Müzəffər
ordu, qalib xalq
Dövlət
başçısı cənab İlham Əliyev bildirib ki,
biz bütün gücümüzü səfərbər edərək
düşməni məğlub etdik, tarixi ədaləti və
ölkəmizin ərazi bütövlüyünü bərpa
etdik
Müstəqillik illərində iqtisadiyyatını
sürət və yüksək templə inkişaf etdirən
Azərbaycan regionda müdafiə sənayesi və ordu
quruculuğunda da öndədir.
Bu fakt və
fikir Vətən müharibəsində “Dəmir yumruq” adı
ilə başlayan, 44 gün davam edən döyüşlərdən
sonra tarixi Qələbənin qazanılması, Silahlı
Qüvvələrimizin böyük peşəkarlıqla
qısa müddətdə Qarabağı
işğalçılardan azad etməsi ilə bir daha təsdiq
olundu. Dövlətin Silahlı Qüvvələrin
qüdrətinin davamlı surətdə artırılması
istiqamətində aktivliyi həm müasir beynəlxalq vəziyyətin
çağırışları və həm də qonşu
dövlətin regionda apardığı
işğalçılıq siyasətilə
bağlıdır.
Silahlı
Qüvvələr Günü münasibətilə
“Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər
və şəxsi heyətinin bir qrupu ilə
görüşündə Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev bildirib ki, bu günü biz hər il təntənə
ilə qeyd edirdik, müxtəlif tədbirlər keçirilirdi:
“Hər il 26 iyun tarixində hərbçilərlə
görüşlər əsnasında mən deyirdim ki, gün
gələcək biz öz doğma torpağımıza
qayıdacağıq, ərazi
bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə
mümkün olmayacaqsa, məsələni hərbi yolla həll
edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar
heç bir nəticə vermədi və Azərbaycan öz ərazi
bütövlüyünü, tarixi ədaləti, beynəlxalq
hüququ döyüş meydanında təmin etmişdir.
Hər il bu bayramı qeyd edərkən biz
özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun
doğma torpaqlarımızı işğalçılardan
azad edəcəyik. Bu gün qürur hissi ilə
deyə bilərəm ki, biz Silahlı Qüvvələr
Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd
edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində
buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər
edərək düşmənə sarsıdıcı zərbələr
endirib, düşməni məğlub etdik, tarixi ədaləti
və ölkəmizin ərazi bütövlüyünü bərpa
etdik”.
Bəli,
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyev hakimiyyətdə olduğu 17 ildən
artıq bir dövrdə dəfələrlə müxtəlif
səviyyələrdə keçirilən tədbir və
görüşlərdə bəyan edirdi ki, Ermənistan
öz xoşu ilə torpaqlarımızdan
işğalçı qüvvələrini çıxarmasa,
dövlətimiz bu məsələni hərbi yollarla həll
edəcək. 2003-cü ildə Prezident
seçiləndə cənab İlham Əliyev müqəddəs
Qurani-Kərimə əl basaraq and içmişdi ki, Azərbaycanın
ərazi bütövlüyünü təmin edəcəkdir.
Bu gün böyük qürur və iftixar hissi
ilə deyirik ki, andına sadiq qalan dövlət
başçısı tarixi ədaləti, beynəlxalq
hüququ bərpa etdi. Azərbaycan Vətən
müharibəsini qələbə ilə başa
çatdırdı. Bu gün Prezident, Ali
Baş Komandan ən yüksək kürsülərdən əsgər
və zabitlərimizin haqq-ədalət uğrunda mübarizəsi,
savaşı haqqında qürur doğuran fikirlərini bəyan
edir. Azərbaycan 44 gün ərzində
apardığı döyüşlərdə Ermənistanı
məğlub etdi, parlaq qələbəsiylə işğala
son qoydu. Bu 44 günün hər
günü Azərbaycan əsgər və zabitinin
şanlı tarixidir. Hər gün Azərbaycan
Ordusu irəli gedirdi. Hər gün yeni
şəhərlər, kəndlər, qəsəbələr,
strateji yüksəkliklər azad edilirdi. Əsgər
və zabitlərimiz bu işğala, bu haqsızlığa son
qoymaq amalı ilə vuruşurdu. Qələbə
qazanmaq, Zəfər çalmaq üçün gecə-gündüz
demədən döyüşürdü. Vətən
sevgisi deyilən bu yolun sonunda Böyük Qələbə
vardı. II Qarabağ savaşında Azərbaycan
əsgəri bu Qələbəni, bu Zəfəri tarixin səhifəsinə
qızıl hərflərlə yazdı.
