Zəngin və mənalı ömür

 

Respublikamızda son 35-40 il ərzində fiziki tərbiyə, idmanın elmi-nəzəri və pedaqoji məsələlərinin araşdırılmasında, proqram-metodik və dərs vəsaitlərinin yazılması və inkişafında xüsusi xidmətləri olan alim-mütəxəssislərdən biri də professor Əli Əyyub oğlu Mehtiyevdir.

Əli müəllim pedaqogika üzrə fəlsəfə doktoru, professor, Milli Olimpiya Akademiyasının üzvü, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, SSRİ idman ustası və ümumittifaq dərəcəli hakimdir. Onun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin isə 40 ili tamam olur.

Zaman-zaman qədim oğuz yurdu olan indiki Qərbi Azərbaycan ərazisində yaşayan azərbaycanlılar gizli və açıq deportasiyaya məruz qalmış, tarixən yaşadıqları ərazidən, dədə-baba torpaqlarından qovulmuşlar. Deportasiya prosesi dəyişmiş formalarda fasilələrlə, demək olar ki, sovet hakimiyyəti illərində də davam etdirilmiş, İkinci Dünya müharibəsindən sonra SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarları ilə 100 min azərbaycanlı kütləvi surətdə əsrlər boyu yaşadıqları doğma yurdlarından qovulmuşdur.

Ermənilərin deportasiyasına və mənəvi terroruna tuş gələn ailələrdən biri də Zəngibasar mahalının Rəncbər kəndində zəhmətkeş kəndli həyatı yaşayan Əyyub kişinin ailəsi və qohumları olmuşlar. Etnik təmizləmə nəticəsində onlar Azərbaycanın Sabirabad rayonuna köçürüldülər. Həmin illərdə isti iqlim şəraitinə dözə bilməyən kənd əhalisinin bir hissəsi yenidən doğma yurda dönməyə nail oldu. 1950-ci illərdə Zəngibasar mahalında həyat yavaş-yavaş normal ritmə düşürdü. Digər kəndlərdə olduğu kimi, Rəncbər kəndində də azərbaycanlılar yenidən əkin-biçinlə məşğul olmağa başlamışdı. Əli Mehtiyev 1950-ci ildə Qərbi Azərbaycanın Masis rayonunun Rəncbər kəndində anadan olmuşdur. Əli Mehtiyev 1957-ci ildə Rəncbər kənd səkkizillik məktəbinin birinci sinfinə getmiş, səkkizillik təhsilini başa vurduqdan sonra Sumqayıt şəhərinə gəlmiş, əvvəlcə 7 nömrəli peşə məktəbini, sonra isə 5 nömrəli ümumtəhsil məktəbini bitirdi. Elə həmin illərdə idmanın sərbəst güləş növü ilə məşğul olmağa başladı. Güləşməyə çox həvəsi olan Əli Mehtiyev məşqçilərin sayəsində qısa bir dövrdə güləşin texnika və taktikasını mənimsədi. Bu peşəni sevdiona ürəkdən bağlandı. İdman onun həyatının mənasına çevrildi. O dövrdə həm ali, həm də texniki peşə məktəbləri arasında idmanın bütün növləri üzrə yarışlar keçirilərdi. Əli Mehtiyev peşə məktəbləri arasında dəfələrlə respublika birinciliyinin qalibi oldu. Texniki təhsilini başa vuran Əli Mehtiyev bir müddət Sumqayıt şəhərindəki kimya kombinatında işləməklə yanaşı, idman karyerasını davam etdirmiş, respublikaümumittifaq yarışlarının mükafatçısı, Respublika peşə məktəblərinin və Sumqayıt şəhər çempionu olmuşdur. Xüsusilə 1974-cü il onun üçün uğurlu olmuşdur; o, SSRİ idman ustası normasını yerinə yetirmişdir.

