Milli KitabxanadaMüasir dövrdə Nizami mədəni irsinin təfsiri” kitabının təqdimatı keçirilib

 

Aprelin 7-də Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ingilis dilində nəşr etdiyi “The interpretation of Nizami’s cultural heritage in the contemporary period” (“Müasir dövrdə Nizami mədəni irsinin təfsiri”) adlı kitabın təqdimatı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan Respublikası Prezidentinin 2021-ci iliNizami Gəncəvi İlielan etməsi ilə əlaqədar imzaladığı müvafiq Sərəncama əsasən işıq üzü görüb.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, bu ilin görkəmli mütəfəkkir və alim Nizami Gəncəviyə həsr olunması təqdirəlayiq bir addımdır. Milli Kitabxana olaraq artıq Nizami Gəncəvi ilə bağlı üç tədbirin keçirildiyini vurğulayan direktor qeyd edib ki, Mədəniyyət NazirliyiMilli Kitabxana milli-mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondununonun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəviyə məxsus olan qiymətli əlyazmaların müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini “Nizami İli” çərçivəsində də davam etdirir. Bu məqsədlə, Türkiyədən, Praqadan, Misirdən və digər ölkələrdən Nizami əsərlərinin digital versiyalarının gətirilməsi işini həyata keçirir.

 

O qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanı dünyaya tanıdan ən görkəmli şairimizdir. Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvinin yaradıcılığı humanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Kərim Tahirov təqdim olunan ingilis dilli kitabın nəşrini yüksək qiymətləndirərək onun Nizaminin 880 illik yubileyinə bir töhfə olduğunu bildirib.

 

Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) Himayəçilər Şurasının sədri Elnur Əliyev çıxış edərək bildirib ki, mərkəzin təsis olunduğu gündən bu günə qədər əsas prinsipi Nizami Gəncəvi şəxsiyyətinin dünyaya, beynəlxalq arenaya tanıdılmasıdır. Bu məqsədlə, mərkəz dünyaca nüfuzlu nizamişünas alimlər və şərqşünaslarla Nizami irsinin öyrənilməsi və təbliği istiqamətində əməkdaşlıq etməkdədir. Bu əməkdaşlığın nəticəsi olaraq 2018-ci ilin martında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası tərəfindən ilk dəfə Bakı şəhərində “Nizami Mədəni İrsinin Müasir Dövrdə İnterpretasiyası” adlı, 13 müxtəlif ölkədən (Kanada, Braziliya, Hindistan, ABŞ, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiya) 21 xarici və 30 yerli alimin iştirakı ilə beynəlxalq elmi konfrans təşkil olunmuşdur. Konfransda mövzunun nəzəri və praktiki aspektləri, Nizami poeziyasının estetikası, fəlsəfəsi, ədəbiyyatda “milli mənsubiyyət” fenomeni - irredentizm, Nizami irsi nümunəsində ortaq mədəni keçmiş problemləri müzakirə olunmuşdur.

 

Bildirilib ki, Nizami fəlsəfəsində kamil insan, ədalət yanaşması mühüm əhəmiyyət kəsb edir. Bütün bu amillər müasir dövrümüzdə də öz aktuallığını qoruyub saxlamaqdadır. Qeyd edib, Nizami Gəncəvi çox sayda miniatürlər yazıb ki, bu miniatürlərin də dünya kitabxana və muzeylərində saxlanılması bir daha Nizami şəxsiyyətinin böyüklüyünü sübut edir.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas istiqamətlərindən biri də beynəlxalq səviyyədə istinad oluna biləcək Nizami yaradıcılığı ilə bağlı kitabların nəşridir. Məhz, bu gün təqdim etdiyimiz “The interpretation of Nizami’s cultural heritage in the contemporary period” kitabı da bu məqsədə xidmət edir.

 

Təqdimat mərasiminə İngiltərə, Almaniya, Gürcüstan digər ölkələrdən nizamişünas alimlərin onlayn bağlantısı da olub. Belə ki, Böyük Britaniya Kembric Universitetinin Yaxın Şərq Tədqiqatları kafedrasının rəhbəri Kristin Van Rimbeki, Hindistan Kəşmir Universitetinin İslamşünaslıq üzrə professoru Nasim Əhməd Şah, Almaniya Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının rəhbəri, professor  Eva-Maria Aux, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, Gürcüstan Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu Kembric Universitetinin birgə həyata keçirdiyiNizami Gəncəvi Şota Rustavelibeynəlxalq layihəsinin icraçısı, professor İrma Ratiani professor Maka Elbakidze onlayn formada tədbirə qoşularaq Nizami irsinin əbədiyaşarlığından danışıblar. Bildirilib ki, bu kitabda tanınmış alimlərin baxışı əks olunub. Bu məqalələr xüsusən gənc tədqiqatçıları özünə cəlb edir. Nizami 8 əsrdən sonra da hər kəsi valeh etməkdə davam edir, insanlara müsbət enerji ötürür. Onun fikirləri sanki zəmanəmiz haqqında söylənilib. Vurğulanıb ki, sözügedən nəşr çox dəyərli bir vəsait oldu üçün artıq tələbələrə tədris edilə bilər. Bu, nəinki tələbələr, həmçinin tədqiqatçılar üçün dəyərli bir mənbədir. Qeyd edilib ki, Nizami sözün qüdrətini, dəyərini bilən bir mütəfəkkirdir. Nizami insanı pislikdən çəkindirir, şairin dili sanki hər kəsin ruhunu oxşayır.

 

Tədbirə onlayn formada qoşulan Nizami Gəncəvi ədəbi irsinin davamçısı, Gəncə Dövlət Universitetinin professoru  Xəlil Yusifli belə bir tədbirin təşkilinə görə Azərbaycan Milli Kitabxanasına, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Daha sonra o, Nizami yaradıcılığından bir parça rübai deyərək, Nizami şəxsiyyətinin təkcə Azərbaycan poeziyası üçün deyil, eləcə dünya poeziyası, ədəbiyyatşünaslığı üçün qiymətli olduğunu vurğulayıb. Mütəfəkkir şairin məşhurXəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yerini tutmaqdadır. O bildirib ki, Nizaminin istər şeirlərini, istərsə poemalarını nəzərdən keçirdikcə orada tərbiyə, əxlaq, ədalət, humanizm prinsiplərinin olduğunun şahidi oluruq.

 

Daha sonra AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək kitabın nəşrində əməyi keçən hər bir kəsə öz təşəkkürünü bildirib. O deyib ki, Nizami söz, fikir ideyalar dünyamızın əvəzolunmaz simalarından biridir. Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. O, Nizami haqqında belə bir tərtibatda kitabın xarici dildə nəşrini yüksək qiymətləndirərək onun beynəlxalq bazada tanıdılmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

 

Tədbirin davamında Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva, Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru Rafiq Novruzov, filologiya elmləri doktoru Nəsib Göyüşov, professor Aydın Talıbzadə, “Mədəniyyət/culture” jurnalının baş redaktoru, Azərbaycan Rəssamlar Jurnalistlər ittifaqlarının üzvü Zöhrə Əliyeva çıxış ediblər.

 

Sonda iştirakçılarBöyük Azərbaycan şairi mütəfəkkiri - Nizami Gəncəviadlı kitab sərgisi ilə tanış olublar.

 

 

AZƏRTAC

 

Respublika.- 2021.- 8 aprel.- S.3.