VƏTƏN MƏHƏBBƏTİ, EL SEVGİSİ

 

İsti yay günlərindən biri idi. Belə bir gündə - 02 iyul 2001-ci ildə Ağcabədi rayonunun Avşar kəndində, I Qarabağ müharibəsi veteranı Hüseynov Oruc İbrahim oğlunun ailəsində bir oğlan uşağı dünyaya gəldi. Uşağın yaxınları çox sevindi. Valideynləri onun adını Fərid qoydular. Bu uşaq öz həmyaşıdlarından, hətta özündən 1-2 yaş böyük olan uşaqlardan boy-buxununa, fiziki cəhətdən çox güclü olması ilə fərqlənirdi. O, təhsilini Ağcabədi rayonunun qabaqcıl məktəblərindən biri olan M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbində almışdır. Bu təhsil ocağı onun fikri inkişafına, ümumi dünyagörüşünə olduqca böyük təsir göstərmişdir. Bu heç şübhəsiz ki, orada çalışan müəllimlərin, xüsusən məktəbin direktoru Lətafət xanım Əlizadənin böyük diqqət və qayğısının bariz təcəssümüdür. Lətafət xanım Fərid haqqında danışarkən dedi: Mən yaxşı xatırlayıram: Fərid 2017/2018-ci tədris ilinin ən yaxşı məzunlarından biri idi. Nümunəvi davranışına, fəallığına görə müəllim və şagird yoldaşlarının dərin rəğbətini qazanmışdır. Onda vətənpərvərlik, qəhrəmanlıq hissi son dərəcə çox güclü idi.

 

Fərid Hüseynov 2018-ci ildə Ağcabədi şəhər 11 saylı tam orta məktəbi müvəffəqiyyətlə bitirib. O, həqiqi hərbi xidmətə getməyi təhsilini davam etdirməkdən daha üstün bildi. Fərid vaxtından əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinin rəisi, polkovnik Ramil İsmayılovun yanına gələrək əsgərliyə getməyi ondan xahiş etmişdir. Nəhayət, çox keçmədi ki, onun böyük səbirsizliklə gözlədiyi gün gəlib çatdı: qızıl payızın ən gözəl günlərindən biri - 23.10.2019-cu il. Həmin gün şöbənin həyəti həqiqi hərbi xidmətə gedənlərlə, onları yola salmağa gələn valideynlərlə, yaxın qohumlarla, dost-tanışla dolu idi. Orada təntənəli toplantı keçirildi. Bu toplantıda rayon rəhbərləri, ağsaqqallar, adlı-sanlı ziyalılar iştirak edirdilər. Hər kəsin mimikasında açıq-aşkar bir sevinc, fərəh hiss edilirdi. Belə bir fərəh hissi bu sətirlərin müəllifinin üz-gözündə öz əksini tapmışdır. O, toplantıda çıxış edərkən demişdir: Düz 18 il bundan öncə Ulu Tanrıdan ən böyük istəyim, arzularımdan biri bu olmuşdur ki, ilk nəvəm Fəridin əsgərliyə bu yerdən yola salınmasında iştirak edim. İndi yaradanımıza çox şükür edirəm ki, bu arzuma nail oldum. Çıxış edənlər bildirdilər ki, siz hər an məsuliyyəti dərindən dərk etməli, dövlətimizə, Vətənimizə layiq gənclər kimi yetişməlisiniz. Bu Sizin başlıca həyat meyarınız olmalıdır. Bunun üçün hərbi hissə rəhbərliyinin bütün tapşırıqlarını dərhal, sözsüz yerinə yetirməyə hər zaman hazır olmalısınız. Çox tez bir zamanda hərbi texnikalardan, müxtəlif növ döyüş silahlarından istifadə etmə qaydalarına dərindən yiyələnməyə, mənimsəməyə xüsusi diqqət yetirməlisiniz.

