Hərbi Qənimətlər Parkı zəfər tariximizin şanlı səhifəsidir

 

Dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə 30 ilin işğalına son qoydu, ədaləti bərpa etdi. Ölkəyə rəhbərlik etdiyi 17 ildən artıq bir dövr ərzində hər bir vədini konkret əməli işi ilə təsdiqləyən ölkə Prezidentinin təkmil islahatlara, yeniliyə, müasirliyə əsaslanan siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə ilklərə imza atıb.

 

 

 

Müzəffər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməklə 44 günlük müharibə dövründə qələbəmizi təmin edərək Ermənistanaona havadarlıq edənlərə sübut etdi ki, “Qarabağ Azərbaycandır!”.

 

 

 

Ötən il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, xalq-iqtidar birliyinin məntiqi nəticəsini Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində Zəfər tarixini yazaraq bir daha təsdiqlədi.

 

Müzəffər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməklə 44 günlük müharibə dövründə qələbəmizi təmin edərək Ermənistanaona havadarlıq edənlərə sübut etdi ki, “Qarabağ Azərbaycandır!”.

 

Qeyd edək ki, xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayan Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Dənizkənarı Milli Parkda 5 hektar ərazidə Hərbi Qənimətlər Parkının salınmasına bu ilin yanvar ayında başlanılıb və çox qısa zamanda açıq səma altında həmin park salınıb.

 

Parkda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi və ermənilər tərəfindən qurulmuş müdafiə sədləri nümayiş etdirilir.

 

Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana qələbə qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

 

Parkın giriş hissəsində xronoloji ardıcıllıqla Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmənin insanlıq əleyhinə yönəlmiş cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələrinin endirilməsi, dinc sakinlərin qətlə yetirilməsi kimi faktları özündə əks etdirən lövhə yerləşdirilib. Nümayiş etdirilən qənimətlər sırasında 150-dək ağır texnika, 125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox zenit-raket kompleksləri, 522 hərbi yük nəqliyyatları, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, istehkamlar, hərbi kazarmalar, KUB zenit-raket kompleksi, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osazenit-raket kompleksi və digər eksponatlar var. Şuşaya atılmış “İsgəndər-M” raketinin qalıqları da burada eksponatlar sırasındadır.

 

Vətən müharibəsində döyüş həm də informasiya cəbhəsində davam edirdi. Dünya ictimaiyyəti və beynəlxalq kütləvi informasiya vasitələri münaqişə bölgəsi haqqında son məlumatları ən etibarlı, ən nüfuzlu mənbədən - Azərbaycan Prezidentindən alırdı. Qələbə tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr də parkın ərazisindəki videozalda nümayiş etdirilir.

 

Hərbi Qənimətlər Parkının ən maraqlı hissələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazidir. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərdir. Otuz il ərzində möhkəmləndirilən mövqelərin daxilində isə yaxşı təchiz edilmiş döyüş postu, əsgər kazarması, kazarmanın yanında şəxsi heyətin artilleriyahava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir.

 

Burada sərgilənən qənimətlər müxtəlif istiqamətlidir. Maraqlı kompozisiyalardan biri isə ordumuzun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət kimi götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” yazılan lövhədir. Bu lövhə Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, erməni fərariliyinin təzahürüdür.

 

Sərgidəki eksponatlar arasında müharibədə həlak olan minlərlə erməni əsgərinin boş qalmış dəbilqələrindən ibarət kompozisiya da nümayiş etdirilir.

 

Parkda sərgilənən texnikanın heç də hamısı yararsız vəziyyətdə deyil. Düşmənin KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı, eləcə də bir neçə ağır texnika - T-72 tankları, piyadaların döyüş maşınları, 2 S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “OSA” zenit-raket kompleksi, 57 zirehli texnikanın 18-i, 30 artilleriya qurğusundan 11-i, 49 avtomobil texnikasından 11-i işlək vəziyyətdədir. Silah-sursat eksponatlar sərgisi iki hissəyə bölünür ki, birinci hissədə 15, ikincidə isə 27 yararlı müxtəlif iriçaplı silahlar var. Eksponatlar qarşısında quraşdırılmış lövhələr zirehli texnika, silah-sursatla bağlı ətraflı məlumat almaq imkanı verir.

