Ölkəmizdə koronavirus pandemiyasına qarşı geniş mübarizə aparılır

 

 

Ötən ilin əvvəllərindən başlayaraq ölkəmizdə yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər sayəsində müsbət nəticələr əldə edilib. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə COVİD-19-un ölkəmizdə yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb və genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb. Ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, ölkədə karantin rejimi tətbiq olunub, səhiyyə sisteminin inkişafı fonunda COVİD-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri hesab edilən Avropa istehsalı olan laborator testlər ölkəmizə gətirilib, paytaxtregionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonası yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub.

 

 

 

Bunun nəticəsidir ki, Azərbaycan koronavirusla qətiyyətli mübarizə aparan ölkələr arasında liderdir. Ölkəmiz peyvəndləmə məsələsinə də digər ölkələrdən fərqli olaraq, çox ciddi yanaşdı. Vaksinlərin alınması təminatının strateji olaraq planlaşdırılması həm vaksinasiya prosesinin vaxtında aparılması, o cümlədən peyvəndlənməyə başladıqdan sonra prosesin icrasını digər ölkələrlə müqayisədə daha sürətlə və çevik həyata keçirmək kimi mühüm faktor nəzərə çarpdı. Azərbaycan qabaqcıl bir ölkə kimi vaksinasiya prosesini yüksək sürətlə davam etdirməklə yanaşı, eyni zamanda BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsü və əlçatanlığının təmini istiqamətində təşəbbüslərlə çıxış etmiş və nəticədə müvafiq qətnamə qəbul olunmuşdur.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizdə koronavirusla mübarizədə görülən tədbirləri çox yüksək qiymətləndirərək digər ölkələri də Azərbaycanın təcrübəsindən faydalanmağa çağırıb: “Bütövlükdə, Azərbaycan dövləti pandemiya ilə mübarizədə bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Bu təşəbbüslər beynəlxalq təşkilatlar tərəfindən təqdir olunub”.

 

Azərbaycanda 982291 nəfər şəxsin vaksinasiyası həyata keçirilmişdir. Artıq ikinci doza vaksinasiya da kifayət qədər sürətlə aparılır.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov mətbuata açıqlamasında deyib ki, koronavirusla mübarizədə vaksinlərin vaxtında gətirilməsi ölkəmizdə peyvəndləmə işinə Avropanın qabaqcıl ölkələri ilə birlikdə start verdi. Azərbaycan həm də Cənubi Qafqazda xəstəliklə mübarizədə peyvənd prosesinə ilk başlayan ölkədir. Təsadüfi deyil ki, Azərbaycan peyvənd olunmuş əhalinin faizinə görə MDB regionunda birincidir. Əhalinin xeyli hissəsi artıq peyvənd olunubinsanlar bunun faydasını anlayırlar. Vaksinasiya işi davam edir və Azərbaycan qalan əhalinin də peyvənd olunması üçün bütün mümkün tədbirlərdən istifadə edir. Yaxın bir il ərzində əhalinin 70 faizinin peyvənd olunması qarşıda duran vacib məsələdir. Bu, bizim sağlam və təhlükəsiz həyatımızın təmin olunması deməkdir.

 

Tibb elmləri doktoru vaksinasiyanın faydasından da danışaraq deyib ki, vaksin olunan insanlar ay yarımdan sonra orqanizmdə yaranan immunitet və anticisimlər səbəbindən özünü gələcəkdə baş verəcək ağırlaşma halına qarşı hazırlayır. Yəni həm tibbi nöqteyi-nəzərindən, həm də psixoloji cəhətdən insan buna hazır olur. Peyvənd olunan insanların sayının artması, təbii ki, xəstəliklə mübarizədə təhlükəsizliyin təminatıdır.

 

Bioloji Təbabət Klinikasının həkimi Aytən İsmayılzadə söhbət zamanı dedi: “Koronavirus günlük həyatımızı, illik və aylıq planlarımızı belə dondurmağı bacardı. İnsanlar dünya var olduqca həmişə mikrob, virusbakteriyalarla mübarizə aparmış və aparmaqdadır. Bunlardan virus daha təhlükəlidir. Onun inkişafı üçün canlı orqanizm tələb olunur. Koronavirus infeksiyası heyvan orqanizmini yoluxdura bilsə də, yeni mutant formaları insan orqanizmində daha zədələyici proseslər törədə bilər. Virus zamanla cildini dəyişərək mutasiyaya uğrayır. Hər dəfə fərqli şəkildə ortaya çıxsa da əsas prinsipi dəyişmir. İmmuniteti kəskin şəkildə zəiflədə bilir, damarların daxili qişasını zədələyərək tromb yaranmanı artırır, ağciyərlər, ürək, mədəaltı vəz, böyrəklər, beyin toxumasını zədələyə bilir. Bəzi hadisələrdə koronavirus infeksiyası zamanı dəridə müəyyən əlamətlərin olduğu da görünmüşdür. Aramızda gəzən bu mənfur düşmənlə necə mübarizə apara bilərik? İnsan yüz illər boyu bir çox mikrobviruslardan düzgün gigiyena qaydaları və peyvənd hesabına can qurtara bilmişdir. Lakin tənəffüs yolu ilə keçən, yəni hava-damcı üsulu ilə yayılan infeksiyalarda gigiyenik qaydalara nə qədər əməl olunsa da onların yayılma sürəti həmişə yüksək olur. Buna görə də peyvədlənmənin tətbiqi vacibdir. Heçbütün peyvəndlər infeksiyalardan 100 faiz qorumur. Peyvəndlənən şəxsin daha xəstələnməyəcəyi fikridoğru olmazdı.

