Məqsədimiz iqtisadi
inkişafa öz
töhfəmizi verməkdir
25 aprel
- Sahibkarlar Günüdür
“...Azərbaycanda
biznes mühiti yaxşılaşır, sərmayə
qoyuluşu üçün daha yaxşı şərait
yaradılır, həm yerli, həm xarici sərmayələr
dövlət tərəfindən lazımi səviyyədə
qorunur”.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Azərbaycanın ən yeni tarixinə nəzər salsaq,
onun hər
bir məqamı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə qırılmaz şəkildə
bağlıdır. Xalqın
təkidli xahişi ilə ikinci dəfə Ali hakimiyyətə
qayıdan ulu öndər tərəfindən
həyata keçirilən
sistemli tədbirlər
nəticəsində ölkəmizdə
siyasi və makroiqtisadi sabitliyə nail
olunmuş, sahibkarlar sinfinin formalaşması üçün real hüquqi
baza yaradılmış,
dövlət tərəfindən
özəl sektora hərtərəfli dəstək
göstərilməsi tədbirlərinin
həyata keçirilməsinə
başlanılmışdır.
Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri
özəl sektorun təmsilçilərinə yüksək
diqqətin təzahürü
idi. 2002-ci ilin 25 aprel
tarixində yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşlərdə
sahibkarlığın inkişafı
yolları araşdırılmış,
bu inkişafa mane olan əngəllərin aradan qaldırılması
üçün konkret
tədbirlər müəyyənləşdirilmiş,
2002-2005-ci illər üçün
Azərbaycanda sahibkarlığın
inkişafı ilə
bağlı Dövlət
Proqramı təsdiq edilmişdir.
Məhz
bu görüşlərin
Azərbaycan sahibkarlığının
inkişafında mühüm
tarixi əhəmiyyətini,
habelə ölkənin
iqtisadiyyatında sahibkarların
artan rolunu, məşğulluğun təmin
olunmasında sahibkarlığın
inkişafının əhəmiyyətini
nəzərə alaraq,
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamına
əsasən 25 aprel -
Sahibkarlar Günü kimi təsis edilmişdir.
Bu gün Azərbaycan
biznes mühitinin əlverişliliyi, sahibkarların
rahat işləməsi
üçün ən
çox islahatlar aparan ölkələrdən
biridir. Ölkədə qeyri-neft sektorunun,
xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın
inkişafı istiqamətində
mühüm işlər
görülür. Bazar iqtisadiyyatına
keçid dövrünü
2007-ci ildə uğurla
başa vurmuş Azərbaycanda iqtisadi inkişaf və sabitliyin təmin edilməsində sahibkarlar
sinfinin rolu müstəsnadır. Bu reallığı
nəzərə alan ölkə Prezidenti milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında
özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü
sahibkarlar sinfinin daha da inkişaf
etməsinə, onların
cəmiyyətdəki mövqelərinin
güclənməsinə çalışır.
Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş
iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin tərəqqisində
mühüm rol oynayır, həmçinin
bir model olaraq iqtisadi inkişaf baxımından nümunəyə
çevrilməkdədir. Davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi,
qanunvericiliyin təkmilləşdirilməsi,
investisiya mühitinin yaxşılaşdırılması tədbirləri və dəstək mexanizmlərinin
tətbiqi sahibkarlığın
inkişafını daha
da sürətləndirmişdir.
Azərbaycanın iqtisadi sahədə böyük uğurları
ölkəmizdə aparılan
siyasətin və həyata keçirilən
islahatların əhəmiyyətini
qlobal pandemiya dövründə də aydın nümayiş etdirir. Dünyanın aparıcı iqtisadi-maliyyə
reytinq mərkəzlərinin
Azərbaycanla bağlı
iqtisadi, sosial və digər sahələrdə yüksək
reytinqlər müəyyənləşdirməsi
Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
aparılan ardıcıl
və sistemli iqtisadi siyasətin, islahatların məntiqi nəticəsidir.
