Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə-90: ziyalı ömrü, ağsaqqal örnəyi

 

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Nəriman Həsənzadə artıq 90-cı pilləsinə qədəm qoyduğu şərəfli ömrünün müdriklik məqamını yaşayır. İctimai və yaradıcılıq fəaliyyətinin hər bir addımı ali vətənpərvərlik ruhu, Azərbaycana yüksək xidmət nümunələri ilə zəngin olan bu qayğıkeş insanın parlaq əməlləri, saf düşüncələri, dövlətçilik əqidəsi, xalqa bağlılığı onun ziyalı ömründən, ağsaqqal örnəyindən xəbər verir. Sadəlik, təvazökarlıq, dürüstlük, mərdlik kimi səciyyəvi cizgiləri xarakterində cəmləyən Nəriman Həsənzadə yaşının bu müdriklik çağında da yorulmadan, gənclik enerjisi ilə çalışır, üzərinə düşən vəzifələri layiqincə həyata keçirir.

 

Azərbaycan Ağsaqqallar Şurasından AZƏRTAC-a bildiriblər ki, bu fikirlər “Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə-90: ziyalı ömrü, ağsaqqal örnəyi” sərlövhəli məqalədə yer alıb.

 

Bildirilib ki, hər zaman xalqımızın yanında olan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm Zəfər çaldığı 44 günlük Vətən müharibəsi dövründə də ürəyi qəhrəman əsgər və zabitlərimizlə birgə döyünən Nəriman Həsənzadə onlara şeirlər həsr etdi, “Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır!” adlı yeni pyes ərsəyə gətirdi. Hazırda həmin pyes əsasında tamaşa hazırlanır. Fədakar əməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilən Xalq şairini bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə mükafatlandırdı, onu 90 illik yubileyi münasibətilə təbrik edərək mədəniyyətimizin inkişafında xüsusi xidmətlərinə, uzunmüddətli səmərəli fəaliyyətinə görə respublikamızın ali dövlət mükafatlarından olanİstiqlalordeni ilə təltif etdi.

 

Çox zəngin və mənalı həyat yolu keçən Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olub. 1949-1953-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini, 1957-1961-ci illərdə isə Moskvada Ədəbiyyat İnstitutunu bitirərək iki ali təhsil alıb. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olub, “Azərbaycan - Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsinə layiq görülüb.

 

1962-ci ildən etibarən Respublika TeleviziyaRadio Verilişləri Komitəsində böyük redaktor, sonralarUşaq və Gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor vəzifələrində çalışmışdır. Yazıçılar İttifaqı partiya təşkilatının katibi və SSRİ Yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olub. Nəriman Həsənzadə 1991-2001-ci illərdə Mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışıb, Mətbuat və informasiya nazirini əvəz edib.

 

1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqının, sonralar isə İdarə Heyətinin üzvü seçilən Nəriman Həsənzadə 1991-1995-ci illərdə Azərbaycanın Xalq deputatı olub. Hazırda Milli Aviasiya Akademiyasında “DilHumanitar fənlər” kafedrasının müdiri işləyir. Professordur. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə akademiki seçilib. Əməkdar incəsənət xadimi, Xalq şairidir. Nəriman Həsənzadə Azərbaycan Respublikasının “Şöhrət” , “Şərəf” və “İstiqlal” ordenlərinə, “Heydər Əliyev adına mükafata layiq görülmüşdür. Fərdi prezident təqaüdçüsüdür.

 

Əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvats.) dillərinə tərcümə edilib. Epik-dramatik əsərlər müəllifi kimi də tanınan Nəriman Həsənzadənin “Zümrüd quşu”, “Nəriman”, “Kimin sualı var?” poemaları rus dilində də nəşr olunub. “Pompeyin Qafqaza yürüşü” əsəri İtaliyada ayrıca kitab şəklində çap olunub. 2004-cü ildə onun “Atabəylər” pyesi əsasında hazırlanan tamaşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva iştirak etmişlər. Onun 100-dən artıq şeirinə musiqi bəstələnib.

 

Nəriman Həsənzadənin 58 adda bədii və “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabı, o cümlədən 2004-cü ildə “Seçilmiş əsərləri” dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilmiş, seçilmiş əsərlərinin 7 cildliyi (2010-2012) buraxılıb.

 

Bu gün Respublika Ağsaqqallar Şurasının sıralarında Nəriman Həsənzadə kimi nüfuzlu bir ziyalının, müdrik ağsaqqalın olması, onun təşkilatın İdarə Heyətinin üzvü olaraq fəaliyyət göstərməsi hamımız üçün böyük fəxrdir və biz ümid edirik ki, Azərbaycanın daha da inkişaf etməsi və çiçəklənməsi naminə onunla hələ uzun müddət çiyin-çiyinə çalışacağıq.

 

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, professor Eldar Quliyev Xalq şairini təbrik edib.

 

Təbrikdə deyilir: Sizi – poeziyamızın inkişafında əvəzsiz xidmətləri olan böyük şairdramaturqu, Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, mehriban, qayğıkeş və yüksək mənəviyyata malik müdrik ağsaqqalı 90 illik əlamətdar yubileyiniz və mədəniyyətimizin inkişafında xüsusi xidmətlərinizə, uzunmüddətli səmərəli fəaliyyətinizə görə “İstiqlalordeni ilə təltif olunmağınız münasibətilə Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə Tanrıdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

Siz bu gün şərəf və vicdanla yaşadığınız ömrünüzün hər birimizə doğma olan Nəriman Həsənzadə zirvəsindəsiniz. Azərbaycan ədəbiyyatının canlı əfsanəsi, poeziyamızın müdrik ağsaqqalı olaraq respublikamızda ədəbi prosesin inkişafına böyük töhfələr vermisiniz. Azərbaycan dövlətçiliyinə sadiq bir şəxs kimi hər zaman ulu öndər Heydər Əliyevin işıqlı yolunubu yolu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin uğurlu daxilixarici siyasətini dəstəkləmisiniz.

 

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq bu günmüdrik bir ağsaqqal kimi respublikamızın ictimai-siyasi həyatında yaxından iştirakınızla vətənpərvər, mübariz gənc nəslin yetişməsində əhəmiyyətli rol oynayır, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə var qüvvənizi, bilik və bacarığınızı əsirgəmirsiniz. Sizin şərəfli və məhsuldar ömür yolunuz, mənəvi saflığınız və vətəndaş böyüklüyünüz cəmiyyətimiz üçün bir nümunə məktəbidir. Bu gün xalqımız xoşbəxtdir ki, onun hər zaman Azərbaycan sevgisi ilə yaşayan Nəriman Həsənzadə kimi zəngin və şərəfli həyat yoluna, yüksək intellektə, tükənməz enerjiyə malik vətənpərvər ziyalısı, müdrik ağsaqqalı var”.

 

 

 

AZƏRTAC

 

Respublika.- 2021.- 23 fevral.- S.7.