İdmana olan həvəs onun həyat kredosuna çevrilir, özünü idmandan kənarda təsəvvür edə bilmir. Ona görə də bu sahədə ali təhsil almaq arzusu ilə Bakı şəhərinə gəlir, sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna vermək istəyir. Lakin valideynləri buna etiraz edirlər, onlar Əlini ticarətçi görmək istəyirlər. Yalnız 1978-ci ildə arzusu reallaşır, o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun tələbəsi olmaq səadətini yaşayır. Burada o, idmanın tarixi və nəzəriyyəsinin incəliklərinə yiyələnir. 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirən Əli Mehtiyev peşəkar mütəxəssis və güləşçi kimi ümumittifaqrespublika yarışlarının qalibi və mükafatçısı olur. Moskva, Tehran, Leninqrad (indiki Sankt-Peterburq), Alma-Ata, Aşğabad, Riqa, Tallin, Lvov, İvano-Frankovsk, Səmərqənd, Salavat Yulayev, Çeboksarı, Perm, Buxara, və digər şəhərlərdə güləş döşəyinin üzərinə çıxan Əli müəllim oradan qalib kimi ayrılır. Güləş sahəsindəki peşəkarlığı ona sonradan müəyyən səbəblərdən hələ gənc yaşlarından məşqçi kimi fəaliyyət göstərməyə imkan verir. Əli Mehtiyevin əvvəllər işlədiyi məşqiçilik sahəsində də müəyyən naliyyətləri olmuşdur. Dünya, Avropa, SSRİ çempionları, habelə beynəlxalq və respublika yarışlarının çempionları və mükafatçılarını hazırlamışdır. ADPU-nun professoru Ə.Mehtiyev fiziki tərbiyə üzrə yüksəkixtisaslı mütəxəssis-müəllimlərin hazırlanmasında, respublika və beynəlxalq dərəcəli idmançıların yetişdirilməsində də böyük zəhmət payı vardır. 30-a yaxın SSRİ idman ustası və ustalığa namizədlər yetişdirdiyinə görə lap gənc yaşlarında 1984-cü ildə Əli Mehtiyev Sərbəst güləş üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi və ümumittifaq dərəcəli hakim adlarına layiq görülmüşMilli Olimpiya Akademiyasının üzvüdür. Keçmiş Sovetlər ölkəsinin və Azərbaycan respublikasının bir sıra fəxri fərmanları və mükafatları ilə təltif edilmişdir.

Sonradan 1983-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüs və məktubu əsasında V.İ.Lenin adna APİ-nin, ibtidai hərbi hazrlıq və bədən tərbiyəsi fakültəsinin Təknövlülük və gimnastika kafedrasında saathesabı müəllim işləmiş və həmin kafedra üzrə müsabiqədən keçərək 5.10.1984-cü ildən universitetin Təknövlülük və gimnastika kafedrası üzrə müəllim işləmişdir. Uzun müddət respublika ali məktəblərinin və həmçinin universitetin sərbəst güləş üzrə yığma komandasına rəbərlik etmişdir. Professor Əli Mehtiyev tələbə idman klubunda işlədiyi müddət ərzində Universitetin ayrı-ayrı idman növləri üzrə yığma komandaları və eyni zamanda həmin müddətdə sərbəst güləş üzrə ali məktəblərin yığma komandasına baş məşqçi kimi rəhbərlik etdiyi müddətdə dəfələrlə respublika ali məktəblərin ümumittifaq və beynəlxalq yarışlarda komandaları arasında mükafatçı yerləri tutmuşlar və xüsusilə sərbəst güləş üzrə universitetin yığma komandası respublika ali məktəbləri arasında və bir sıra ümumittifaq və beynəlxalq yarışlarında dəfələrlə qalib olmuş və mükafatçı yerlər tutmuşlar. 1992-ci ildən ADPU-nin fiziki tərbiyənin nəzəri əsasları və yüngül atletika kafedrasında baş müəllim işləmiş, 1992-ci ildə isə Ə.Mehtiyev o dövrdə həmin fakültənin tələbələrindən könüllü batalyon düzəldərək batalyon komandiri kimi məlum Qarabağ problemi ilə əlaqədər döyüşlərə qatılmaq üçün Qax rayonun turbazasında türk zabitlərinin rəhbərliyi altında təlimlər keçməyə qatılmışlar və bir müddət təlimlər keçdikdən sonra döyüşlərə qatılmaq ərəfəsində ovaxtkı Müdafiə Nazirliyinin rəhbər və məsul şəxslərindən biri olan Şahin Musayevin təkidi ilə həmin batalyonun icazəsiz və qeyri-qanuni olduğunu qeyd edərək batalyonu ləğv etdirmiş və döyüşlərə qatılmağa icazə verməmişlər. 1994-cü ildən isə Ə.Mehtiyev müsabiqə yolu ilə həmin kafedrada dosentkafedra müdiri vəzifəsini tutmuşdur. 1997-ci ildə isə “Məktəbdənkənar tərbiyə müəssisələrində şagirdlərin fiziki hazırlıq və hərbivətənpərvərlik tərbiyəsi” (Azərbaycan xalqının qəhrəmanlıq dastanlarının materialları əsasında) adda dissertasiya müdafiə edərək pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Həmçinin 1999-cu il həmin kafedrada dosentkafedra müdiri, eyni zamanda 30.06.2000-ci ildən isə müsabiqədən keçdiyi üçün universitetin ümumi bədən tərbiyəsi kafedrasında müsabiqə yolu ilə kafedra müdiridosent vəzifəsinə seçilmiş və həmçinin eyni vaxtda uzun illər müqavilə ilə Qızlar universitetitetinin dosenti kimi çalışmışdır. Yenidən 1.07.2005-ci il Bədən tərbiyəsi və idman kafedrası üzrə dosentkafedra müdiri və həmçinin Qızlar Universitetinin professoru kimi çalışmışdır, 27.12.2006-cı ildən isə ADPU-nun 85 illik yubleyi münasibəti ilə Əli Mehtiyevə elmi-pedaqoji və təhsil quruculuğu işlərində uzun müddətli və uğurlu fəaliyyətimə görə əmək kitabçasına yazılmaqla Təşəkkürnamə elan edilmişdir. Həmçinin həmin kafedra üzrə müsabiqədən keçdiyi üçün 23.04.2007-ci ildən universitet elmi şurasının qərarına əsasən “Bədən tərbiyəsi və İdman” kafedrasının professoru əvəzi və 2010-cu ildən isə professor vəzifəsində çalışmışdır. Sonradan yenidən 30.09.2011-ci ildən təkrarən Bədən tərbiyəsi və idman kafedrasının müdiriprofessor vəzifəsinə seçilərək 2011-2015-ci ilə dək həmin kafedranın müdiriprofessoru vəzifəsində işləmişdir.

