İnsanın ağıl, zəka sayəsində yaratdığı onun əqli mülkiyyətidir

 

26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günüdür

 

Ölkəmizdə əqli mülkiyyətin qorunması dövlətin diqqət mərkəzindədir

 

 

 

İnsan övladı çox zirvələri fəth etməyə qadirdir. Öz ağlı, idrakı ilə xarüqələr yaradan, kəşfləri, ixtiraları ilə dünyanı heyrətləndirən də insanın özüdür. İnsan zəkasının məhsulu olan yeniliklər, ixtiralar zaman ötdükcə həm də mənsub olduğu xalqın mədəni irsinə çevrilir. İnsanın ağlı, zəkası sayəsində yaratdığı hər bir şey onun əqli mülkiyyətidir. Bu mülkiyyəti qorumaq, özününküləşdirmək isə zamanın tələbidir.

 

 

 

Bu günlərdə dünyanın əksər ölkələrində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 2000-ci ildə elan etdiyi 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü geniş şəkildə qeyd olunur, bununla əlaqədar müxtəlif formatlı tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd əqli mülkiyyətin və xüsusilə müəlliflik hüququnun mədəni irsin yaranmasındakı rolunu bir daha açıqlamaq, davamlı iqtisadi inkişafdainformasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, yaradıcılığı dəstəkləmək və stimullaşdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək və diqqəti mədəni irsin və adət-ənənələrin qorunub saxlanmasına yönəltməkdir.

 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı hər il bu günlə bağlı tədbirlər keçirir, dünya ictimaiyyətinə müraciətini yayır. Builki tədbirlər “Əqli mülkiyyət və kiçikorta müəssisələr. İdeyalarınızı necə kommersiyalaşdırmaq olardevizi altında keçirilir. Təşkilatın cari ildəki, müraciətində qeyd olunur ki, “Hər il 26 aprel tarixində Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd edirikbu bizə geniş ictimaiyyətə əqli mülkiyyət hüquqlarının innovasiyalara və yaradıcılığa necə töhfə verməsi barədə danışmağa imkan verir. İstənilən biznes ideyadan başlayır. Dünyadakı milyonlarla kiçikorta müəssisədən hər biri ideyadan başlamış, onu kimsə fikirləşmiş və bazara çıxarmışdır.

 

İdeya ixtiraçılıq, nou-houistedadla birlikdə əqli mülkiyyət aktivinə çevrilirbu, biznesin inkişafına, iqtisadi canlanmaya və bəşəriyyətin tərəqqisinə töhfə verə bilir”.

 

Bu gün iqtisadiyyatın dinamik inkişafı hər zaman olduğundan daha vacibdir. Bəlli olduğu kimi, kiçikorta müəssisələr milli iqtisadiyyatların əsasını təşkil edir. Buna görə də Beynəlxalq Əqli Mülkiyyət Günü bu müəssisələrin iqtisadiyyatda oynadığı əsas rola və onların daha güclü, rəqabətqabiliyyətli və dayanıqlı olması üçün əqli mülkiyyətdən necə istifadə edə biləcəklərinə həsr edilmişdir.

 

Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd etmək, eyni zamanda bizə geniş ictimaiyyətə əqli mülkiyyət hüquqlarının innovasiyalara və yaradıcılığa necə töhfə verməsi barədə danışmağa imkan verir. Ölkəmizdə 2001-ci ildən başlayaraq, bu gün qeyd olunur və hər il bununla əlaqədar silsilə tədbirlər keçirilir. Koronavirus pandemiyası ilə əlaqədar yaranan çətinliklərə baxmayaraq, bu il də Əqli Mülkiyyət Agentliyi tərəfindən belə tədbirlərin keçirilməsi planlaşdırılmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən iqtisadiinstusional islahatlar çərçivəsində görülən davamlı tədbirlərin nəticəsi olaraq bütün sahələrdə, o cümlədən əqli mülkiyyət sahəsində də əhəmiyyətli dəyişikliklər baş vermişdir. Cəmiyyətin obyektiv tələbatından doğan əqli mülkiyyət fenomeninin iqtisadiyyata yatırılan investisiyaların keyfiyyət və kəmiyyətinə, onların məhz yaradıcılığa və yenilikçiliyə cəlb edilməsi və intellektual məhsulların yaradılmasına, ümumən əqli fəaliyyətin stimullaşdırılmasına və iqtisadi yüksəlişə verdiyi töhfələrə görə rolu artmaqda davam edir. Agentlik ötən dövr ərzində ölkəmizdə bu sistemin özünəməxsus modelinin formalaşdırdığı potensiala əsaslanaraq, öz fəaliyyətini ardıcıl davam etdirmiş və sahənin dayanıqlı inkişafını təmin edən tədbirləri reallaşdırmışdır.

