Uzunmüddətli strateji əməkdaşlıq qururuq

 

Son illər Azərbaycan iqtisadiyyatında davamlı, sabit, sürətli, dinamik inkişaf özünü qabarıq şəkildə göstərir. Ölkəmizdə iqtisadi sahədə həyata keçirilən islahatlar, sosial-iqtisadi uğurlar bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, qeyri-neft sektorunun davamlı tərəqqisinə əlverişli zəmin yaradıb. Bu prosesə yerlixarici investisiyaların, müasir texnologiyaların cəlb olunması ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlib. Ölkəmizdə uzun illərdir fəaliyyət göstərən xarici investorlardan biri də KPMG şirkətidir.

1998-ci ildən Azərbaycanda bir çox banklara, maliyyə qurumlarına, eləcə də tikinti, neft-qaz, telekommunikasiya və digər aparıcı sahələrdə fəaliyyət göstərən müəssisələrə audit, vergi, hüquq, məsləhət xidmətləri göstərən peşəkar firma KPMG haqqında şirkətin rəhbəri Murat Karakasdan oxucularımıza ətraflı məlumat verməyi xahiş etdik:

 

 

– Mərkəzi ofisi Niderlandda - Amsterdamda yerləşən KPMG, Azərbaycan da daxil olmaqla 146 ölkədə fəaliyyət göstərir. Şirkət “Böyük Dördlükadlanan dünyanın 4 nəhəng audit şirkətlərindən biri olub, adı (KPMG) qurucularının soyadlarının ilk hərflərindən ibarət bir ixtisarlardır: “K” - Piet Klynveld, “P” - William Barclay Peat, “M” - James Marwick, “G”- Reinhard Goerdeler. KPMG dünyanın ən qabaqcıl peşəkar xidmət şəbəkələrindəndir. Bizim bütün firmalarımızda ümumilikdə 227 000 əməkdaşımız sahibkarların, dövlətlərin, ictimai sektor qurumlarının, qeyri-hökumət təşkilatlarının ehtiyaclarını qarşılamışdır. KPMG firmaları audit və əminlik, kapital bazarları sektorlarında öz fəaliyyəti ilə xidmət göstərir. Biz gördüyümüz hər işi müştərilərə ən keyfiyyətli, mükəmməl göstərməyə, peşəkar, şəxsi anlamda nümunəvi davranış və əməllərimizlə ictimaiyyətin etibarını qazanmağa çalışırıq. Həm şirkət, həm də fərd olaraq bizim hər birimizin bir hədəfi vardır. Biz özünə inam aşılayır və müsbət dəyişiklikləri dəstəkləyirik. KPMG mədəniyyəti bizim dəyərlərimizə əsaslanır. Açıq və dürüst münasibət qurmaq siyasətimiz etibar və əməkdaşlığa yol açır, çevikliyimiz və çoxşaxəliliyimiz isə insanların biliklərini paylaşaraq qarşılıqlı inkişafı və təkmilləşmə üçün münbit mühit yaradır.

Siz böyük təcrübəyə malik peşəkar olaraq karyeranıza 1995-ci ildə “KPMG - Türkiyə” ilə başlamısınız və 2017-ci ildən Bakı ofisindəki yeni idarəedici partnyor vəzifəsində çalışan rəhbər kimi, Azərbaycanda gələcək planlarınız və layihələrinizdən danışardınız.

