O, insanları sevirdi...

 

 

Əziz anam, şirin sözlü anam,

Qəlbin kövrək, eşqin solmaz bahar

Gülərüzlü, qara gözlü, anam,

Hara getsəm, gözün mənə baxar...

 

Ürəyi riqqətə gətirən həzin melodiya otağa yayıldıqca, içimdəki yanğı bir az da şiddətlənirdi. Az qalırdı ki, nəfəsim kəsilsin, boğulurdum. Əllərimlə onsuz da həyəcandan tıxanmış boğazımdan yapışıb nəfəsimi rahatlamaq istəyirdim. Gözümdən üzüaşağı süzülən göz yaşı çarpazlaşmış əllərimə düşəndə bir qədər yüngülləşdim. Yaş sel kimi axır, içimə su səpilirdi sanki. İlahi, sözlərin, melodiyanın təsir gücünə bax! Yenicə itirdiyim gözəl, sevimli anam gözlərim önündə gəlib durdu, həyatla son vida anlarının bütün ağırlığı yenidən çökdü üstümə. Musiqi davam edirdi:

 

Ana, qəlbin laylay olar gəzər,

 

Doğma səsin ömrü-günü bəzər...

 

Sevil xanım Əliyevanın anası Zərifə xanıma həsr etdiyi vida nəğməsi. Ana haqqında ən gözəl mahnı, ağı, laylaydı. Zərifə xanımın yoxluğu Sevil xanımı o qədər sarsıtmışdı ki, peşəkar musiqiçi olmadığı halda belə, o, anasının ölümündən bir qədər sonra gözəl bir musiqi-mahnı-rekviyim yarada bilmişdi. Əslində Sevil xanım tək ana yox, həm yaxın dost, rəfiqə itirmişdi, Zərifə xanım onun həyatında bu yerləri boş qoyub getmişdi.

 

Şair Fikrət Qocanın “Ana” şeirinə bəstələnmiş bu mahnının ilk ifaçısı bənzərsiz Müslüm Maqomayev onu 1986-cı ildəRespublikasarayında təşkil olunmuş müəllif konsertində oxumuş, sonra Azər Zeynalovun ifasında səslənmişdi. Artıq 35 ildir ki, bu mahnı efirdə səsləndirilir hər dəfə onu dinləyəndə elə ilk eşitdiyim anda keçirdiyim hisslərin təsiri altına düşürəm:

 

Laylay dedin, anam, laylay dedin mənə,

 

Həyat verdin mənə, əziz ana.

 

Laylan hələ yaşar, laylan ellər aşar,

 

Günəş kimi yana, yana, ana...

 

Qəlbinin işığı ilə ətrafında olanları ehtizaza gətirən nadir insanlardan idi Zərifə xanım. İnsanlara olan sonsuz sevgisi hər kəsdə həyat fəaliyyətində mükəmməlliyə doğru can atmağa, yüksək zirvələri fəth etməyə həvəs oyadırdı. Yenilikçi alim, tibb elmləri doktoru, akademik, sovet oftalmologiyasının ən yüksək - Averbax adına mükafatın lauretı Zərifə Əliyeva Azərbaycan səhiyyəsində dərin iz qoymuş, milli oftalmologiyamızı respublikanın hüdudlarından çıxarmağa nail olmuş, onu müxtəlif sahələrdə ümumittifaq beynəlxalq səviyyəyə qaldıra bilmişdi. Xeyirxahlığı, ciddiliyi, səmimiyyəti, insanlara sevgi, dar ayaqda onların köməyinə gəlmək bacarığı s. keyfiyyətləri onun əziz xatirəsini ürəklərdə bu gün yaşadır.

 

Tanrı ondan heç nəyi əsirgəməmişdi, hər şey gözəl idi, hətta sevgisi , çətinliklərdən, sınaqlardan keçən sevgisi...

 

Naxçıvan Muxtar Respublikasında eyni ildə, bir bahar günündə, 12 gün fərqlə iki insan doğuldu: Heydər-Zərifə, hətta soyadları da bir idi: Əliyev!.. Doğuldular ki, illər sonra başqa bir şəhərdə tanış olub, bir-birilərini sevib, çətinlikləri aşıb birləşsinlər, ailə qursunlar. Tale sanki onları bir-biriləri üçün hazırlamışdı...

 

Dövlət Təhlükəsizlik Komitəsinin gənc əməkdaşı Heydərlə—yüksək erudisiyalı, həyatı bilən, məqsədyönlülüyü, incəsənətə sevgisi ilə fərqlənən bu qeyri-adi gənc oğlanla tanışlıqdan məmnun qalan Zərifənin qəmli günləri az olmamışdı. O dövrün haqsızlıqları üzündən hər şeyin bitmək üzrə olduğu ayrılmaq təhlükəsi ilə üzləşdikləri bir məqamda verilən qətiyyətli qərar bütün üzüntülərə son qoymuşdu. Bu iki cütlüyün ailə səadəti sonralar Tanrının onlara verdiyi iki övlad payı ilə daha da möhkəmləndi, qarşılıqlı hörmət, sevgi onları həm yaxın dosta, sirdaşa, bəlkə silahdaşa çevirdi. Bu hiss, bu duyğu olmasaydı, illər sonra Zərifə xanımın yoxluğu ilə barışmaq məcburiyyətində qalan, kənardan zabitəli, sərt görünən Heydər Əliyev həyəcanını gizlətməyərək: “Mən ömrüm boyu tək bir qadını-Zərifəni sevmişəmdeməzdi.