 

2020-ci il Azərbaycan tarixinə şanlı zəfər ili kimi daxil olmuşdur. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Ermənistanın işğalçı ordusunu darmadağın edərək işğal altındakı torpaqlarımızı azad etməklə ölkəmizin ərazi bütövlüyünü bərpa etmiş və Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur olmuşdur. Xalqiqtidar birliyinin təzahürünə çevrilən Vətən müharibəsində qazanılmış tarixi parlaq qələbə Azərbaycan xalqına sonsuz sevinc bəxş etdi, vətəndaşlarımızın qürurunu, vüqarını zirvələrə ucaltdı. Ali Baş Komandanımızın rəhbərliyi altında Vətən müharibəsində qazanılmış Zəfər əqli mülkiyyət sahəsində xidmət göstərən əməkdaşların da əzmkarlığını daha da artırmışdır.

 

Qeyd etmək lazımdır ki, iqtisadisosial inkişaf proseslərində əqli mülkiyyətin getdikcə artan əhəmiyyəti bu sahəyə daim diqqət tələb edir. Bu, özünü ilk növbədə aidiyyəti qurumların fəaliyyət planlarında, onların icra olunmasında, geniş mənada cəmiyyətin bu proseslərə qoşulmasının təşviq olunmasında göstərir. Üstəlik, müasir texnologiyaların əksəriyyətinin əqli mülkiyyət hüquqları ilə qorunması nəzərə alınmaqla istər milli, istərsə də beynəlxalq səviyyədə qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirilməsi bir vəzifə kimi qarşıda durur. Ölkəmiz də bu prosesin öncüllərindəndir. Qeyd etmək yerinə düşər ki, yalnız ötən il ərzində bu sahəyə dair Azərbaycan Respublikasının Prezidenti tərəfindən 7 Fərman imzalanmış, Milli Məclis tərəfindən 2 Qanun, Nazirlər Kabinetinin 3 qərarı və 5 sərəncamı qəbul edilmişdir. Agentlik həmin sənədlərin layihələrinin hazırlanmasında fəal iştirakçı olmuşdur. Bununla yanaşı, ölkəmizin sahə üzrə beynəlxalq əlaqələrinin və nüfuzunun təsir dairəsinin genişlənməsi baxımından əhəmiyyətli olan “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dairProtokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 5 may tarixli Qanunu qəbul edilmiş, Azərbaycan Respublikası həmin Protokola qoşulmuşdur. Bütün bunlar Azərbaycan dövlətinin əqli mülkiyyət sahəsinə necə böyük diqqət yetirməsinin bariz nümunəsidir.

 

Bu gün Azərbaycanın özünəməxsus əqli mülkiyyət modeli vardır. Bu modeli səciyyələndirən əsas xüsusiyyətlər ümummilli lider Heydər Əliyevin zəkasının məhsulu olan əqli mülkiyyət sistemi konsepsiyası, Dövlət başçısı İlham Əliyev tərəfindən onun inkişafı strategiyası, məntiqi davamı kimi - nəzəri və praktiki aspektləri vahidliyə gətirən işlək sahəvi milli qanunverici bazanın formalaşdırılması, oturuşmuşdüşünülmüş islahatlar çərçivəsində inkişaf etdirilən və sahə üzrə optimal idarəetmə strukturunun yaradılması, dərin biliklərə əsaslanan peşəkar idarəçilikdir.

