Uğurlar və perspektivlər

 

Azərbaycan Respublikasının Auditorlar Palatası-25

 

Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış və 1996-cı il 5 aprel tarixindən fəaliyyətə başlamış Azərbaycan Respublikası Auditorlar Palatasının 25 ili tamam olur. Ölkə auditorları üçün çox əlamətdar olan bu ildönümü ilə əlaqədar Azərbaycan auditinin bu müddətdə keçdiyi inkişaf yolu Auditorlar Palatasının fəaliyyətə başlaması və bunun əsasında ölkədə audit sisteminin formalaşıb inkişaf etməsi ulu öndər Heydər Əliyevin demokratik dünya meyarlarına sədaqətin, bazar iqtisadiyyatı infrastrukturları sistemində auditə verdiyi dəyər və əhəmiyyətin parlaq təzahürüdür. 1990-cı illərin sonlarında qəbul edilmiş digər bir sıra fərman və sərəncamlarda da auditin inkişafı dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi dəyərləndirilmiş və milli auditin qarşısında yeni vəzifələr qoyulmuşdur. Məhz həmin vəzifələrin həllinə nail olmaq üçün 1998-1999-cu illərdə Azərbaycanda auditin ilk inkişaf konsepsiyası işlənib hazırlanmış, bazar iqtisadiyyatının bu mühüm infrastruktur sahəsinin inkişaf prioritetləri müəyyənləşdirilmişdir. Azərbaycanda müstəqil auditin təşəkkülü dövrü də həmin illərə təsadüf edir.

 

 

 

2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iqtisadi islahatların uğurla həyata keçirilməsində, azad sahibkarlıq fəaliyyətinin formalaşmasında və inkişafında mühüm rol oynayan, maliyyə nəzarətinin bütün dünyada geniş yayılmış sivil forması və mühüm bazar infrastrukturu olan auditor fəaliyyətinin təşkili və təşəkkülü “Auditor xidməti haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.

 

Həmin qanuna əsasən ölkəmizdə auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək, auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş müvafiq normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə etmək, öz fəaliyyətində qanunvericilik aktlarından və normativ-hüquqi aktlardan irəli gələn tələblərə auditorlar tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılmışdır. Ötən dövr ərzində Auditorlar Palatasının intensiv fəaliyyəti sayəsində Azərbaycanda milli audit sistemi bərqərar olmuş, auditor xidmətlərinin həcmi, əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmiş, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizədə, kölgə iqtisadiyyatının aradan qaldırılmasında, maliyyə hesabatlılığının təkmilləşdirilməsində, bütövlükdə ölkə iqtisadiyyatının inkişafında auditin rolu xeyli artmış və Auditorlar Palatasının beynəlxalq əlaqələri genişlənmişdir. Bunlar, eyni zamanda, ölkə Prezidentinin müstəqil auditor xidməti qarşısında qoyduğu beynəlxalq audit standartlarının və praktikasının ölkəmizdə tətbiqi kimi mühüm vəzifələrin icrası sayəsində mümkün olmuşdur. Prezident İlham Əliyev auditi belə dəyərləndirmişdir: Bu gün, Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafı sahəsində genişmiqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axınının gücləndirilməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəldilməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühüm rol oynayır. İndiki mərhələdə maliyyə intizamına ciddi əməl olunması, pul vəsaitlərindən səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edirbu baxımdan da audit həmin vəzifələrin uğurla yerinə yetirilməsində ön sıralarda olmalıdır”.

 

Ölkə Prezidentinin göstərişlərini rəhbər tutaraq, audit sahəsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində Auditorlar Palatasının beynəlxalq əlaqələrinin coğrafiyası və əhatə dairəsi kifayət qədər genişlənmiş, beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə Azərbaycan auditorlarının iştirakı intensiv xarakter almış və audit sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsi, müvafiq ədəbiyyatın və digər yardımçı materialların əldə edilməsi, əməkdaşlıq ünsiyyəti imkanlarının çoxalması üçün möhkəm zəmin yaradılmışdır. Məhz bunun nəticəsidir ki, Auditorlar Palatası 40-dan artıq ölkənin audit və mühasibatlıq təşkilatları ilə əməkdaşlıq sazişləri, niyyət protokolları və memorandumlar imzalamış və bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Avropanın MühasiblərAuditorlar Federasiyası (EFFA), Mühasiblərin və Auditorların “Avrasiya” Beynəlxalq Regional Federasiyası kimi nüfuzlu beynəlxalq audit və mühasibatlıq qurumlarına tamhüquqlu üzv qəbul olunmuşdur.

