsil ocağı ilə yaxından tanış olunduqdan sonra rəsmi görüş təşkil edildi. Görüşdə universitetin Marketinq Koordinatoru Leyla Biçər, Marketinq mütəxəssisi Aida Buzqulova və digər rəsmi nümayəndələr yer aldılar və əməkdaşlıq olunacaq sahələrdə müzakirələr apararaq, bir sıra layihələrin həyata keçirilməsinə qərar verdilər.

Rəsmi görüşün sonunda Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, Millətlərarası təhsil proqramları departamentinin direktoru Orxan Həsənoğlunun bu sahədə əldə etdiyi nailiyyətlər və uğurlarına görə ona Beynəlxalq Multikultural Şəbəkənin beynəlxalq sertifikatı təqdim edilərək, uğurlarının davamlı olması diləndi.

 

Arzu ƏLİYEVA,

Respublika”.

 

Respublika.- 2020.- 25 yanvar.- S.5.