Milli kinomuzun ənənələri yaşadılır

 

Azərbaycan—daşların, qayaların, abidələrin, min illərin xatirə yaddaşı. Tarix unudulmur, zaman-zaman onun səhifəsini birər-birər çevirir, bu məmləkətin uğurları ilə yanaşı, ağrı-acılarından, ölçüyəgəlməz faciələrindən xəbər tutursan. Bir şey açıq-aydın bəllidir: müxtəlif xarici ölkələrin basqılarına, xüsusən də erməni vandallarının vəhşiliklərinə qarşı ölüm-dirim mübarizəsində xalqımız həmişə dəyanətlə duruş gətirmiş, çoxsaylı itkilər olsa da əyilməmiş, sınmamışdır. Millətin tale karvanı dayanmadan irəliləmiş, dünya çapında şərəfli bir mövqedə yer alaraq özünün ikinci intibah zirvəsinə-XX əsrə gəlib çatmışdır. Ötən yüzilliklərdə olduğu kimi, bu yüzillikdə də, elə sonra da xalqımız bəşər mədəniyyətinə, onun tarixi salnaməsinə dəyərlər vermiş, dünya elminə, ədəbiyyatına, incəsənətinə töhfə olan dahi şəxsiyyətləri ilə səciyyəvi olmuşdur. Milli kinomuzun yaranması da bu dövrün payına düşür...  

 

Ümumiyyətlə, dünya kinosunun yaranması XIX əsrə təsadüf edir. Belə ki, 1895-ci il martın 22-də Parisdə Lui-Lümyer qardaşlarının bəşər tarixində ilk dəfə eksperiment kimi filmlərini nümayiş etdirməsi ilə kino sənətinin əsası qoyuldu. XIX əsrin bu son ixtirası bütün dünyaya səs saldı. Lümyer qardaşlarının ixtira etdikləri aparatın işləmək qaydasını öyrənməyə maraq artdı, çəkilişlər aparmaq üçün həmin aparatlar dünyanın hər yerinə göndərildi. Beləliklə də, kinooperator peşəsi yarandı.

Operatorlar film çəkməklə yanaşı, kinolentlərin nümayişi ilə də məşğul olurdular ki, bu da filmlərin prokatı sisteminin yaranmasına təsir edirdi. İlk dövrlərdə ayrıca kinoteatrlar mövcud olmadığına görə Lümyer qardaşlarının filmləri imkan olan hər yerdə—bağlarda, parklarda, kafe, restoran, sirk və hətta yarmarkalarda da nümayiş etdirilirdi...

Bəs, Azərbaycanda ilk kinonun yaranması hansı dövrə təsadüf edir? Onu qeyd edək ki, bu sualla bağlı mübahisələr uzun illər səngiməyib. Tanınmış kinoşünas Aydın Kazımzadə araşdırmalar sayəsində əldə etdiyi faktlara əsasən Azərbaycan kinosunun yaranış tarixini dəqiq müəyyənləşdirə bilmişdir. Onun gəldiyi nəticəyə görə bəlli olmuşdur ki, fransızlardan sonra Şərq aləmində, o cümlədən Zaqafqaziya respublikaları arasında Azərbaycan kino yaradılması sahəsində birinci məmləkətdir.

 

Ümumiyyətlə, kino Zaqafqaziya respublikaları içərisində ilk dəfə Azərbaycana gəlmiş, 1896-cı ilin ortalarından Bakıda xarici filmlərin nümayişinə başlanılmışdır. 1898-ci ilin may ayında isə ilk kino çəkilişinə start verilmişdir. Bununla əlaqədarKaspiqəzetiSinematoqrafsərlövhəli xəbərdə yazırdı ki, kişi gimnaziyasının çıxışı zamanı cənab Aleksandr Mişon tərəfindən bir neçə an sinematoqrafa çəkilmişdir. Cənab Mişon lentə alınmış xronikanı bu ilin yayında nümayiş etdirməyə hazırlaşır. Toplanan vəsait isə koloniyanın xeyrinə sərf olunacaqdır.

 

XİX əsrin sonunda XX əsrin astanasında Fransada yaradılmış kino çox qısa müddət ərzində özünə yaşamaq hüququ qazandı, Azərbaycan isə bütün Şərq aləmində ilk kinonun əsasını qoymaqla bir daha bəşər mədəniyyəti tarixində özünəməxsus yer tutdu.

 

Azərbaycan kinosunda 30-cu illərdə üç böyük hadisə baş verdi: kinomuza səs gəldi, kinematoqrafçılarımız ilk dəfə animasiya kinosunu yaratdılar bunun ardınca isə respublikamızda dublyaj işini təşkil etdilər.

 

Azərbaycan hökumətinin tapşırığı iləAzərkino” 1931-ci ilin yanvarından səsli filmlərin istehsalına başlamalı idi, lakin maliyyə çətinlikləri buna imkan vermədi. Bu işi 1931-ci il iyulun 28-də istifadəyə verilən “Forum” kinoteatrı icra etməyə başladı. Belə ki, Sankt-Peterburqdan dəvət olunmuş səs operatoru M.Murovun rəhbərliyi altında ilk səsli filmlər burada çəkilirdi. Beləliklə, 1935-ci ildə istehsal olunanMavi dənizin sahilindəkinokomediyası kino tariximizə ilk səsli bədii film kimi daxil edildi. Filmin çəkilişində Azərbaycan studiyasının nümayəndələri iştirak edirdi.

