Bloomberg Newsun yaydığı məqalədə Azərbaycana münasibətdə ikili standartların olduğu qeyd edilir

 

“Bloomberg News” xəbər agentliyinin saytında siyasi icmalçı, beynəlxalq münasibətlər sahəsində ekspert İlay Leykin məqaləsi dərc edilib. Məqalədə Demokratiyanın Müdafiəsi Fondunundondurulmuş münaqişələr”ə həsr olunmuş yeni məruzəsindən danışılır.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə dünyada mövcud olan ikili standartlardan bəhs edib. O, Azərbaycan ərazilərini işğal edən Ermənistana münasibəti ikili standartların göstəricisi adlandırıb. “Siz Azərbaycanda Dağlıq Qarabağı işğal etdiyinə görə Ermənistana münasibətdə boykot kampaniyaları, investisiyaların müsadirə edilməsi və ya sanksiyaların tətbiqi barədə sonuncu dəfə nə vaxt eşitmisiniz?”, - deyə müəllif sual verir.

Ekspert yazır ki, məruzədə bir dövlətin digər dövlətin ərazisini işğal etdiyi 8 “dondurulmuş münaqişə”də beynəlxalq hüququn tətbiq edilməsinin nüansları müzakirə olunur. “Problem sadəcə onda deyil ki, BMT, Birləşmiş Ştatlar, Avropa İttifaqı, özəl korporasiyalar və QHT-lər son dərəcə qeyri-məntiqi fəaliyyət göstərirlər. Məsələ ondadır ki, onların siyasəti selektivdirçox vaxt beynəlxalq münasibətlər sistemində daha dərin problemləri vurğulayan mənfi rəy yaradır”, - deyə müəllif məruzəyə istinad edərək yazır.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

 

Respublika.- 2020.- 30 yanvar.- S.1.