İsmayıllının sosial-iqtisadi
həyatı yeni ahənglə hər gün inkişaf edir
Artıq
bir ildən çoxdur bütün dünyanı bürüyən
koronavirusla mübarizə ölkəmizin hər yerində
olduğu kimi, bu rayonda da ardıcıllıqla davam etdirilir,
pandemiya qaydalarına ciddi şəkildə riayət
olunması, əhalinin vaksinasiya kampaniyası lazımi səviyyədə
təşkil olunur.
İsmayıllı Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi və digər qurumlar gözəgörünməz düşmənlə mübarizə aparmaqla yanaşı, ötən ilin sentyabrın 27-dən başlayıb və cəmi qırx dörd gündə rəşadətli ordumuzun zəfəri ilə başa çatan vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizə, müharibə qazilərinə, onların ailələrinə diqqət və qayğı bir gün olsun belə unudulmur. Bütün bunlar rayonda dövlətə, dövlətçiliyə inamı daha da artırır, İsmayıllının sosial-iqtisadi həyatının yeni ahənglə inkişafına təkan verir.
Bəli, bu gün İsmayıllıda hər sahədə yüksək işgüzarlıq, qayğıkeşlik əhval-ruhiyyəsi hökm sürür. Aşağıdakı qeydlərdən də bu aydın görünür.
Rayon Ağsaqqallar Şurasının yeni tərkibi
Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, rayon Ağsaqqallar Şurasının iclası keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Sonra təşkilati məsələlər müzakirə olunub. İsmayıllı Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
Valeh Salehov İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
İclasda, həmçinin rayon Ağsaqqallar Şurasının idarə heyətinin və təftiş komissiyasının üzvləri seçiliblər.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, idarə heyətinin və təftiş komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Növbəti yaz ağac əkini
İsmayıllıda İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl marafon” çərçivəsində rayonunun Qurbanəfəndi kəndi ərazisində 2 hektara yaxın sahədə 2000-dən çox meşə cinsli ağac əkilib. Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin rəhbərliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi və əməkdaşları ilə yanaşı Qurbanəfəndi İƏD üzrə nümayəndəlik, İDEA İctimai Birliyinin nümayəndələri və könüllülər iştirak ediblər. Əsasən göyrüş və ağcaqayın ağacları əkilib, həmçinin palıd toxumları səpilib.
Əkin işləri yenidən qurulan Şamaxı - İsmayıllı - Qəbələ avtomobil yolunun kənarında - Qurbanəfəndi kəndinin ərazisində həyata keçirilmişdir.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yaşıl marafon” çərçivəsində ölkə üzrə növbəti kütləvi ağacəkmə kampaniyası keçirilir.
Bir kənddə eyni gündə doğulan iki şəhid qürurla yad edilib
44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını vətənə qurban verən, eyni ayda, eyni gündə və eyni kənddə dünyaya göz açan Kürdmaşı kəndinin qəhrəmanları 1991-ci ilin martında Emin Ağazadə və eyni gündə doğulan 2001-ci il təvəllüdlü Fərid Əliyevin doğum günləri Kürdmaşı kənd qəbiristanlığında məzarları yanında anılıb. Anım mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, Kürdmaşı kənd İƏD üzrə nümayəndəlik və bələdiyyə, kəndin könüllü fəalları, şəhidin yaxınları, rayon ictimaiyyəti, idarə və təşkilatların əməkdaşları, I-II Qarabağ müharibəsi iştirakçıları və kənd sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidlərin məzarlarını ziyarət ediblər.
Anım mərasimində qeyd olunub ki, Emin Ağazadə 2020-ci ilin oktyabr ayının 5-də qismən səfərbərliklə hərbi xidmətə yola düşüb və oktyabr ayının 25-də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Yaşasaydı 30 yaşı tamam olacaqdı.
Fərid Əliyev isə 2019-cu ilin aprel ayında hərbi xidmətə yola düşüb və 2020-ci ilin sentyabr ayının 27-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. F.Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. O isə yaşasaydı 20 yaşı tamam olacaqdı.
Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyəti şəhidlərə və onların ailələrinə daim qayğı ilə yanaşır. Əlamətdar günlərdə, şəhidlərin doğum və anım günlərində ailələri və məzarları ziyarət olunur, əziz xatirələri dərin ehtiramla yad edilir.
“Cavanşir yurdu” komandası ilə görüş
“Nə? Harada? Nə zaman?” intellektual oyununda qalib gəlmiş İsmayıllının “Cavanşir yurdu” komandası ilə rayon rəhbəri pandemiya qaydalarına uyğun olaraq görüş keçirib.
Görüşdə bildirilib ki, “Nə? Harada? Nə zaman?” intellektual
oyunu Təhsil Nazirliyinin təşkilatçılığı,
Kapital Bankın dəstəyi ilə 6-9-cu
siniflər arasında
I onlayn Respublika Kuboku keçirilib. Şəhər 6 nömrəli tam orta məktəbin “Cavanşir yurdu” komandası bu yarışmada III yer tutub. Müsabiqələrin keçirilməsində şagirdlərin gələcək
inkişafına müsbət
təsir göstərəcəyi
qeyd olunub.
