Ölkəmiz nəhəng quruculuq meydanına çevrilib

 

Təkcə paytaxtda deyil, bütün regionlarda, o cümlədən işğaldan azad edilən Qarabağda irimiqyaslı tikinti-quruculuq işlərini məhz belə qiymətləndirmək olar

 

 

 

Hər bir ölkənin sosial-iqtisadi inkişafının səviyyəsini şərtləndirən amillərdən biriinşaat sahəsidir. Bu sahə dövlətimizin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Son illərə nəzər salsaq, tikinti sektorunda gedən canlanmanın və dinamik inkişafın şahidi olarıq. Ötən illər ərzində respublikanın paytaxtı, eləcə də regionları tikinti meydançasına çevrilib. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən yatırılan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib.

 

 

 

İnşaat sektorunun inkişafı, bütövlükdə, ölkənin sosial-iqtisadi tərəqqisinə təkan verən mühüm amillərdən biri hesab edilir. Məhz buna görədir ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə tikinti-quruculuq işlərinə xüsusi diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində respublikamızda tikinti sektorunun inkişafı xeyli sürətlənmiş, şəhər və rayonlarda nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdi. Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə tikinti-quruculuq işlərinin həcmi daha da genişlənmiş, inşaat sektorunda fəaliyyət göstərən dövlət təşkilatlarına və özəl şirkətlərə maliyyə dəstəyi artırılmış, uzun illər bu sahədə çalışmış, peşəkarlıq qazanmış inşaatçıları öz ətrafında birləşdirən tikinti təşkilatları mütəşəkkil qurucu qüvvəyə çevrilmişdir. Dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsi sayəsində ölkəmizdə milli memarlıq üslubu saxlanılmaqla genişmiqyaslı quruculuq proqramı həyata keçirilmişdir.

 

Azərbaycanda tikinti kompleksinin mühüm inkişaf mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, ulu öndər respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə tikinti-quruculuq işlərinə xüsusi qayğı və həssaslıqla yanaşmış, bir sıra nəhəng obyektlərin inşasına şəxsən nəzarət etmişdir. Respublikamızı geniş tikinti-quruculuq meydanına çevirən Heydər Əliyevin bilavasitə şəxsi təşəbbüsü və hərtərəfli qayğısı nəticəsində Bakıda, digər şəhər və rayonlarımızda bir sıra nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdir.

 

Azərbaycanın müstəqilliyinin ilk illərindən başlayaraq, ölkənin inşaat sektorunda özəl şirkətlərin sayının getdikcə artması da məhz ulu öndərin bu sahəyə göstərdiyi qayğı və diqqətin nəticəsi idi. Dövlətin bu sahəyə göstərdiyi hərtərəfli dəstəyi nəticəsində uzun illər bu sahədə çalışmış, peşəkarlıq qazanmış inşaatçıları öz ətrafında birləşdirən tikinti təşkilatları mütəşəkkil qurucu qüvvəyə çevrilmişdir. Həmin təşkilatlar ölkəmizin sosial-iqtisadi inkişafında, investisiya layihələrinin reallaşmasında, məşğulluq problemlərinin həllində önəmli rol oynayırlar.

 

Bu gün ulu öndərin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdə geniş quruculuq işlərinin önündə gedən bu peşə sahiblərinə xüsusi diqqət və qayğı ilə yanaşır, onların əməyini yüksək dəyərləndirir. Dövlət başçısının Azərbaycan inşaatçılarının ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq, 2009-cu il dekabr ayının 16-da imzaladığı sərəncamla İnşaatçılar Günü peşə bayramını təsis etməsi də məhz bu şərəfli peşə sahiblərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu, həm də dövlətimiz tərəfindən inşaat sahəsində çalışanların əməyinə verilən yüksək qiymətdir.

 

Ümumiyyətlə, respublikamızda həyata keçirilən uğurlu iqtisadi siyasət tikinti sektorunda da uğurların qazanılmasına təkan vermişdir. Belə ki, qeyri-neft sektorunun inkişafına istiqamətlənmş siyasət, xaricidaxili investisiyalar üçün əlverişli şəraitin yaradılması, əsaslı kapitala qoyulan investisiyaların dəfələrlə artırılması nəticəsində ölkəmizdə tikinti bumu yaşanır. Geniş vüsət alan inşaat işləri bir yandan dövlət tərəfindən ölkə əhəmiyyətli irimiqyaslı infrastruktur layihələrin reallaşması və sosial obyektlərin inşa edilməsi, digər tərəfdən özəl sektorda həyata keçirilən müxtəlif təyinatlı tikintilər hesabına baş verir.