 

Bir müddət keçəndən sonra Fərid zəng edib hərbi hissədə keçiriləcək andiçmə toplantısının vaxtını bildirdi. Müəyyən edilmiş vaxtda andiçmə mərasimində iştirak etmək üçün hərbi hissəyə gəldik. Toplantıda iştirak edən hər kəs sevincli günlərini yaşayırdılar. Respublikamızın müxtəlif bölgələrindən gələn həmvətənlərimiz bir-biri ilə tanış olurdu. Yol boyunca iri lövhələrə ulu öndərimiz Heydər Əliyevin möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin vətən, ordumuz haqqında yazılmış müdrik kəlamlarını oxuyurdular. Hərbi hissənin həyəti olduqca təmiz, zövqlə əkilmiş müxtəlif növ həmişəyaşıl ağaclar da hər birimizin qəlbində şirin xatirəyə çevrilib. Valideynlər sıra ilə düzülmüş əsgərlərə baxaraq qürur hissi keçirirdi.

 

“N” hərbi hissədə şərait, nizam-intizam əsgərlərə diqqət qayğı yüksək səviyyədədir. Bu peşəkar hərbçi, hərbi hissənin komandiri, polkovnik Şahin Qəhrəmanovun bilavasitə təşkilatçılıq fəaliyyətinin hər gün apardığı ideya-siyasi işlərdə tələbkarlığın nəticəsidir.

 

Fərid çox keçmədi, komandirlərinin dərin hörmətini qazandı. Məhz elə buna görə o, 6-cı bölüyə manqa komandiri təyin edildi. Bundan sonra onun məsuliyyəti daha da artdı. O, manqa komandirləri içərisində fərqlənməyə daha böyük səy göstərirdi. Hərbi hissədə qazandığı təcrübə cəbhəyə gedərkən öz bəhrəsini verdi. O, gecəsini gündüzünə qataraq qəddar, zülmkar erməni faşistlərinə qarşı amansız ölüm-dirim mübarizəsi aparırdı. Fəridin ilk döyüş yolu Füzuli rayonundan başladı. Bu rayonun bir çox kəndlərinin işğaldan azad edilməsində böyük şücaət göstərdi. Sonra bu igid döyüşçü yoldaşları - Əliyev Elnur, Kəsəmənli Elməddin, Əliyev Afiq, Atayev Elçin, Yolçuyev Arzu, Quliyev Yəhya, Səmədov Şahin, Allahverdiyev Pərvin, Hidayətov Ramin, Əliyev Abbas, Məmmədov Azər, Qasımov Alim başqaları ilə birlikdə düşmənin xeyli sayda canlı qüvvəsini hərbi texnikalarını məhv etdilər.

 

Bir müddət xəbər tuta bilmirdik. Fəridin yaxınları da ağır, həyəcanlı günlərini yaşayırdı. Oktyabrın 13-dən 17-nə kimi Fərid haqqında heç bir məlumat yox idi. Onlara oktyabrın 18-də Müdafiə Nazirliyindən məlumat verdilər ki, Fərid döyüşdə yaralanıb, Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Doğrusu, buna heç kim inanmadı. Onlar bu məlumatı yuxu kimi yozurdular. Ona görə Fəridin yaxınları dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına gəldilər. Xəstəxananın həyəti adamlarla dolu idi. Onlar biri-birinə təskinlik verərək deyirdilər: “Təki Vətənimiz, Prezidentimiz sağ olsun; yaxşı ki, bu igid balalarımız varmış. Onlar vətənimizə, dövlətimizə, möhtərəm Prezidentimizə, Ali Baş Komandanımıza vicdanla, sədaqətlə xidmət edirlər. Bu şərəfli yolda igid balaları şəhid, qazi olan biz valideynlər özümüzü xoşbəxt sanmalıyıq. Çünki, biz Vətənimizə layiqli, cəsur oğlanlar böyütmüşük”. Belə bir vaxtda xəstəxananın ağxalatlı işçilərindən biri Fəridi xəstəxananın qapısından qohumlarına göstərdi. Bununla da onların intizarına, həyəcanlı günlərinə son qoyuldu. Məlum oldu ki, Fərid 17.10.2020-ci il tarixdə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən özü iki yerindən - sol yanından sol qolundan, döyüş yoldaşları - Ramiz Sadıqlı, Məhərrəmli Ümid isə qıçlarından yaralanmışdır. Fərid özü al-qan içində ola-ola birtəhər hərəkət edərək onları maşına mindirib onlarla birlikdə Füzuli Rayon Mərkəzi Xəstəxanasına gəldi. Fərid bir müddət xəstəxanada müalicə olundu. Artıq o, özünü yaxşı hiss edirdi. Yaraları tam sağalmasa da, cəbhəyə yenidən qayıtmaq istəyirdi. Özünün xahişi, tələb təkidi, habelə sağalmış yaralarının o qədər təhlükəli olmamasını həkim nəzərə alaraq onu xəstəxanadan buraxdı. Fərid yenidən döyüş yolunu Zəngilan, Qubadlı istiqamətində davam etdirdi. O, Qubadlının işğaldan azad olunmasında böyük fədakarlıq göstərərək peşəkarlığını, Vətənə, dövlətə olan sonsuz sevgisini bir daha sübut etdi. 

