Azərbaycan müasir kosmik texnologiyaların tətbiqinə görə dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib

 

“Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti.

 

 

 

İqtisadisosial sahələrin bütün istiqamətlərdə davamlı artım tempinə nail olan Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi, sosialsiyasi islahatların nəticəsi olaraq XXI əsrdə Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizdə texnoloji inkişafın təmin edilməsi üçün bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsi ilə müşayiət edilən bu dövr həm də Azərbaycanda kosmik sahənin qurulması və inkişafı ilə yadda qalıb.

 

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin analitik şöbəsindən məlumat verərək bildirdilər ki, ölkəmiz “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya, “Azerskyoptik müşahidə peykləri ilə kosmik ölkələr sırasında özünəməxsus yerini tutub. Ötən on il ərzində Azərbaycan regional kosmik gücə çevrilib.

 

Dünyada geniş yayılan koronavirus pandemiyasının mənfi təsirlərinin fonunda 2020-ci ilin Azərbaycanın peyk layihələri və şirkətimiz üçün uğurlu keçdiyini deyə bilərik. Ötən il hər üç peykimizin xidmətlərinin göstərilməsindən 50,2 milyon ABŞ dolları gəlir əldə etmişik, bu göstərici özündən əvvəlki, 2019-cu ilin göstəricisindən 2% çoxdur.

 

Ümumiyyətlə, 2019-cu ildən başlayaraq dünya peyk xidmətləri bazarında durğunluq müşahidə edilir. Pandemiyanın mənfi təsirləri səbəbindən 2020-ci ildə bir çox aparıcı şirkətlər gəlirlərində 5-10% azalmaları proqnoz etdi, gəlir hədəflərini yeniləmək, azaltmaq məcburiyyətində qaldılar. Kosmik fəaliyyət sahəsi üzrə aparıcı analitik təhlillər də peyk xidmətlərindən əldə edilən gəlirlərin azaldığını bildirir. Bu baxımdan, gəlirlərimizin ötənilki səviyyədə qalması, hətta 2%-lik artım böyük uğur hesab oluna bilər. Hətta qeyd edə bilərik ki, hesablamalarımız və proqnozlar nəzərə alındıqda gəlirlərin növbəti illərdə daha da artacağı gözlənilir.

 

Ötən ili uğurla başa vurmağımızın əsas səbəblərindən biri müxtəlif regionlar üzrə fəaliyyətimizi və strateji əməkdaşlığımızı genişləndirmək və daha da möhkəmləndirməyimiz olub. Bu gün “Azərkosmos” “lntelsat”, “Airbus Defense and Space”, “Measatkimi qlobalregional peyk bazarının aparıcı şirkətləri ilə birgə biznes layihələri həyata keçirir. Belə etibarlı tərəfdaşlarla işbirliyi bazarda möhkəm mövqe tutmağımıza və likvidliyimizin təhlükə altına düşməməsinə imkan yaradıb. Həmçinin, ötən il ərzində Birləşmiş Ərəb Əmirliklərinin “HorizonSat” və “TheAngleinternetpeyk xidmətləri üzrə provayder şirkətləri, Afrika regionunda peyk xidmətləri üzrə aparıcı “Space Engineering”, “Prime African Media Systems”, “iSAT Africa”, “Globecastqlobal media yayım şirkətləri ilə yeni əməkdaşlıq qurmuşuq. Bunun sayəsində Afrika regionunda “Azerspace-1” və “Azerspace-2” peykləri üzrə uzunmüddətli gəlir gətirən yeni layihələr həyata keçirməyə başlamışıq. Afrikanın bir sıra regionlarında Azərbaycanı artıq peyk ölkəsi kimi tanıyırlar.

 

Yaxın regionda, xüsusilə, Gürcüstan bazarındakı aktivliyimizi bu il də saxlamışıq, Rusiyanın peyk rabitə şirkəti “RSCC”, “İntersputnik”, o cümlədən Ukrayna, Qırğızıstan və Tatarıstanla telekommunikasiya sahəsi üzrə yeni layihələr həyata keçirmişik.

 

2020-ci ildə Yerin məsafədən müşahidəsi sahəsindəki fəaliyyətimizi də uğurlu hesab etmək olar. Azerskypeykinin təsvirlərindən və ən müasir analizmonitorinq alətlərindən istifadə etməklə elektron kənd təsərrüfatının qurulması, məhsuldarlığın qiymətləndirilməsi və proqnozlaşdırılması, subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsinin hazırlanması, ölkə üzrə istixanaların dəqiq inventarlaşdırılması, pivot suvarma sistemlərinin tətbiq edildiyi kənd təsərrüfatı əkinlərinin təyini, kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsinin qiymətləndirilməsi istiqamətində bir çox layihələr həyata keçirilib. Həmçinin, peyk təsvirləri əsasında su anbarlarının səthinin dəyişməsinin monitorinqi, qış əkinlərinin monitorinqi, dağlarda qar örtüyü sahələrinin monitorinqi, çay daşmalarının modelləşdirilməsi, enerji nəqli marşrutlarının mühafizə zonasının monitorinqi, ekoturizm məqsədli turist marşrutu xəritələrinin tərtibi, turizm obyektlərinin, çimərliklərin monitorinqi kimi layihələr də həyata keçirilib.

