Qəhrəman
ömrü
Cəlil
Ağaddin oğlu Cavadov da bu işıqlı dünyaya min-min diləklə, istəklə
gəlmişdi. Beşiyinin
başında yuva salmış bəxtəvərlik,
qayğısızlıq 13
yaşında onu həyatda ən
ağır sınaq qarşısında qoyur.
Hər iki valideynini itirir Cəlil. İnamlı sabahlara boylanan ümidi yaxınları, bir
də anadan
olduğu Lerik rayonunun Xəlifəküçə kəndinin xeyirxah
insanları olur. Saf, gözəl əməllərdən
öyrənib özünü
dərk edən Cəlil Vətəninə,
xalqına daha
da ürəkdən bağlanır.
2003-cü ildə kənd məktəbində
səkkizinci sinfi bitirib Cəmşid Naxçıvanski
adına liseyə gedir. Elə Vətən
sevgisi burada da Cəlili
dərindən öyrənməyə sövq edir.
Nizam-intizamı da hamıya nümunə göstərilir.
Liseyi müvəffəqiyyətlə başa vuran Cəlilin doğma Azərbaycanın sadiq, etibarlı keşikçisi olmaq eşqi onu Heydər Əliyev adına Ali Hərbi Məktəbə aparır. O, dərslərini həvəslə oxuyur, yüksək döyüş və siyası hazırlığa malik bir kursant kimi tanınır. Seçdiyi motoatıcı ixtisasına mükəmməl yiyələnir. Ali hərbi məktəbi bitirib 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrin Təlim -Tədris Mərkəzində İxtisasartırma kursunu da uğurla keçir. Və ən əsası Cəlilin Vətən məhəbbəti, düşmənə amansız nifrəti onu cəbhə xəttində xidmətə səsləyir. Baş leytenant rütbəsində canından əziz tutduğu Vətənin xidmətində durur. Daim öyrənmək, əsgərlərinə qayğı göstərmək isə əsas iş prinsipinə dönür.
Bacarığını, vətənpərvərliyini, qabiliyyətini görüb Cəlilə həmişə məsuliyyətli işlər tapşırırlar. Bu, qəhrəman üçün Vətən, torpaq naminə özünü oda, alova vurmaq sanki xoşbəxtliyin özü olur. Vaxtından əvvəl layiq olduğu kapitan rütbəsini qazananda ürəkdən sevinir. Aldığı İkinci və Üçüncü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, eləcə də “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları onu daha nümunəvi xidmətə sövq edir.
Bəli, hər an Vətən, millət üçün canından keçməyə hazır olan Cəlil Cavadovun İkinci Qarabağ müharibəsində döyüş yolu tabor komandirinin müavini vəzifəsində Füzuli, Qubadlı, Cəbrayıl və Hadrut istiqamətindən başlayır. Cəsur komandir öndə olmaqla düşmənə amansız, sarsıdıcı zərbələr endirir. Az itki ilə yağını Füzulidə darmadağın etməklə şanlı zəfərimizin əsasını qoyanlardan olur. O, daha sonra Qubadlının, Cəbrayılın bir çox yaşayış məntəqələrində ölüm-dirim müharibəsində qalib çıxır. İgid kapitan erməniləri döyüş mövqelərindən pərən-pərən salmaqla bərabər, dəfələrlə təhlükəli vəziyyətə düşən yaralı hərbçiləri müharibə meydanından çıxardır.
Oktyabrın 27-də kapitan Cavadov 14 nəfərlik qrupla Xocavənd rayonu, Cütçü kənd ərazisindəki strateji yüksəkliyi işğaldan azad etmək uğrunda hücuma keçirlər. Savaşın ən qızğın vaxtı qrupun hərbçisi ağır yaralanır. Cəlil döyüşə- döyüşə ona ilk tibbi yardım göstərir, yaralını döyüş meydanından çıxarır. Yenidən döyüşə başlayanda isə mühasirəyə düşür. Onun Vətən sevgisi, cəsurluğu, çevikliyi son nəfəsdə də özünü göstərir. Əlindəki silah-sursatla xeyli erməni faşistini gəbərdir. Ürəyinə dəyən güllə igid kapitanı susdursa da, Vətən torpağı azad olunur və yazdığı tarixlə o, xalqının qəlbində əbədi parlaq günəşə dönür. Dövlət də öz qəhrəman oğlunun sədaqətini “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə uca tutur.
Zəfər ORUCOĞLU
Respublika 2021.-
19 dekabr.- S.8.