 

Bu gün isə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürurvericidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara ardıcıl və mütəmadi səfərləri həmişə böyük maraqruh yüksəkliyi ilə qarşılanır. Dövlətimizin başçısının hər səfəri böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır. Bu səfərlər ondan xəbər verir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması və insanların orada yaşayışının təmin edilməsi təşkil edir.

 

Azərbaycan Prezidentinin fevralın 14-də işğaldan azad olunmuş ərazilərimizə səfərində ilkin infrastruktur layihələrinin təməlqoyma mərasimlərinin keçirilməsinin və açılışının şahidi olduq. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz doğma Qarabağımızı tezliklə cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir.

 

Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən əsaslı iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində reallaşdırılan ardıcıl tədbirlər nəticəsində iqtisadiyyatın neft-qaz amilindən asılılığı getdikcə azalır. Son illər dünyaya özünün yeni inkişaf modelini təqdim etməyi bacaran Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilbəil sürətlənir. Bu da ölkəmizdə qeyri-neft sahələrinin inkişafına səbəb olur. Respublikamızın yeni iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən birini qeyri-neft sektorunun vacib sahələrindən sayılan inşaat kompleksi təşkil edir. Məlum olduğu kimi, bu sahənin inkişaf etdirilməsi ölkədə yeni və uzunmüddətli yerlərinin yaradılması, inşaat materiallarının istehsalının stimullaşdırılması, tikinti materialları bazarında canlanmanın artması baxımından xüsusi əhəmiyyət daşıyır, nəticədə yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir. Hər ötən gün özünün yenilikləri ilə diqqəti daha çox cəlb edir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib-tükənməyən milli ruhu, koloritidaimi müasirliyi öz əksini tapır. Eyni zamanda müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi hazırlanan layihələrdə yaşadılır, milli üslubda görülür. Azərbaycanda inşaat sahəsi durmadan inkişaf edir. Təkcə paytaxt Bakıda yox, eləcə də regionlarda bir-birindən gözəl tikililər istifadəyə verilir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1338,4 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 1071,2 milyon manatı və ya 80,0 faizi məhsul istehsalı sahələrinə, 146,8 milyon manatı (11,0 faizi) xidmət sahələrinə, 120,4 milyon manatı (9,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 678,4 milyon manatını və ya 50,7 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1143,1 milyon manatı və ya 85,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 74,0 faiz, bank kreditləri 9,7 faiz, əhalinin şəxsi vəsaitləri 9,1 faiz, sair vəsaitlər 3,8 faiz, büdcə vəsaitləri isə 3,4 faiz təşkil etmişdir.

 

Ömrümün qırx beş ili tikinti sahəsilə bağlıdır. Daşkənd şəhərindəki Abu Reyhani Beruni adına Politexnik İnstitutunu bitirmişəm. İxtisasca inşaatçı-mühəndisəm. 1976-cı ildə Azərbaycan Respublikası MeliorasiyaSu Qurğuları İdarəsinin Tərtər rayonundakı 15 saylı TQİ-də icraçısı vəzifəsinə qəbul edilmiş, 1977-ci ilin avqust ayında nazirliyin göndərişinə əsasən Bərdə rayonundakı 17 nömrəli SMD-nə icraçısı vəzifəsinə təyin olunmuşam. 1987-1992-ci illərdə isə “Azərsutikinti” Dövlət Konserninin Bərdə rayonundakı 32 nömrəli TQİ-nin rəisi, 1992-1996-cı illərdə “QarabağsutikintiTrestinin müdiri, 1996-1998-ci illərdə “Azərsutikinti” Dövlət Konserninin Tərtər rayonunda yerləşən 15 nömrəli TQİ-nin müdiri vəzifəsində çalışmışam. “Azərsutikinti” Səhmdar Cəmiyyətinin Tərtər rayonundakı “Qarabağsutikinti” törəmə müəssisəsinin müdiri vəzifəsinə təyin olunmuş və 2010-cu ilə kimi bu vəzifədə işləmişəm. 2010-cu ildə “Qarabağsutikinti” törəmə müəssisəsinin bazasında “Qarabağ E.R.” MMC yaradılmış və həmin vaxtdan cəmiyyətin direktoru vəzifəsində çalışıram. Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafındakı xidmətimə görə, ölkə Prezidenti cənab İlham Əliyevin 10 aprel 2017-ci il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşəm.