 

Bu istiqamətdə görülən işlərin əsasında Azərbaycan Respublikası Prezidentinin 15.11.2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası dayanır.

 

Həm Vətən müharibəsi dövründə, həm də postpandemiya dövründə peyklərimizin, xüsusilə “Azersky” - məsafədən müşahidə peykimizin imkanları bizə böyük üstünlüklər qazandırdı.

 

Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, heç şübhəsiz Zəfərimizin qazanılmasında müstəsna rol Azərbaycan əsgərinə məxsusdur. Təbii ki, kosmik texnologiyanın bizə verdiyi imkanlar da az olmadı. Hətta müharibənin getdiyi bir dövrdə günlük, bəzən saatlar əsasında peykimizdən əldə olunan təsvirlər operativ olaraq ordumuz üçün lazımi informasiyanın ötürülməsində xüsusi rol oynayıb.

 

Azad olunmuş torpaqlarımızda “Azerskypeykinin təsvirlərindən və ən müasir analizmonitorinq alətlərindən istifadə etməklə ərazilərin xüsusiyyətlərinə uyğun elektron kənd təsərrüfatının qurulması, məhsuldarlığın qiymətləndirilməsi və proqnozlaşdırılması, bitki örtüyünün dəqiq xəritəsinin hazırlanması mümkündür. Bu da bizə kənd təsərrüfatı sahəsində daha optimal nəticələr almağa imkan verir.

 

İşğaldan azad olunmuş ərazilərdə böyük aqroparkların salınması üçün uyğun ərazilərin seçilməsi üzrə artıq sorğu və müraciətlər almışıq. Bu müraciətlər əsasında bizAzerskypeyki vasitəsilə çoxlu sayda həllər yarada bilərik.

 

Ümumiyyətlə fəaliyyətdə olduğu bütün illər ərzində “Azerskypeyki vasitəsilə mütəmadi olaraq işğal altında olmuş torpaqlarımızda düşmən tərəfindən təbii resursların qeyri-qanuni talan edilməsi, yeni salınan qeyri-qanuni yaşayış məntəqələrinin, törədilmiş yanğınların monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılıb.

 

COVİD-19 pandemiyası bütün sahələr kimi “Azərkosmos”a da öz təsirini göstərmişdir.

 

Deyə bilərik ki, bizim üçün bu məsələnin iki tərəfi var. Birinci tərəfi qarşılaşdığımız çətinliklərlə bağlıdır. Pandemiya ilə əlaqədar bir çox əhəmiyyətli tədbirlərin təxirə salınması və ya ləğv olunması birbaşa biznes fəaliyyətimizə ciddi təsirini göstərdi və hələ də göstərməkdədir. Məsələn, qlobal idman tədbirlərinin və canlı televiziya yayımlarının azalması ilə gəlir əldə etmək imkanları müəyyən qədər azalıb. Hazırda bir çox digər peyk operatorları kimi işlə bağlı ezamiyyətlərdə və işimizin ayrılmaz hissəsi olan xarici müştərilərlə görüşlərdə iştirak edə bilmirik. Sadaladığımız məhdudiyyətlərə baxmayaraq, bu halları azaltmaq və müştərilərimizlə əməkdaşlığımızı qorumaq üçün distant rejimdə aktiv xidmət göstəririk və çətinlikləri aradan qaldırmaq üçün əlimizdən gələni edirik.

 

Məsələnin ikinci tərəfi isə bu yeni vəziyyətin peyk xidmətləri sənayesi üçün açdığı imkanlarla bağlıdır. Bu gün dünyada video və məlumat xidmətlərinə əvvəlki dövrlə müqayisədə daha çox tələbat yaranıb. Onlayn formata keçən əksər gündəlik işlərin icrası peyk resurslarından istifadə edilməklə baş tutur. Buraya yeni imkanlar da əlavə edilir: distant təhsil, onlayn həkim konsultasiyası, onlayn alış-veriş və bir çox digər onlayn xidmətlər. Beləliklə, əksər xidmətlərin rəqəmsallaşdırılması telekommunikasiya peyklərinin əhəmiyyətini daha da artırır. Pandemiyanın təsiri nəticəsində yaranmış belə bir yeni şəraitdə “Azərkosmos” komandası öz növbəsində insanların bir-biri ilə əlaqəsini davamlı saxlamağabütün müştərilərinə fasiləsiz peyk xidmətlərini təmin etməyə çalışır. Bununla şirkətimiz dünyanın müxtəlif regionlarında insanlar arasında rabitə sahəsində baş verə biləcək hər hansı bir “rəqəmsal uçurumuaradan qaldırmağa xidmət edir.

