İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri

 

Dövlətimiz əhalinin doğma yurdlarına təhlükəsiz qayıdışına və rahat yaşayışına təminat verir

 

 

 

Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları minalarla dolu məkana çevrilib. Bu amil müharibədən sonra daha çox aktuallıq kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış hər bir mina istənilən halda Azərbaycan vətəndaşlarına və mülki əhaliyə qarşı təhlükədir. İndiki mərhələdə orada müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi davam edir. Ermənistan tərəfi Azərbaycana minalanmış ərazilərin xəritələrini vermir yə beynəlxalq humanitar hüquqa əsasən bu, Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozmaqdır.

 

Minalanmış ərazilərin xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə bitəndən sonra hərbçilərimizdən başqa, təkcə mülki şəxslər arasında 100-dən çox itkimiz var. Onların çoxu minalardan həlak olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu istiqamətdə bütün güclərini səfərbər edərək əraziləri minalardan təmizləyir. İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər. Prezident İlham Əliyev demişdir: “Azad olmuş torpaqların minalardan təmizlənməsi işi birinci dərəcəli vəzifədir. Bu işlər elə aparılmalıdır ki, işlər başa çatandan sonra hər hansı bir bədbəxt hadisə baş verməsin”.

 

Azad olmuş torpaqlarda hər şey erməni quldurları tərəfindən dağıdılıb. Bu, misli görünməmiş vəhşilikdir. Bu qədər qəddarlıq, bu qədər düşmənçilik, dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsində də belə vəhşiliyə yol verilməyib, dini abidələr dağıdılmırdı. Erməni vəhşiliyi dünya tarixində misli görünməmiş qəddarlıqdır.

 

Dövlət başçısı tərəfindən müharibədən dərhal sonra paralel olaraq, əsas infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verildi. Azad edilmiş ərazinin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Ərazilərdə həm xətlər çəkilir, həm də yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir.

 

Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi 3500 metr hündürlüyü olan Murov dağlarından keçməlidir. Orada hələ ki, qar var hava şəraiti münasib olmadığı üçün çətinlik yaradır.

 

İşğaldan azad edilmiş torpaqlarımızda müasir tipli kəndlərin qurulması bərpası prosesinə start verildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva fevralın 14-də Zəngilan, Füzuli, Cəbrayıl Laçın rayonlarında səfərdə olublar. Dövlət başçısı Zəngilan rayonunun kəndində ilk “Ağıllı kəndlayihəsinin əsasını qoyub. Ağıllı kəndlayihəsi müasir tələblərə cavab verən, faktiki şəhər statusuna yaxın kənddir. Bu layihə üç kəndi - 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək yaxın gələcəkdə bu layihələrin təməli qoyulacaq. May ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilk versiyası təqdim olunacaq. Digər şəhərlərimizin baş planı hazırlanır.

 

Xatırladaq ki, “Ağıllı şəhərkonsepsiyası Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmışAçıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da öz əksini tapıb.

 

Ağıllı şəhər” elm texnika, informasiya texnologiyalarının yüksək inkişaf etdiyi mühitdə formalaşır, cəmiyyətin, insanların həyat tərzinin fərqli yön aldığı şəhərlər sayılır. Cənab Prezident məhz işğaldan azad edilmiş ərazilərimizdə formalaşacaq inkişaf modelinin daha sonra digər rayonlara transfer ediləcəyilə bağlı bəyanat verib. Bu, ondan xəbər verir ki, formalaşacaq infrastruktur, bütövlükdə menecment beynəlxalq standartlara yeni çağırışlara uyğun həyata keçiriləcək. Bu gün dünyanın bir çox aparıcı şəhərlərində “smart-city”, yəniağıllı şəhərkonsepsiyası informasiya kommunikasiya texnologiyasına inteqrasiya olunur. Bütün bunlar da imkan verir ki, vətəndaşlar xidmətlərdən, xüsusən dövlət xidmətlərindən daha keyfiyyətli şəkildə istifadə edə bilsinlər. Bu, həm aktivlərin idarə edilməsi, həm səmərəliliyin artırılması, həm hədəflərə nail olunması baxımından əlverişlidir. Nəqliyyat sistemi, enerji, su təminatı, xəstəxana məktəblər daxil olmaqla, sosial istiqamətdə monitorinq imkanlarının aparılması anlamına gəlir. Nəticə etibarilə informasiya texnologiyaları vasitəsilə məlumatların toplanması, şəhər üzrə monitorinqlərin keçirilməsi reallaşır. Beləliklə, şəhərin bütövlükdə idarə edilməsində informasiya texnologiyasından daha çox istifadə anlamına gəlir ki, idarəetmədə xərclərin azaldılması, effektivliyin artırılması baxımından olduqca vacibdir. Eləcə həmin şəhər sakinlərilə hökumət arasında əlaqənin həm daha şəffaf, həm daha asan həyata keçirilməsi, eyni zamanda vətəndaş-məmur arasındakı əlaqələrin genişləndirilməsinə imkan verir.

 

Ümumiyyətlə, dünya praktikasında daha təhlükəsiz icmalar yaradılır. Ağıllı şəhərtəhlükəsiz şəhərdir. Bu, birbaşa onunla bağlıdır ki, burada texnologiyalardan ciddi şəkildə istifadə olunur. Texnoloji olaraq cinayətlərin üstünün daha tez qısa zamanda açılmasına imkan yaranır şəhər təhlükəsiz məkana çevrilir. Ətraf mühitin qorunması baxımından, alternativ enerji mənbələrinin imkanlarındanAğıllı şəhər”lərdə istifadə olunur.

 

Həmin ideyanın işğaldan azad edilmiş ərazilərdəki şəhər kəndlərdə tətbiq edilməsi, həmin ərazilərin beynəlxalq standartlara uyğun qurulması, həm yeni inkişaf modelinin tətbiqinə imkan yaradacaq.

 

Kəndlərin bərpası mərhələlərə bölünərək aparılacaqdır. İlk növbədə, mövcud infrastruktura yaxın olan kəndlər bərpa ediləcək. Bu, həm vaxt, həm səmərəlilik baxımından daha məqsədəuyğundur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib. Xaricdən bir çox təkliflər gəlməkdədir. Bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər. Dövlət başçısı bildirir ki, biz bunu alqışlayırıq. Təbii ki, bütün təkliflər təhlil ediləcək müzakirə olunacaq. Biz bu işləri maksimum səmərə ilə görməliyik ki, azad olmuş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şərait yaradılsın.

 

Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. O bölgədə hələ ki, qar ərimədiyi üçün hava limanı üçün nəzərdə tutulan yerdə indi praktiki işlərin görülməsi mümkünsüzdür. Yəqin ki, may-iyun aylarında artıq bu istiqamətdə işlərə başlanması da nəzərdə tutulmuşdur.

 

Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanah-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır bununla paralel olaraq Bərdə-Ağdam Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq artıq cədvəl üzrə işlər gedir.

 

Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi gələcək maraqlarımıza tam cavab verir. Ölkə başçısı demişdir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə , istəməsə . İstəsə, daha asan həll edəcəyik, istəməsə zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə oldu. Zəngəzur dəhlizinin taleyi eyni olacaq.

 

Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

 

Kamil İSMAYILOV

 

Respublika.- 2021.- 25 aprel.- S.2.