Professor Aygün Attar Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü təyin olunub

 

Aygün Həşimzadə Attar Qubadlı rayonunda anadan olub. Uşaqlıq illərini Qubadlıda keçirən Aygün xanım 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib. Azərbaycan siyasi mühacirətinə dair Azərbaycan tarixşünaslığında ilk elmi axtarış üzrə dissertasiya müdafiə edən həmyerlimiz, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiə edib. 1990-cı ilin əvvəllərindən Türkiyədə yaşayan professor Aygün Attar Türkiyə vətəndaşıdır. Evlidir üç övlad anasıdır. Ömrünün 30 ilini Türkiyədə yaşayan soydaşımız Türkiyə cəmiyyətində böyük nüfuz qazanıb. Görkəmli azərbaycanlı alim, professor Aygün Attar 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Universitetdə çoxlu sayda Beynəlxalq simpoziumlar elmi fəaliyyətlər təşkil edib. 2012-ci ildə, Rumıniyada Qara dənizlə həmsərhəd olan 12 ölkənin 104 universitetindən ibarət olan, Qara dəniz universitetləri şəbəkəsininGörkəmli Töhfə” , 2014-cü ildə isə İngiltərədə Oxford Socrates mükafatlarına layiq görülüb. Girəsun Universitetində UNESCO ilə birlikdəSosial Bərabərlik Qadınların Gücləndirilməsibölümünü qurub sözügedən bölümə rəhbərlik edib. Aygün Attar sonra Türkiyə Cümhuriyyəti Baş Nazirliyində Türk Dünyası ilə bağlı fəaliyyət göstərib.

 

Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik Xarici Siyasət Komissiyasına ilk bir azərbaycanlı olaraq üzv seçilməmdən qürur duyuram”. Bu sözləri müxbirimizə müsahibəsində professor Aygün Attar söyləyib. O, belə bir təyinatın Azərbaycana göstərilən hörmət ehtiram kimi dəyərləndirildiyini bildirib. Şuranın əsas vəzifələri Türkiyənin təhlükəsizliyinə hədəf olan amillərə qarşı siyasi nəzəriyyələri inkişaf etdirmək bölgədə Türkiyənin beynəlxalq münasibətlərini tənzim edən xarici siyasət proqramının əsasını təsis edən nəzəriyyələri həyata keçirmək təkliflər verməkdən ibarətdir. Bu şuradakı təməl prinsipim əsasən Türkiyə Azərbaycanın dövlət mənfəətlərinin qorunmasına xidmət etmək olacaq deyir soydaşımız.

 

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi fəallıq göstərən Aygün Attar ömrümün 30 ilinin bütün elmi fəaliyyətini Qarabağ məsələsinə həsr etdiyini söyləyir. Onlarca kitab yüzlərlə məqalənin müəllifidir. Onun müəllifi olduğu 2 kitab Azərbaycan Təhsil Nazirliyinin qərarı ilə Azərbaycan universitetlərində dərslik olaraq istifadə olunmaqdadır. Uzun illərin əməyi bəhrəsi olanErməniçilik müasir dövrün böyük problemi kimiadlı kitabı türk ingilis dilində nəşr edilmişdir. Kitab Avropada ingilis dilində nəşr edildikdən sonra erməni diasporu tərəfindən etirazla qarşılanmışdır. O, Ermənistanın işğalçı siyasəti, erməni terrorunun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yorulmadan çalışıb. Aygün Attar qorxmaz Azərbaycan qadını, tarixçi həm qətiyyətli bir mübarizdir. Azərbaycanı təhqir edən HDP başqanı Səlahəddin Dəmirtaşın TBMM-nin üzvü olan millət vəkili erməni əsilli Garo Paylanın məhkəməyə verilməsi onun cəsurluğundan xəbər verir. Aygün Attar xaricdə yaşayan azərbaycanlıların bir simvoludur. Onun gördüyü işlər bütün azərbaycanlılar üçün bir nümunədir.

 

A.Attar davamlı elmi yaradıcılıqla bərabər, diaspor işləri ilə də fəal şəkildə məşğul olur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvüdür. O, 2019-cu ildə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin bərpa etdiyi Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri vəzifəsini icra edir. Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi fəallıq göstərib.

 

Professor A.Attar Türkiyə, Azərbaycan və xarici mediada müntəzəm olaraq diaspor mövzusunda çıxışlar edib. Bu çıxışlarında o, Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin vahid konsepsiya əsasında əlaqələndirilməsi və onların təşkilatlanma prosesinin sürətləndirilməsi, beynəlxalq müstəvidə vahid mövqedən çıxış etmələrinin vacibliyindən bəhs edib. Onun diaspor sahəsində gördüyü , Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki aktiv fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də diqqətindən kənarda qalmayıb. Dövlətimizin başçısının 2016-cı ilin iyun ayında imzaladığı sərəncamla A.Attar xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Aygün Attar Hərbi Tarix Komissiyası, Avstriya Türk Elm OfisiDünya Türkləri Konqresinin üzvüdür.

 

Esmira Yazkan ASLANOVA,

 

Respublika” qəzetinin

 

Türkiyə üzrə müxbiri.

 

Respublika.- 2021.- 9 fevral.- S.6.