 

Onu da bildirmək istərdik ki, qlobal peyk bazarında rəqabətliliyi qorumaq üçün “Azərkosmos” gələcəklə bağlı yeni biznes planlarımız var.

 

“Azərkosmos”un missiyası dünyada sülh və firavanlıq naminə qabaqcıl texnologiyalara əsaslanan peyk həlləri verməkdir. Buna nail olmaq üçün yerliqlobal təşəbbüslərə dəstək məqsədilə yeni xidmətlər və həllər üzərində işləyirik. Bundan əlavə, “Azərkosmos” olaraq ölkəmiz üçün daha yaxşı, daha etibarlı bir gələcək yaratmaq üçün yeni dəyərlər yaratmalı, o cümlədən tədqiqat və inkişafla məşğul olmalıyıq.

 

Bu gün biz dünyanın qabaqcıl texnologiya şirkətləri ilə kifayət qədər mürəkkəbliyi ilə seçilən layihələr üzərində birgə işləyirik. Vurğulamaq yerinə düşərdi ki, 2020-ci ildən etibarən “Azərkosmos” artıq Yaponiya və Çindən olan şirkətləri də ölkəmizin kosmik imkanlarından istifadə üçün cəlb edib və uzunmüddətli biznes müqavilələri imzalayıb. Belə ki, mövcud müasir infrastruktur imkanlarımızdan daha səmərəli istifadə etməklə yeni, əlavə dəyərli xidmətlərin göstərilməsi üçün səylər göstəririk. Bunun nəticəsində, Yaponiyanın “İnfostellar” şirkəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) yerləşən Universal Yerüstü Stansiya sayəsində müxtəlif peyk operatorlarına məxsus peyklərin məlumatlarına çıxış əldə edib, Avropada yeni biznes həlləri üzrə işlər aparılır. Ötən il İspaniyanın “Oasis Networks” şirkəti ilə Qlobal Naviqasiya Peyk Sisteminə məxsus antenlərin “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşdirilməsinə dair kommersiya müqaviləsi imzalandı, hazırda xidmət davam edir. Həmçinin, Belçikanın “SatADSL” şirkəti ilə “Azerpsace-1” peykinin Mərkəzi Asiya şüası üzərindən peyk internet xidmətinin verilməsinə dair müqavilə imzalandı.

 

Adıçəkilən bu əməkdaşlıqlar “Azərkosmos”un Yerüstü İdarəetmə Mərkəzinin resurslarını dünyaya çatdırmaq üçün beynəlxalq bir qapı açmağa kömək edir.

 

Bu gün Azərbaycan regionun lider ölkəsi olaraq regional layihələrin təşəbbüskarı, həlledici həlqəsidir və qlobal müstəvidə özünəməxsus yeri vardır. “Azərkosmos” da öz miqyasında regionalqlobal peyk xidmətləri bazarında ölkəmizin inkişaf sürəti və iddialarına uyğun yerləşmək niyyətindədir. “Azərkosmos”un fəaliyyətinin 90%-i dünyanın 30-dan çox ölkəsində 200-ə yaxın müştərinin telekommunikasiyaoptik peyk xidmətlərinə olan ehtiyaclarını ödəməyə istiqamətlənib. 2020-ci il qlobal bazarda mövqeyimizi möhkəmləndirməyimizlə yadda qaldı. Belə ki, Bakıdakı teleportumuzDünya Teleport Assosiasiyası”nın “Sertifikatlaşdırma proqramı”nın ən üst səviyyəli sertifikatı olanTier 4”ə layiq görüldü. Şirkətimizin gələcək inkişafı üçün xüsusi önəm daşıyan “Tier 4” sertifikatı texniki infrastruktur prosesimizin etibarlılığına və təhlükəsizliyinə demək olar ki, 100% zəmanət verir. Bu sertifikat eyni zamanda komandamızın peşəkar hazırlığının yüksək səviyyədə olduğunu göstərir. Qeyd etmək istəyirik ki, Asiyada bu sertifikata malik olan üç, dünyada isə 16 şirkətdən biriyik.

 

“Azərkosmos”un gələcək planlarına gəldikdə, 2021-ci ildə də peyk həlləri və xidmətləri üzrə biznes layihələrimiz prioritet təşkil edəcək və biz artıq bu istiqamətdə bir sıra mühüm işlərə başlamışıq. Həmçinin, milli təhlükəsizliyin təmin olunması, ölkəmizdə kosmik fəaliyyət sahəsində tədqiqat və inkişaf fəaliyyəti üçün kadrların hazırlanması, ölkənin sosial-iqtisadi inkişafına birbaşa və bilavasitə dəstək verilməsi istiqamətində səylərimizi davam etdirəcəyik.

 

Bəybala BƏYBALAYEV

 

Respublika.- 2021.- 18 aprel.- S.3.