Uzun illər ərzində münaqişənin həlli
istiqamətində heç bir irəliləyişin
olmaması Ermənistanın qeyri-konstruktiv mövqeyi və bir
xeyli dərəcədə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin
fəaliyyətinin effektsizliyi və məsələyə
ikili standartlarla yanaşılması ilə izah olunur. Məsələnin
sülh yolu ilə həlli üçün aparılan
danışıqlarda Ermənistanın vaxtı uzatmaq
üçün müxtəlif bəhanələrə və
davamlı təxribatlara əl atmasından aydın
görünürdü ki, işğal altında
saxladıqları torpaqlarımızı azad etmək fikrində
deyillər. Azərbaycan məsələnin
sülh yolu ilə həllini istəsə də, Ermənistan
buna hazır deyildi. Beynəlxalq hüququn norma
və prinsiplərini kobudcasına pozan Ermənistan
aparıcı beynəlxalq təşkilatların qərar və
qətnamələrinə məhəl qoymurdu. Qeyd
edək ki, müstəqilliyin ilk illərində iqtisadi tənəzzülə
uğrayan Azərbaycanın bütün sənaye sahələri
məhv olmuşdu. Bir milyon
qaçqını və məcburi köçkünü
olan ölkə böyük humanitar fəlakət içində
yaşayırdı. Azərbaycanın belə
ağır günlərində yenidən hakimiyyətə gələn
fenomen siyasətçi, uzaqgörən dövlət rəhbəri
Heydər Əliyev milli neft strategiyasını
hazırladı. Bu strategiya həm Azərbaycanın neft
və qazını dünya bazarlarına
çatdırmağı, həm də Mərkəzi Asiyanın
karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisi vasitəsilə
Avropa bazarlarına çıxarılmasını, beləliklə
ölkəmizin mühüm beynəlxalq hasilatçı,
istehsalçı və tranzit mərkəzinə çevrilməsini
təmin etdi. Bu proses Azərbaycanı regionda mühüm
iqtisadi, siyasi mərkəzə çevirməklə
yanaşı, onun siyasi nüfuz və qüdrətinin
artmasına, həm də müstəqilliyinin möhkəmlənməsinə
güclü təməl yaratdı.
1994-cü
il sentyabr ayının 20-də Bakıda
dünyanın 11 Transmilli neft şirkətinin iştirakı
ilə “Əsrin müqaviləsi” imzalandı. Bu
sazişlə MDB məkanında Xəzər dənizi hövzəsində
ilk beynəlxalq strateji iqtisadi, siyasi əməkdaşlığın
bünövrəsi qoyuldu. Bu kontraktın
reallaşmasının nəticəsi olaraq
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac
boru kəmərləri inşa edildi və Azərbaycan
iqtisadiyyatının dirçəldilməsinə,
çoxşaxəliliyinə zəmin yarandı. Hazırda reallaşan “Cənub qaz dəhlizi”
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri
Avrasiya materikində Azərbaycanın tranzit və iqtisadi mərkəz
kimi əhəmiyyətini kifayət qədər artırır
və geosiyasi mövqeyini möhkəmləndirir. Azərbaycanın
dinamik iqtisadi inkişafı, artan siyasi nüfuzu ordu
quruculuğuna güclü stimul verdi.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə gəlişi ölkəni, Azərbaycanı
parçalanmaqdan, bölünməkdən xilas etdi. Azərbaycanda
bütün sahələrdə, xüsusilə, xaotik vəziyyətdə
olan Silahlı Qüvvələrdə dəmir nizam-intizam
yarandı. Güclü iqtisadi zəmində ordunun
qüdrətinin artırılmasına böyük önəm
verən cənab İlham Əliyevin 2005-ci il
16 dekabr tarixli sərəncamı ilə Müdafiə Sənayesi
Nazirliyinin yaradılması ordunun hərbi məhsullarla təminatında
əsaslı dönüş oldu. Azərbaycan hərbçiləri
Qarabağ münaqişəsi başlayan gündən daim
yanımızda olan, öz təmannasız dəstəyini
nümayiş etdirən dost-qardaş Türkiyənin yüksək
səviyyəli ali hərbi məktəblərinə
oxumağa, təcrübə keçməyə göndərildilər.
İstər 2016-cı ilin Aprel döyüşlərində,
istərsə də 2018-ci ilin uğurlu Günnüt əməliyyatında
bu sahədə atılan addımlar öz müsbət səmərəsini
verdi. Günü-gündən güclənən,
mətinləşən Azərbaycanın Silahlı Qüvvələri
öz sözünü dedi. Təhlilçilərin də qeyd
etdiyi kimi, 2020-ci ilin iyul - Tovuz hadisələrindən
başlanan yol, 27 sentyabr - 9 noyabr tarixində yaşanan
savaş dastanı tarixi Qələbəni Azərbaycan əsgərinin
və zabitinin adına yazdı.