 

Hazırda Palatanın nüfuzlu peşə qurumlarında - Beynəlxalq Mühasiblər Federasiyasında (IFAC), Mühasiblərin və Auditorların “Avrasiya” Beynəlxalq Regional Federasiyasında, Avropa Mühasiblər və Auditorlar Federasiyasında (EFAA), Sertifikatlı Mühasiblərin və Auditorların Avrasiya Şurasında tamhüquqlu üzv kimi təmsilçiliyi, habelə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA), Rusiya Federasiyası, Çin, Böyük Britaniya, Türkiyə, Rumıniya, Macarıstan, Polşa, Slovakiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Estoniya, Litva, Latviya, Moldova, Belarus, Makedoniya, Monteneqro, Bolqarıstan və digər ölkələrin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq barədə saziş və niyyət protokollarının imzalanması, intensiv işgüzar əlaqələrin qurulması Azərbaycan auditorlarının peşə-ixtisas səviyyəsinin müntəzəm olaraq təkmilləşdirilməsi sahəsində də böyük işlər həyata keçirilməsində mühüm əhəmiyyətə malikdir.

 

Ötən illər ərzində Azərbaycan auditorları ölkə Prezidenti tərəfindən daim diqqət və dəstək görmüşlər. Belə ki, Azərbaycan auditorları ölkə PrezidentininAuditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun ulu öndər tərəfindən imzalanmasının 10 illiyi ilə əlaqədar keçirilən “Keçid iqtisadiyyatı ölkələrində auditin inkişaf problemləri” beynəlxalq elmi-praktik konfransının iştirakçılarına 2004-cü il 14 sentyabr tarixində, Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivinə və üzvlərinə 2006-cı il 4 aprel tarixində, Auditorlar Palatasının fəaliyyətə başlamasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivinə və üzvlərinə 2016-cı il 4 aprel tarixində və təşkilatçılarından biri Auditorlar Palatası olan “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına 2017-ci il 22 sentyabr tarixində ünvanladığı təbrik məktublarından irəli gələn proqram xarakterli vəzifələrin icrası Azərbaycan auditorlarına öz fəaliyyətlərini ölkəmizdə şəffaflığın təmin edilməsinə və daha da artırılmasına, kölgə iqtisadiyyatının aradan qaldırılmasına, maliyyə və vergi intizamının gücləndirilməsinə, yeni dövrün çağırışlarına uyğun olaraq, iqtisadi islahatların indiki mərhələsində audit sistemini yenidən qurmasına zəmin yaratmışdır.

 

Şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması, dövlət əmlakının düzgün idarə olunması, antikorrupsiya mədəniyyətinin formalaşdırılması, korrupsiyaya qarşı mübarizə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi, iqtisadisosial sahədə inkişafa mane olan amillərin və kölgə iqtisadiyyatının aradan qaldırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə Auditorlar Palatasının fəaliyyəti daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş və layiqincə qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr və 2016-cı il 4 aprel tarixli sərəncamları ilə ölkədə auditor xidmətinin inkişafında xidmətlərinə görə Auditorlar Palatası əməkdaşlarının və üzvlərinin bir qrupu “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 

Azərbaycanda auditor xidmətinin inkişafı və tətbiqinin genişləndirilməsi son dövrlərdə qəbul olunmuşuğurla yerinə yetirilmiş bir sıra mühüm Dövlət proqramlarında müstəqil auditin vacib problemlərinin müəyyənləşdirilməsi və həlli sayəsində mümkün olmuşdur. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, kölgə iqtisadiyyatının aradan qaldırılması, maliyyə hesabatlılığının təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin gücləndirilməsi, açıq və demokratik prinsiplərə əsaslanan dövlət quruculuğunun sürətləndirilməsi, regionların və sahibkarlığın süni maneələr və müdaxilələr olmadan inkişaf etdirilməsi kimi mühüm məqsədləri özündə ehtiva edən Dövlət proqramları çərçivəsində Auditorlar Palatası bir çox mühüm problemlərin həllinə nail olmuşdur. Ötən dövr ərzində Auditorlar Palatası 7 Dövlət Proqramının iştirakçısı olmuş və üzərinə düşən vəzifələri uğurla yerinə yetirmişdir.