– 1995-ci ildə karyerama “KPMG - Türkiyə”də start verməyim mənə həm yerli, həm beynəlxalq səviyyədə istehlak bazarlarında, telekommunikasiya, nəqliyyat və tikinti sahəsində fəaliyyət göstərən şirkətlərlə geniş təcrübə toplamaq imkanı verdi. Sonradan “KPMG - İnternatinalda MHBS Təhlilçi Partnyor (Reviewing Partner) akkreditasiyası alaraq mən iri rusxarici şirkətlər üçün RAP, MHBS və ABŞ-ın GAAP standartlarına uyğun audit və maliyyə hesabatlarının hazırlanmasında dəstək xidməti üzrə geniş təcrübə qazandım. Müxtəlif bazarlarda belə geniş təcrübə qazanmağım mənə 2014-cü ildə “KPMG - Rusiya” və MDB daxilində Türk bürosu təsis edərək Rusiya və MDB ərazisində fəaliyyət göstərən və investisiya yatırmağı düşünən türk şirkətlərinə audit, vergi və məsləhət xidmətləri göstərməyə daha ciddi fokuslanmaq imkanı verdi. Mən hər zaman dərklə görərək təcrübəni addım-addım artırmağın gücünə inanmışam və bu yanaşma bizim “KPMG - Azərbaycan”da hədəflərimizə çatmaq üçün tətbiq etdiyimiz strategiyanın əsasında dayanır. 1998-ci ildən ölkədə fəaliyyət göstərən bir şirkət kimi KPMG müştərilər, insanlargeniş mənada cəmiyyət üçün müsbət, dayanıqlı dəyişikliklərə təkan verən şirkət olaraq tanınmışdır. Biz təcrübəmizi genişləndirərək bazar daxilində uzunmüddətli strateji əməkdaşlıqlar qurmağı planlaşdırırıq. “KPMG - Azərbaycan” fəaliyyət göstərdiyi bütün bu illər ərzində ən çox arzulanan yerlərindən biri olub. Dolğun təcrübəsi qazanmaqla KPMG işçiləri qısa müddətdə çox şey öyrənir və bu öyrənmə prosesi stabil inkişaf edir. KPMG-nin daxili internet platforması bilik mənbəyi olaraq zəngindir və bundan başqa, burada işçilərin bacarıqlarını artırmaları üçün çoxlu sayda təlimlər keçilir.

– KPMG Azərbaycanda telekommunikasiya, biznes proseslərin optimizasiyası sahəsində səmərəliliyin artırılması, yüksək nəticələrin və dayanıqlılığın əldə olunması istiqamətində hansı layihələr həyata keçirir?

Bilirsiniz, deyərdim ki, ümumiyyətlə müasir dövr, elmi-texniki tərəqqi və innovasiyaların inkişafı fonunda dayanıqlıq və inkişafın təmini məqsədilə biznes proseslərin beynəlxalq təcrübə əsasında optimallaşdırılması böyük əhəmiyyətə malikdir. Bu sahədə təqdim etdiyimiz xidmətlər paketi özündə kompleks yanaşmanı ehtiva edir. Burada istər uzunmüddətli stratejibiznes planlarının hazırlanması, idarəetmə və institusional sistemin qiymətləndirilməsi, cari idarəetmə sistemindən hədəflənmiş əməliyyat modelinə keçidin təmini məqsədilə tədbirlər planının hazırlanması və icrasına dəstək, korporativ idarəetmə standartlarının tətbiqi, informasiya təhlükəsizliyi və s. sahələrdə müxtəlif layihələr icra olunur.

– Kölgə iqtisadiyyatı ilə mübarizə aləti kimi nağdsız ödənişlərin payının artması və bank sektorunun inkişafı üçünkimi təklifləriniz ola bilər?

Qeyd etdiyiniz bütün məsələlərin öz aralarında sıx bağlılığı olsa da, əvvəlcə bu məqamları ardıcıllıqla təhlil etmək istərdim. İlk öncə, vurğulayım ki, kölgə iqtisadiyyatı ilə mübarizə daimsistemli şəkildə aparılanda daha yaxşı nəticələr əldə etmək mümkündür. Ticarət prosesində və ya iqtisadi münasibətlərdə hesablaşmaların nağd şəkildə aparılması öz-özlüyündə kölgə iqtisadiyyatını şərtləndirən amil olmasa da, bu prosesi sürətləndirə biləcək imkan rolunu oynaya bilər. Hesablaşmaların nağdsız qaydada aparılması şübhəsiz ki, iqtisadi fəaliyyətin qeyri-qanuniya kölgədə aparılması şəraitini əhəmiyyətli şəkildə azaldır. Bundan əlavə, kölgə iqtisadiyyatı ilə mübarizənin yalnız məhdudlaşdırıcı və ya cəza vasitələri ilə deyil, həmçinin stimullaşdırıcı tədbirlərlə aparılması qarşıya qoyulmuş hədəflərə doğru daha inamla irəliləməyə imkan verir. Bu baxımdan, Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizədə stimullaşdırıcı tədbirləri təqdirəlayiq hesab edirik. Bu növ tədbirlərə bəzi kateqoriyalara aid olan muzdlu işçilərin gəlirlərinə şamil olunan müvəqqəti vergi azadolmaları, ƏDV geri qaytarılması mexanizmis. kimi təşəbbüsləri göstərmək olar. Eyni zamanda, biznes nümayəndələri ilə nəzarətçi dövlət orqanları arasında təmasın, yoxlama mexanizmlərinin elektron formada aparılması sahibkarlıq subyektlərinə əməliyyat fəaliyyətlərində məsrəflərin azaldılmasına, vaxta qənaət olunmasına və nəticə etibarilə daha səmərəli iqtisadi fəaliyyəti həyata keçirmələrinə münbit şərait yaradır.