2020-ci il ölkəmizdə
böyük Zəfər
ili kimi yadda qaldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
Müzəffər Ordumuzun
şücaəti sayəsində
44 gün ərzində
haqq savaşımız
qələbə ilə
başa çatdı,
30 illik işğala
son qoyuldu, tarixi ədalət öz yerini tapdı.
Mən də Vətənimizin ərazi bütövlüyünün bərpası
uğrunda Birinci Qarabağ müharibəsində
döyüşərək qazi olmuşam. İndi
qürurla fəxr edirəm ki, keçmiş
döyüşçü kimi müharibə veteranıyam.
2021-ci il isə
ölkəmiz qarşısında
tam yeni dövrün başlanğıcı kimi
xarakterizə edilə
bilər. Bu gün
həm də postmüharibə dövrünün
ilk mərhələsini yaşamaqdayıq.
Qarşıda tam yeni bir dövr dayanır
- böyük quruculuq,
inkişaf dövrü...
Düzdür, bu o qədər də asan proses deyil.
Ən azından ona görə ki, düşmən 30 il ərzində
işğaldan azad edilmiş ərazilərimizi
darmadağın edib. Azərbaycan hər şeyi yenidən başlayacaq və ona görə
də bu dövr şərəfli dövr olacaq.
Bu səbəbdən də
Prezident İlham Əliyev ilk növbədə
işğaldan azad edilmiş ərazilərimizin
bərpası və yenidən qurulması məsələsini strateji
vəzifə olaraq müəyyənləşdirib. Bu ərazilərdə dayanıqlı
məskunlaşma üçün
müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə
quruculuq-bərpa və
abadlıq işlərinin
aparılması lazımdır.
İlin əvvəlində
Prezidentin imzaladığı
növbəti mühüm
sərəncamla “Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər” proqramında
nəzərdə tutulmuş
inkişaf kursunun Qarabağa Böyük Qayıdışın təmin
edilməsi proqramı
kimi müəyyənləşməsi
İlham Əliyevin bu məsələyə nə qədər böyük önəm verdiyini göstərdi.
Yeni dönəmdə
əsas hədəflərdən
biri də işğaldan azad edilmiş ərazilərimizə
investisiyaların cəlb
edilməsidir. Prezident iştirak etdiyi
bütün konfranslarda,
keçirdiyi görüşlərdə
tərəfdaş ölkələrə,
şirkətlərə mesaj
ünvanlayaraq onları
Qarabağa investisiya qoymağa dəvət edir. Çünki Vətən müharibəsinədək
Azərbaycan bütün
investorlar üçün
ən cəlbedici məkanlardan biri sayılırdı. Bu gün isə bütün sahibkarlar üçün daha yaxşı imkanlar yaradılıb. İşğaldan azad edilmiş ərazilərimizdə istənilən
infrastruktura investisiyanın
yatırılması böyük
iqtisadi dividend gətirə
bilər.
Göründüyü kimi, qarşıdakı dövrdə ölkəmiz
qarşısında böyük
quruculuq, abadlıq işləri dayanır. Bu da əlbəttə ki, Azərbaycan tarixinə dirçəliş ili kimi düşərək yaddaşlarda
əbədi qalacaq.
Ötən il dünyanın siyasi, iqtisadi mənzərəsi
həm də ziddiyyətli olması ilə yadda qaldı. Koronavirus pandemiyasının yaratdığı
problemlər üzündən
2020-ci il dünya iqtisadiyyatı üçün “itirilmiş
il” hesab oluna bilər.