 

“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli  Strategiyada korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra önəmli tədbirlərin həyata keçirilməsi konkret vəzifə kimi qarşıya qoyulmuşdur. 2007-2011-ci illər ərzində həyata keçirilməli olan həmin tədbirlər sırasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması, dövlət əmlakının düzgün idarə olunması, antikorrupsiya mədəniyyətinin formalaşdırılması, korrupsiyaya qarşı mübarizə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, iqtisadisosial sahədə inkişafa mane olan amillərin aradan qaldırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, korrupsiyaya qarşı mübarizədə səlahiyyətli orqanların fəaliyyətinin əlaqələndirilməsi və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın genişləndirilməsi də mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Bizim bu sahədə müəyyən təşəbbüslərimiz olub və təcrübəmiz də vardır. Belə ki, auditorlarımız mövcud qanunvericiliyə əsasən öz hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektlərinin auditor yoxlaması ilə yanaşı, həm də səlahiyyətli dövlət orqanlarının qərarına əsasən, yaxud onların sifarişi ilə müəyyən yoxlamalar aparırlar. 1996-2020-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Baş Prokurorluq, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Ali Məhkəmə, Milli Təhlükəsizlik Nazirliyi (indiki DTX), Daxili İşlər Nazirliyis. səlahiyyətli dövlət orqanlarının qərarına əsasən (sifarişi ilə) auditor təşkilatlarımız və sərbəst auditorlar tərəfindən 1000-dən çox auditor yoxlaması aparılmışdır.

 

Dövlət proqramlarının tələblərinə uyğun olaraq 2010-cu il yanvarın 1-dən ölkənin audit sistemində Beynəlxalq Audit Standartlarının tətbiqinə başlanılmış və bu sahədə işlər uğurla davam etdirilir. Auditorlar Palatasının uğurları sırasına MDB məkanında ilk olaraq Beynəlxalq Daxili Auditorlar İnstitutunun regional bölməsinin təsis olunmasını da aid etmək olar. Sonradan müstəqil İnstituta çevrilən Audit Azərbaycan İnstitutu AvropaAsiya Konfederasiyalarının üzvlüyünə də Auditorlar Palatasının dəstəyi ilə nail olmuşdur.

 

Auditorlar Palatası müstəqil Azərbaycanın dövlət auditinin də beynəlxalq aləmdə tanınmasına öz mühüm töhfəsini vermişdir. Belə ki, 1997-2000-ci illər ərzində Auditorlar Palatası ölkəmizin ali audit qurumları təşkilatı olan INTOSAY-a, onun AvropaAsiya Konfederasiyalarına qəbuluna nail olmuş, bir sıra tədbirlərə ev sahibliyi etmiş, Azərbaycan Respublikası Hesablama Palatası fəaliyyətə başladıqdan sonra isə öz üzvlük səlahiyyətlərini və əldə etdiyi resursları müvafiq qaydada həmin quruma təhvil vermişdir. Məhz Auditorlar Palatasının bu səyi sayəsində müstəqil respublikamızın beynəlxalq ali audit qurumlarına üzvlüyü ən azı bir neçə il tezləşdirilmişdir.