 

Qeyd edim ki, “Qarabağ-E.R.” MMC-nin kollektivi respublikamızda çoxlu sayda infrastruktur layihələrini reallaşdırmışdır. Ölkəmizin inkişafına mühüm töhfələr verən Dövlət proqramlarında nəzərdə tutulan sosial infrastrukturların yaxşılaşdırılması işləri büdcə vəsaiti hesabına nəzərdə tutulan əsaslı tikinti, yenidənqurma, meliorasiya irriqasiya layihələrinin, eləcə Dünya Bankının, İslam İnkişaf Bankının Azərbaycan hökumətinin ayırdığı kredit qrant vəsaitləri hesabına bir sıra layihələrin icrasıQarabağ-E.R.” MMC-nin inşaatçıları tərəfindən həyata keçirmişdir.

 

Bərdə şəhərindəUşaq incəsənət məktəbi”, Ağcəbədi rayonunda Qarqar çayında sahilbərkitmə işləri, Bərdə rayonunda qaçqın məcburi köçkünlər üçün 7 mərtəbəli 42, Bakı şəhəri Müşfiqabad qəsəbəsində qaçqın məcburi köçkünlər üçün 5 mərtəbəli 80 mənzilli yaşayış binaları, Bərdə şəhərində sahilbərkitmə işləri sair yüzlərlə obyekt, “Meliorasiya Su Təsərrüfatı” ASC-nin sifarişləri əsasında - Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan qaçqın məcburi köçkünlərin təsərrüfatlarının su təminatının yaxşılaşdırılması məqsədi üçün beton kanal, hidrotexniki qurğu körpülər, Goranboy rayonunun ərazisində suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə Xan-Arx kanalının, hidrotexniki qurğuların, körpülərin selötürücülərin tikinti işləri s. obyektlər bu idarənin əməyinin bəhrəsidir. Tərtər rayonu ərazisində Tərtər çayının sağ sahilində sel sularından mühafizə məqsədi üçün sahilbərkitmə, hidrotexniki qurğular, körpülər selötürücü qurğular, Tərtər rayonunun Evoğlu, Küçərli Qaraqoyunlu kəndlərində əkin sahələrinin yeraltı qaynama sularından təmizlənməsi torpaqların meliorativ yaxşılaşdırılması üçünQrunt sularının səviyyəsinin aşağı salınmasılayihəsi Bərdə rayonunun yeraltı qaynama sularından təmizlənməsi torpaqların meliorativ yaxşılaşdırılması üçünQrunt sularının səviyyəsinin aşağı salınmasılayihəsi üzrə işlər, Ağdam rayonunun Ergi massivində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Qarabağ kanalına baş suqəbuledici qurğunun tikintisi, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən keçən Qarqar çayında sel sularından mühafizə məqsədilə beton qoruyucu bənd, 24 metr aşırımında metal körpü 1 ədəd səviyyəendirici qurğunun tikintisi, Bərdə şəhərində Heydər Əliyev adına milli parkın ərazisindən keçən Tərtər çayında beton sahilbərkitmə işləri, 2 ədəd səviyyəendirici qurğu, 85 metr uzunluğunda müasir üslubda tikilmiş asma körpü onlarca bu kimi işlər bu sıradandır.

 

Fürsətdən istifadə edib 10 aprel - İnşaatçılar Günü münasibətilə bu sahənin zəhmətkeşlərini təbrik edir, onlara həyatlarında fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.

 

Vəli ALBƏNDOV,

 

Qarabağ E.R.” Məhdud

 

Məsuliyyətli Cəmiyyətinin direktoru,

 

respublikanın Əməkdar mühəndisi, YAP üzvü

 

Respublika.- 2021.- 10 aprel.- S.8.