Əli Mehtiyev 50-dən çox elmi-əsər, dərs vəsaiti, metodik vəsait, proqram, məqalə və tezisin müəllifidir. Beynəlxalq seminar, simpoziumkonfranslarda iştirak etmişdir. Gələcək müəllimlərin peşə hazrlığında mühüm rol oynayan “Güləş yarışlarının təşkili və keçirilməsi”. “Metodik Göstəriş”, “Məktəbdənkənar tərbiyə müəssisələrində şağirdlərin fiziki hazırlıq və hərbi-vətənpərvərlik tərbiyəsi”. “Tədris vəsaiti”, “Fiziki tərbiyə və onun tədrisi metodikası” dərs vəsaiti və digər elmi əsər, proqramlar, məqalə və tezislər nəşr etdirmişdir.

Elmi-pedaqoji fəaliyyətinin son 37 ilini ADPU ilə bağlamış Əli Mehtiyev 1994-cü ildən 2000-ci ilədək həmin fakültənin fiziki tərbiyənin nəzəri əsasları və yüngül atletika kafedrasına, 2000-ci ildən 2015-ci ilədək Universitetin bədən tərbiyəsi və idman kafedrasına rəhbərlik etmişdir. Həmin illər ərzində yaxşı işlərinə görə rəhbərlik tərəfindən 2 dəfə şəxsi işinə yazılmaqla təşəkkür elan edilmişdir.

Professor Universitetin elmi ictimai həyatında da yaxından fəal iştirak edir. Respublika beynəlxalq elmi konfranslarda vaxtaşırı çıxış edir, həmçinin uzun illərdir Universitet Gənclərin çağırışaqədər hazırlığı fakültəsinin hazırkı (İncəsənət fiziki tərbiyə) elmi metodologiya şurasının üzvüdür. Eyni zamanda, Azərbaycan Respublikasının əmək idman veteranıdır. 55 il ümumi stajı ali məktəbdə 45 il elmi pedaqoji stajı var.

Onu da qeyd etmək yerinə düşər ki, Əli Mehtiyev yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə ADPU-nun 85 illik yubileyi münasibətilə universitetin fəxri fərmanı ilə təltif edilib.

Zəngin və mənalı həyatı, elmi-pedaqoji fəaliyyəti müasir gənclərimizə nümunə olan professor Əli müəllim bu gün də gənclik həvəsi ilə fəaliyyətini davam etdirir, çalışdığı universitetin ictimai işlərində yaxından iştirak edir.

Əmək və idman veteranı pedaqoq-idmançı, alimi 70 yaşı və 45 illik pedaqoji fəaliyyəti münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, səmərəli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Zəngin və mənalı həyatı, elmi-pedaqoji fəaliyyəti müasir gənclərimizə nümunə olan Əli müəllim bu gün də gənclik həvəsi ilə fəaliyyətini davam etdirir, çalışdığı universitetin ictimai işlərində yaxından iştirak edir. Ailəlidir, 5 qız və bir oğlan babasıdır.

 

Əli SADIQOV

 

Respublika.- 2020.- 30 yanvar.- S.5.