 

Ötən 25 il ərzində Auditorlar Palatası auditin təbliği və yayılması istiqamətində bir çox işlər görmüş, o cümlədən, bu sahəyə dair 55 kitab, Ali məktəblər üçünAudit” dərs vəsaiti - 2 nəşr, “Daxili audit” dərs vəsaiti, 43 Milli audit standartları, Beynəlxalq Audit Standartları - 3 nəşr, “Audit. Qanunvericiliknormativ sənədlər” toplusu - 10 cilddə, “Sahəvi auditlərin aparılmasına dair proqramlar” - 4 nəşr hazırlamış, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar Toplusu, Auditorların Müstəqillik Qaydaları nəşr etdirilmiş, “İqtisadiyyataudit” jurnalını təsis etmiş, 30-a yaxın Beynəlxalq elmi-praktik konfrans, simpozium, forum keçirmiş, on səkkizi regionlarda olmaqla 120-dək seminar və dəyirmi masa təşkil etmiş, qabaqcıl xarici audit təcrübəsinin yayılması üçün kompleks tədbirlər həyata keçirmişdir. Auditorlar Palatası yarandığı ildən başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qurumlarla birgə dövlətimizin mənafeyinin qorunması istiqamətində prinsipial mövqeyə əsaslanan fəaliyyətini bu gündavam etdirmək əzmindədir.

 

Ölkə Prezidentinin təqdimatı əsasında 2007-ci ildə qəbul edilmiş, audit mədəniyyətinin inkişafında mühüm əhəmiyyət kəsb edən, MDB məkanında ilk olaraq və dünyanın çox azsaylı ölkələrində mövcud olan iki mühüm qanun - ölkəmizdə təsərrüfat subyektlərinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə daxili audit xidmətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsaslarını, daxili auditorların hüquq və vəzifələrini müəyyən edən “Daxili audit haqqında” və auditorların, təsərrüfat subyektlərinin hüquqi müdafiəsinin artırılması, həmçinin, auditin aparılması ilə əlaqədar baş verə biləcək istənilən sığorta hadisəsi zamanı təsərrüfat subyektinə dəyən zərərin qarşılanması üçün münbit şəraitin yaradılmasını təmin edən “Auditorların peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir.

 

Ötən dövr ərzində Azərbaycan Respublikasında audit ilə bağlı 250-dən artıq hüquqi sənəd qəbul edilmiş, o cümlədən müstəqil auditi də özündə ehtiva edən ölkə Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyada beynəlxalq audit standartlarının tətbiqi ilə əlaqədar auditin normativ-hüquqi bazasının və auditinin keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, auditor kadrlarının yenidən hazırlanması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi və 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda “Audit xidmətlərinin təkmilləşdirilməsi” bölməsində nəzərdə tutlmuş Müstəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar tədbirlərin davam etdirilməsi, Məcburi auditdən yayınmağa görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı mexanizmlərin müəyyən edilməsi və daxili audit haqqında qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması istiqamətində xeyli işlər görülmüşdür.

 

Ötən dövr ərzində Palata tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla 1999-cu ilin sentyabr ayında “Azərbaycan Respublikasında Audit sisteminin islahatı konsepsiyası”, “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası (2012-2020-ci illər)” işlənib hazırlanmış və konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası yerinə yetirilmişdir. Hazırda isə Auditorlar Palatası tərəfindən “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası (2021-2030-cu illər)” layihəsinin hazırlanması üzrə işlər tamamlanmış və konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrasına başlanılmışdır. 

 

Auditorlar Palatasının səyləri nəticəsində ölkədə auditor fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edənlərin sayı ilbəil artır, belə ki, hazırda 116 auditor təşkilatı və 55 sərbəst auditor bu peşə fəaliyyət ilə məşğul olur ki, bunun da nəticəsində ötən illərə nisbətən auditor xidmətlərinin göstərilməsinə dair yerinə yetirilmiş müqavilələrin sayı 25 dəfə, xidmətin həcmi isə 40 dəfəyə qədər artmışdır. O cümlədən, təkcə 2020-ci ildə 53,8 milyon manat məbləğində 4103 müqavilə icra olunmuşdur.

 

Palata yerli qurumlarla da səmərəli əməkdaşlığa böyük əhəmiyyət verir. Əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə indiyədək ölkəmizin 20-dən artıq dövlət qurumları, təhsil müəssisələri və peşəkar qurumları ilə saziş, protokolanlaşma memorandumu imzalanmış, onların iştirakı ilə mühüm əhəmiyyətə malik bir sıra beynəlxalq elmi-praktik konfranslar, regional seminar-müşavirələr və simpoziumlar keçirilmişdir.

