Ölkə iqtisadiyyatının inkişafında sahibkarlıq mühüm rol oynayır

 

25 aprel - Sahibkarlar Günüdür

 

Müstəqil Azərbaycanın qazandığı  uğurlar  xalqımızın ümummilli lideri Heydər Əliyevin ölməz ideyalarından güc alır. Böyük tarixi  şəxsiyyətin həyata  keçirdiyi  iqtisadi islahatları  hazırda onun ən layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev uğurla  davam  etdirir. Azad sahibkarlığın inkişafı bu islahatlar sırasında önəmli  yer  tutur. Ötən illərdə bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyən Azərbaycanda özəl bölmənin inkişafı üçün əlverişli biznesinvestisiya mühitinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

 

 

 

Ötən on səkkiz  ildə iqtisadiyyatın liberallaşdırılması, haqsız rəqabətin aradan qaldırılması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atılıb. Prezident İlham Əliyevin bu illərdə imzaladığı “Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” və digər fərmanları, sərəncamları, dövlət proqramları sahibkarlığın inkişafına güclü təkan vermiş, bu sahədə yeni mərhələ yaratmışdır.

 

Respublikamızda sahibkarlığın inkişafı mühüm dövlət siyasətinə çevrilib. Ölkəmizin uğurlarında sahibkarların rolunu xüsusi dəyərləndirən Prezident İlham Əliyev onlara süni problemlərin yaradılmasının yolverilməzliyini qətiyyətlə bildirib.

 

Bu gün Azərbaycanda özəl sektor sərbəst bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevrilib. Sərbəst bazar münasibətlərinin güzəştsiz tərəfdarı kimi Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlığın inkişafını - kiçikorta biznes şəbəkəsinin genişlənməsini təmin etmək üçün ardıcıl tədbirlər görür. Güzəştli kreditlərin ayrılması, sahibkarların səmərəliliyini yüksəltmək üçün yersiz müdaxilələrin qarşısının alınması və digər problemlərin həlli yolları düzgün araşdırılır, milli iqtisadiyyatın dinamik inkişafının daha da intensivləşdirilməsi üçün hərtərəfli zəmin yaradılır.

 

Azad sahibkarlığın inkişafına yönəldilmiş sabitlik, tərəqqi və demokratikləşmə prosesi ildən-ilə daha da güclənir, davamlı inkişafa çevrilir. Halal yolla maddi imkanlarını artıran hər bir insan üçün maneəsiz və sərhədsiz biznes mühiti yaradılıb, özəl sektorun imkanları genişləndirilib. Bunun nəticəsidir ki, özəl sektorun ümumi daxili məhsulda payı 73 faizdən 85 faizə yüksəlmişdir.

 

Hazırda sahibkarlığın dəstəklənməsi Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Müstəqilliyin ötən illərində zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznesinvestisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, özəl bölmənin inkişafına dövlət qayğısı nəticəsində ölkəmizdə geniş sahibkarlar ordusunu formalaşdırmış və bu təbəqə sosial-iqtisadi inkişafın avanqard qüvvəsinə çevrilmişdir.

 

Azərbaycanda hökm sürən əlverişli biznes mühitindən lazımınca bəhrələnən sahibkarlar ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr açmış, ölkə iqtisadiyyatına investisiya qoyuluşunu xeyli genişləndirmişlər. Hazırda Azərbaycanın adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq uğurla fəaliyyət göstərirlər.

 

Azərbaycanda sahibkarlığın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev demişdir: “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır.” Məhz bu strateji xəttə uyğun olaraq, ötən illərdə Azərbaycanda biznesinvestisiya mühitinin yaxşılaşdırılması ilə bağlı  sistemli tədbirlər həyata keçirilmiş, ölkəmizdə sahibkarlığın inkişafı üçün fundamental hüquqi baza yaradılmış, adamları dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşlar. Son illər Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı verdiyi mühüm qərarlar, imzaladığı çoxsaylı fərman və sərəncamlar bütövlükdə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına təkan vermişdir.

 

Xüsusilə qeyd olunmalıdır ki, müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyev  bazar iqtisadiyyatına keçidi dövlətimizin iqtisadi strategiyasının başlıca istiqaməti kimi müəyyənləşdirərkən ölkədə azad sahibkarlığa geniş meydan verilməsinə xüsusi diqqət göstərmişdir. Ulu öndər ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə edərək demişdir: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

 

Ulu öndərin müəyyən etdiyi sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin yüksəlişində xüsusi rolu olmuş, kiçikorta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirmişdir. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşmışdır. Sahibkarların vergi yükünün azaldılması istiqamətində tədbirlər görülmüş, mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salınmış, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlanmışdır. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradılmış və bu sahədə müvafiq dövlət proqramları qəbul olunmuşdur.

 

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznesinvestisiya mühiti yaratmaqla, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu  artmağa  başlamışdır.

 

Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmış, onlarla mütəmadi görüşlər keçirmiş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırmışdır. 2002-ci il aprelin 25-də yerli və mayın 15-də xarici adamları ilə keçirilən tarixi görüşlər isə sahibkarları cəmiyyətin avanqard qüvvəsinə çevirmişdir. Xatırladaq ki, həmin görüşlərdə ölkəmizdə sahibkarlığın inkişaf yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi həmin ilin avqust-sentyabr aylarında imzalanmış çox mühum fərman və sərəncamlarla Azərbaycanda sahibkarlığın inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.

 

Bu gün özəl bölmənin inkişafına diqqət və qayğı əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni yerlərinin açılmasına, eləcə də mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir.

 

 

 

Müşfiq MİRZƏ

 

Respublika.- 2021.- 25 aprel.- S.7.