Pənahəli xanın sarayı İmarət qəbiristanlığı erməni vandalizminə məruz qalıb

 

 

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq nümunəsi olan tikililərdən biri Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Pənahəli xanın Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilən kompleksə çox güman ki, daha çox bina daxil olub. Xan sarayı bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpusda isə mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış otaqlar var. Bu birmərtəbəli evdə eyvanlı salon mərkəzi, mərkəzi zalın önündə isə cənuba istiqamətlənmiş geniş dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış Pənahəli xan burada qonaqları qəbul etmişdir. Sarayın eyvanı üçaşırımlı arkada kimi həll edilmişdir. Oxvari tağlar bütöv daşlardan yonulmuş iri sütunlar üzərində dayanır. Ümumilikdə, eyvan binanın girişi rolunu yerinə yetirir. İmarətin ikinci binası uzunsov düzbucaq formada olub, iki otaqdan ibarətdir. Giriş qapısı pəncərələri həyətə yönəlmiş bu otaqlar da daş memarlığına xas olan tağbəndlərlə örtülüdür. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqli olaraq parad xüsusiyyətlərinə malik olmayıb, yalnız dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyır. Buna görə , Pənahəli xanın imarəti adlandırılır.

 

İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək donuz saxlanılıb.

 

Xan sarayı yaxınlığında yerləşən Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vandalizminə məruz qalıb. Pənahəli xanın, İbrahimxəlil xanın Mehdiqulu xanın türbələri Xurşidbanu Natəvanın qəbirüstü abidəsi burada yerləşir. Erməni vandalları İbrahimxəlil xanın türbəsini Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini dağıdıblar.

 

Məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.

 

Ağdam şəhərindəki Pənahəli xanın sarayının xan ailəsinin üzvlərinin dəfn edildiyi İmarət qəbiristanlığının görüntülərini təqdim edirik.

 

 

 

Respublika.- 2021.- 4 fevral.- S.5.