 

Zərifə xanımın peşəsi özü kimi nəcib bir peşə idi, həkimlik, üstəlik gözlərə işıq, nur vermək onun yüksək mənəviyyatı ilə üst-üstə düşürdü. Onun məşğul olduğu elm sahəsi xeyli ağır olmaqla, təkcə dərin oftalmoloji savad yox, həm fundamental təcrübi bilgilər, ən əsası isə yüksək təşkilatçılıq bacarığı tələb edirdi. Məhz bütün bu keyfiyyətlər Zərifə xanım Əliyevada birləşmişdi.

 

Geniş dünyagörüşə malik şəxsiyyət kimi tanınan Zərifə xanım görkəmli oftalmoloq-alim olmaqla bərabər, həm ədəbiyyatı, incəsənəti gözəl bilirdi. O, fortepiano sinfi üzrə musiqi təhsili almışdı. Həm klassik, həm populyar musiqiləri çox gözəl ifa edərdi. Bəzən ailə şənliklərində o çalar, həyat yoldaşı Heydər Əliyev mahnılar ifa edərdi.

 

Mərhəmət ünvanı idi, bir kimsənin xətrinə dəyməz, onun mərhəmətinə pənah gətirənləri ümidsiz qaytarmazdı. İşinin gərginliyinə baxmayaraq həmişə bir qadın olaraq qalırdı. Özünün cazibədarlığı, mülayimliyi, heyranlığı ilə... Zərifə xanımın ailəsinə necə böyük sevgi, qayğı ilə yanaşdığını onu yaxından tanıyanların xatirələrindən oxumuş, dinləmişik. Bu, heç şübhəsiz ki, hamını valeh edir, ona qarşı hörmət hissi aşılayırdı. Qayğıkeş ana, övladlarına çox bağlı olan, onların tərbiyəsi üçün bütün enerjisini sərf edən valideyn idi Zərifə xanım. Onun bu keyfiyyətini yüksək qiymətləndirən Heydər Əliyev ömür-gün yoldaşını hörmət sevgi ilə xatırlayaraq deyirdi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə , onu bir dəqiqə belə unutmuram unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar...”

 

Bütün ömrü boyu zülmət qaranlıqla mübarizə apardı, insanlara işıq bağışladı, itirilmiş gözlərə nur çilədi Zərifə xanım. O, sovet dövründə Azərbaycanda ümumilikdə Şərq dünyasında qadın fəallığının ən parlaq simalarından biri idi. İnsan sağlamlığını ictimai sərvət kimi dəyərləndirən Zərifə xanım insanların gözünə nur verməyi isə bəşəri humanizm kimi görürdü. İşığını itirmiş gözlərə nur çiləmək... Onu İlahi bir nəcibliyə qovuşduran da elə bu istək oldu, payladığı işıq yoxluğundan sonra da öz aydınlığını azaltmadı, yenidən günəşi görmək imkanını qaytardığı adamlarda, onunla bağlı kövrək xatirələrdə əbədiləşdirdi.

 

1999-cu il aprel ayının 14-də Rəşid Behbudov adına Dövlət Mahnı teatrında Zərifə Əliyevaya həsr edilmişZərifə xanım Əliyevakitab-albomunun təqdimat mərasimində iştirak edən Heydər Əliyev qısa, lakin hər kəsdə kövrək hiss oyadan bir çıxış etdi: “Gecənin proqramı xatirə anlayışına uyğundur. Ona görə bu, qəmli-kədərli bir gecəyə çevrildi. Bəlkə biz bu hissiyyatları yaşamağımızdan da məmnunuq. Eyni zamanda, hörmətli dostlarımız, qonaqlarımız, bu hissiyyatlarımızı siz bizimlə bərabər yaşadınız. Bunlara görə bugünkü gecədə iştirak etdiyinizə görə hamınıza təşəkkür edirəm”. O, sonra sözünə davam edərək demişdi: “O, insanları sevirdi, insanlar da onu sevirdilər. Ona görə mən bu gecəni bir növ dostluq, birlik gecəsi adlandırıram. Bu, Zərifə xanımın xatirəsinə ən dəyərli bir abidədir. Bu gecədə qədər təsirləndinizsə, eyni zamanda, mən istəyirəm ki, buranı tərk edərkən şad əhval-ruhiyyədə dağılışasınız”.

 

Bəli, o gecə bu tədbiri tərk edən hər kəs ulu öndərin dediyi kimi şad əhval-ruhiyyədə getdi, Sevil xanımın “Ana” rekviyeminin laylasının kövrək duyğularını da özü ilə apardı:

 

Laylay dedin, anam, laylay dedin mənə,

 

Həyat verdin mənə, əziz ana.

 

 

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2021.- 15 aprel.- S.5.