İş adamları hər zaman dövlətimizin diqqət və qayğısından bəhrələnir

 

25 aprel - Sahibkarlar Günüdür

 

Dünyanı bürüyən maliyyə-iqtisadi böhranının hələ də müşahidə olunması şəraitində bəşəriyyət koronavirus pandemiyasının yaratdığı qlobal böhranla üzləşib. Artıq ikinci ildir ki, davam edən pandemiya bizim ölkəni də sınağa çəkib. Azərbaycan Prezindenti cənab İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar, həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. İnsanlar bunu dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər.

 

 

 

2020-ci ilin yekunlarına həsr olunan videokonfransdakı nitqində möhtərəm Prezidentimiz bu barədə demişdir: “Koronavirus, əlbəttə ki, bütün dünya üçün çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu”.

 

Bu günlər adamları Sahibkarlar Gününü qeyd edirlər. Bu il qeyd olunan Sahibkarlar Günü xüsusilə əlamətdardır. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, yüksək sərkərdəlik bacarığı sayəsində 30 ilə qədər Ermənistanın işğalı altında olan torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşməndən azad edilmişdir. Əlbəttə, bir neçə ildən sonra azad olunmuş ərazilərin çal-çağırlı günləri başlayacaq, şəhər, qəsəbə və kəndlərimiz bərpa olunub yenidən qurulacaq, digər sahələrlə yanaşı, bölgədə kənd təsərrüfatı da sürətlə inkişaf edəcək. Ona görə də bir sahibkar kimi bu proseslərdə yaxından iştirak etməyi özümə borc bilirəm. Ölkəmizdə özəl sektora, adamlarına dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı pandemiya dövründə belə uğurla davam edir.

 

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi və bununla əlaqədar qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir. Ölkəmiz 50 milyard dollardan çox valyuta ehtiyatına və digər iqtisadi dayaqlara malikdir. Bu da ona imkan verir ki, bütün sosial layihələr vaxtında və uğurla icra olunsun. Müvafiq sərəncamlarla iri şəhərlərdə və bölgələrdə sənaye parklarının və məhəllələrinin yaradılması bunun əyani sübutudur. Məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak etmişdir. Son illər dövlət büdcəsinin formalaşmasında özəl sahələrdən gələn gəlirlərin xüsusi çəkisinin yüksələn templə inkişafı aparılan siyasətin müsbət nəticələrinin təzahürüdür.

 

Bu sahədə nəzərəçarpan yeniliklərdən biribudur ki, ölkəmizdə sahibkarların işinə təkan verən müxtəlif tədbirlər həyata keçirilib. Məsələn, son illər bir çox qeyri-neft məhsulları üzrə assosiasiyalar fəaliyyət göstərir. Assosiasiyalar buya digər məhsul istehsalçılarını bir araya gətirir, onların səmərəli fəaliyyətinin təmin edilməsi üçün təkliflər hazırlayırlar. Eyni zamanda, həmin assosiasiyalar sahibkarlığın daha da inkişafı, sahibkarlar üçün dövlət dəstəyinin artırılması ilə əlaqədar təkliflər də verirlər. Məsələn, ölkəmiz kifayət qədər zəngin təbii resusrlara malikdir. Münbit torpaqlarımız, əlverişli iqlim şəraitimiz var. Bu da Azərbaycanda keyfiyyətli məhsulların yetişdirilməsi və dünya bazarına çıxarılması üçün yeni imkanlar açır. Yəni ölkə Prezidentinin irəli sürdüyü məsələlər regionlarda bolluğun artmasına hesablanıb. Bu gün başlıca şərt iqtisadi fəallığın artmasıdır. Fermerlər və sahibkarlar torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar.