 

Adı tariximizin qəhrəmanlıq səhifəsinə əbədi, qızıl hərflərlə həkk olunan möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız, böyük, qüdrətli Sərkərdəmiz İlham Əliyev onun yetişdirdiyi, mətinləşdirdiyi zabit əsgərlərimiz erməni faşistləri üzərində tarixdə şanlı qələbə qazanaraq onları işğal olunmuş torpaqlarımızdan qovub çıxardılar. İndi Fərid fəxr edir, qürur, iftixar hissi keçirir ki, o da bu Odlar Yurdu ölkəsinin vətəndaşı olaraq, Vətən müharibəsində böyük fəallıq göstərmişdir. Onun həyatında ən sevindirici, unudulmaz günlərdən biri möhtərəm Prezidentimizin Sərəncamı ilə döyüşlərdə fərqləndiyi üçünCəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasın görəHərbi xidmətlərə görəmedalları ilə təltif edilmişdir. O, müharibə xalqımızın qələbəsi ilə başa çatandan sonra yenidən “N” saylı hərbi hissəyə qayıdaraq öz şərəfli əsgərlik xidmətini davam etdirməyə başladı. Ona hərbi hissənin komandiri 10 gün məzuniyyət verdi. O, evlərinə gələrkən yol üstə qalib ordunun 3 medallı əsgərini gənclər əllərində möhtəşəm Bayrağımızı dalğalandıra-dalğalandıra, təntənə ilə qarşıladılar. Bütün bunlar bir daha el-obanın Fəridə göstərdiyi böyük hörmət ehtiramının daha bir əyani təzahürüdür.

 

Vətən müqəddəsdir. Hər kəs öz doğma Vətənini tükənməz məhəbbətlə sevməli, elinin, obasının sevimlisinə çevirilərək dərin rəğbətini qazanmalıdır. Bu xüsusiyyətlər Vətən müharibəsində həmişə öndə gedən, bütün əməliyyatlarda fəallıq göstərən cəsur əsgərimiz Fərid Hüseynovun simasında öz bariz təcəssümünü tapıb. İndi Fərid gənclik illərinin ən gözəl çağlarını yaşayır. Vətən məhəbbəti, el sevgisi onun həyat meyarıdır. Bu onun gələcək inkişaf yüksəliş yollarında bir mayak kimi daim işıq saçacaq.

 

Mürəkkəb döyüş əməliyyatının fəal iştirakçısı olan Fərid Hüseynovun səhhətində müəyyən problemlər yaranıb. Buna görə o, hazırda Müdafiə Nazirliyinin Hospitalında müalicə olunur. Başqa həmkarları kimi onun da müalicəsi yüksək səviyyədə aparılır. İnşallah, bu igid əsgərimizin tezliklə müalicə müddəti qurtaran kimi yenidən öz hərbi hissəsində Vətənə xidmət borcunu peşəkarcasına davam etdirəcək.

 

Ədalət QARABAĞLI

 

Respublika.- 2021.- 6 fevral.- S.6.