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən çıxışında bildirib ki, biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq.

 

Parkda düşmənin hərbi texnikaları, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, məğlubiyyətə uğradılan düşmən ordusunun hərbçiləri, Müzəffər Azərbaycan Ordusunun qalib əsgər və zabitlərinin mulyajları, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Hərbi Qənimətlər Parkı ərazisində döyüşlər zamanı azad edilən düşmən postlarında və ələ keçirilən hərbi texnikalarda zəncirlənmiş vəziyyətdə olan erməni hərbçilərinin maketlərini də görmək olar. Savaş vaxtı erməni zabitləri əsgərlərin səngərləri tərk edib qaçmaması üçün bu rəzilliyə əl atırdılar. Parkda Ermənistan silahlı qüvvələrinin bunkerinin prototipi də yaradılıb. Bunkerin içərisindəki əşyalar da vaxtilə düşmənə məxsus olan ləvazimatlardır - plakatlar, şəkillər, hətta yerə döşənən üzlük daşları, yataqkomanda otaqlarında erməni hərbçilərinin müqəvva-maketləri də hazırlanıb.

 

Yeri gəlmişkən onu da qeyd edək ki, nümayiş olunan erməni əsgər və zabitlərin maketlərinin hazırlanmasında üç heykəltəraş - Kamran Əsədov, Müşfiq Heydərov və Rəşid Məhərrəmov iştirak edib. Onlar birlikdə 26 heykəl ərsəyə gətiriblər.

 

Yeraltı yol və səngərlərdə olan avtomobil təkərləri, beton qalıqları da döyüş bölgəsindən gətirilib və bütün elementlər orijinaldır. Azərbaycanlı memarlar tərəfindən burada erməni əsgərlərin yataqxanası, yemək otağı, silah anbarı döyüş meydanında olduğu kimi maketləşdirilib.

 

Parkın ərazisində hərbi çadır altında qurulanKinozal” otağında videotəqdimat bölməsindəki monitorlarda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qələbə tvitləri, Vətən müharibəsi ilə əlaqədar çıxışları, Vətən müharibəsinə aid videoçarxları və qısametrajlı filmləri izləmək mümkündür.

 

Burada quraşdırılan oturacaqlar hazırlanarkən erməni hərbçilərin silah-sursatlarını saxladıqları taxta yeşiklərdən, kiçik işıq dirəkləri hazırlanarkən isə erməni tanklarının mərmilərinin barıt atıcısının futlyarından istifadə olunub. İnformasiya mərkəzi və Azərbaycanın milli brendlərindən, o cümlədən qələbəmizə həsr olunan müxtəlif məhsullardan ibarət suvenir satışı məntəqəsi də fəaliyyət göstərir. Ziyarətçilər informasiya mərkəzində parkdakı bütün eksponat, kompozisiyalar haqqında məlumatlandırılır.

 

Ölkəmizdə səfərdə olan qonaqlar, müxtəlif tədbirlərin iştirakçıları Hərbi Qənimətlər Parkını ziyarət edib müharibədə əldə olunmuş hərbi sursatları görməklə düşmən üzərində üstünlüyümüzün əyani şahidi olurlar.

 

Bu günlərdə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları da Hərbi Qənimətlər Parkını ziyarət edib, Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən əldə olunmuş hərbi qənimətlərlə tanış olublar.

 

Bu gün dünyanın dörd bir yanında müharibə cinayətlərini, işğalçı orduların məğlubiyyətlərini əks etdirən onlarla muzey və qənimətlər parkı mövcuddur ki, Bakıda salınan Hərbi Qənimətlər Parkı bunların ən uğurlu və maraqlı nümunəsi hesab olunur.

