Su çərşənbəsi

 

Bu gün Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsidir. Novruz bayramının bu ilk çərşənbəsini “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzuda adlandırırlar. Su çərşənbəsində susu mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üstünə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.

 

Qədim inancların birində deyilir ki, Su çərşənbəsində sabah erkəndən gedib axar sudan, bulaqdan, çaydanya arxdanlal su” (dilsiz su) gətirərlər. Bu suyu qablara qoyarlar, axşam qızlar toplanarlar, hər biri öz bəxti üçün üzüyünü saçına sürtüb suya atar. Üzük qabın kənarına toxunub cingildəyər. İnametiqadlara görə, üzük neçə dəfə cingildəsə, o qızın da bəxti o sayda il sonra açılar. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə sudan keçənlər, azarını, bezarını ona verənlər ilboyu xəstəlikdən uzaq olarlar. Su sahilində, bulaq başında suya xitab edən, onun gücünü tərənnüm edən nəğmələr oxunar.

 

Əzəl çərşənbənin sabah erkəndən köpüklənən suyu hər dərdin dəvası hesab edilər. O gün suyun başında bir sıra mərasimlər icra edilər, səsi batıb danışa bilməyənlərə çərşənbə suyu içirərlər.

 

Su ilə bağlı inanclarda deyilir:

 

Süfrəyə su dağılması aydınlıqdır.

 

Su içən adamı qəfil vurmazlar.

 

Su içən adamı ilan çalmaz.

 

Lal axan sudan keçərkən suyum, irəlilə deyərlər.

 

Bir çox atalar sözündə suyun müqəddəsliyi əks olunur:

 

Su olan yerdə dirilik olar,

 

Su ehsandır,

 

Su murdarlıq götürməz,

 

Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.

 

Yalnız su çərşənbəsində işlənən belə bir deyimlər var:

 

Suyun qapısı bu gün açıq olar. Məni yudeməsən , səni yuyacaq.

 

Su açıqdı, sən açıq ol. Qapanıb basaratını bağlama.

 

Suyu çıxacaqdan axıt, odu girəcəkdən qala.

 

Babalarımız su çərşənbəsində pak suyun olduğu yerlərə - çay, bulaq başına gedər həmçinin çaylardakı, bulaqlardakı suların İslam dinindəki məşhur Zəmzəm bulağından gəlməsinə inanarmışlar.

 

Qədim türk düşüncəsində isə su hər şeyin başlanğıcı hesab olunub.

 

Respublika.- 2021.- 23 fevral.- S.7.