Qəhrəmanlıq nümunəsi

 

Məmməd Rəhman oğlu Zamanlı 3 avqust 1998-ci ildə Naxçıvan MR Şərur rayonunun Püsyan kəndində dünyaya göz açmışdır. Anadan olanda hamıdan çox babası Məmməd kişi sevinmişöz adını nəvəsinə verərək: “Məmməd mənim adımı şərəflə daşıyacaq” - demişdir.

 

Baba çox xeyirxah bir insan idi. O, 1941-1945-ci illərdə II Dünya müharibəsində, oğlu Rəhman isə Birinci Qarabağ müharibəsində iştirak etmişdir. R.Zamanov 1996-cı ildə ordudan tərxis olunduqdan sonra DİN-in sıralarında çalışmış 2014-cü ildə qüsursuz xidmətinə görə təqaüdə buraxılmışdır.

 

Nəvə Məmməd Zamanlı 2004-cü ildə Məmməd Əsgərov adına Püsyan kənd orta məktəbinin I sinfinə getmiş, 2012-ci ildə IX sinfi müvəffəqiyyətlə bitirib, Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə daxil olur.

 

Liseydə tədris prosesində kursantların vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verilərək, onlara milli ruhun təlqin olunması, tariximizə, dilimizə, mədəni irsimizə, dövlət atributlarına hörmət ehtiram hisslərinin aşılanması daim diqqət mərkəzində idi. Məmməd 2015-ci ildə Liseyi bitirib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. 2019-cu ilin iyul ayında təhsilini başa vurub leytenant rütbəsi alır Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə artilleriya üzrə taqım komandiri vəzifəsində xidmətə başlayır. Ona tapşırılmış işlərin öhdəsindən bacarıqla gəldiyinə görə 2 fevral 2020-ci il tarixdə baş zabit vəzifəsinə təyin olunur.

 

27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu yerləşən mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar müxtəlif artilleriya qurğularından intensiv atəşə tutdu. Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Elə İlk gündən leytenant Məmməd Zamanlı Füzuli istiqamətində gedən döyüşlərdə əsgərlərlə yanaşı döyüşüb düşmənə sarsıdıcı zərbələr vuraraq, əzəli əbədi torpaqlarımızı yağı düşməndən azad edirdi. Düşmən tərəf onların qarşısında dayana bilmir döyüş mövqelərini tərk edərək qaçırdı.

 

Düşmən əsgərlərimizi top yağışına tutdu. Cəsur komandir vaxt itirmədən əsgərləri cəld səngərə yığsa da, öz həyatını xilas edə bilmədi. Onlara yaxın yerdə partlayan mərminin qəlpələri ətrafa yayıldı. Məmməd ağır xəsarət alaraq, Vətən uğrunda qəhrəmancasına şəhid oldu. Onun nəşi Heydər Əliyev adına Azərbaycan Hava Limanından böyük izdihamla doğulub boya-başa çatdığı Naxçıvana yola salındı. Hava Limanında Vətənin qəhrəman oğlunun nəşi böyük hörmət ehtiramla qarşılanaraq, Şərur rayonunun Püsyan kənd qəbiristanlığında dəfn edildi.

 

Şəhidlər ölmür. Onlar bir xalqın, millətin, el-obanın qürur yerinə çevrilir, cismən həyatdan köçsələr , xalqın qəlbində özlərinə əbədi məskən salır, eləcə adları Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılır.

 

Leytenant Məmməd Rəhman oğlu Zamanlı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edərək, düşmənin canlı qüvvəsinin döyüş texnikasının məhv edilməsində rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə vicdanla yerinə yetirdiyinə görə (ölümündən sonra) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 25 dekabr 2020-ci tarixli sərəncamları iləAzərbaycan Bayrağıordeni, “Vətən uğrundaFüzulinin azad olunmasına görəmedalları ilə təltif edilmişdir.

 

Şəhidin atası Rəhman Zamanov: “Məmməd uşaq vaxtı taxtadan avtomat düzəldir, atamın orden medallarını da sinəsinə vurub, uşaqlarlagüllə-gülləoynayırdı. Ondan soruşanda, böyüyəndə kim olacaqsan? Məmməd qürurla cavab verirdi ki, hərbçi olacağam.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz 44 gün ərzində Ermənistanı məğlub edərək, şəhidlərimizin qisasını aldı işğala son qoydu.