Məhz pandemiya ilə mübarizə tədbirləri
dövlətlərin iqtisadiyyatına
mənfi təsirlərini
göstərdi və sosial çətinliklər
xalqların həyatına,
dövlətlərin fəaliyyətinə
təsirsiz ötüşmədi. Azərbaycan
iqtisadiyyatında müəyyən
ləngimələr yaşansa
da, Prezidentin reallaşdırdığı qabaqlayıcı
tədbirlər, islahatlar
ölkəmizin bu çətinlikdən çox
az itki
ilə çıxmasını
şərtləndirdi.
Sevindirici haldır ki, inkişaf etmiş dövlətlərin aciz vəziyyətə düşdüyü
pandemiya şəraitində
də Azərbaycan inkişaf kursunu davam etdirir.
Son illərdə təbii
fəlakət və digər hadisələr nəticəsində zərərçəkmiş
sahibkarlara dəymiş
ziyanın dəqiq hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda onlara güzəştli şərtlərlə
kreditlərin verilməsi
sahibkarlar tərəfindən
böyük rəğbətlə
qarşılanmışdır.
Təsadüfi deyil ki, koronavirus pandemiyasının
təsirindən yaranmış
dərin maliyyə böhranı bir sıra ölkələrdə
iqtisadiyyatın tənəzzülə
uğramasına və
sosial gərginliyin artmasına gətirib çıxardığı bir
vaxtda, belə bir çətin şəraitdə Azərbaycan
hökuməti ölkə
sahibkarları üçün
dəstək mexanizmlərini
işə salmış,
pandemiyadan zərər
çəkən iqtisadi
fəaliyyət sahələrinə
Vergi Məcəlləsində
güzəştlər edilmişdir.
Eyni zamanda pandemiyanın sahibkarlara və iqtisadiyyata mənfi təsirlərinin
azaldılmasına yardım
məqsədilə Sahibkarlığın
İnkişafı Fondu
vasitəsilə maliyyə
dəstəyi də olunmuşdur.
Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə ötən ilin iyun ayından iki proqramın - kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmlərinin tətbiqinə başlanılıb. Kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin ayrılması, müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün ölkədə ilk dəfə olaraq Elektron Kredit Platforması yaradılıb və sahibkarların istifadəsinə verilib. Pandemiya nəticəsində iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən özəl bölmədə nəzərə çarpan qeyri-müəyyən vəziyyət iş adamlarının müəyyən çətinliklər yaşamasına, onların potensialının azalmasına səbəb olub. Önləyici tədbirlər çərçivəsində bu dövrdə kiçik və orta sahibkarlığın potensialının artırılması istiqamətində ucuz maliyyə resurslarına əlçatanlığı, kreditlərin verilməsi və müxtəlif dəstəkləyici tədbirlərin göstərilməsi təmin edilib, habelə daha da əlverişli investisiya şəraiti yaradılıb.
Pandemiyanın mənfi təsirlərinin qarşısının alınması üçün Prezidentin təşəbbüsü ilə təsis edilmiş Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna, “Qarabağ Dirçəliş Fondu”na və “YAŞAT” fonduna maliyyə dəstəyinin həyata keçirilməsinə sahibkarlar da qoşularaq yüksək həmrəylik nümayiş etdirmişlər.
Bu günlərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda vebinar keçirib. Qeyd edilib ki, hazırda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə Fond tərəfindən yeni maliyyə mexanizmləri, kreditlərin verilməsi şərtləri işlənib hazırlanır və yaxın gələcəkdə sahibkarlar bu məhsul və xidmətlərdən istifadə imkanı əldə edəcəklər.
Mən də bir sahibkar kimi ölkəmizdə çalışan bütün həmkarlarımı bu əlamətdar gün -Sahibkarlar Günü münasibətilə təbrik edir, dövlətimizin iqtisadi qüdrətinin yüksəlməsi üçün bütün qüvvələrini səfərbər edərək fəaliyyətlərində uğurlar arzulayıram.
Rafiq QARAYEV,
“RR Şirkətlər qrupu”nun rəhbəri,
Qarabağ qazisi
Respublika.- 2021.- 25 aprel.- S.7.