 

Əqli Mülkiyyət Agentliyi əqli mülkiyyət sahəsində dövlət siyasətini həyata keçirən qurum olaraq, fəaliyyətinin əsas məqsədini möhtərəm cənab Prezident İlham Əliyevin geniş iqtisadi islahatlarının reallaşdırılmasına xidmət etməyə yönəltməklə, onun gələcəyə istiqamətlənmiş strategiyasının həyata keçirilməsi üçün ölkə rəhbərliyinin qəbul etdiyi konkret proqram və sənədləri əldə rəhbər tutur.

 

Dövlət başçısının açıqlıq və şəffaflığın təmin edilməsi barədə tapşırıqlarının icrası çərçivəsində Əqli Mülkiyyət Agentliyində yaradılmış “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sisteminin köməyi ilə sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində “vahid pəncərə” prinsipi tətbiq edilmiş, göstərilən dövlət xidmətlərinin səviyyəsi əvvəlki illərlə müqayisədə yüksəlmiş, ixtirapatent fəallığının artırılması istiqamətində tədbirlər gücləndirilmişdir. Sistemin Hökumət Ödəniş Portalına inteqrasiya olunması da istifadə rahatlığı baxımından əhəmiyyətli olmuşdur. Bu sistemlə yanaşı, yeni “Çağrı mərkəzi”nin yaradılması da sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində fəaliyyətin operativliyinin, səmərəliliyinin və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayır. Eyni zamanda patentlərin beynəlxalq qeydiyyatı üzrə PCT (Patent Əməkdaşlıq Təşkilatı) sisteminin geniş tətbiqinə diqqət gücləndirilmiş, ixtiraların və faydalı modellərin qeydiyyata alınması üzrə prosedurlar icra olunarkən “İddiaçı-ekspert” arasında elektron qaydada ünsiyyət” prinsipi tətbiq edilməyə başlamışdır.

 

Bununla yanaşı, Azərbaycanda əqli mülkiyyət sisteminin avtomatlaşdırılması layihəsi üzrə tətbiq olunan İPOA (İntellectual Property of Azerbaijan) sistemindən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının əmtəə nişanları üzrə təqdim etdiyi İPAS (İndustrial Property Automation System) sisteminə miqrasiya prosesi də yekunlaşmışdır.

 

Müasir cəmiyyətdə əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması, transferi və sənaye tətbiqi, həmçinin innovasiyalara dəstək iqtisadiyyatın dinamik inkişafına birbaşa təsir edən amillərdəndir.Bununla əlaqədar, innovativ inkişafa və əqli fəaliyyət nəticələri olan yeni texnologiyaların tətbiq olunması, texnologiyaların kommersiyalaşdırılması və transferi, kiçikorta sahibkarlığın iqtisadi rolununinnovasiya imkanlarının artırılması, texnoloji innovasiyaların stimullaşdırılması istiqamətlərində ölkəmizdə aparılan işlərə dəstək verilməsi məqsədi ilə Agentlikdə ötən il ərzində Azərbaycanın texnoloji bazarı araşdırılaraq təhlil edilmiş,KiçikOrta Biznesin İnkişafı Agentliyi ilə birlikdə kiçikorta müəssisələrin innovativ fəaliyyətinin təhlili və qiymətləndirilməsi ilə bağlı bu istiqamətdə hazırlıq işləri başa çatdırılmış,Əqli Mülkiyyət AgentliyiKiçikOrta Biznesin İnkişafı Agentliyi arasında Əməkdaşlıq haqqında Memorandum və Fəaliyyət planının layihələri hazırlanmışdır.