Ölkəmiz iqtisadi cəhətdən nə qədər
güclü, silahlı qüvvələrimiz texniki təchizat
baxımından nə qədər yüksək təminatlı
olsa da, düşmən üzərində möhtəşəm
zəfərin qazanılması qəhrəman əsgər,
gizir və zabitlərimizin misilsiz hünəri, cəsarəti,
Vətən sevgisi, yenilməz döyüş ruhu sayəsində
mümkün oldu. Torpaqlarımızın
azadlığı, ölkəmizin ərazi
bütövlüyünün bərpası uğrunda şəhid
olan həmvətənlərimizin xatirəsi hər birimiz
üçün əziz və unudulmazdır. Onlara Allahdan rəhmət diləyir, valideynlərinə
dərin hüznlə başsağlığı verir,
yaralılarımızın tezliklə sağalmasını,
itkin düşənlərimiz haqqında təsəlliverici məlumatın
əldə olunmasını arzulayırıq. Vətən müharibəsi xalqımızın mətin,
mübariz simasını, zəngin mənəviyyatını,
yüksək əxlaqi keyfiyyətlərini, qalibiyyət əzmini,
milli ideallarımız uğrunda qurbanlar verməyə daim
hazır olduğunu bütün dünyaya nümayiş
etdirdi. Övladı şəhid olan ata,
analarımızın, həyat yoldaşını itirmiş gəlinlərimizin,
qardaş həsrətli qızlarımızın böyük
səbir və dəyanətlə bu ağrı-acıya tab gətirməsi,
vüqarla, qürurla “Vətən sağ olsun!” - deyib təskinlik tapması xalqımızın
vətən və dövlət sevgisinin yenilməzliyindən
xəbər verir və heç kim unudulmur, heç kim yaddan
çıxmır...
Heç bir əsgər və zabit diqqətdən kənarda
qalmır.
Ötən müddətdə hərbçilərin mənzil-məişət
problemlərinin həlli, onların xidmət şəraitinin
müasir standartlara uyğun yenidən qurulması,
“İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət
edən qulluqçularının aylıq vəzifə
maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin
müəyyən edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı Prezident İlham
Əliyevin və dövlətin hərbçilərə diqqət
və qayğısının növbəti nümunəsidir.
Sərəncama əsasən işğaldan azad olunmuş ərazilərdə
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi
xidmət edən hərbi qulluqçularının aylıq vəzifə
maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan
Respublikası Prezidentinin əlavəsi müəyyən
edilir; Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi
qulluqçuların aylıq vəzifə
maaşlarının 20-60 faizi həcmində olacaq; Azərbaycanda
hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi,
onların rifahının yüksəldilməsi istiqamətində
ardıcıl şəkildə həyata keçirilən tədbirlərin
diqqətdə saxlanması da bu qayğının ifadəsidir.
24 iyun
2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamları
ilə ölkəmizin ərazi bütövlüyünün bərpa
edilməsi zamanı döyüş əməliyyatlarına
yüksək peşəkarlıqla rəhbərlik etmiş,
düşmənin canlı qüvvəsinin və
döyüş texnikasının məhv edilməsində fədakarlıq
və rəşadət göstərmiş, vəzifə
borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş,
döyüş əməliyyatlarında iştirak edərək
şəxsi igidlik və şücaət nümayiş
etdirmiş Silahlı Qüvvələrin 76 mindən artıq
hərbi qulluqçularının müxtəlif orden və
medallarla təltif edilməsi, iyunun 25-də isə onlara
maaşlarının 20-60 faizi həcmində əlavələri
nəzərdə tutan Sərəncamın imzalanması
dövlətin diqqət və qayğısının bariz
nümunəsidir. Xalqımıza milli qürur və
şərəf hissini, qələbə sevincini yaşadan
üçrəngli bayrağımızı işğaldan
azad olunmuş torpaqlarımızda dalğalandıran hər əsgər
və hər zabitə diqqət və qayğı dövlət
başçısı cənab İlham Əliyevin prioritetlərindəndir.
Bu gün Azərbaycan xalqı hərbçilərimizin
düşmənə qarşı mübarizədə göstərdikləri
rəşadətə, hünərə görə sonsuz
qürur və fəxarət hissi keçirir. 26 İyun - Azərbaycanın Silahlı Qüvvələr
Gününə həsr edilən tədbir və təntənələr
də paytaxtımızda və bölgələrdə
müstəqillik illərində ilk dəfə olaraq tam fərqli
əhvalda və təəssüratda Qələbə və Zəfər
ovqatında keçirildi. Bu bayram
gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd
etdik.
Azərbaycan
bundan sonra da güclənəcək və bu, şübhəsizdir,
- deyən dövlət başçısı cənab
İlham Əliyev bildirib ki, o cümlədən bizim hərbi
gücümüz artacaq: “Müharibədən sonra artıq
müvafiq göstərişlər verildi, yeni kontraktlar
imzalandı, yeni silahların, texnikanın, müasir
texnologiyaların əsasında texnikanın alınması
prosesi başlamışdır. Silahlı
Qüvvələrimizin struktur islahatları təsdiqləndi.
Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin,
Ordumuzun say tərkibi artırılacaq. Biz
İkinci Qarabağ müharibəsinin nəticələrini və
gedişatını düzgün təhlil edərək, əlbəttə
ki, öz hərbi gücümüzü
artıracağıq”.
Şükür
ƏLİZADƏ,
Xalq Cəbhəsi.-
2021.- 1 iyul. S. 1; 5.