 

Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2022-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər dövlət dəstəyi mexanizmləri ölkəmizdə sahibkarlığın inkişafında mühüm rol oynayır. Pambıqçılıq, tütünçülük, baramaçılıq, sitrus meyvəçiliyi, çayçılıq, çəltikçilik, şərabçılıq və xalçaçılıq sahələrinin inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları və bu sahədə görülən işlər aqrar sektorun və sənayenin inkişafında, ixrac potensialının artmasında və regionlarda məşğulluq səviyyəsinin yüksəlməsində xüsusi əhəmiyyət kəsb edir. Ölkədə sahibkarlığın dəstəklənməsi, özəl investisiyaların təşviqi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, startapların, makro kiçikorta sahibkarlıq subyektlərinin yaradılması sahibkarlığın inkişafı üçün geniş imkanlar açıb. Qeyd edək ki, Dövlət proqramlarının icrası dövründə Azərbaycan arıçılar, şərab, nar, meyvə-tərəvəz, fındıq, xurma, zeytun, tütün, tekstil, çay, südsüd məhsulları istehsalçıları və ixracatçıları, qablaşdırma sənayesi, mebel, tikinti materialları və qadın sahibkarlığının inkişafı assosiasiyaları fəaliyyətə başlayıb və artıq bu sahələrin inkişafına öz müsbət töhfəsini verir. Məsələn, 2014-2018-ci illərdə 16 mindən çox sahibkarın ümumi dəyəri 2.6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox güzəştli kredit verilib, bunun 79 faizi aqrar sektorun, 21 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş güzəştli kreditlərin 30 faizi Bakıətrafı qəsəbələrin, 70 faizi isə regionların payına düşür.

 

Ümumi daxili məhsulda özəl bölmənin payı 80 faizi, məşğulluqda isə 74 faizi ötmüş, ölkə iqtisadiyyatı şaxələndirilmiş, özünütəminat səviyyəsi yüksəlmişdir. Bu gün bir çox qeyri-neft məhsullarımız “Made in Azerbaijanbrendi ilə dünya bazarına çıxarılır.

 

Məhz bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sahibkarlar Gününün təsis edilməsi haqqında 21 aprel 2016-cı il tarixli sərəncamı imzalamışdır. Həmin sərəncama əsasən aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Onu da deyim ki, bu tarix təsadüfi seçilməmişdir. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə sahibkarlığın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi taleyüklü qərarlar özəl sektorun, biznes mühitinin formalaşmasında, sahibkarlıq təbəqəsinin yaranmasında mühüm rol oynamışdır. Məhz ulu öndərin 2002-ci il aprelin 25-də ölkə sahibkarları ilə keçirdiyi görüş sahibkarlığın inkişafında yeni bir mərhələnin başlanğıcı olmuşdur. Xatırladaq ki, bundan bir az sonra mayın 14-də isə xarici adamları ilə görüşmüşdür. Bu tədbir də ölkəmizə xarici investisiya yatırımının həcminin xeyli artmasına təkan vermişdir. Azərbaycan xarici investorlar üçün cəlbedici bir ölkəyə çevrilmişdir. Beləliklə də, Sahibkarlar Gününün aprelin 25-də təsis olunması ümummilli liderin başladığı inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin daha bir əyani sübutudur. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə, sahibkarlar isə iqtisadi inkişafımızın aparıcı qüvvəsinə çevrilmişdir.

 

Ölkə rəhbəri cənab İlham Əliyevin özəl sektora diqqət və qayğısını, dövlətimizin dəstəyini bir sahibkar kimi mən də öz üzərimdə hiss edirəm. Çünki dövlətimizin adamlarına göstərdiyi dəstəkdən bizim kollektiv də yararlanır. Müəssisəmiz peşə bayramını əldə etdiyi nailiyyətlərlə qeyd edir. Bundan sonra da kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində ölkə iqtisadiyyatına öz töhfəmizi əsirgəməyəcəyik.

 

Yusif  NƏSİBOV,

“Nəzər” kənd təsərrüfatı

məhsullarının istehsalı və emalı

müəssisəsinin direktoru, sahibkar.

 

Respublika.- 2021.- 25 aprel.- S.7.