 

Bununla yanaşı, əqli fəaliyyət nəticələri olan texnologiyaların kommersiyalaşdırılmasında rolu nəzərə alınmaqla, Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzlərinin, o cümlədən ali təhsil və elmi tədqiqat müəssisələrində yaradılmasına dair fəaliyyətlər davam etdirilmişdir. Həmçinin əqli fəaliyyət nəticələrinin kommersiyalaşma mexanizminin təkmilləşdirilməsi məqsədilə hazırlanan xüsusi metodologiya təkmilləşdirilmiş, bu istiqamətdə “Ali təhsil müəssisələrinin innovasiya pasportu” layihəsi çərçivəsində universitetlərin konkret modullar üzrə və bütövlükdə inteqral innovasiya göstəricilərinin hesablanmasına aid metodologiya hazırlanır. Bununla birlikdə ali təhsil və elmi tədqiqat müəssisələrinə məxsus əqli fəaliyyət nəticələrinin və innovasiya layihələrinin monitorinqi aparılaraq, innovasiya sahəsində aparılan işlərlə bağlı müzakirələr davam etdirilmişdir.

 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü və Agentliyin dəstəyi ilə həyata keçirilən Texnologiyalaraİnnovasiyalara Dəstək Mərkəzlərinin və əlaqəli şəbəkənin yaradılması üzrə beynəlxalq layihə çərçivəsində universitetlərin təqdim etdikləri göstəricilər əsasında Agentlik və Təhsil Nazirliyi tərəfindən universitetlərin innovativ inkişafını dəstəkləyən və 3.0 universitet modelinə keçidini sürətləndirən birgə tədbirlər həyata keçirilmişdir. Layihə ilə bağlı elan edilmiş Respublika müsabiqəsində iştirak etmək üçün 7 universitetdən, AMEA-nın 1 institutundan və 1 sahə institutundan müraciətlər daxil olmuş, təqdim olunan sənədlərə Komissiya tərəfindən baxılaraq 6 əsas meyar üzrə dəyərləndirmə aparılmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların kommersiyalaşdırılması və transferi Mərkəzinin yaradılması əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və transferi işinə təkan vermişbu istiqamətdə atılacaq sonrakı addımlar üçün hüquqi əsas yaratmışdır.

 

Ümumiyyətlə, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və sənaye tətbiqi istiqamətində nəzərdə tutulan tədbirlər çərçivəsində il ərzində Agentliyin təşkilatçılığı və iştirakı ilə onlaynhibrid formatda 18 milli və beynəlxalq seminarkonfrans keçirilmişdir.

 

Bütövlükdə ölkəmizdə əqli mülkiyyət sahəsində görülən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, ötən il əqli mülkiyyət sahəsində fəallıq daha da artmış, əqli mülkiyyət hüquqlarının qorunması səviyyəsi yüksəlmiş, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sayəsində ixtira, faydalı model və sənaye nümunələrinə dair 3348 müraciət və ərizəyə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.

 

Sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində qeydiyyata alınmış ixtiralara görə verilmiş patentlərin sayı 2019-cu ildə olan 102-dən 2020-ci ildə 110-a çatmışdır. Faydalı modellərə dair verilmiş patentlərin sayında artım olmuşdur - 40 patent (2019-cu ildə 16).Bununla yanaşı, Dövlət reyestrində sənaye nümunələrinə dair 31 patent qeydiyyata alınmışdır. Müvafiq Dövlət reyestrində 1043 ədəd əmtəə nişanı qeydiyyatdan keçirilmiş, coğrafi göstəricidən istifadə hüquqlarına dair 2 şəhadətnamə milli iddiaçının adına qeydiyyata alınmışdır.

 

Eyni müsbət tendensiyanı müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin qeydiyyatı sahəsində də müşahidə etmək mümkündür. Ötən ildə 233 müəllifin 454 əsəri qeydiyyatdan keçirilmiş, əsərin qeydiyyatı haqqında 468 şəhadətnamə verilmişdir, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 91 müəllifin 192 əsəri qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında 197 şəhadətnamə verilmiş, 23 müqavilə qeydiyyata alınmışdır.