 

Peyvəndlənmə hesabına insan orqanizmində həmin xəstəliyə qarşı anticisimlər yaranır. Yəni biz immun sistemimizin “əsgərlərini” təlim keçərək silahlandırırıq. Bu immun “əsgərlər” kimə qarşı necə vuruşacaqlarını bilir. Peyvəndlənmə hesabına vərəm, təbii çiçək, difteriya, qızılca, hepatits. kimi ölümlə nəticələnə bilən ağır gedişli xəstəliklərin dünyada yayılma faizi çox böyük rəqəmlərdən endirilmiş, bəzi xəstəliklərin isə kökü kəsilmişdir. Virus nə qədər çox insan yoluxduracaqsa, yəni onun yaşamasına nə qədər çox şərait yaradacağıqsa, o da bir o qədər tez-tez mutasiyaya uğrayaraq aqressivləşməyə imkan tapacaq.

 

Hazırda ölkəmizdə tətbiq olunan COVİD-19 əleyhinə peyvənd Sinovak peyvəndidir. Çin istehsalıdır və ölü peyvənddir. Dünyada həm canlı, ölü peyvəndlər sınanmaqdadır. Ölüya canlı peyvənd onun tərkibindəki virusun canlı və ya ölü olmasından asılıdır. Canlı peyvəndlərin xəstəliyin oxşar, amma zəif simpromatikasını yaratmaq xüsusiyyəti olduğu üçün risk qrupu insanlarda bir sıra yan təsirlər vermişdir. Ölü peyvənddə isə bu xüsusiyyətlər olmur. Ölü peyvəndi kiminsə geyimini geymiş birinin onu təqlid etməsi ilə müqayisə etmək olar, yəni geyim odur, içindəki adam isə başqadır. Virusun müəyyən hissələrindən hazırlanmış ölü peyvənd immunitetə onun barəsində müəyyən məlumat anticisimlərin hazırlanmasını stimulə edir. Qanda yaranan bu anticisimlər virusun əsl özü gələrkən ona çoxalmağa imkan vermədən zərərsizləşdirir. Bu fikir artıq bir çox xəstəliklər üçün tətbiq olunan peyvəndlər üçün doğrudur. Hazırda ölkəmizdə milli peyvəndin cədvəlinə əsasən uşaqlar 11 xəstəliyə qarşı lap körpəlikdən immunizasiya olunur. Bəs, eyni sözləri koronavirusa qarşı peyvənd haqda da deyə bilərikmi? Bunun üçün əhalinin 70 faizinin peyvəndlənməsi lazımdır. Vətəndaşlarımızı peyvəndlənməyə çağırıram. Peyvənddən deyil, koronavirusdan qorxmaq lazımdır. Artıq uşaqlar üçün də təhlükəli virus olduğunu hesab edirik və böyüklərin peyvəndlənməsi lazımdır ki, uşaqlar da yoluxmasın. “Peyvənd olunan şəxs ya xəstələnmir, ya da xəstələndikdə yüngül keçirirfikrini koronavirus infeksiyası haqda da deyə bilməyimiz üçün hamımız peyvəndlənməliyik. Peyvənd olunan şəxsin bir ay içərisində yoluxması mümkündür ki, bu da təbiidir. Çünki ölü peyvəndin immun sisteminə təsiri və anticisimlər yaratması zaman alır. Biz daha sürətli peyvəndlənməliyik ki, epidemik dalğalarda baş verən virus aktivləşmələrinin qurbanı olmayaq.

 

Süd verən analar, hamilə qadınlar, 18 yaşa kimixroniki xəstəliyin kəskin dövründə olanlar peyvənd edilmir. Peyvəndlənmə zamanı yüksək təzyiq, hərarət, yüksək qan şəkəri, hər hansı allergik reaksiya aşkar edilərsə, yenə peyvənd olunmur. Qalan bütün hallarda hər kəs peyvənd edilməlidir. Yalnız risk qrupları deyil, o risk qruplarını yoluxdura biləcək olan risk qrupları da peyvənd olunmalıdır. Ürək xəstəliyi olanlar, ürək əməliyyatı keçirmişlər, şəkərli diabeti olanlar, zob xəstəliyi olanların peyvənd olunması vacibdir. Onkoloji xəstəlikdən əziyyət çəkən insanlar kimyaterapiya dövründə deyilsə, peyvənd ola bilər. Revmatoid artrits. kimi autoimmun xəstəlikləri olanlar xəstəliyin remissiya dövründə peyvənd oluna bilər. Ümumiyyətlə, indiyədək aldığı peyvəndlər sırasında hər hansı peyvənd komponentinə qarşı yüksək həssaslıq göstərənlər də peyvənd edilmir. Qida, dərman allergiyası olan, bronxial astma xəstəliyindən əziyyət çəkən insanların peyvəndlənməsi isə ehtiyatla, nəzarətlə aparıla bilər. Əksər insanlar peyvənd olunarsa xüsusi səbəblərə görə peyvənd edilə bilməyənləri qorumuş olarıq”.

 

Kamil İSMAYILOV

 

Respublika.- 2021.- 7 aprel.- S.6.