 

Animasiya filmlərinin istehsalı ilə bağlı tarix isə ayrı-ayrı mənbələrdə müxtəlif şəkildə göstərilir.Azərbaycan Sovet Ensiklopediyası”nda yazılır: “Azərbaycanda ilk multiplikasiya filmi 1936-cı ildə çəkilmişdir. Azərbaycan SSR- multiplikasiya kinosunun müntəzəm istehsalına 1968-ci ildən başlanmışdır”. Rassvet Azerbaydjanskoqo sovetskoqo iskusstvatoplusunda isə göstərilir ki, “1 hissəliAbbasın bədbəxtliyiqrafik filmi 1935-ci ildə yaradılmışdır”.Ensiklopediçeskiy kinoslovar” (Moskva) kitabında bu tarixin 1969-cu il olduğu qeyd edilir.

 

Bakı kinostudiyasında 3-cü böyük hadisə dublyaj işinin təşkili ilə bağlı idi. 30-cu illərin ortalarındaLenfilmkinostudiyasında istehsal olunanÇapayevbədii filminin Azərbaycan dilində səsləndirilməsi ilə dublyaj işinin əsası qoyuldu.

 

Kinomuzun sonrakı inkişaf yolu da daşlı-kəsəkli olmuş, kinematoqrafçılarımız sənət naminə xeyli əzab-əziyyət çəkmişdilər. Böyük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan kinematoqrafçılarının ilk böyük işiFətəli xanfilmi oldu.

 

Sovet dövründə hər hansı bir film ya başqa bir əsər senzuranın sənətkarlar qarşısında qoyduğu tələblər çərçivəsindən kənara çıxırdısa, o filmə ya digər əsərə qadağalar qoyulurdu. Fətəli xanbədii filmi həmin taleyi yaşadı. Belə ki, filmdən sovet dövləti üçün sərfəli olmayan epizodlar əvvəlcədən kəsilib atıldı. SonralarDəli KürAxırıncı aşırımbədii filmlərinin aqibəti belə oldu.

 

Azərbaycan kinosu 1970-1980-ci illərin birinci yarısında intibah dövrünü yaşayır, kinematoqrafçıların yaratdıqları filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli şüurun formalaşmasında gənc nəslin tərbiyəsində mühüm rol oynayırdı. Bu illərdə 110 bədii, 500 sənədli elmi-kütləvi, eləcə 44 cizgi filmi istehsal edildi.

 

Müstəqillik illərində milli kinomuza xüsusi diqqət göstərilirdi. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətimizin bu vacib sahəsi 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1998-ci il avqustun 19-da qəbul edilmişKinematoqrafiya haqqındaAzərbaycan Respublikası Qanunu ilə müasir müstəqil respublikada dövlət kinematoqrafiyasının hüquqi bazası formalaşdırıldı. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondunun yaradılması ilə filmlərin qorunması təmin edildi.

 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Dövlət başçısınınAzərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2008-ci il 4 avqust tarixli sərəncamları tarixi əhəmiyyətli sənədlərdir.

 

Azərbaycan kinosu müstəqillik dövrünün əsərlərini yaradır. C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında Qarabağ mövzusunda filmlər çəkilib. Onlardan biriFəryadfilmidir. İki sənədli film-”Müharibə uşaqları “Biz qayıdacağıqkinolentləri Xocalı soyqırımına həsr olunub. Dolu”, “Mübarizlik zirvəsi bu kimi digər filmlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu əvəzolunmazdır. Nabatfilmi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından dəyərli ekran əsəridir.

 

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan aktual mövzulu filmlər son illər 50-dən çox beynəlxalq film festivalında iştirak edərək yüksək mükafatlara layiq görülüb.

 

Milli kinomuzdan danışarkən dünyaca məşhur iki bədii filmimizin adını çəkməsək olmaz: “Arşın mal alan”... İndiyədək 136 ölkədə nümayiş etdirilib, 86 dilə tərcümə olunub. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verdi-ilk rəngli bədii film olan “O olmasın, bu olsunfilmi çəkildi. Üzeyir bəyin bu komediyasının ekranlaşdırılması da milli kinomuza şöhrət gətirdi. Film indiyədək dünyanın 40-dan çox ölkəsində nümayiş etdirilib.

 

Vətənpərvərlik mövzusunda çəkilən “Uzaq sahillərdə” bədii filmininkino tariximizdə öz yeri var.

 

Bəli, Azərbaycan milli kinosunun öz ənənələri olub. İnanırıq ki, bütün Şərqdə ilk olaraq kino yaradıcılığına başlayan kinematoqrafçılarımız öz ənənəsinə sadiq qalaraq dünya kino tarixinə yeni töhfələr verəcəklər. Qarabağ savaşının, Qarabağ zəfərinin ekran əsərlərində tarixiləşdirilməsinə isə böyük ehtiyac var. Bu mənada kinematoqrafçılarımızın üzərinə böyük məsuliyyət düşür. Gəlin unutmayaq ki, bu günÖgey ana”, “Onu bağışlamaq olarmı?”, “Böyük dayaq”, “Axırıncı aşırım”, “Əhməd hardadır?” və s. filmlərə təkrar-təkrar böyük zövqlə baxmağımızın bir səbəbi var: peşəkarlıq, peşəyə, sənətə sevgi ilə yanaşma... Tamaşaçı məhz belə filmlərin sorağındadır.

 

Zümrüd QURBANQIZI,

 

Respublika.- 2021.- 3 iyun.- S.10.