Leyla Əliyeva Azərbaycan əsgəri haqqında
Parlaq qələbə ilə başa çatan Vətən müharibəsi doğma torpaqlarımızın düşmən
tapdağı altından
azad olunmasıyla yanaşı, ölkədə
milli ruhun oyanışına, qürurlu,
mətin bir xalqın, sanki yeni azərbaycanlıların
doğuluşuna səbəb
oldu. Bir gözümüz hüdudsuz qələbə
sevincindən doldusa da, o biri gözümüz
haqq və ədalət savaşında
canından keçmiş
əziz şəhidlərimiz
üçün yaş
axıtdı və hamımızın qəlbində
əbədi məşəltək
alovlanacaq qürur və ağrı abidəsi – igid Azərbaycan əsgəri
abidəsi ucaldı.
AZƏRTAC tanınmış
Azərbaycan şairi Leyla Əliyevanın Azərbaycan əsgərinin
ölümsüzlüyü haqqında qələmə
aldığı şeirlərini
Salam Sarvanın tərcüməsində təqdim
edir.
ƏSGƏR
Əsgər... Ədalətə tapınan
insan.
Qəlbi Qələbənin
eşqiylə yanar.
Əsgər... Ürəyində vətən
vəfası,
Köksündə bir sükut çığırtısı var.
Güllə qabağında qırpılmaz
gözü,
Günəşin önünü dağ kəsə bilməz!
Əsgər gözəl bilir: sevginin üzü
Həqiqət nurundan heç vədə dönməz.
Qorxusuz gözləri
yırtar gecəni,
Alnına qırmızı
kölgə salar dan...
Zülmətdən qorxmağı anlamaq olar,
Dərd odur,
dərd odur Gündən qorxasan.
Eşidər Allahın pıçıltısını,
İlahi nəfəsdən
gərilər sinə.
O, yalan içində
batan dünyanın
Yükünü qaldırar çiyinlərinə.
Əsgər... Öz yurduna ilahi bir pay:
Doğulub müqəddəs gündə,
saatda.
Zalımın bu nankor, bu kor kölgəsi
Əriyər qəlbinin işığı
altda.
Gərər sinəsini şərə,
şeytana,
Elin hər daşının həyanı
olar.
Taleyi yazılmış açıq
alnını
Söykər sərhəd boyu uzanan yola.
Sancılar bayraqtək yüksəkliklərə,
Günəşə qoşulub yanan çıraqdı.
Yeriyər, yer titrər ayağı altda,
And yeri vicdandı,
and yeri haqdı.
Onun vətənindən müqəddəsi
yox,
Onun dağlarından
yoxdu ucası.
Düşür sümüyünə torpağın indi
Mətin addımların melodiyası.
Hər insan Allahın səsidir axı:
Nə qorxar qanından, nə can əsirgər.
Gözünün rəngində torpaq
qarası,
Kürəyi vətənin hasarı əsgər.
***
Bombalar səs-səsə veriblər
yenə,
Vətənin bağrından qan axır indi.
Düşmən gülləsinə tuş
olan əsgər,
Yaran qəlbin
qədər dərin,
dərindi.
Ağlayır bir ata itirmiş uşaq,
Ağlayır göylərdə Günəş
də bu gün.
Ellikcə savaşa hazırıq,
Vətən,
O dərdli uşağın
göz yaşı üçün.
Bir gün qayıdacaq yerinə hər şey,
Bir gün sevinəcək bu yurd, bu
ocaq...
Ancaq o atanın isti qucağı
Bir də o
uşağa açılmayacaq.
Elimiz qələbə sorağı
gözlər:
Gözləri yoldadı, qulağı səsdə.
Analar əlini qoyub and içir
Oğul itkisinin ağrısı üstə.
Gün gələr, o zəfər
xəbəri gələr,
Öpər igidlərin başdaşlarını.
Ata nisgiliylə qovrulan uşaq
Dəfn
elər gözündə göz yaşlarını.
Respublika.- 2021.- 5
fevral.- S.3.