– Azərbaycanda təsis edilmiş vergi ombudsmanı institutu haqqında nə deyə bilərsiniz?

– Azərbaycanda vergitutma sahəsində qanunvericilik və inzibatçılığın təkmilləşdirilməsi, inkişafı istiqamətində son dövrlərdə aparılan işləri müsbət qiymətləndiririk. Xüsusilə son 3 ildə bu işlər daha intensiv, səmərəli aparılmış və əldə olunan nailiyyətlər vergi ödəyicilərinin gündəlik işində müsbət təsirini göstərməkdədir. Vergi ombudsmanı (“Ombudsman”) institutunun yaradılması da məhz bu qəbildən olan islahatlar sırasına aid edilə bilər.

Bildiyiniz kimi, vergi ombudsmanı institutu 2019-cu ildə təsis edilmişdir. Ombudsmanın əsas fəaliyyət istiqaməti vergi ödəyicilərinin hüquqlarının pozulmasının qarşısının alınması pozulmuş hüquqların bərpasıdır. Vergi ombudsmanı konsepsiyası dünya təcrübəsində geniş yayılmış beynəlxalq təcrübədə bu məsələyə vahid yanaşma mövcud deyildir. Başqa sözlə desək, hər bir ölkə özünün qanunvericilik sisteminə, vergi inzibatçılığı strukturuna daha uyğun modeli seçməkdə sərbəstdir. Azərbaycanda tətbiq olunan modelə əsasən, Ombudsman vergi orqanının daxil olduğu qurumun rəhbəri tərəfindən təyin edilən, bilavasitə ona tabe olan hesabat verən, habelə ictimai əsaslarla fəaliyyət göstərən şəxsdir. Bunun nəticəsində, Ombudsmanın səlahiyyət hüquqları kifayət qədər geniş çərçivəni əhatə edir. Buna misal olaraq, Ombudsman vergi orqanlarına vergi ödəyicilərindən daxil olan bütün müraciətlərə sənədlərə baxılmasında iştirak etmək, vergi ödəyicilərinin hüquqlarının qorunması məqsədilə vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirlərində iştirak edərək müşahidələr aparmaq kimi hüquqlara malikdir.

“KPMG - Azərbaycanşirkəti olaraq biz Azərbaycanda vergi ombudsmanı institutunun inkişafı üçün töhfəmizi verməyə daima hazır olmuşuq bu istiqamətdə konkret təşəbbüslər ilə çıxış etmişik. Belə ki, KPMG-nin Rusiya MDB üzrə Vergi hüquq departamentinin rəhbəri həm ictimai əsaslarla uzun illərdir ki, Rusiya Federasiyasının vergi ombudsmanı vəzifəsini icra edir. Məhz bu imkandan yararlanaraq, Azərbaycan Rusiya vergi ombudsmanları arasında təcrübə mübadiləsinin daha sıx aparılması məqsədilə biz müvafiq əməkdaşlıq tədbirlərinin təşkilində yaxından iştirak etmişik.

– KPMG-nin neft-qaz, tikinti sektorunda həyata keçirdiyi layihələr nəticəsində qazandığı nailiyyətlər eyni zamanda ölkəmizdə iqtisadiyyatın inkişafına töhfə kimi qəbul olunur. Müxtəlif sahələrdə təklif etdiyiniz sonradan qüvvəyə minən yeni standartlar düzəlişlər barədə fikirləriniz oxucularımız üçün maraqlıdır.

Təbii ki, KPMG-nin istər neft-qaz, istərsə qeyri-neft sektorunda həyata keçirdiyi layihələr Azərbaycanda dayanıqlı davamlı iqtisadi inkişafa dəstək verir. Məmnuniyyətlə bildiririk ki, hazırda bizim icra etdiyimiz layihələr demək olar ki, real sektorun bütün sahələrini əhatə edir ölkənin strateji inkişaf prioritetlərinin icrasına dəstək verir.

Ətraflı maraqlı müsahibəyə görə təşəkkür edirik.

 

Müsahibəni apardı:

Bəybala BƏYBALAYEV

 

Respublika.- 2021.- 21 fevral.- S.5.