 

Əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı məsələlər də Agentliyin diqqət mərkəzində saxlanılmış, xüsusən proqram təminatı sahəsində hüquqpozmaların qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülmüş,pozulmuş əqli mülkiyyət hüquqlarının bərpası ilə bağlıhüquqi və fiziki şəxslərdən daxil olmuş müraciətlərə müəllif-hüquq qanunvericiliyinin tələbləri nöqteyi-nəzərindən baxılmış, dövlət və məhkəmə orqanlarından, fizikihüquqi şəxslərdən daxil olmuş sorğular, şikayət ərizələri əsasında ekspert rəyləri hazırlanmışdır. Agentliyin nümayəndələri əqli mülkiyyət obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 53 üzrə (onlardan 45-i sənaye mülkiyyəti obyektləri, 8-i isə müəllif hüquqları ilə bağlıdır) 130-dan çox məhkəmə iclasında iştirak etmiş, hər bir üzrə ekspert rəyi hazırlanmış və məhkəyə təqdim olunmuşdur. Bunlarla yanaşı, Agentliyin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apelyasiya şurası tərəfindən ötən il ərzində 79 işə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.

 

Ölkəmizdə əqli mülkiyyət sahəsində baş verən müsbət dəyişikliklər dinamikası nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Belə ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatına görə, Azərbaycan 141 ölkə arasında “mülkiyyət hüquqlarının qorunması” üzrə 37-ci və “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yeri tutur. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yerdədir və bir çox Avropa ölkələrini qabaqlayır.

 

Azərbaycanın nailiyyətləri daha bir beynəlxalq hesabatda öz əksini tapmışdır. 2020-ci ildə ölkəmiz Qlobal İnnovasiya İndeksi (Qİİ) üzrə reytinqini də yaxşılaşdıraraq, “İnnovasiya nəticələri” subindeksində “Kreativ fəaliyyətin nəticələri” bloku üzrə əvvəlki ildəki 84-cü yerlə müqayisədə 19 pillə irəliləyərk 65-ci yerə yüksəlib. Bu subindeksdə əsasən əqli mülkiyyət obyektləri ilə müəyyən edilən “Qeyri-maddi aktivlər” göstəricisi üzrə 2019-cu ildəki nəticəni (76-cı yer) 20 pillə yaxşılaşdıraraq 56-cı yeri tutur. Bu inteqral göstəricidə əqli fəaliyyət göstəriciləri, məsələn, sənaye nümunələri göstəriciləri üzrə Azərbaycan reytinqdə mövqeyini 18 pillə, “Biliktexnoloji nəticələr” blokunda “Biliklərin yaradılması” inteqral göstəricisinə görə isə 11 pillə yaxşılaşdırıb. Ölkəmiz “Rezidentlərin ixtira müraciətləri” (64-cü yer) və “Rezidentlərin faydalı model müraciətləri” (50-ci yer) kimi əqli mülkiyyət göstəriciləri üzrə də kifayət qədər yüksək sırada yer tutur.

 

Bununla yanaşı, ötən il Ümumdünya Əqli Mülkiyyət Təşkilatının rəhbər orqanlarına keçirilən seçkilərdə Azərbaycan yenidən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının fəaliyyətinin təşkilində xüsusi rolu olan Koordinasiya Komitəsinin və Proqram və Büdcə Komitəsinin üzvü, ölkəmizin nümayəndəsi isə “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası”nın Assambleyasının sədri seçilmişdir. Həmçinin Azərbaycan nümayəndəsinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Katibliyində təmsil olunmasına nail olunmuşdur.

 

Bütün bu nailiyyətlər cənab Prezidentin apardığı uğurlu islahatların gözəl nəticələridir.

 

 

 

Natiq İSAYEV,

Azərbaycan Respublikası

Əqli Mülkiyyət Agentliyinin

Aparatının rəhbəri.

 

Respublika.- 2021.- 25 aprel.- S.6.