 

Auditorlar Palatasının ötən illərdəki uğurları ilə bərabər qarşımızda icrası vacib hesab edilən perspektivləri də mövcuddur. Belə ki, qeyd etdiyimiz kimi Palata tərəfindən hazırlanmış 2021-2030-cu illəri əhatə edəcək auditin üçüncü inkişaf konsepsiyası auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditə ictimai etimadın yüksəldilməsi, qabaqcıl xarici təcrübənin daha geniş tətbiqi, rəqəmsal iqtisadiyyat şəraitində auditor fəaliyyətində innovasiyaların tətbiqi, auditor kadrlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, auditor fəaliyyətində şəffaflığın artırılmasını, dempinq, haqsız rəqabət və korrupsiyaya qarşı mübarizə, auditor xidməti bazarında tənzimləmə və təşkilin inkişaf etdirilməsi, auditor fəaliyyətinin normativ-hüquqi təminatının yaxşılaşdırılması istiqamətlərini özündə cəmləşdirir.

 

Bu Konsepsiyanın məqsədi yalnız şəffaflıq, hesabatlılıq və audit sahəsində üzləşdiyimiz ciddi və bəzən də gözlənilmədən meydana çıxan çətinliklər və problemlərin həllinə reaksiya vermək yox, daha çox gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün konseptual yanaşmanı təmin etməkdir.

 

Konsepsiyada ehtiva olunan əsas istiqamətlərin reallaşdırılması ölkənin qanunvericilik aktlarına müvafiq dəyişikliklərin edilməsi, zəruri tənzimləyici aktların işlənib hazırlanması və nəşri, kompleks təşkilati, təhsil, maarifləndirmə, informasiya təminatı üzrə tədbirlərin həyata keçirilməsi vasitəsilə nəzərdə tutulur.

 

Möhtərəm Prezidentimizin müdrik rəhbərliyi, misilsiz cəsarəti və yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Onun siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyi əhəmiyyətli işlər, xalqa bəxş etdiyi böyük ümiddayaq ölkəmizin hər sahədə zəfərini təmin edir.

 

Ali Baş Komandan İlham Əliyev tariximizin ən böyük zəfərini Azərbaycan xalqına yaşatdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin irimiqyaslı təxribatına cavab olaraq öz torpaqlarını 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün Azərbaycan əks-hücum əməliyyatına başladı. Azərbaycan BMT-nin münaqişənin həllinə dair qəbul olunmuş 4 Qətnaməsinin tələblərini yerinə yetirmək üçün hərbi libas geyinib öz torpaqları uğrunda Vətən savaşı apardı və misilsiz qələbələr qazandı. Bu qələbənin ən böyük zirvəsini isə biz xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri ilə sonsuz sevinc və fərəh hissilə yaşadıq.

 

Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illik yubileyi fərqli bir tarixi hadisə ilə səciyyələnir. Fəxr hissi ilə qeyd etmək istəyirik ki, bu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər və şanlı ordumuzun şücaəti ilə qazanılmış Böyük Zəfərin təntənəsinin davam etdiyi bir dövrdür. Artıq işğaldan azad olunmuş doğma Qarabağımıza Böyük Qayıdış və quruculuq işləri başlamışdır. Qarabağda yeni iqtisadi modelin qurulmasının bir hissəsi olmaqregionun dirçəlməsinə təkan vermək hər birimizin vəzifəsidir. Biz ərazilərin bərpasına dair konseptual təklif və göstərişlərin reallaşdırılması istiqamətində zəruri tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində Auditorlar Palatası olaraq öz dəstəyimizi göstərməkdəyik. Çox qürurvericidir ki, bu şərəfli missiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının Auditorlar Palatası olaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızın bərpası, yenidən qurulması, işğaldan əvvəlkindən də daha yüksək səviyyədə dirçəldilməsi üçün üzərimizə düşən vəzifələri yerinə yetirmək əzmində olmaqla əlimizdən gələni edəcəyik.

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası Auditorlar

Palatasının sədri, iqtisad elmləri doktoru, professor,

 

Səbuhi GÜLMƏMMƏDOV,

Azərbaycan Respublikası Auditorlar

Palatasının  icraçı direktoru.

 

Respublika.- 2021.- 3 aprel.- S.6.