 

2020-ci il 10 dekabr tarixində Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradına ailə üzlərim dəvət aldı paradda iştirak etdik. Tribunanın önündən əsgər zabitlərimiz keçdikcə, onlara baxıb fərəhlənirdik. Sanki Azərbaycan Silahlı Qüvvələri düşmənə bir daha öz gücünü nümayiş etdirirdi.

 

Zəfər paradından sonra Məmmədin xidmət etdiyi “N” saylı hərbi hissəyə getdik. Onun döyüş yoldaşları, əsgər zabitlər bizi hörmətlə qarşıladılar. Hissə komandiri oğlum Məmmədin Vətən müharibəsində göstərdiyi şücaətdən danışdı onun şəhid olduğu yerə getdik. Məmmədin ən böyük arzusu torpaqlarımızı yağı düşməndən azad etmək idi. İşğaldan azad olmuş sahələrə baxanda göz yaşlarımızı saxlaya bilmədik. Əyilib Məmmədin qanı töküldüyü torpaqdan öpdük ora tər qərənfillər düzdük. Möhtərəm Prezidentimiz xalqa müraciətində demişdir: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq”.

 

Şəhidin anası Firəngiz Zamanova: “Məmməd balaca vaxtından mərd, qoçaq cəsur bir övlad idi. Həmişə yaşıdları ilə oynayanda fərqlənirdi. Onlara göstərişlər verirdi. Oyundan həmişə qalib çıxırdı. Sonra böyüdü hərbi məktəbə daxil oldu. Oranı yüksək səviyyədə bitirdi. Çox dözümlü, çətinliklərə sinə gəlirdi. Gözəl, hörmətli komandir olmuşdu. Oğlumu vətənpərvər ruhda böyütmüşəm. Vətənin keşiyində mətin durdu. Qanının son damlasına qədər döyüşdü. Düşmənə ağır itkilər verdi. Əsgərlərin həyatını ölümdən xilas etsə , özü Vətən uğrunda qəhrəmancasına şəhid oldu. Qəhrəmanlar unudulmur. Məmmədin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqehtiramla yad ediləcəkdir”.

 

Məmməd Zamanlının ibtidai sinif müəllimi olmuş Fərqiyyə Məmmədova: “Ot öz kökü üstə bitər” - deyiblər. Məmmədin babası II Dünya müharibəsində, atası isə Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Məktəbimizin digər məzunu məzunu Fərhad Səyyad oğlu Mirzəyev 18 may 1992-ci ildə Sədərək uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Məktəbimizdə onun şəhid olduğu gün anım tədbiri keçirilir və əziz xatirəsi yad edilir. Bu cür tədbirlərin keçirilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsinə mühüm töhfə verir. Məmməd məktəbdə keçirilmiş tədbirlərdə fəal iştirak edər və vətənpərvərlik mövzusunda yazılmış şeirlər söylərdi.

 

Vətənpərvərlik, yurd sevgisi onun qanında və canında idi. Naxçıvanın uzun illər blokada şəraitində qalması, Qarabağonun ətraf ərazilərinin erməni quldurları tərəfindən işğal olunması onun qəlbini sıxırdı. O, istədiyi ali məktəbə yüksək bal toplayaraq daxil ola bilərdi. Ancaq ailənin tək oğlu olsa da, hərbçi peşəsini seçdi. Vətən müharibəsi başlayan andan döyüşlərə qatıldı və əsgərlərin həyatını xilas edərkən qəhrəmancasına şəhid oldu. Onun və digər qəhrəmanlarımızın göstərdiyi fədakarlıqlar gənclərə örnək olacaqdır.

 

2020-ci ildə məktəbin IX sinfi bitirmiş məzunlardan Zülfüqar Tağıyev, Əli Qasımov, Həsənalı İmanov və Əli Qafarov şəhid leytenant Məmməd Zamanlının yolunu davam etdirərək, Heydər Əliyev adına Hərbi Liseyə daxil olublar. İnanırıq ki, onlar təhsilini uğurla başa vurub, vətən qarşısında borclarını layiqincə yerinə yetirəcəklər”.

 

Kamil İSMAYILOV

 

Respublika.- 2021.- 13 fevral.- S.5.