AĞSTAFA: ABADLIQ İŞLƏRİ DAVAM EDİR

 

Ağstafa rayonunda da rayon icra hakimiyyətinin başçısı Seymur Orucovun rəhbərliyi ilə genişmiqyaslı quruculuq-abadlıq işləri davam etdirilir.

 

Rayonda şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində bir sıra işlər həyata keçilir. Bu günlərdə rayonun Göycəli kəndində şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə-kompleksinin açılışı olub. Kompleksin açılışında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Abidə-kompleksdə Göycəli kəndindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş yeddi nəfərin, 1-ci Qarabağ müharibəsi şəhidlərimiz Həmzəyev Namiq Həmzə oğlunun, Hüseynov Şahlar Hüseyn oğlununQurbanov Novruz Əliyullah oğlunun, Tovuz döyüşlərində şəhid olmuş Sadıqov Vüqar Lətif oğlunun, Vətən müharibəsi şəhidlərimiz Mehtizadə Qurban Aydın oğlunun, Məmmədli Turan Rafiq oğlununAbbasov Teymur Feyruz oğlunun adları əbədiləşdirilib.

 

Hazırda Təhsil Nazirliyinin sifarişi əsasında rayonun Sadıqlı kəndində 360 şagird yerlik məktəb binasının tikintisi davam etdirilir. Dağ Kəsəmən kəndinin yeni məhəlləsi qazlaşdırılmış, Ağstafa şəhərinə bitişik yaşayış massivinin qazlaşdırılması layihəsi hazırlanmış, xidmət sahəsinin daxili imkanları hesabına küçələrə qaz xəttinin çəkilişinə başlanılmışdır. Ağstafa Elektrik Şəbəkəsi tərəfindən Göycəli və Qırılı kəndindəki 35/10 kV elektrik yarımstansiyalarında əsaslı təmir işləri aparılmışdır. Rayonun iri yaşayış məntəqələrindən olan Dağ Kəsəmən kəndinin 1,8 km uzunluğunda mərkəzi küçəsində abadlıq işlərinə başlanılmışdır. Hazırda küçədə səki bort daşlarının quraşdırılması, küçə işıqlandırma sisteminin bərpası işləri həyata keçirilir. Küçədə piyadaların sərbəst hərəkəti üçün səkilərin təşkili və küçənin asfaltlanması işlərinə hazırlıq həyata keçirilir. Ağstafa şəhərinin Natiq Sədiyev, Ədalət Nəbiyev, Rəşid Beybudov, Fizuli, Məmməd Yaqubov, Elşən Poladov, İlham Həsənov küçələri yenidən qurulmuş, asfalt-beton örtük salınmışdır. 2 ədəd hər biri 16 ailəlik mənzillli yaşayış binalarının, 1 ədəd 16 ailəlik, M.Ə.Rəsulzadə küçəsində 5 mərtəbəli 50 ailəlik, S.Vurğun küçəsində 5 mərtəbəli yaşayış binalarının həyətləri tamamilə asfaltlanmış, söhbətgah təmir olunmuş, həyətlərdə abadlıq işləri başa çatdırılmışdır. Ş.Qurbanov küçəsində hər biri 5 mərtəbəli 23 və 24 nömrəli yaşayış binalarının həyətlərində abadlıq məqsədi ilə vətəndaşlar tərəfindən qanunsuz tikilmiş tikililər sökülmüş və hazırda ərazidə abad həyət layihəsinin inşasına başlanılmışdır. 16 mənzilli binanın həyətində sakinlərin istirahətinin təşkili üçün qanunsuz tikililərin yerində abad həyət layihəsinin tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Hüseyn Arif küçəsində 40 və 48 mənzilli hər biri 5 mərtəbəli yaşayış binalarının həyətində asfalt örtüyündə və işıqlandırma sistemində, söhbətgahlarda təmir işləri yerinə yetirilmişdir. Mövcud parklarda və küçə boyunca yaşıllıqların salınmasına başlanılmış, 1000 ədəddən çox müxtəlif cinsdən ibarət tinglər əkilmiş və bu işlər hazırda davam etdirilməkdədir. Yaşayış məntəqələrində içməli və suvarma suyuna olan tələbatla bağlı ötən il 10 ədəd subartezian quyusu qazılmış və cari ildə 6 ədədinin istifadəyə verilməsi planlaşdırılmışdır. Rayonun Həsənsu kəndində və Vurğun qəsəbəsində əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə Azərsu ASC-nin balansında olan uzun illər yararsız vəziyyətə düşmüş iki ədəd subartezian quyusuquyulara xidmət edən elektrik xətt və qurğuları bərpa olunmuşdur.

 

Rayon ərazisində olan tarixi abidə “Keşikçidağa gedən yeni avtomobil yolunun inşası uğurla davam etdirilir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa olunan yeni avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci km-dən götürür. II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir.

 

 

 

Vəli VƏLİYEV

 

Respublika.- 2021.- 10 aprel.- S.10.