Pandemiyaya qarşı mübarizə hamını düşündürməlidir

 

Dünyada COVİD-19 infeksiyası yayılmağa başladığı dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk günlərdən Azərbaycan hökuməti bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atıldı.

 

 

Belə ki, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı, onun fəaliyyət istiqaməti müəyyənləşdirildi. Operativ Qərargahın yaradılması, xüsusi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən müsbət nəticəsini göstərdi. Ölkədəki vəziyyət, xarici aləmlə əlaqələr mövcud tələblərə uyğun tənzimləndi. İntensivdüzgün fəaliyyət sayəsində qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi; aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti sayəsində bir çox mühüm məsələlər həll olundu. Qısa müddətdə əlverişli karantin zonaları, yoluxmuş xəstələrin müalicəsi üçün xüsusi xəstəxanalar yaradıldı, yeni xəstəxanalar istifadəyə verildi. Paytaxtdaregionlarda fəaliyyət göstərən bu xəstəxanalar ən müasir avadanlıqlarla təmin edilib.

 

Bu gün mübarizə apardığımız pandemiya dövründə Azərbaycan dövləti həkimlərin fəaliyyətini, fədakarlığını yüksək qiymətləndirərək onların səfərbər olunması, xəstəxanaların təchizatı məsələlərinin həlli üçün lazımi tədbirlər görüb. Bütün vətəndaşlar bilməlidirlər ki, pandemiyadan qorunmağın əsas rolu tibbi maskaya üstünlük verilməsidir. Yaşından asılı olmayaraq hər bir şəxs evdən çıxarkən maska taxmalı, ictimai nəqliyyatda məsafə saxlanılmalı, həkimlərin göstəriş və tövsiyələrinə düzgün riayət olunmalıdır.

 

Maskalar tez-tez dəyişdirilməli, yoluxmadan qorunmağa maksimum səy göstərilməlidir. İstər evdə, istərsə də səfərdə olarkən insanlar mütəmadi olaraq qoruyucu məhlullardan, xüsusilə spirtdən istifadəyə üstünlük verməli, tez-tez əllər sabunla yuyulmalı, sanitariya qaydalarının qorunub saxlanılması diqqət mərkəzində olmalıdır.

 

Hər bir şəxs qida rejiminə düzgün riayət etməli, meyvələrdən istifadəyə üstünlük verməli və çalışmalıdır ki, bədənin immuniteti zəifləməsin. Hər gün yataq otaqlarının havası da dəyişdirilməlidir.

 

Ümumiyyətlə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, həmçinin məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

 

Vətən müharibəsində qalib ölkə kimi tanınan Azərbaycanda bu gün pandemiyaya qarşı mübarizə hamının, hər bir kəsin ümdə vəzifəsidir. Koronavirusa qarşı düzgün mübarizə aparsaq şübhəsiz ki, yoluxma sayı minimum səviyyəyə enər, insanların sağlamlığı qorunar, həyatımız əvvəlki axarına düşər.

 

 

 

Telman ƏMİROV,

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının

ümumi cərrah transplantoloqu

 

Respublika.- 2021.- 8 aprel.- S.4.