 

Ümumiyyətlə, dünyada müharibələrin nəticələrini əks etdirən muzeylərdə müharibə qənimətləri, düşmən əsgərinin istifadə etdiyi silah-sursatlar və digər eksponatlar nümayiş etdirilir. Məsələn, Rusiyada, Belarusda belə muzeylər fəaliyyət göstərir. Xüsusən İkinci Dünya müharibəsi zamanı faşistlərin SSRİ-yə hücumundan sonra ələ keçirilmiş qənimətlər və alman əsgərlərinə aid hərbi avadanlıqlar, şəxsi əşyalar muzeylərin əsas eksponatları sırasında yer alır.

 

Bu muzeylərdən biri də Brestdə yerləşir. Muzeyin ikinci zalında Brestin müdafiəsini əks etdirən fərqli eksponatlar toplanıb. Sovet əsgərlərini xatırladan köhnə silahlar, Hitler ordusunun çayı keçərkən istifadə etdiyi alman qayıqları və bu kimi digər müharibə nümunələri ziyarətçilərə göstərilir.

 

Belarus Böyük Vətən Müharibəsi Tarixi Muzeyində də Minsk şəhəri ətrafında gedən döyüşləri xatırladan xeyli eksponat saxlanılır. Muzey Böyük Vətən müharibəsində qələbə uğrunda canlarından keçmiş insanların xatirəsinə yaradılıb. Burada alman tankları, döyüşlərdən sonra meydanda qalan silahlar, nasistlərin Belarus ərazisində yaratdıqları ölüm düşərgələri və onlarla hərbi nümunələri görmək olar. Muzey 1944-cü il oktyabrın 22-dən Minskdəki Azadlıq meydanındakı Həmkarlar Evində fəaliyyət göstərir.

 

AvropaAfrikada olduğu kimi, Asiyada da müharibənin izləri muzeylər vasitəsilə qorunub saxlanılır. Bu mənada Vyetnamın Hoşimin şəhərində müharibədən sonra yaradılmış böyük hərbi muzey də fəaliyyətdədir. Burada ABŞ ordusunun törətdiyi hərbi cinayətləri əks etdirən xeyli sayda eksponat var. Muzey 1975-ci ilin sentyabrında açılıb ki, sonradan 1993-cü ildə adı dəyişdirilərək “Amerika Hərbi Cinayətlər Muzeyiolub. Burada hərbi qənimət kimi helikopter, qırıcı, tank, buldozer, hərbi qayıq və bombalar, açıq səmada nümayiş etdirilən hərbi texnikalar və ABŞ əsgərlərinin maketləri də eksponatlar sırasındadır.

 

Vyetnama qoşun yeritmiş ABŞ da hərbi muzeylər mövzusunda özünəməxsus təcrübəyə malikdir. Təkcə bir faktı deyək ki, Luiziana ştatının Yeni Orlean şəhərində ABŞ-ın 2-ci Dünya müharibəsinə həsr edilmiş ən böyük müharibə muzeyi yerləşir. Maraqlısı budur ki, amerikalılar müharibəyə aid 250 min eksponat sərgilənən bu nəhəng hərbi muzeyi 2006-cı ildə inşa ediblər.

 

Polşada İkinci Dünya müharibəsi Muzeyi, 1 sentyabr 2008-ci il tarixində Mədəniyyət və Milli İrs nazirinin əmri ilə Qdanskdakı Westerplatte Muzeyi adı altında 1700 m2 sahəni əhatə edən tarixi şəhər mərkəzinə yaxın yerdə Motlawa çayı üzərində, Gdanskda, Wadyslaw Bartoszewski meydanında qurulmuşdur.

 

Muzey, eyni zamanda xatirə sahəsi olan simvolik bir memarlıq məkanında - 1939-cu ilin sentyabrında hücuma məruz qalan Polşa Poçt Ofisinin Qdanskdakı tarixi binasından 200 metr məsafədə yerləşir.

 

 

 

Bəybala BƏYBALAYEV

 

Respublika.- 2021.- 22 aprel.- S.3.