Rayon icra hakimiyyətinin başçısı Nahid
Bağırov qalib komanda ilə görüşündəki çıxışında
demişdir: Təhsil hər bir ölkənin
və rayonun sosial-iqtisadi inkişafında
əsas yer tutur. Bu gün
Prezidentimiz cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz
uğurla inkişaf edir. Sevinirəm ki, sizin kimi gənclərin sayəsində İsmayıllı
təhsili hər zaman ön sıralarda
dayanır. Qeyd edib
ki, onların oxuduqları məktəb Heydər Əliyev Fondu tərəfindən yenidən tikilib və müasir avadanlıqlarla təchiz edilib.
Görüşdə qalib komanda Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin diplom və medalları ilə təltif olunub, onlara rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri
təqdim edilib.
İsmayıllıda yeni Toz Boya zavodu
Rayonunun Xanagah kəndində yeni fəaliyyətə başlayan Elektrostatik Toz Boya zavodunun
açılışında olub.
Karantin qaydalarının
tələblərinə uyğun
olaraq keçirilən
tədbirdə çıxış
edən icra başçısı Nahid
Bağırov yüksək
texnologiyaların tətbiqi
əsasında idxalı
əvəz edən və rəqabət qabiliyyətli sənaye məhsulları istehsal edəcək müəssisənin
yaradılmasının sevindirici
hal olduğunu qeyd etmişdir. Bildirmişdir ki, sahibkarlığa dövlət dəstəyinin
sistemli şəkildə
həyata keçirilməsi
hər bu sahədə mühüm nailiyyətlərin əldə
edilməsinə xüsusi
diqqət yetiriləcək.
Müəssisənin nümayəndəsi Qədir
Dəmrəl rayon rəhbərinə
və tədbir iştirakçılarına məlumat
verərək bildirib ki, Türkiyə və Çin avadanlıqlarından istifadə
edilərək işə
salınan və illik tam gücü illik 700 ton olan müəssisə bütün
növ metal materialların
boyamasında istifadə
edilən elektrostatik toz boyaları istehsal edəcək. İlkin investisiya
500 min ABŞ dolları olan
müəssisəyə növbəti
illərdə daha iki milyon dollara
qədər vəsait
yatırımı edilməsinin
nəzərdə tutulub.
Müəssisə qeyri-neft
sektorunun inkişaf etdirilməsi baxımından
ölkədaxili tələbatı
ödəməklə yanaşı
məhsulunun “Made in Azerbaijan” brendi altında Qazaxıstan, Türkmənistan,
Özbəkistan, Rusiya,
Ukrayna, Gürcüstan
və ərəb ölkələrinə ixrac
ediləcəyi planlaşdırılıb.
“Nilla” adı ilə fəaliyyət göstərən zavod yeni iş yerlərinin
açılması, əhalinin
məşğulluğunun təmin
edilməsi baxımından
da xüsusi əhəmiyyətə malikdir.
Pəl qiymətli dərman bitkisidir
Azərbaycanın mirvarisi adlandırılan İsmayıllı təbiətinin
zənginliyi ilə seçilir. Rayonda fəsillərə uyğun xarakterik bitkilər bitir. Təbiətin bəxş etdiyi
bu bitkilərdən insanlar müxtəlif məqsədlərlə istifadə
edir. Qarın əriməsi ilə
bitən ilk bitkilərdən
olan pəl əhali arasında geniş istifadə olunur. Bəzi mənbələrdə ona tsiri, kambar,
zərzər və xəzəzdə deyilir.
Pəl bitkisinə meşələrdə,
bataqlıq və çürüntək olan
məkanlarda rast gəlmək olar. Bu bitkinin mövsümü
mart ayının ikinci
ongünlüyündən başlayır
və may ayınadək
davam edir.
Meşə (yabanı) soğanı deyilən pəl bitkisi sarımsağın
yaşıl zoğuna
çox oxşayır
və onun dadına bənzəyir, qutab və turşusu
hazırlanır. Qutabı dadı-tamına görə digər qutablardan fərqlənir.
Bir dəstə
pəl bazarda 1 - 2 manata satılır.
Xatırladaq ki, bu bitkinin
tərkibində fitonsid
adlanan maddə var. Bu maddə antibakterial təsirə malikdir. Bu bitki bədəndəki mikroblarla mübarizə aparmaqla immunitetin möhkəmlənməsinə yardımçı olur.
Təbiətin bəxş etdiyi ləziz təamlardan dadmaq üçün İsmayıllıya səfər
etməyiniz məsləhətdir.
Rasim AMANOV
Respublika.- 2021.- 8 aprel.- S.5.